Məhkəmə qərarları › İş №3(3-6)-1727/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1727/2026

02.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1727/2026 02.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı, Əsədullayev Rasim Nüsrət oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi X1 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək tənbeh edilməsi haqqında inzibati iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2022-ci il tarixli *(***)-****/**** saylı qərarından hüquqi şəxsin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Inzibati xəta haqqında iş üzrə icraat materiallarından və Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş ## #### 2022-ci il tarixli EP № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC 30.000.00 ABŞ dolları məbləğində vəsaiti Bank hesabından ## #### 2020-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, ödənişin aparıldığı gündən 2 (iki) il müddət keçsə də, 30.000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamış və bununla Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində tərtib edilmiş ## #### 2022-ci il tarixli EP № ******* saylı inzibati xəta haqqından protokol və toplanmış sənədlər baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim R.T.Əhmədov) ## #### 2022-ci il tarixli qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın obyekti olan 30 000 (otuz min) ABŞ dolları məbləğində vəsaitin 20 %, yəni 6.000 (altı min) ABŞ dolları məbləğində cərimə ilə tənbeh edilmişdir. Qərardan, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, inzibati iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2022-ci il tarixli qərarının ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə münasibətdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2022-ci il tarixli qərarından apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddəti bərpa edilmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, müqavilədə göstərilən mallar vaxtında ölkəyə idxal edilmişdir. Məhkəmə iclasında hüquqi şəxsin nümayəndəsi X1 şikayəti müdafiə edərək, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş edilməklə köçürmüş 30.000 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların vaxtında ölkəyə idxal olunduğunu təsdiq edən gömrük bəyannaməsini və bank sənədlərini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında Mərkəzi Bankın nümayəndəsi Nümayəndə, hüquqi şəxsin nümayəndəsi tərəfindən təqdim olunmuş sənədlərə əsasən, şikayətin təmin olunmasına etirazın olmadığı bildirmişdir. Işin halları və hüquqi məsələlər: Apellyasiya instaniyası məhkəməsi şikayəti inzibati iş üzrə toplanmış və əlavə təqdim olunmuş icraat materialları ilə əlaqəli şəkildə araşdırıb, tərəflərin çıxışını nəzərə alaraq qeyd edir ki, şikayət təmin edilməli və inzibati iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2022-ci il tarixli qərarı ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya baxışı zamanı hüquqi şəxsin nümayəndəsi tərəfindən təqdim olunmuş müvafiq gömrük bəyannaməsi və "xxxx" QSC-dən verilmiş məktublarla, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən 30.000 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxal olunduğu təsdiq olunmuş və Mərkəzi Bankın nümayəndəsi də qarşı tərəfin təqdim etdiyi sübutlarla razılaşmışdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci madəsinin tələbinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # #### 2015-ci il qərarında qeyd edilir ki, dövlət orqanları insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırmasından çəkinməklə yanaşı cəmiyyətdə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (Konstitusiyanın 71-ci maddəsinin İ hissəsi). “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.1, 430.2.1 və 430.2.3cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2013-cü il tarixli qərarında qeyd edilir ki, Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Bu müddəa məhkəmə müdafiəsinin yalnız birinci instansiya məhkəməsində deyil, həmçinin apellyasiya və kassasiya instansiyası məhkəmələrində də təmin olunmasını nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət vermək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6cı maddəsinin 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, apellyasiya instaniyası məhkəməsi iş materiallarını araşdırıb, iş üzrə toplanmış və əlavə təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, şikayət təmin edilməli və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə münasibətdə inzibati xəta hadisəsi müəyyən edilmədiyindən, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53, 128, 133, 134, 135 və 136-cı maddələrini rəhbər tutaraq apellyasiya Instaniyası məhkəməsi QƏRARA A L D İ: Şikayət təmin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək tənbeh edilməsi haqqında inzibati iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2022-ci il tarixli qərarı ləğv edilsin. Inzibati xəta hadisəsi olmadığından, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş ## #### 2022-ci il tarixli EP № ******* saylı inzibati xəta haqqında protokol əsasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar