Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1726/2026 17.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlunun, məhkəmə iclas katibi X1, “xxxx” X2 nümayəndəsi nümayəndə2 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Məhkəmənin icraatına “xxxx” tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə tərtib edilmiş ## ##### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, hüquqi şəxs qismində 2.000 (iki min) manat məbləğində inzibati cərimə olunması qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti şikayət verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, təqdim olunmuş sənədlərdən görünür ki, Azərbaycan Respublikasının Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində xxxx tərəfindən tərtib olunmuş protokol qanunun tələblərinə riayət edilmədən natamam şəkildə məhkəməyə verilmişdir. Belə ki, iş materiallarında olan protokoldan görünür ki, iş materiallarında olan izahat sürücü tərəfindən verilmiş, hüquqi şəxsin səlahiyyətli vəzifəli şəxsinin izahatı alınmamışdır. Bundan əlavə, iş materiallarına əlavə edilmiş inzibati protokolun Azərbaycan Respublikasının Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində xxxxnin inspektoru tərəfindən tərtib olunması müəyyən edilsə də, onun həmin protokolu tərtib etmə səlahiyyətinə dair iş materiallarına heç bir sübut əlavə edilməmişdir. Belə ki, inzibati araşdırma barədə hüquqi şəxsin məlumatlandırılması, habelə tərtib edilmiş inzibati xəta haqqında protokolun hüquqi şəxsin ünvanına göndərilməsi (alınması) barədə təsdiqedici heç bir mötəbər sübut iş materiallarına əlavə edilməmişdir. Məhkəməyə daxil olmuş inzibati xəta haqqında materiallara barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs MMC-nin inzibati xəta haqqında protokolun tərtib edilməsi üçün Azərbaycan Respublikası IXM-nin Məcəllənin 60-cı maddəsində nəzərdə tutulmuş qaydada inzibati araşdırmanı aparan orqanına çağrılması və sonuncunun bundan boyun qaçırmasını təsdiq edən heç bir sənəd əlavə edilməmişdir. Həmçinin sorğunun çatdırılmasına dair xəbərnamə iş materiallarında olmaması inzibati xətanı törətmiş hüquqi şəxsin lazımi qaydada məlumatlandırılmadığına dəlalət edir. Bundan başqa, inzibati xəta haqqında protokolda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinə hüquqlarının və vəzifələrinin izah edilməsi barədə heç bir qeyd aparılmamışdır. Bundan başqa, iş materiallarına diqqət yetirdikdə müəyyən edilir ki, protokol tərtib edilərkən barəsində iş üzrə icraat aparılan şəxs qismində hüquqi şəxsin nümayəndəsi kimi “sürücü” göstərilsə də, IXM-in 64-cü maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və ya zərər çəkmiş olan hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi onların nümayəndələri tərəfindən həyata keçirilir. Qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxslər, yaxud müvafiq qaydada səlahiyyət verilmiş, əsas iş yeri həmin hüquqi şəxs olan işçilər və ya vəkillər hüquqi şəxsin nümayəndələri hesab edilirlər. Hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Qeyd edilən halda sürücünün səlahiyyətli nümayəndə kimi göstərilməsi və onun iştirak ilə inzibati xəta ilə bağlı işə baxılması qanunamüvafiq olmamışdır. Sürücü protokolla səlahiyyətli nümayəndə kimi tanış edilmiş, o isə imza etməkdən imtina etmişdir. Sürücü səlahiyyətli nümayəndə deyildir. Qeyd edilən qüsurlar da protokolu əsassız edir. Məhkəməyə cəmi 6 vərəqdən ibarət sənəd təqdim edilmiş və məhkəmə heç bir araşdırma aparmadan, IXM-nin tələblərinə əməl olunmamasına nəzər yetirmədən protokol və ona əlavə edilmiş sənədlərə formal yanaşmış və qərar qəbul etmişdir. Cəmiyyətimizin protokolla tanış olmaq hüququ təmin olunmadan, artıq həmin protokol məhkəməyə göndərilmişdir. Göründüyü kimi protokolu tərtib edən AYNA tərəfindən hüquqi şəxsə sübutunu təqdim etməsi üçün zəruri vaxt verilməmişdir. Qeyd edilən halla bağlı IXM-in 64.3-cü maddəsində bildirilir ki, hüquqi şəxsin nümayəndələrinin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumatı olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Apellyasiya icraatı zamanı çıxış edən “xxxx” X2 nümayəndəsi nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş üzrə materiallar ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*- ***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, inzibati xəta haqqında həmin protokola əsasən ##.##.2026-cı il tarixdə saat 10:45 radələrində Bakı şəhəri, Surxanı rayonu, Əmircan qəsəbəsində “xxxx” MMC şirkətinə məxsus yük daşımalarını yerinə yetirən “Hyundai” markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin texniki vəziyyətinin reys qabağı yoxlanılmaması, həmin nəqliyyat vasitəsinin sürücüsünün reysqabağı tibbi müayinəsinin təşkil edilməməsi aşkar edilmişdir. Nəticədə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Avtomobil nəqliyyatı ilə daşımalar sahəsində pozuntunun aşkar olunması haqqında” ## ##### 2026-cı il tarixli aktdan görünür ki, ## ##### 2026-cı il tarixində saat 10:45 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində “xxxx” MMC şirkətinə məxsus yük daşımalarını yerinə yetirən “Hyundai” markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücü Əmirov Rəşad Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il ## ##### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş avtomobil nəqliyyatı avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi qaydasının 2.2 və 3.2 bəndlərinin tələblərini pozduğu aşkar olunmuşdur. Iş materiallarında olan DVD diskdən görünür ki, həmin diskdə 6 ədəd foto-görüntü və 1 ədəd video-görüntü mövcuddur. Fotoşəkillərdən biri “Hyundai” markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Rəşad Əmirov tərəfindən idarə edilməsinə hüquq verən etibarnamədir. Digər şəkillərdə **-JO-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin görünütsü əks olunmuş şəkilidir. Videogörüntüdə isə AYNA-nın əməkdaşı tərəfindən avtomobildə əyləşən şəxsə inzibati xətanın mahiyyəti izah edilir və protokol tərtib ediləcəyi bildirilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 326-cı maddəsinə əsasən sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. “X3" Qanunun 26.3-cü maddəsi ilə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcıların üzərinə qoyulmuş vəzifəyə əsasən, onlar sərəncamlarında olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını və sürücülərin reysqabağı tibbi müayinəsini təşkil etməlidirlər. “X3” Qanunun 26.3-cü maddəsinin tətbiqini təmin etmək məqsədilə ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il ## ##### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası”nın (bundan sonra – Qaydalar) 1.2-ci bəndinə əsasən, bu Qaydanın müddəaları avtomobil nəqliyyatı ilə kommersiya məqsədli müntəzəm və qeyri-müntəzəm sərnişin daşımalarını, taksi minik avtomobilləri ilə sərnişin daşımalarını, habelə beynəlxalq və ölkədaxili yük daşımalarını yerinə yetirən hüquqi şəxslərə və fərdi sahibkarlara şamil edilir. Göründüyü kimi “X3” Qanuna əsaslanaraq qəbul edilmiş həmin Qaydalarda da onun hüquqi şəxs və fərdi sahibkarların həyata keçirdiyi istənilən sərnişin daşımasına deyil (məsələn, hüquqi şəxsin özünə məxsus olan avtobusla işçilərinin iş yerinə gediş-gəlişini təşkil etməsi), məhz kommersiya məqsədli sərnişin daşımalarına aid edildiyi öz əksini tapmışdır. Işdən göründüyü kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus nəqliyyat vasitəsilə həyata keçirilən yük daşıma kommersiya fəaliyyətindən irəli gəlmişdir. Ona görə apellyasiya şikayətində qeyd olunan dəlillər əsassızdır. Konstitusiya Məhkəməsinin Plenumu ## ###### 2025-ci il tarixli qərarında hesab etmişdir ki, reysqabağı texniki yoxlama və tibbi müayinələrlə bağlı tələblərin təsərrüfat ehtiyacları üçün daşımanı həyata keçirən hüquqi şəxslərə və fərdi sahibkarlara, qanunvericiliyə dəyişikliklər edilməklə şamil olunması mümkündür və belə tənzimləmə bu tələblərin yönəldiyi əsas məqsədlə (daşımaların təhlükəsiz icrası və insanların həyat və sağlamlığının qorunması) ziddiyyət təşkil etmir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarından da göründüyü kimi, məhkəmə məhz qanunvericiliyə edilə biləcək dəyişiklikləri mümkün sayaraq həmin dəyişiklər ediləcəyi təqdirdə reysqabağı texniki yoxlama və tibbi müayinələrlə bağlı tələblərin haqq müqabilindən başqa digər daşımaları həyata keçirən hüquqi şəxslərə və fərdi sahibkarlara şamil edilə biləcəyini vurğulamışdır. Məhz Konstitusiya Məhkəməsinin sözügedən mövgeyindən irəli gələrək Qanunvericilikdə aşağıda qeyd olunan müəyyən dəyişiliklər və əlavələr edilmişdir. Belə ki, # #### 2026-cı ii tarixli 375-VIIQD nömrə “Azərbaycan Respublikasının Qanunu ilə “X3” Azərbaycan Respublikası Qanununda bəzi dəyişiliklər edilmiş, o cümlədən də 1,0.9-cu maddəsi yeni redaksiyada verilmişdir. 1.0.9-cu maddəsində “daşınma müqaviləsi və ya digər qanuni əsaslarla haqq müqabilində” sözləri “daşınma müqaviləsi (haqq müqabilində) və ya digər qanuni əsaslarla bu Qanunun müvafiq olaraq 1.0.4-cü və 1.0.5-ci maddələrində nəzərdə tutulmuş” sözləri ilə əvəz edilmişdir. Beləliklə “X3” Azərbaycan Respublikası Qanunu hal-hazırda qüvvədə olan 1.0.9-cu maddəsiənə əsasən daşıyıcı - daşınma müqaviləsi (haqq müqabilində) və ya digər qanuni əsaslarla bu Qanunun müvafiq olaraq 1.0.4-cü və 1.0.5-ci maddələrində nəzərdə tutulmuş sərnişin və yük daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkarlardır. Qanunun 1.0.4-cü yarımbəndinə uyğun olaraq avtomobil nəqliyyatı ilə kommersiya məqsədli daşımalar- sərnişin və ya yük daşınması müqaviləsi yaxud digər qanuni əsaslarla, daşınma haqqı ödənilməklə yerinə yetirilən daşımalar; Qanunun 1.0.5-ci bəndinə əsasən avtomobil nəqliyyatı ilə təsərrüfat ehtiyacları üçün daşımalar- hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən sərəncamlarında olan avtonəqliyyat vasitələri ilə işçilərinin və ya yüklərinin daşınması məqsədilə və öz hesabına yerinə yetirilən daşımalar. Bu cür daşımalar üçün istifadə olunan avtonəqliyyat vasitələri həmin hüquqi şəxslərin və ya fərdi sahibkarların işçiləri tərəfindən idarə olunmalıdır. Beləliklə, qanunvericilikdə edilmiş son dəyişikliyə əsasən müəyyən olunur ki, daşıyıcı anlayışı bir birindən asılı olmayan daşımaları həyata keçirən şəxslərə şamil edilir: daşınma müqaviləsi (haqq müqabilində) əsasında daşımaları həyata keçirən 1.0.4-cü və 1.0.5-ci maddələrində nəzərdə tutulmuş sərnişin və yük daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkarlara, digər qanuni əsaslarla daşımaları 1.0.4-cü və 1.0.5-ci maddələrində nəzərdə tutulmuş sərnişin və yük daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkarlara. Işdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ## ##### 2026-cı il tarixində saat 10:45 radələrində mülkiyyətində olan “Hyundai” markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə yük daşıma fəaliyyətini həyata keçirən sürücü Rəşad Əmirovun reysqabağı tibbi müayinədən keçirilməsi təşkil edilməmiş, eyni zamanda nəqliyyat vasitəsi reysqabağı texniki baxışdan keçirilmədən reysə buraxılmışdır. Bununla da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitəsinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, həmin avtonəqliyyat vasitəsinin sürücüsünün reysqabağı digər zəruri tibbi müayinəsinin təşkil edilməməsi ilə bağlı qanunvericiliyin tələbi pozulmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti daşıyıcı olsa da, cəmiyyətin mülkiyyətinə olan nəqliyyat vasitəsi texniki müayinədən, sürücüsü isə tibbi müayinədən keçmədiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə inzibati xəta törətməsinə dair düzgün nəticəyə gəlmişdir. Məhkəmə hesab edir ki, iş materiallarında hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin təqsirinin sübuta yetirilməsi üçün kifayət qədər sübutlar vardır. Məhkəmə hesab edir ki, toplanmış sübutlar birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi məhkəmədə heç bir şübhə doğurmayan bu sübutlar əsasında birinci instansiya məhkəməsi inzibati xəta törətmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində işin hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə düzgün tövsif etmişdir. Bundan başqa məhkəmə şikayətin dəlilinə münasibətdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə tətbiq edilmiş inzibati tənbeh tədbirini müzakirə edib hesab edir ki, birinci instansiya məhkəməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə inzibati tənbeh təyin edərkən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 6, 9, 32, 33 və 34.2-ci maddələrinin tələblərinə əməl etməklə inzibati xətanın xarakterini düzgün olaraq nəzərə alıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə əməlinə uyğun olan qanuni və ədalətli inzibati tənbeh təyin etmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin məcəllənin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Ona görə də məhkəmə belə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən şikayət təmin olunmamalı və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarı dəyişdirilməməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsinə dair *(*-***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim: Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(3-6)-1726/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1726/2026
17.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver