Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1733/2026 19.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Ibrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eminov Azər Elçin oğlunun katibliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin nümayəndəsi X5 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən “xxxx” MMC-i barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair ## ##### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə “xxxx” MMC-i barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının IXM-in 53.1.6-cı maddəsinə əsasən xitam verilməsi qərara alınmışdır. Həmin qərardan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən “xxxx” MMC-i barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin nümayəndəsi X5 apellyasiya şikayətinin təmin olunmasını, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ****/**** nömrəli qərarının ləğv edilməsini və “xxxx” MMC-nin inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmənin iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, “xxxx” MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə gəlməyən tərəfin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, apellyasiya qaydasında verilmiş şikayətin dəlillərini işin materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, ## ##### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X1 şikayəti əsasında AR ƏM-nin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Cəmiyyətə ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli məktubla sənədlərin 7 iş günü ərzində təqdim olunması DƏMX-nin BŞI tərəfindən tələb olunsa da, ##.##.2026-cı il tarixədək təqdim edilməmiş, nəticədə “xxxx” MMC tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin avtomatlaşdırılmış sosial informasiya sistemi (ASIS) ilə təsdiq edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən “xxxx” MMC-nin rəhbərliyinə ünvanlanmış ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli məktubdan görünür ki, vətəndaş X1 xxxx MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin * saylı DOST Mərkəzinə ünvanladığı müraciətinə Nazirlik yanında Xidmətin Bakı şəhər Idarəsində baxılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən müvafiq olaraq tələb olunan sənədlərin 7 (yeddi) iş günü ərzində X2 Xidmətinin Bakı şəhər Idarəsinə təqdim edilməsi xahiş olunmuşdur. Məktubda 1. vətəndaşın müraciətində qeyd olunan məsələlərə münasibət bildirilməsinə dair cavab məktubu, 2. iş vaxtının qeydiyyatı cədvəlləri, əmək haqqının hesablanması cədvəli və ödənilməsini təsdiq edən sənədlərin surəti (2025-ci iş ili üçün noyabr ayı üzrə), 3. Son haqq hesabın hesablanması cədvəlləri və ödənilməsini təsdiq edən sənədlər, 4. işlədiyi dövr üzrə məzuniyyət hüququndan istifadə ilə bağlı ərizə, əmr və məzuniyyət haqqının ödənilməsini təsdiq edən sənədlər tələb edilmişdir. Çıxarışdan görünür ki, X2 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən “xxxx” MMC-yə ünvanlanmış ##.##.2025-ci il tarixli məktub həmin tarixdə elektron qaydada MMC-nin şəxsi kabinetinə yerləşdirilmişdir. Sənədin icra müddəti ##.##.2025-ci il tarixə kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən “xxxx” MMC-yə ünvanlanmış ## ##### 2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli bildirişdən görünür ki, MMC-nin nümayəndəsi MMC-i barəsində protokolun tərtib edilməsində iştirak məqsədi ilə ##.##.2026-cı il tarixdə saat 11:30-da X2 Xidmətinin Bakı şəhər Idarəsinə dəvət edilmişdir. Çıxarışdan görünür ki, X2 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən “xxxx” MMC-yə ünvanlanmış məktub ##.##.2026-cı həmin tarixdə elektron qaydada MMC-nin şəxsi kabinetinə yerləşdirilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutların məcmusu ilə - izahat, inzibati xəta haqqında protokol, sənədlərin tələb edilməsi barədə məktub və digər sənədlərlə “xxxx” MMC-nin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə IXMin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatları (sənədləri) təqdim etməməsi tam sübuta yetirilmişdir. Bununla da “xxxx” MMC tərəfindən Azərbaycan Respublikası IXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Belə ki, vətəndaş X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin * saylı DOST Mərkəzinə ünvanladığı müraciəti əsasında “xxxx” MMC-yə ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli məktub göndərilərək, şikayətin araşdırılması məqsədi ilə lazımi sənədlərin 7 iş günü ərzində idarəyə təqdim edilməsi xahiş edilmişdir. Qeyd edilən məktub ##.##.2025-ci il tarixdə hüquqi şəxsə rəsmi olaraq çatdırılmışdır (işəgötürənin şəxsi kabinetinə yerləşdirilmişdir). Lakin, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs tərəfindən göstəriş icra edilməmişdir. Bununla yanaşı, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, hüquqi şəxs “xxxx” MMC-nin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, hüquqi şəxs “xxxx” MMC-i barəsində MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol ## ##### 2026-cı il tarixdə tərtib edilmişdir. Halbuki, ##.##.2025-ci il tarixli, 3-17-5/2- ******/**** nömrəli məktubun ##.##.2025-ci il tarixdə işəgötürənin şəxsi kabinetinə yerləşdirilməsindən, yəni MMC-yə çatdırılmasından sonra 7 iş günü ərzində DƏMX-nin BŞInə müvafiq sənədlərin təqdim edilməsi tələb olunsa da, inzibati xətanın törədilməsi vaxtı həmin sənədlər təqdim edilmədiyi üçün ## ###### 2025-ci il tarixi hesab olunmalıdır. Həmin Məcəllənin 53.1.6-cı madəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 4 (dörd) ay keçənədək verilə bilər. Odur ki, məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə qüvvədə saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələri rəhbər tutularaq, məhkəmə QƏRARA ALDI: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin şikayəti təmin edilməsin. “xxxx” MMC-i barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı qüvvədə saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1733/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1733/2026
19.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver