Məhkəmə qərarları › İş №3(3-6)-1729/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1729/2026

02.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1729/2026 02.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X5 oğlunu sədrliyi, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Hüquq İdarəsinin nümayəndəsi X11 iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilən ##.##.2026-cı il tarixli, MN seriyalı ******* saylı qərarın ləğv edilməsi və başlanmış inzibati iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) şikayətlə məhkəməyə müraciət edərək barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər idarəsinin ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı Şəhər İdarəsi Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati tənbeh vermə haqqında ##.##.2026-cı il tarixli qərar qəbul etmişdir. İnzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas ##.##.2026- cı il tarixli, MN ******* saylı protokoldur. Həmin protokolda göstərilmişdir ki, Vətəndaş X2 ##.##.2025-ci il tarixdə xəsarət alması ilə nəticələnən bədbəxt hadisənin araşdırılması zamanı məlum olmuşdur ki, hadisə baş verən gün Dövlət Əmək Müfəttişliyi Xidmətinə işəgötürən “xxxx” MMC-nin nin direktoru Qərardan şikayət verən orqan (şəxs) tərəfindən məlumat təqdim edilməmiş, nəticədə Əmək Məcəlləsinin 217-ci maddəsinin tələbləri pozulmuşdur. Bununla da Qərardan şikayət verən orqan (şəxs) inzibati xətanı törətdiyinə görə Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsində nəzərdə tutulmuş 1300 manat məbləğində inzibati cərimə növü tətbiq edilmişdir. Aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında ##.##.2026-cı il tarixli MN seriyalı ******* saylı qərar tamamilə əsassızdır və ləğv edilməlidir. Qərardan şikayət verən orqan (şəxs) tərəfindən heç bir inzibati xəta törədilmədiyindən və inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməlidir. Qəbul edilmiş qərar həm hüquqi, həm də faktiki baxımdan əsassızdır və obyektiv araşdırma aparılmadan qəbul edilmişdir. Belə ki, ilk olaraq qeyd edir ki, AR Əmək Məcəlləsinin 217.1-ci maddəsinə əsasən işəgötürən yalnız istehsalatda baş vermiş bədbəxt hadisələr barədə dərhal müvafiq dövlət orqanına məlumat verməlidir. Başqa sözlə, məlumatvermə öhdəliyi yalnız hadisənin istehsalatla bağlı olduğu hallarda yaranır.Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.4-cü bəndində isə açıq şəkildə göstərilmişdir ki, işçilərin öz təşəbbüsü ilə nahar fasiləsində və ya iş vaxtından sonra idman fəaliyyəti ilə məşğul olarkən aldıqları xəsarətlər istehsalat bədbəxt hadisəsi hesab edilmir və uçota alınmır. Hazırkı işlə bağlı bildiririk ki, baş vermiş hadisə istehsalat hadisəsi deyildir.##.##.2025-ci il tarixində müəllim köməkçisi Nuray Məxfiyevadan işə gəlməməsinin səbəbini soruşduqda, o, bununla bağlı üzürlü səbəbinin olduğunu qeyd etmiş və bu səbəbi göstərən sənədi onlara işə çıxdığı zaman təqdim edəcəyini bildirmişdir. Daha sonra bizə # ###### 2025-ci il tarixində, səhər saatlarında Dövlət Əmək Müfəttişliyi Xidmətinin ## ###### 2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli məktubu, # ###### 2025-ci il tarixində isə ## ###### 2025-ci il tarixli, *-**-*/*- ******/**** nömrəli məktubu daxil olmuşdur. ## ###### 2025- ci il tarixli məktubda X2 ##.##.2025-ci il tarixdə xəsarət alması ilə bağlı “Respublika Təcili və X10 Mərkəzi” PHŞ-nə ##.##.2025-ci il tarixli müraciəti əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsində araşdırma aparıldığı qeyd olunmuşdur. Onlar da Məxfiyeva Nurayın işə gəlmədiyi barədə araşdırma aparmış və həmin hadisə barədə X1dan, həm də hadisə zamanı onunla basketbol oynayan müəllim köməkçisi Nəzrin Məmmədovadan ##.##.2025-ci il tarixli izahatlar almışlar. 19 noyabr tarixli məktubda isə onlardan hadisə barədə ətraflı məlumat verilməsi və Məxfiyeva Nuray ilə bağlı müvafiq məlumat və sənədlərin siyahısının - hadisə barədə ətraflı məlumat, iş vaxtının uçotu cədvəlindən çıxarış (2025-ci ilin noyabr ayı üzrə), əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına dair keçirilən təlimatlar haqqında sənədlərdən çıxarışlar, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi halları ilə bağlı icbari sığorta müqaviləsindən çıxarış sənədlərinin təqdim olunması tələb olunmuşdur. Həmin məktuba cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsinə ünvanladığı 0# ###### 2025-ci il tarixli, **/** nömrəli məktubda Nuray Məxfiyevanın ## ###### 2025-ci ildə işə gəlməməsinin səbəblərini aydınlaşdırdığı, onun və müəllim köməkçisi Nəzrin Məmmədovanın ## ###### 2025-ci il tarixində, saat 18:15-30 radələrində birlikdə basketbol oynadıqlarını aşkar etdiyini və bu halın iş vaxtından sonra, əmək fəaliyyətinə dair hər hansı bir işlə məşğul olunmadığı zaman baş verdiyini bildirmişdir. Həmçinin, onlardan tələb olunan hər bir sənədi elə məktubu aldığı gün cavab məktubuna qoşma kimi əlavə edərək təqdim etmişdir. Qanunvericiliyin tələblərinə tam əməl etdiyi üçün cərimə olunmamış və barəsində IXM-in 539.3- cü maddəsi ilə inzibati xəta haqqında icraat olmamışdır. Qeyd olunanlara əlavə olaraq, 0# ###### 2025-ci il tarixli cavab məktubda Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.4-cü bəndində işçilərin öz təşəbbüsü ilə nahar fasiləsində və ya iş vaxtından sonra idman fəaliyyəti ilə məşğul olarkən aldıqları xəsarətlərin istehsalat bədbəxt hadisəsi hesab edilməməsini və uçota alınmamasını da qeyd etmişdir. İşin halları ilə bağlı Əmək Müfəttişliyinin mütləq araşdırmalı olduğu məqamlar ondan ibarət idi ki, Nuray Məxfiyeva ##.##.2025-ci il tarixində iş saatından sonra təxminən 18:15-18:30 radələrində məktəbin idman zalında idman müəllimi ilə basketbol oynamaq qərarına gəlmişlər. Basketbol oynadıqları zaman Nurayın ayağı burxulmuşdur. Təhsil kompleksində müəllim köməkçisi vəzifəsində çalışan Nuray Məxfiyevanın ##.##.2025-ci il tarixində işə gəlmədiyi zaman aparılmış araşdırma zamanı məlum olmuşdur ki, hadisə ##.##.2025-ci il tarixində, saat 18:15- 18:30 radələrində, yəni iş vaxtı bitdikdən sonra baş vermişdir. İşçilər Nuray Məxfiyeva və Nəzrin Məmmədova heç bir tapşırıq və ya əmək funksiyası icra etmədən, sırf şəxsi təşəbbüsləri ilə idman zalında basketbol oynamış, Nuray Məxfiyevanın ayağı elə həmin zaman burxulmuşdur. Aydındır ki, xəsarət əmək vəzifələrinin icrası ilə bağlı olmamışdır. - Xəsarətin iş saatlarından sonra, işçilərin öz təşəbbüsü ilə olması faktını hadisənin iştirakçıları Nəzrin Məmmədova və Nuray Məxfiyeva özləri də də yazılı izahatlarında bildirmişlər. Məxfiyeva Nuray işəgötürənə qarşı heç bir şikayətinin olmadığını öz izahatında göstərmişdir.Buna baxmayaraq, təqdim etdiyi izahatlar, faktlar və hüquqi əsaslandırmalar Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı Şəhər İdarəsi tərəfindən nəzərə alınmamış, hadisə əsassız şəkildə istehsalat bədbəxt hadisəsi kimi qiymətləndirilmişdir. Ümumiyyətlə, Nuray Məxfiyevanın “xxxx” MMC-yə ünvanladığı ##.##.2025-ci il tarixli izahatdan aydın olur ki, Məxfiyeva Nuray ##.##.2025-ci il tarixində saat 19:20 radələrində evdən təcili yardıma zəng etmişdir. Təcili yardım tərəfindən ona tibbi yardım göstərilmiş, xəstəxanaya çatdırıldığı zaman tibbi prosedurlar həyata keçirilmişdir. Lakin, iş üzrə materiallarda Məxfiyeva Nurayın ayağındaki zərərin mənbəyi haqqında həkim rəyi və ya arayışı mövcud deyildir. Əmək Müfəttişliyi əməkdaşları öz vəzifə öhdəliklərinə uyğun olaraq Məxfiyeva Nurayın ayağındakı zədənin nə zaman, necə, harda baş vermiş olmasına dair həkim arayışı və rəyin verilməsini tibbi dəstəyin göstərildiyi xəstəxana rəhbərliyi və ya elə sadəcə həkimin özündən tələb etməli idi. Lakin, işin hallarından aydındır ki, Əmək Müfəttişliyi sadəcə dəqiq olmayan ehtimallara, fərziyyələrə əsaslanmış, Məxfiyeva Nurayın ##.##.2025-ci il axşam 19:20 radələrində həkimə müraciət etməsindən nə qədər əvvəl, hansı şəraitdə, iş vaxtı və ya işdən sonra, işinin icrası zamanı və ya başqa vaxt ayağını yaralaması məsələsini mütləq şəkildə müəyyən etməli olduğu halda heç bir araşdırma aparmamışdır. X1, həm də onunla işdən sonra basketbol oynayan idman müəllimi Nəzrin Məmmədova izahatlarında bildirmişlər ki, sözügedən hadisə, iş saatlarından sonra, özlərinin təşəbbüsü ilə, rəhbərliyin icazəsi, razılığı, tapşırığı olmadan, əylənmək üçün idman zalında basketbol oynadıqları zaman baş vermişdir. Əmək Müfəttişliyi hadisənin baş vermə zamanını düzgün müəyyən etməmiş, ümumiyyətlə bu istiqamətdə hər hansı bir araşdırma həyata keçirməmiş, İXM-də nəzərdə tutulmuş protokolun tərtibi ilə bağlı qaydaları pozmuşdur. Protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti mütləq şəkildə doğru göstərilməli olduğu halda, 17 noyabr 18:30 radələrində baş vermiş hadisə 18 noyabrda baş vermiş kimi qeyd olunmuşdur. Hansı ki, Məxfiyeva Nuray 18 noyabrda ümumiyyətlə işə gəlməmişdir və bu hal # ###### 2025-ci il tarixində Əmək Müfəttişliyinə göndərdiyimiz məktubun qoşmasına əlavə edilmiş işçilərin uçot cədvəlində də açıq-aşkar görünür. Əmək Müfəttişliyi bu uçot cədvəlində qeyd olunan məlumatların yanlışlığına dair pretenziya, məktub, bildiriş, ümumiyyətlə hər hansı bir rəsmi müraciət etməmişdir. Buradan aydın olur ki, Əmək Müfəttişliyi özü də Məxfiyeva Nurayın ## ###### 2025-ci ildə işdə olmadığını bilmiş, lakin yenə də protokolda hadisənin baş vermə tarixini 18 noyabr olaraq qeyd etmişdir. Bundan əlavə, protokolda xətanın mahiyyəti doğru şəkildə müəyyən edilməmiş və qeyd olunmamışdır. Belə ki, bizim 3 dekabr tarixli Əmək Müfəttişliyinə ünvanlandığımız məktubda da qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.4-cü bəndində işçilərin öz təşəbbüsü ilə nahar fasiləsində və ya iş vaxtından sonra idman fəaliyyəti ilə məşğul olarkən aldıqları xəsarətlərin istehsalat bədbəxt hadisəsi hesab edilməməsi və uçota alınmaması kimi mühim əhəmiyyətli nüans Əmək Müfəttişliyi tərəfindən nəzərə alınmamış, işin mahiyyəti üzrə araşdırma həyata keçirilməmişdir. Qeyd olunanlardan aydın olur ki, inzibati xəta haqqında protokola dair tələblər əhəmiyyətli şəkildə pozulmuşdur. Nəhayət, İnzibati Xətalar Məcəlləsinin protokolla bağlı tələbləri olan vaxt və müddətin və mahiyyətin düzgün müəyyən edilməsi, inzibati xəta üzrə zəruri olan məlumatların hərətərəfli, tam və obyektiv şəkildə araşdırılması kimi tələblər kobud şəkildə pozulmuşdur. Ümumiyyətlə qeyd olunmalıdır ki, hadisə iş saatlarından, əmək fəaliyyəti ilə məşğul olunan dövrdən kənar baş verdiyindən “xxxx” MMC-nin məlumat vermə öhdəliyi mövcud olmamışdır. Belə ki, İXM-in 555.1 -ci maddəsinin tələbi istehsalat zamanı baş verən hadisə barədə uçot aparılıb məlumat verilməsidir ki, hazırki işdə belə bir hal mövcud deyildir, əksinə hadisə işlə bağlı olmayan, iş saaatından sonra keçirilən idman oyunu zamanı baş vermişdir. Bizim qeyd etdiklərimiz Əmək Müfəttişliyinə ünvanlandığımız məktublar, uçot cədvəli, işçilərin izahatları ilə sübut olunur. Digər tərəfdən, Əmək Müfəttişliyi Bakı Şəhər İdarəsi “xxxx” MMC tərəfindən İXM-in 555.1-ci maddəsində qeyd olunan hər hansı bir əməlin törədilməsinə dair qeyd etdiyi halların hər hansı birini təsdiq edən sübutlara malik olmamışdır. Bu halda, İXM-in təqsirsizlik prezumpsiyası prinsipinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilməli idi. Belə ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, onun təqsirli olduğunu sübut etmək vəzifəsi onun barəsində inzibati xəta işi üzrə icraat aparan dövlət qurumunun öhdəliyidir. Xüsusilə qeyd etmək istəyir ki, rəhbərlik etdiyi təhsil müəssisəsində əmək təhlükəsizliyi qaydalarına daim ciddi əməl olunur və işçilərin sağlamlığı hər zaman diqqət mərkəzində saxlanılır. İş vaxtından sonra işçilərin şəxsi təşəbbüsü ilə keçirdikləri idman fəaliyyəti zamanı baş verən hadisəyə görə işəgötürənin məsuliyyətə cəlb edilməsi hüquqi baxımdan doğru deyildir, qanunun məqsəd və prinsiplərinə ziddir. Bildirir ki, “xxxx" MMC-nin nüfuzuna zərər gəlməməsi, dövlət orqanları ilə hər hansı mübahisə olmaması, Cəmiyyətin bank hesablarına həbsin qoyulmaması, direktorun ölkədən çıxışına qadağanın qarşısının alınması və digər xoşagəlməz halların baş verməməsi üçün Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı Şəhər İdarəsinin ##.##.2026-cı il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarında nəzərdə tutulmuş 1300 manat cəriməni qərardan xəbərimiz olduğu gün, yəni ##.##.2026-cı il tarixində tez zamanda ödəmişlər. Lakin bu o demək deyildir ki, onlar istehsalatda baş vermiş hər hansı bir hadisəni gizlətmiş və bununla da inzibati xətaya yol vermiş və ya qərarla razılaşmışlar. Ödənişi həyata keçirməyi səbəbi etmədiyi bir əmələ, törətmədiyi bir inzibati xətaya görə məsuliyyətə cəlb olunmağı və buna dair qərarın sistemdə görünməyinin, müştəriləri və daima onları izləyən rəqibləri tərəfindən bilinməyinin qarşısını almaq, həm təhsil kompleksinin, həm də onun nüfuzuna dəyəcək hər hansı bir əlavə zərərdən müdafiə olunmağına nail olmaq olmuşdur. İnzibati məsuliyyətin tətbiqi yalnız şəxsin qanunla müəyyən edilmiş öhdəliyi pozduğu halda mümkündür. Halbuki bu işdə belə bir öhdəlik ümumiyyətlə yaranmamışdır. Buna baxmayaraq, onun barəsində inzibati cərimə tətbiq edilmiş, bu isə hüquqi müəyyənlik və ədalət prinsiplərinin pozulmasına səbəb olmuşdur. Tərəfindən heç bir inzibati xəta törədilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, inzibati məsuliyyət yalnız şəxsin təqsiri sübuta yetirildiyi halda tətbiq edilə bilər. Halbuki hazırkı halda “xxxx” MMC və onun direktoru Mərdanova Samirə Misir qızının hər hansı qanunazidd hərəkəti və ya hərəkətsizliyi mövcud olmamış, inzibati xəta tərkibi formalaşmamışdır. Bununla yanaşı, Əmək Müfəttişliyi tərəfindən iş üzrə obyektiv, hərtərəfli və tam araşdırma aparılmamış, tərəfimizin təqdim etdiyi izahatlar və ünvanladığı rəsmi müraciətlər nəzərə alınmamışdır. Bu isə inzibati icraatın əsas prinsiplərindən olan obyektivlik, qanunçuluq və tərəflərin bərabərliyi prinsiplərinin pozulmasına səbəb olmuşdur. Əmək Müfəttişliyi tərəfindən faktların birtərəfli qiymətləndirilməsi, təqdim olunmuş sübutların nəzərə alınmaması və qanunun düzgün tətbiq edilməməsi nəticəsində qəbul olunmuş qərar qanunsuz və əsassızdır. Hesab edir ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsinin MN******* nömrəli, ##.##.2026-cı il tarixli Qərar qanunsuz və əsasız olduğundan ləğv edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə şikayətin təmin edilməsi və Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilən ##.##.2026-cı il tarixli, MN seriyalı ******* saylı qərarın ləğv edilməsi və başlanmış inzibati iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Hüquq İdarəsi apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarının ləğv edilməsi və Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilən ##.##.2026-cı il tarixli, MN seriyalı ******* saylı qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərarın ləğv edilməsinə əsas kimi istinad etdiyi bütün hallar İXM-nin 555.1 -ci maddəsinə münasibətdə əsassızdır. Məhkəmə işə baxarkən inzibati xəta haqqında işin mühüm əhəmiyyət kəsb edən bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla müvafiq xətaya görə vəzifəli şəxsin inzibati tənbeh edilməsinin məqsədəmüvafiqliyi məsələsini inzibati xətalar qanunvericiliyinin vəzifələri və prinsipləri, həmçinin inzibati tənbehin məqsədləri baxımından həll etməlidir. X2 18.11,2025-ci il tarixdə xəsarət alması ilə nəticələnən bədbəxt hadisənin araşdırılması zamanı məlum olmuşdur ki, hadisə baş verən gün Dövlət Əmək Müfəttişliyi Xidmətinə işəgötürən "xxxx" MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) tərəfindən məlumat verilməmiş, nəticədə Əmək Məcəlləsinin 217ci maddəsinin tələbləri pozulmuşdur. Bununla da Qərardan şikayət verən orqan (şəxs) inzibati xətanı törətdiyinə görə Azərbaycan Respublikası İXM-nin 555.1 -ci maddəsində edilənlərə nəzərdə tutulmuş 1300 manat məbləğində inzibati cərimə növü tətbiq edilmişdir. Araşdırılma zamanı müəyyən edilmişdir ki, X2 işəgötürəni "xxxx" MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs)dır.Həmçinin Əmək və X7 çıxarışlardan görünür ki, X2 və Qərardan şikayət verən orqan (şəxs) arasında bağlanmış əmək müqavilələrinin “etibarlıq statusu” bədbəxt hadisənin baş verdiyi gün, yəni ##.##.2025-ci il tarixinə etibarlıdır. Bununla da X2 xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə barədə işəgötürən tərəfindən hadisə baş verən gün DƏMX-nə məlumat verilməməsi ilə bağlı Qərardan şikayət verən orqan (şəxs) məsuliyyət daşımalıdır. Həm İXM-nin 555.1-ci maddəsinin dispozisiyasına, həm də Əmək Məcəlləsinin 217-ci maddəsinə nəzər yetirsək görərik ki, qanun “İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması” anlayışı ilə “hadisə” anlayışını bir-birindən fərqləndirir. Əmək Məcəlləsinin 217-ci maddəsində nəzərdə tutulan dərhal hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat vermək öhdəliyi hadisənin ağırlıq dərəcəsindən asılı olmayaraq istehsalatla bağlılığının araşdırılması üçün müəyyən edilmişdir. Yəni İXM-nin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaranması üçün nəinki hadisənin ağırlıq dərəcəsi, ümumiyyətlə hadisənin istehsalatda baş verən bədbəxt hadisə olması belə mütləq deyil. Sözügedən maddə üzrə inzibati xəta hadisə barədə araşdırmanın yekun nəticəsi ilə yox, hadisə baş verdikdən sonra araşdırılma aparılması məqsədi ilə bağlıdır. Hadisənin istehsalatla bağlı olub-olmaması, təqsirin müəyyənləşdirilməsi və s. Xidmətin səlahiyyətindədir. Nə vəzifəli şəxsin, nə də məhkəmənin hadisənin istehsalatla bağlılığını araşdırmağa çalışması qanunauyğun deyil. Bu araşdırma” nəticəsində gəlinən nəticələrin hüquqi qüvvəsinin olmaması ilə yanaşı, İXMnin 555.1 -ci maddəsinə münasibətdə əhəmiyyətsizdir. Görnüdüyü kimi ƏƏSMN rəsmi sayıtında (+994 10) 525 55 ** saylı aktiv Whats App nömrəsi və elektron ünvan 1 elektron poçt ünvanı mövcuddur. İşə götürən həmin nömrə və elektron poçt ünvanı vasitəsi ilə Dövlət Əmək Müfəttişliyi Xidmətinə məlumat verə bilərdi. Lakin işəgötürən hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü Dövlət Əmək Müfəttişliyi Xidmətinə məlumat verməmişdir. Beləliklə işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsi, yerli bölməsinə (və ya birbaşa Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsi aparatına) məlumat verməyə borclu idi. Apellyasiya baxışı zamanı iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Hüquq İdarəsinin nümayəndəsi X11 apellyasiya şikayətini müdafiə edərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş şikayətçi Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi və vəkili İbrahimov Taleh Vəli oğlu apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək hadisənin protokolda qeyd olunduğu kimi ##.##.2025-ci il tarixdə deyil, ##.##.2025-ci il tarixdə iş vaxtından sonra 18:15 radələrində baş verdiyini, hadisə barədə işəgötürənin yalnız səlahiyyətli orqanın məktubu daxil olduqdan sonra məlumatının olmasını, habelə hadisənin X3 ilə bağlanmış əmək müqaviləsi ilə müəyyən olunan iş saatının bitməsindən sonra özünün təşəbbüsü ilə basketbal oynayarkən baş verməsini, yəni istehsatda baş vermiş bədbəxt hadisə sayılmaması faktını nəzərə alaraq birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və onun nümayəndəsi hazırki məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və onun nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə verilmiş apellyasiya şikayəti ilə əlaqədar inzibati işin materiallarını araşdıraraq, proses iştirakçısının çıxışını dinləyərək hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilən ##.##.2026-cı il tarixli, MN seriyalı ******* saylı qərarın ləğv edilməsi və başlanmış inzibati iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*- ***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 75-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi; inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 555.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən istehsalatda baş verən bədbəxt hadisənin baş vermə faktının gizlədilməsinə və ya bədbəxt hadisənin araşdırılması üçün hadisə baş verən gün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsinə görə min manatdan iki min iki yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217.1-ci maddəsinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.4cü bəndində əsasən işçilərin öz təşəbbüsü ilə nahar fasiləsində və ya iş vaxtından sonra idman fəaliyyəti ilə məşğul olarkən aldıqları xəsarətlər istehsalat bədbəxt hadisəsi hesab edilmir və uçota alınmır. İş materiallarında olan ##.##.2026-cı il tarixli, MN seriyalı ******* saylı qərara əsasən vətəndaş X2 xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən hadisə barədə Dövlət Əmək Müfəttişliyinə məlumat verməməsi müəyyən edilmişdir. Belə ki, “xxxx” MMC-nin ünvanında X2 ## ###### 2025-ci il tarixində xəsarət alması ilə nəticələnən bədbəxt hadisənin araşdırılması zamanı məlum olmuşdur ki, bədbəxt hadisə barəsində işəgötürən Qərardan şikayət verən orqan (şəxs) tərəfindən hadisə ilə bağlı həmin gün DƏMX-nə məlumat təqdim edilməmişdir. Nəicədə Əmək Məcəlləsinin 217-ci maddəsinin tələbləri pozulmuşdur. Ona görə də Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinib, inzibati məsuliyyətə cəlb edilmişdir. İş materiallarında olan X3 tərəfindən xxxx” MMC-nin nin direktoru Qərardan şikayət verən orqan (şəxs) ünvanlanmış ##.##.2025-ci il tarixli izahatından görünür ki, ##.##.2025ci il tarixdə saat 18:15 radələrində iş vaxtı bitdikdən sonra iş yoldaşı – müəllim köməkçisi Nəzrin Məmmədova ilə basketbol oynayarkən topu tutmaq üçün atılarkən ayağı burxulmuş, oyun vaxtı ağrı olmadığına görə iş yerinə məlumat verməmiş, ertəsi gün ##.##.2025-ci il tarixdə təcili yardıma zəng etmişdir. Hadisə ilə bağlı işəgötürəndən şikayəti yoxdur. İş materiallarında olan Nəzrim Məmmədova tərəfindən xxxx” MMC-nin nin direktoru Qərardan şikayət verən orqan (şəxs) ünvanlanmış ##.##.2025-ci il tarixli izahatından görünür ki, ##.##.2025-ci il tarixdə saat 18:15 radələrində iş vaxtı bitdikdən sonra iş yoldaşı – müəllim köməkçisi Nuray Məxviyeva ilə basketbal oynayarkən Nuray topu tutmaq üçün atıldıqdan sonra ayağının ağrıdığını bildirmiş, lakin oyunu davam etdirərək daha sonra hər ikisi də evə getmişlər. İş materiallarında olan xxxx” MMC-nin nin direktoru Qərardan şikayət verən orqan (şəxs) ilə X3 arasında bağlanmış ##.##.2025-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, X3 iş vaxtı 08:00-16:30 müəyyən olunmuşdur. Məhkəmə araşdırması nəticəsində müəyyən olunur ki, “xxxx” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi faktı sübuta yetirilməmiş, onun ##.##.2025-ci il tarixdə vətəndaş X2 xəsarət alması ilə nəticələnən hadisə barədə səlahiyyətli orqana məlumat verməməsinin ümumiyyətlə hadisə barədə məlumatının olmamasından irəli gəlməsi faktı öz təsdiqini tapmışdır. Belə ki, X2 özünün izahatından da göründüyü kimi hadisənin ##.##.2025-ci il tarixdə saat 18:15 radələrində iş vaxtı bitdikdən sonra baş verməsi, habelə həmin vaxt işəgötürənə hadisə barədə hər hansı məlumatın verilməməsi qeyd olunmuşdur ki, qanunvericilik normaları məhz istehsalatda baş verən bədbəxt hadisələr barədə hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat vermək öhdəliyini nəzərdə tutmuşdur. Lakin hazırki vəziyyətdə X2 ##.##.2025-ci il həkimə müraciət etmiş olması əsas götürülməklə hadisənin məhz həmin gün baş verməsi və istehsalatda baş verən bədbəxt hadisə kimi qiymətləndirilməsi öz təsdiqini tapmamış, əksinə təkzib olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin “xxxx” MMC-nin nin direktoru Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair gəldiyi nəticə qanuni və əsaslı olmuşdur və apellyasiya qaydasında verilmiş şikayətin dəlilləri işin faktiki hallarına uyğun olmadığından əsaslı hesab edilə bilməz. İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilən ##.##.2026-cı il tarixli, MN seriyalı ******* saylı qərarın ləğv edilməsi və başlanmış inzibati iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDI: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilən ##.##.2026-cı il tarixli, MN seriyalı ******* saylı qərarın ləğv edilməsi və başlanmış inzibati iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar