Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1734/2026 19.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Murad Akif oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Nağıyeva Milana Varis qızının katibliyi, Cəbrayıl rayon prokurorunun köməkçisi nümayəndə1, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi nümayəndə2 iştirakları ilə, Hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından Cəbrayıl rayon prokuroru, R Vüqar Səlimov tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D I : Cəbrayıl rayon prokuroru tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası IXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə ##.##.2026-cı il tarixdə qərar qəbul olunmuşdur ondan ötrü ki, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC (VÖEN: **********) – onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi – direktoru vətəndaş nümayəndə2 tərəfindən MMC-nin xeyrinə və onun maraqlarının qorunması üçün MMC-nin qanuni təmsilçisi səlahiyyətləri həyata keçirilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq şahid4 və şahid2 2025-ci ilin mart ayının əvvəlindən ## ##### 2025-ci il tarixədək, şahid3 2025-ci ilin aprel ayının əvvəlindən ##.##.2025-ci il tarixədək dam ustası vəzifəsində, şahid1 isə 2025-ci ilin mart ayının əvvəlindən həmin ilin sentyabr ayınadək fəhlə kimi əmək müqaviləsi bağlanmayaraq və həmin müqavilənin bildirişini elektron informasiya sisteminə daxil etməyərək Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin şəxslər Cəbrayıl rayonu, Şükürbəyli kəndi ərazisində işlərin yerinə yetirilməsinə cəlb edilmiş, bununla da, Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətasını törətmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Orxan Məmmədli) ##.##.2026-cı il tarixli qərarı ilə Hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan Cəbrayıl rayon prokuroru, R Vüqar Səlimov apellyasiya qaydasında protest verib Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsi xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, şahid4 materiala əlavə edilmiş izahatından görünür ki, sonuncu 2025-ci i! mart ayının əvvəlindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətində dam ustası vəzifəsində çalışmış və onunla MMC arasında əmək müqaviləsi bağlanmamışdır. şahid1 materiala əlavə edilmiş izahatından görünür ki, sonuncu 2025-ci il mart ayının əvvəlindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətində dam ustası vəzifəsində çalışmış və onunla MMC arasında əmək müqaviləsi bağlanmamışdır. şahid2 materiala əlavə edilmiş Izahatından görünür ki, o, 2025- ci il mart ayının əvvəlindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətində dam ustası vəzifəsində çalışmış və onunla MMC arasında əmək müqaviləsi bağlanmamışdır. şahid3 materiala əlavə edilmiş izahatından görünür ki, sonuncu 2025-ci il aprel ayının əvvəlindən "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində fəhlə kimi çalışmış və onunla MMC arasında əmək müqaviləsi bağlanmamışdır. Materiala əlavə edilmiş X8 sistemindən edilmiş çıxarışlardan görünür ki, şahid4 ilə ##.##.2025-ci il tarixdə, şahid2 ilə ## ##### 2025-ci il tarixdə, şahid3 ilə ##.##.2025-ci il tarixdə əmək müqaviləsi bağlanılmaqla hüquqi qüvvəyə minmiş, şahid1 ilə isə əmək müqaviləsi bağlanılmamış və ya hüquqi qüvvəyə minməmişdir. Materiala əlavə edilmiş, "Elektron prokurorluq” informasiya sistemindən çıxarışdan görünür ki, X7 (FIN 0Z1F34W) Naxçıvan MR, Sədərək rayonu, Dəmirçi Ə/D, Dəmirçi kəndində qeydiyyatdadır, şəxsi telefon nömrəsi 070-259-04-09- dir. Iş materiallarında olan ##.##.2025-ci il tarixli xxxxndən "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru nümayəndə2 “sifarişçi”, X7 isə "subpodratçı" qismində bu müqavilədə iştirak etdikləri, müqavilənin predmetinin Cəbrayıl rayonu, Şükürbəyli kənd yaşayış məntəqəsində fərdi yaşayış evlərinin tikintisində hörgü-suvaq işlərinin görülməsi olduğu məlum olmuşdur. Həmin müqavilədə müqavilə predmetinə aid işlərin həyata keçirilməsinə bilavasitə nəzarəti “subpodratçı” qismində X7 öz üzərinə götürmüş olsa da, şahid4, şahid2, şahid1 və şahid3 izahatları ilə müəyyən edilmişdir ki, işlərin görülməsinə nəzarət nümayəndə2 tərəfindən həyata keçirilmiş, onlara əmək haqqının sonuncu tərəfindən ödənilməsi həyata keçirilmişdir. X7 adlı şəxs onlara məlum olmamışdır. Adları çəkilən işçilərin əmək münasibətlərinə faktiki olaraq nümayəndə2 ilə daxil olmaları, həmçinin işçilər və işəgötürən arasında hakimiyyət-tabeçilik xüsusiyyətlərinin mövcud olması {məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s.) əmək münasibətlərində işəgötürən qismində nümayəndə2 çıxış etdiyi nəticəsinə gəlməyə əsas verir. Təhlil edilənlərdən bu nəticəyə gəlinir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru nümayəndə2 formal xarakterli mülki- hüquqi müqavilə bağlamaqla işlərin görülməsinin X7 adlı şəxsə həvalə edilməsi görüntüsü yaratmaqla hüquqi məsuliyyətdən boyun qaçırmağa çalışmışdır. Bağlanılan xxxxnin mötəbərliyinin yoxlanılması mümkün olmadığından bu müqavilənin hansı tarixdə bağlanılması, müqavilənin tərəflərin sərbəst iradəsinin məhsulu olubolmadığını müəyyən etmək mümkün olmamışdır. Həmçinin qeyd olunmalıdır ki, formal xarakterli müqavilə ##.##.2025-ci il tarixdə bağlanılmış olsa da, şahid4, şahid2 və şahid1 2025-ci ilin mart ayının əvvəlindən faktiki olaraq işlərin görülməsinə cəlb edilmişlər. Bundan başqa, xxxxnin reysteri dövlət orqanları tərəfindən qeydiyyata alınmadığından müqavilənin mötəbərliyini müəyyən etmək mümkün deyildir. Zeynalabdin Şükürovun əldə edilən telefon nömrəsi işlək vəziyyətdə olmadığından onunla əlaqə saxlamaq mümkün olmamış, yaşadığı ünvana göndərilmiş teleqram isə ##.##.2026-cı il tarixdə sonuncu tərəfindən təhvil alınmışdır. MMC-nin hüquqi ünvanına müvafiq teleqram ünvanlanaraq hüquqi şəxsin direktoru nümayəndə2 izahat verməsi üçün rayon prokurorluğuna dəvət olunsa da, göndərilən teleqram çatdırılmadan geri qayıtmışdır. nümayəndə2 qeydiyyatda olduğu ünvan 1 ünvanına material üzrə toplanılması zəruri sənədlərin əldə edilməsi üçün göndərilən sorğu məktubu ##.##.2026-cı il tarixdə, həmin ünvana izahat verməsi üçün rayon prokurorluğuna dəvət olunması barədə göndərilən teleqram isə ##.##.2026-cı il tarixdə təhvil alınmış, lakin nə zərururi sənədlər təqdim edilməmiş, nə də nümayəndə2 izahat vermək üçün rayon prokurorluğuna gəlməmişdir. Bundan əlavə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin internet resurslarından əldə edilmiş elektron ünvanı olan HYPERLINK "mailto:elektron ünvan 1"elektron ünvan 1 ünvanına həm çağırış məktubu, həm də müvafiq sənədlərin təqdim edilməsi üçün tərtib edilən məktub göndərilmiş, lakin nə zərururi sənədlər təqdim edilməmiş, nə də nümayəndə2 izahat vermək üçün rayon prokurorluğuna gəlməmişdir. Protokol tərtib edən orqanlar araşdırması aparılan **c-** nömrəli material üzrə rayon prokurorluğunun müstəntiqi, R X1 təqrirlə müraciət edərək bir qrup şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətində əmək fəaliyyətinə cəlb edilmələrində Azərbaycan Respublikası IXM-nin 192.1-ci maddəsinin tərkib əlamətlərinin olması ilə bağlı müraciət etmişdir. Hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində qəbul edilmiş qərar ## #### 2026-cı il tarixdə elektron qaydada Protokol tərtib edən orqanlar təqdim edilmişdir. Müvafiq qərarda inzibati xəta haqqında iş üzrə icraata xitam əsası kimi ## ##### 2025-ci il tarixli № Z/H-** saylı xxxx Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ilə fiziki şəxs X7 arasında bağlanmışdır. Həmin müqaviləyə əsasən X7 rayonu Şükürbəyli kəndi ərazisində yerləşən fərdi yaşayış evlərinin dam örtüyü işlərinin yerinə yetirilməsini öz üzərinə götürmüşdür. Müqavilənin 3.7-ci bəndində isə iş prosesində təhlükəsizlik texnikası, əməyin mühafizəsi qaydalarına riayət olunmasına və baş verə biləcək hadisələrə görə məhz subpodratçının məsuliyyət daşıdığı birbaşa göstərilmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan yazılı sübutlar həmin şəxslərin məhz X7 işçiləri olduğunu təsdiq edir. Belə ki, şahid4 ##.##.2025-ci il tarixli ərizəsi ilə dam ustası vəzifəsinə qəbul olunmaq üçün birbaşa X7 müraciət etdiyi müəyyən edilmişdir; şahid2, şahid3 və şahid4 ilə bağlanmış əmək müqavilələrinin işəgötürən qismində məhz X7 tərəfindən bağlandığı təsdiq olunur; həmin əmək müqavilələrinə xitam verilməsi barədə bildirişlər də X7 tərəfindən rəsmiləşdirilmişdir; işçilərin işə qəbul və işdən çıxma barədə ərizələri birbaşa X7 ünvanlanmışdır; “xxxx” ASCnin ödəniş tapşırıqlarından görünür ki, əmək haqqı ödənişləri də məhz X7 tərəfindən həyata keçirilmişdir. Məhkəmə hesab edir ki, əmək münasibətlərinin müəyyən olunması zamanı hüquqi əhəmiyyət kəsb edən əsas hallar işçinin kim tərəfindən işə qəbul olunması, əmək funksiyasının kimin tapşırığı ilə yerinə yetirilməsi, əmək haqqının kim tərəfindən ödənilməsi, əmək müqaviləsinin kim tərəfindən bağlanılması və əməyin təşkilinin kim tərəfindən həyata keçirilməsidir. Iş materiallarında olan bütün yazılı və elektron sübutlar bu münasibətlərin “xxxx" MMC ilə deyil, X7 ilə mövcud olduğunu göstərir. Bununla yanaşı, inzibati təqib orqanı tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti ilə həmin şəxslər arasında birbaşa əmək münasibətlərinin mövcudluğunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Iş materiallarında həmin şəxslərin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işə qəbul edilməsinə dair əmr, əmək haqqının MMC tərəfindən ödənilməsini təsdiq edən sənəd, tabel uçotu, təhlükəsizlik təlimatı jurnalı, iş tapşırıqlarının MMC tərəfindən verilməsini təsdiqləyən sənədlər, həmin şəxslərin MMC-nin ştat vahidlərində çalışmasını göstərən məlumatlar, yaxud digər obyektiv sübutlar mövcud deyildir. Inzibati təqib orqanı əsasən həmin şəxslərin prokurorluqda verdikləri izahatlara istinad etmişdir. Lakin məhkəmə hesab edir ki, şəxslərin izahatları özlüyündə və digər obyektiv sübutlarla təsdiq olunmadığı halda inzibati məsuliyyət üçün yetərli sayıla bilməz. Xüsusilə də həmin izahatlar iş materiallarında mövcud olan yazıiı sübutlarla - əmək müqavilələri, ərizələr, xitam bildirişləri və ödəniş sənədləri ilə ziddiyyət təşkil edir. Məhkəmə nəzərə alır ki, inzibati məsuliyyət yalnız ehtimallar və fərziyyələr əsasında deyil, şəxsin təqsirini şübhədən kənar təsdiq edən sübutlar əsasında müəyyən edilə bilər. Mövcud iş üzrə isə toplanmış sübutlar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən əmək müqaviləsi olmadan şəxslərin işə cəlb edilməsini deyil, həmin şəxslərin subpodratçı qismində çıxış edən X7 işçiləri olduğunu göstərir. Həmçinin məhkəmə nəzərə alır ki, xxxxnin mövcudluğu inzibati təqib orqanı tərəfindən də inkar edilməmiş, əksinə həmin müqavilənin kağız daşıyıcıda bağlandığı qəbul edilmişdir. Müqavilənin elektron qaydada bağlanmaması isə özlüyündə “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə işçilər arasında əmək münasibətinin mövcudluğunu sübut etmir. Lakin toplanmış materiallardan görünür ki, ##.##.2025-ci il tarixli xxxxndən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru nümayəndə2 "sifarişçi", X7 isə “subpodratçı” qismində bu müqavilədə iştirak etdikləri, müqavilənin predmetinin Cəbrayıl rayonu, Şükürbəyli kənd yaşayış məntəqəsində fərdi yaşayış evlərinin tikintisində hörgü-suvaq işlərinin görülməsi olduğu məlum olmuşdur. Həmin müqavilədə müqavilə predmetinə aid işlərin həyata keçirilməsinə bilavasitə nəzarəti "subpodratçı” qismində X7 öz üzərinə götürmüş olsa da, şahid4, şahid2, şahid1 və şahid3 izahatları ilə müəyyən edilmişdir ki, işlərin görülməsinə nəzarət nümayəndə2 tərəfindən həyata keçirilmiş, onlara əmək haqqının sonuncu tərəfindən ödənilməsi həyata keçirilmişdir. X7 adlı şəxs onlara məlum olmamışdır. Adları çəkilən işçilərin əmək münasibətlərinə faktiki olaraq nümayəndə2 ilə daxil olmaları, həmçinin işçilər və işəgötürən arasında hakimiyyət-tabeçilik xüsusiyyətlərinin mövcud olması (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s.) əmək münasibətlərində işəgötürən qismində nümayəndə2 çıxış etdiyi nəticəsinə gəlməyə əsas verir, Təhlil edilənlərdən bu nəticəyə gəlinir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru nümayəndə2 formal xarakterli mülki-hüquqi müqavilə bağlamaqla işlərin görülməsinin X7 həvalə edilməsi görünüşü yaratmaqla hüquqi məsuliyyətdən boyun qaçırmağa çalışmışdır. Bağlanılan xxxxnin mötəbərliyinin yoxlanılması mümkün olmadığından bu müqavilənin hansı tarixdə bağlanılması, müqavilənin tərəflərin sərbəst iradəsinin məhsulu olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. Həmçinin xxxxnin reysteri dövlət orqanları tərəfindən qeydiyyata alınmadığından müqavilənin mötəbərliyini müəyyən etmək mümkün deyildir. Protokol tərtib edən orqanlar aparılan araşdırma zamanı "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru nümayəndə2 “sifarişçi” ilə X7 arasında bağlanmış formal xarakterli müqavilə ## ##### 2025-ci il tarixdə bağlanılmış olsa da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru nümayəndə2 tərəfindən əmək müqaviləsi bağlanmayaraq və həmin müqavilənin bildirişini elektron informasiya sisteminə daxil etməyərək şahid4 və şahid2 2025-ci ilin mart ayının əvvəlindən ## ##### 2025-ci il tarixədək, şahid3 2025-ci ilin aprel ayının əvvəlindən ## ###### 2025-ci il tarixədək dam ustası vəzifəsində, şahid1 isə 2025-ci ilin mart ayının əvvəlindən həmin ilin sentyabr ayinədək fəhlə kimi faktiki olaraq işlərin görülməsinə cəlb edilmişlər. Müvafiq qərarda inzibati xəta haqqında iş üzrə icraata xitam əsaslarından biri kimi Azərbaycan Respublikası Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin ## ###### 2026-cı il tarixli *-**-*-*/*-D***/**** nömrəli müraciətə baxılması haqqında cavab məktubuna əsasən, aşkar edilmiş pozuntu ilə əlaqədar Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən qəbul edilmiş Qərara əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılacaq şəxs qismində Z.Şükürov onda olan sübutların təqdim etməsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması məqsədilə ## ###### 2025-ci il tarixli *-**-*-*/*-Ş-****/**** nömrəli məktubla # ###### 2026-cı il tarixində Xidmətə dəvət edilmişdir. Lakin qeyd olunan tarixdə Xidmətə gəlmədiyindən Z.Şükürov barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən (Işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) # ###### 2026-cı il tarixli 0026121 nömreli "Inzibati cərimənin şərti olaraq hesablamalar nəticesində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol tətbiq edilməsi haqqında Qərar" (bundan sonra Qərar) qəbul edilərək hüquqpozmanın aradan qaldırılması üçün 20 gün müddət müəyyən edilmişdir. Eyni zamanda qəbul edilmiş Qərar icra edilməsi məqsədilə # ###### 2026-cı il tarixində Z.Şükürovun ünvanına göndərilmişdir. Müraciətdə qeyd edilən məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ izah olunmasının istinad etmişdir. Bununla yanaşı Protokol tərtib edən orqanlar aparılan araşdırma zamanı toplanmış materiallardan müəyyən olunmuşdur ki, şahid1, şahid4, şahid3 .şahid2 və digər işçilər X7 ümumiyyətcə tanımırlar, onu işlədikləri yerdə görməmişlər, həmin şəxsin kim olduğu barədə heç bir məlumatları olmamış, onlar sonuncu tərəfindən deyil “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru nümayəndə2 tərəfindən işlərin görülməsinə cəlb edilmişlər və həmin şəxslərin əmək haqqları gördükləri işin kvadrat metri üzərindən müəyyən edilərək "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru nümayəndə2 tərəfindən şəxsən şahid1 şəxsi kartına göndərilmiş və sonuncu tərəfindən onlara düşən məbləğ onlara verilmişdir. Onlara şirkət tərəfindən əmək haqqı kartı verilməmişdir. Son aylar üzrə ödənilməli olan məbləğ nümayəndə2 tərəfindən onlara ödənilməmişdir. Əmək haqqı qalıqlarının ödənilməməsi barədə 7 nəfər iş yoldaşları müvafiq qurumlara şikayət ünvanlamışlar. Bunun üçündə Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən (işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) Zeynalabdin Şükürov deyil Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru nümayəndə2 məsuliyyətə cəlb edilməlidir. Müvafiq qərarda inzibati xəta haqqında iş üzrə icraata xitam əsaslarından biri kimi, “Sifarişçi” Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru nümayəndə2 ilə “Subpodratçı” X7 arasında bağlanmış ## ##### 2026-cı il tarixli, Z/H-** nömrəli xxxxnin 1.1 bəndinə əsasən, subpodratçı tərəfindən müqavilədə qeyd edilən işlərin görülməsi Müqavilənin predmetini təşkil edir: Subpodratçı Cəbrayıl rayonu, Şükürbəyli kənd yaşayış məntəqəsində, yerləşən fərdi yaşayış evlərinin tikintisini bu müqavilə əsasında göstərilən müddətdə, layihəyə uyğun və tikinti normalarına uyğun dam işlərin görülməsini öhdəsinə götürür. Həmin müqvilənin 3.7. bəndinə əsasən Subpodratçı sahə iş prosesi zamanı təhlükəsizlik texnikası və əməyin mühafizəsi norma və qaydalarına əməl edir və baş verə biləcək hər hansı hadisə üçün özünün cavabdeh olmasını Istinad etmişdir. Belə ki, Protokol tərtib edən orqanlar aparılan araşdırma zamanı toplanmış materiallardan müəyyən olunmuşdur ki, şahid1, şahid4, şahid3 və şahid2 və digər işçilər oğlu X7 tərəfindən deyi! Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru nümayəndə2 tərəfindən işlərin görülməsinə cəlb edilmişlər, Zeynalabdin Şükürovun kim olması barədə hər hansı bir fikrləri yoxdur, belə bir adam tanımırlar, Işlədikləri müddət ərzində həmin şəxsi orada görməmişlər, görülən işlərə nümayəndə2 rəhbərlik etmiş, iş zamanı bütün təlimatları, əmək haqqlarını sonuncudan almışlar. Bundan başqa əgər həqiqətən də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru nümayəndə2 “sifarişçi” ilə X7 arasında "xxxx” bağlanmış olsa da idi MMC-nin nümayəndəsi ödənilmiş gəlir vergisi və məcburi dövlət sosial sığorta haqqı ilə bağlı ödənişlər barədə məhkəməyə müvafiq sənədlər təqdim edilərdi. Yuxarıda qeyd olunanlarla yanaşı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru nümayəndə2 "sifarişçi” ilə X7 arasında bağlanmış “xxxx”nin 2,1 -ci maddəsində qeyd edilmişdir ki, müqavilə üzrə ödəmələr subpodratçı tərəfindən tərtib edilən təhvil-təslim aktı sifarişçiyə təqdim edilir, Sifarişçi tərəfindən razılaşdıqdan sonra görülmüş işin dəyəri akta əsasən ödənilir. Həmin müqavilənin 2.2-ci maddəsində qeyd edilmişdir ki, təhvil-təslim aktı Sifarişçi tərəfindən qəbul olunduqdan sonra Subpodratçı tərəfindən görülmüş işlərə görə E-qaimə təqdim olunacaq, E- qaimə təqdim olunduqdan sonra görülmüş işin dəyəri Sifarişçi tərəfindən tam və ya hissə- hissə ödənilir, lakin qeyd olunan təhvil-təslim aktı, E-qaimənin çıxarışı və ya görülmüş işlərin dəyərinin Subpodratçıya ödənilənməsi barədə hər hansısa bir sənəd təqdim olunmamışdır. Bu da "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru nümayəndə2 formal xarakterli mülki-hüquqi müqavilə bağlamaqla işlərin görülməsinin X7 həvalə edilməsi görünüşü yaratmaqla hüquqi məsuliyyətdən boyun qaçırmağa çalışmasını sübut edir. Müvafiq qərarda inzibati xəta haqqında iş üzrə icraata xitam əsaslarından biri kimi, məhkəmə iclası zamanı nümayəndə2 şahid1 2024-cü il ## ###### tarixdən Qarabağ iqtisadi regionuna girişi qadağandır. 2024-cü ilin yanvar ayında Xocalı şəhərində oğurluq etdiyinə görə həmin şəxsin Qarabağ iqtisadi regionuna girişi qadağan edildiyini bildirmişdir. Qeyd olunan məsələnin dəqiqləşdirilməsi üçün məhkəmə tərəfindən Xocalı Rayon Polis Şöbəsininə sorğu verilməklə cavab alınmışdır. Xocalı Rayon Polis Şöbəsindən daxil olmuş ##.##.2026-cı il tarixli, *-**-**/*-****/**** nömrəli məktubda göstərilmişdir ki, ##.##.2024-cü il tarixdə şahid1 (FIN:*******) idarə etdiyi “VAZ-2106” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı minik avtomobili Xocalı rayonu, Əsgəran qəsəbəsi ərazisində yerləşən stasionar polis postunda Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb yoxlanılan zaman avtomobilin yük yerindən şahid1 məxsus əl çantalarından Xocalı rayonu ərazisindən qənimət qismində götürdüyü üç ədəd boşqab və bir ədəd fincan dəsti aşkar edilməsi səbəbilə işğaldan azad edilmiş ərazilərə giriş-çıxış üçün verilmiş Icazəsinə məhdudiyyət qoyulmuşdur. Lakin məhkəmə tərəfindən həmin şəxsin hansı müddətdən hansı müddətədək işğaldan azad edilmiş ərazilərə girişçıxış üçün verilmiş icazəsinə məhdudiyyət qoyulduğu dəqiqləşdirilməmişdir. Məktubda göstərilmişdir ki, şahid1 ##.##.2024-cü cü il tarixdə Xocalı rayonu ərazisindən qənimət qismində götürdüyü üç ədəd boşqab və bir ədəd fincan dəsti aşkar edilməsi səbəbilə işğaldan azad edilmiş ərazilərə giriş- çıxış üçün verilmiş Icazəsinə məhdudiyyət qoyulmuşdur. Lakin şahid1 2025-ci ilin mart ayının əvvəllərindən sentyabr ayınadək işlərin görülməsinə cəlb edilmişdir, Həmçinin Cəbrayıl rayon ərazisinə giriş posdu sadecə Cəbrayıl rayonu, Çocuq Mərcanlı kəndi ərazisində yerləşir və rayon ərazisinə giriş çıxış portalları yanlız orada yoxlanılır. Ancaq Cəbrayıl rayon ərazisinə giriş bir neçə yerdən mümkündür və orada yoxlanış postları yoxdur, şahid1 həmin yerlərdən portal icazəsi olmadan Cəbrayıl rayonu ərazisinə gələrək işləyə bilər. Araşdırma dövrü şahid1 izahatında bildirmişdir ki, nümayəndə2 göstərişi ilə 2025-ci ilin mart ayının əvvəllərindən etibarən Cəbrayıl rayonu, Şükürbəyli kəndində fəaliyyət göstərən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətində usta kimi işləməyə başlamış, lakin aprel ayında ailəvi məsələlər səbəbindən 1 ay müddətində işləyə bilməmiş, daha sonra isə yenidən qayıdaraq sentyabr ayınadək işləmişdir. Bu da onu göstəri ki, Qurban Həsənov portal icazəsi olmadan Cəbrayıl rayonu ərazisinə daxil olaraq Şükürbəyli kəndi ərazisində emək müqaviləsi olmadan xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru nümayəndə2 tərəfindən 2025-ci ilin mart ayının əvvəllərindən sentyabr ayınadək işlərin görülməsinə cəlb edilmiş, Qarabağ iqtisadi zonasına girişinə qadağa qoyulduğu üçün də nümayəndə2 tərəfindən sonuncu ilə əmək müqaviləsi haqlanmamış, qeyri rəsmi qaydada əmək prosesinə cəlb edilmişdir. Qeyd olunan məsələ məhkəmə tərəfindən tam dəqiqləşdirilmədən sadecə nümayəndə2 sözlərinə və fərziyyələrinə əsaslanmışdır. Müvafiq qərarda inzibati xəta haqqında iş üzrə icraata xitam əsaslarından biri kimi, “xxxx" ASC-nin ##.##.2025, ##.##.2025, ##.##.2025, ##.##.2025, ##.##.2025, -ci il tarixli ödəniş tapşırıqlarına əsasən, X7 tərəfindən müvafiq olaraq şahid4, şahid3 və şahid2 əmək haqqı ödənişləri köçürülməyini istinad etmişdir. Lakin "xxxx” ASC-nin ##.##.2025, ##.##.2025, ##.##.2025, ##.##.2025, ##.##.2025-ci il tarixli ödəniş tapşırıqlarından görünür ki, ödəniş tapşırıqlarından olan hesab nömrlərinin (ödəyən və alan) hər ikisinində X7 məxsusdur və öz hesab nömrələri arasında ödənişlər həyata keçirilmişdir. Həmçinin şahid4 rayon prokurorluğuna vermiş olduğu izahatında ## ### 2025-ci il tarixdə xəsarət aldıqdan sonra “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləmədiyini bildirmişdir. Onun əmək müqaviləsinə isə ## #### 2025-ci il tarixdə xitam verildiyi müəyyən olunmuşdur. Lakin “xxxx” ASC-nin ##.##.2025, ##.##.2025, ##.##.2025, ##.##.2025, ##.##.2025-ci il tarixli ödəniş tapşırıqlarına əlavə edilmiş cədvəllərindən görünür ki, 2025-ci ilin sentyabr ayınadək şahid4 emək haqqı köçürülmüşdür. Həmçinin işçilərə əmək haqqı kartı verilməmişdir. Buda onu sübut edir ki, qeyd olunan ödəniş tapşırıqları farmal olaraq hazırlanmışdır, Bundan başqa məhkəmə iclası zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru nümayəndə2 bildirmişdir ki, prokurorluq orqanına izahat vermiş, sənədləri də təqdim etmişdir. Həmçinin bildirmişdir ki, əgər o izahat verməmişsə sənədləri də təqdim etmişdirsə, xxxxni prokurorluq orqanı necə əldə edib? Belə ki, araşdırma dövründə "Elektron prokurorluq” informasiya sistemindən çıxarışdan görünür ki, nümayəndə2 (FIN: *******) ünvan 1 ünvanında qeydiyyatdadır, şəxsi telefon nömrəsi 070-558- 88-85-dir. Həmin ünvana material üzrə zəruri sənədlərin təqdim edilməsi barədə göndərilmiş sorğu məktubu ##.##.2026-cı il tarixdə, izahat verməsi üçün rayon prokurorluğuna dəvət olunması barədə göndərilmiş teleqram isə ##.##.2026-cı i! tarixdə təhvil alınmışdır. Bundan əlavə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin internet resurslarından əldə edilmiş elektron ünvanı olan HYPERLINK "mailto:elektron ünvan 1"elektron ünvan 1 ünvanına həm çağırış məktubu, həm də müvafiq sənədlərin təqdim edilməsi üçün tərtib edilən məktub göndərilmişdir. Lakin nümayəndə2 rayon prokurorluğuna gəlməməmiş və sənədlərin surətini təqdim etməmişdir. xxxx isə X4 Xidmətindən sorğu verilməklə götürülmüş və protokolla işə əlavə edilmişdir. Bu da nümayəndə2 dediklərinin yalan və fərziyyələrdən ibarət olmasını sübuta yetirir. Həmçinin məhkəmə araşdırması dövründə şahid1, şahid4 və şahid2 məhkəmə iclasına şahid qismində gedərək bildirmişdirlər ki, X7 ümumiyyətcə tanımırlar, onu işlədikləri yerdə görməmişlər, həmin şəxsin kim olduğu barədə heç bir məlumatları olmamış, onlar sonuncu tərəfindən deyil 2025-ci ilin mart ayının əvvəllərindən “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru nümayəndə2 tərəfindən işlərin görülməsinə cəlb edilmişlər və həmin şəxslərin əmək haqqları gördükləri işin kvadrat metri üzərindən müəyyən edilərək “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru nümayəndə2 tərəfindən şəxsən şahid1 şəxsi kartına göndərilmiş və sonuncu tərəfindən onlara düşən məbləğ onlara verilmişdir. Onlara şirkət tərəfindən əmək haqqı kartı verilməmişdir. Son aylar üzrə ödənilməli olan məbləğ nümayəndə2 tərəfindən onlara ödənilməmişdir. Əmək haqqı qalıqlarının ödənilməməsi barədə müvafiq qurumlara şikayət ünvanladıqlarının bildirsələrdə məhkəmə tərəfindən həmin şahidlərin dedikləri qərarda göstərilməmiş, onların sözlərinə sübut qismində əhəmiyyət verilməyərək yanlız nümayəndə2 sözlərinə və fərziyyələrinə qiymət verilmişdir. Bundan başqa X7 nə X4 Xidmətində, Baş Prokurorluğun Cinayət Təqibindən Kənar Icraatlar idarəsində və Protokol tərtib edən orqanlar aparılan araşdırmalar zamanı çağırışlara gəlməmiş, izahat və sənədlərin surətini təqdim etməmiş, həmçinin iş üzrə məhkəmə baxışında iştirak etməmişdir. Həmin şəxsin mobil telefon nömrələri işləmir, eləcə də ünvanına göndərilən çağrış məktubları Zeynalabdin Şükürov tərfındən qəbul edilmədən geri qaytarılır. Məhkəmə baxışında nümayəndə2 iştirak etmiş sənədləri sonuncu təqdim etmişdir. Məhkəmə tərəfindən həmin şəxsin hansı səbəbdən çağırışlara gəlmədiyi dəqiqləşdirilməmişdir. Həmçinin dövlət orqanlarının çağırışlarına gəlməyən bir şəxs tikintidə olan işlərə necə rəhbərlik etmişdir? Qeyd olunanlar nümayəndə2 formal xarakterli mülki-hüquqi müqavilə bağlamaqla işlərin görülməsinin X7 həvalə edilməsi görünüşü yaratmaqla hüquqi məsuliyyətdən boyun qaçırmağa çalışmasını sübut edir. Bundan başqa məhkəmə iclası zamanı “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru nümayəndə2 bildirmişdir ki, şahid4, şahid3 və şahid2 fiziki şəxs X7 ilə bağlanmış podrat müqaviləsi əsasında fəaliyyət göstərmişlər və onların işə cəlb olunması, əmək şəraiti, əmək müqavilələrinin bağlanıb-bağlanmaması, əmək haqqlarının ödənilməsi, həmçinin əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunması Ilə bağlı bütün öhdəliklər həmin podratçı fiziki şəxsə aiddir. şahid1 isə qara siyahıda olduğu və Qarabağ iqtisadi rayonuna girişinə məhdudiyyət qoyulduğu üçün həmin ərazidə faktiki fəaliyyət göstərməmiş və onlarla hər hansı hüquqi münasibətdə olmamışdır. Lakin araşdırma zamanı şahid4, şahid3 və şahid2, şahid1 izahatlarında göstərmişlər ki, X7 ümumiyyətcə tanımırlar, onu işlədikləri yerdə görməmişlər, həmin şəxsin kim olduğu barədə heç bir məlumatları olmamış, onlar sonuncu tərəfindən deyil 2025ci ilin mart ayının əvvəllərindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru nümayəndə2 tərəfindən işlərin görülməsinə cəlb edilmişlər və həmin şəxslərin əmək haqqları gördükləri işin kvadrat metri üzərindən müəyyən edilərək “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru nümayəndə2 tərəfindən şəxsən şahid1 şəxsi kartına göndərilmiş və sonuncu tərəfindən onlara düşən məbləğ verilmişdir. şahid1 tərəfindən təqdim edilmiş bank kartının çıxarışından görünür ki, sonuncunun bank kartına müxtəlif vaxtlarda toplu ödənişlər olunmuş və həmin ödənişlər müxtəlif vaxtlarda başqa şəxslərə göndərilmişdir. Buda şahid4, şahid3 və şahid2 izahatlarında qeyd etdikləri əmək haqqlarının gördükləri işin kvadrat metri üzərindən müəyyən edilərək “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru nümayəndə2 tərəfindən şəxsən şahid1 şəxsi kartına göndərilməsini, və sonuncu tərəfindən onlara düşən məbləğin onlara verilməsi xüsusatını təsdiq edir. X2 Müfəttişliyi Xidmətinin Bakı Şəhəri Idarəsinin ## #### 2026-cı il tarixli, ******* nömrəli qərarı ilə xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru nümayəndə2 şahid4 və şahid2 2025-ci ilin mart ayının əvvəlindən ## ##### 2025-ci il tarixədək, şahid3 2025-ci ilin aprel ayının əvvəlindən ##.##.2025-ci il tarixədək dam ustası vəzifəsində, şahid1 isə 2025-ci ilin mart ayının əvvəlindən həmin ilin sentyabr ayınadək fəhlə kimi əmək müqaviləsi bağlanmayaraq və həmin müqavilənin bildirişini elektron informasiya sisteminə daxil etməyərək Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin şəxslər Cəbrayıl rayonu, Şükürbəyli kəndi ərazisində işlərin yerinə yetirilməsinə cəlb etdiyi üçün Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən 3000 (üç min) manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında iştirak edən Cəbrayıl rayon prokurorunun köməkçisi nümayəndə1 protestin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi nümayəndə2 protestin təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin çıxışlarını dinləyib, aşağıdakı əsaslara görə hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilməsi barədə qərar qəbul edilməlidir. Apellyasiya protestində səlahiyyətli orqan hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını, hakim, tərəfindən, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasını iddia edilərək tələbi IXM-in 135.1.1 və 135.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. IXM-in 135.1.1 və 135.1.2-ci maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Işə baxan birinci instansiya məhkəməsi toplanmış və tədqiq olunmuş sübutları məcmu halında qiymətləndirərək qeyd etmişdir ki, iş materiallarında olan yazılı sübutlar həmin şəxslərin məhz X7 işçiləri olduğunu təsdiq edir. Belə ki, şahid4 ##.##.2025-ci il tarixli ərizəsi ilə dam ustası vəzifəsinə qəbul olunmaq üçün birbaşa X7 müraciət etdiyi müəyyən edilmişdir; şahid2, şahid3 və şahid4 ilə bağlanmış əmək müqavilələrinin işəgötürən qismində məhz X7 tərəfindən bağlandığı təsdiq olunur; həmin əmək müqavilələrinə xitam verilməsi barədə bildirişlər də X7 tərəfindən rəsmiləşdirilmişdir; işçilərin işə qəbul və işdən çıxma barədə ərizələri birbaşa X7 ünvanlanmışdır; “xxxx” ASC-nin ödəniş tapşırıqlarından görünür ki, əmək haqqı ödənişləri də məhz X7 tərəfindən həyata keçirilmişdir. Məhkəmə hesab edir ki, əmək münasibətlərinin müəyyən olunması zamanı hüquqi əhəmiyyət kəsb edən əsas hallar işçinin kim tərəfindən işə qəbul olunması, əmək funksiyasının kimin tapşırığı ilə yerinə yetirilməsi, əmək haqqının kim tərəfindən ödənilməsi, əmək müqaviləsinin kim tərəfindən bağlanılması və əməyin təşkilinin kim tərəfindən həyata keçirilməsidir. Iş materiallarında olan bütün yazılı və elektron sübutlar bu münasibətlərin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ilə deyil, X7 ilə mövcud olduğunu göstərir. Bununla yanaşı, inzibati təqib orqanı tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ilə həmin şəxslər arasında birbaşa əmək münasibətlərinin mövcudluğunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Iş materiallarında həmin şəxslərin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən işə qəbul edilməsinə dair əmr, əmək haqqının MMC tərəfindən ödənilməsini təsdiq edən sənəd, tabel uçotu, təhlükəsizlik təlimatı jurnalı, iş tapşırıqlarının MMC tərəfindən verilməsini təsdiqləyən sənədlər, həmin şəxslərin MMC-nin ştat vahidlərində çalışmasını göstərən məlumatlar, yaxud digər obyektiv sübutlar mövcud deyildir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, hakimin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır. Belə ki, şahid4, şahid2, şahid1 və şahid3 izahatları ilə müəyyən edilmişdir ki, işlərin görülməsinə nəzarət nümayəndə2 tərəfindən həyata keçirilmiş, onlara əmək haqqının sonuncu tərəfindən ödənilməsi həyata keçirilmişdir. X7 adlı şəxs onlara məlum olmamışdır. Adları çəkilən işçilərin əmək münasibətlərinə faktiki olaraq nümayəndə2 ilə daxil olmaları, həmçinin işçilər və işəgötürən arasında hakimiyyət-tabeçilik xüsusiyyətlərinin mövcud olması {məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s.) əmək münasibətlərində işəgötürən qismində nümayəndə2 çıxış etdiyi nəticəsinə gəlməyə əsas verir. Məhkəmə araşdırması dövründə şahid1, şahid4 və şahid2 məhkəmə iclasına şahid qismində gedərək bildirmişdirlər ki, X7 ümumiyyətcə tanımırlar, onu işlədikləri yerdə görməmişlər, həmin şəxsin kim olduğu barədə heç bir məlumatları olmamış, onlar sonuncu tərəfindən deyil 2025-ci ilin mart ayının əvvəllərindən “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru nümayəndə2 tərəfindən işlərin görülməsinə cəlb edilmişlər və həmin şəxslərin əmək haqqları gördükləri işin kvadrat metri üzərindən müəyyən edilərək “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru nümayəndə2 tərəfindən şəxsən şahid1 şəxsi kartına göndərilmiş və sonuncu tərəfindən onlara düşən məbləğ onlara verilmişdir. Onlara şirkət tərəfindən əmək haqqı kartı verilməmişdir. Son aylar üzrə ödənilməli olan məbləğ nümayəndə2 tərəfindən onlara ödənilməmişdir. Apellyasiya baxışı zamanı şahid şahid1 izahatında göstərmişdir ki, martdan iyuna qədər işləmişdir, Elçin müəllimi onu tapşırmış, postdan rahat keçə bilirmiş. Şirkət ona ödəniş etməmişdir, o şirkətdən hər yerə şikayət yazmışdır. AR IXM-in IXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Işə baxan birinci instansiya məhkəməsi MMC-nin əməlində inzibati xəta tərkibinin (obyekt, obyektiv cəhət, subeykt, subeyktiv cəhət) hansı əlamətinin və ya əlamətlərinin olmadığını əsaslandırmadan MMC-nin əməlində inzibati xəta tərkibinin olmaması qənaətinə gəlmişdir. Halbuki, iş materiallarında olan və yuxarıda sadalanan sübutlarla MMC-nin Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli olması tam olaraq sübuta yetirilmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin III və IV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair ## ####### 2023-cü il tarixli qərarında göstərilmişdir ki, əmək münasibətləri - əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir (Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci hissəsi). Əmək münasibətləri yazılı qaydada bağlanılmalı olan əmək müqaviləsi ilə rəsmiləşdirilməlidir. Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən, əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək Məcəlləsi ilə əmək münasibətlərinə verilmiş anlayışa əsasən, bu münasibətlərin xarakterik cəhətləri olaraq, ilk növbədə, bir tərəfin fiziki şəxs olması, onun, yəni işçinin müəssisədaxili intizam qaydalarına tabe olması, əmək müqaviləsi üzrə şərtləşdirilmiş əmək funksiyalarını müvafiq iş yerində şəxsən yerinə yetirməsi çıxış edir. Münasibətlərin digər subyekti olan işəgötürən isə işçini müvafiq işlə, habelə sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin etməli və onun əməyinin qarşılığını (əmək haqqını) ödəməlidir. Əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Əmək münasibətləri işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətinin olması (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s.) ilə mülki münasibətlərdən fərqlənir. Odur ki, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir. Belə ki, əmək qanunvericiliyinin iş vaxtı, istirahət vaxtı və işçilərin məzuniyyət hüququ, əmək şəraiti, əmək haqqı və onun hesablanması qaydası, işdən çıxarılma prosedurları ilə bağlı imperativ xarakterli normaları məhz işçilərin Konstitusiyada nəzərdə tutulan əmək, istirahət, təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun, habelə digər əsas insan hüquq və azadlıqlarının təmin edilməsinə istiqamətlənərək, işəgötürənlər üçün müvafiq öhdəlik və vəzifələr yaradır. Məhkəmə göstərilən halları, o cümlədən, iş materiallarında olan sübutları tam, hərtərəfli və obyektiv tədqiq edərək « MMC-nin AR IXM-nin 192.1-ci maddəsi ilə təqsirli olmasının tam sübuta yetirilməsi qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, səlahiyyətli orqan tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qanuni və əsaslıdır. Bununla barəbər məhkəmə qeyd edir ki, Azərbaycan Republikasının Inzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin tələbinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, dövlət satınalmaları haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, o cümlədən əməyin mühafizəsi qaydalarının, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 38.2-ci maddəsinə əsasən Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Adları çəkilən işçilər izahatlarında 2025-ci ilin aprel ayına qədər işlədiklərini bildirmişlər. MMC-nin törətmiş olduğu əməl IXM-nin 192.1-ci maddəsi ilə əhatə olunan hüquqazidd əməli Inzibati Xətalar Məcəlləsinin əmək qanunvericiliyinin pozulması qaydaları əleyhinə olan inzibati xətalar fəslinə aiddir və Məcəllənin 38.1-ci maddəsinə əsasən göstərilən maddə ilə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən 1 il keçənədək verilə bilərdi. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin; 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı mübahisələndirilən qərarı ləğv edilməli və MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 134.1.5-1-ci maddəsini rəhbər tutaraq, Qərara aldım: Cəbrayıl rayon prokuroru, R Vüqar Səlimov tərəfindən apellyasiya qaydasında verilmiş protest qismən təmin edilsin. Hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilsin. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1734/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1734/2026
19.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver