Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1737/2026 19.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) və Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı Şəhər Baş Polis Idarəsinin X1 Idarəsinin nümayəndəsi X3 iştirakları ilə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı Şəhər Baş Polis Idarəsinin X1 Idarəsinin verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X1 Idarəsinin Mərkəzi Informasiya sisteminin (bundan sonra – səlahiyyətli orqan) qəbul etdiyi TP seriyalı ******* nömrəli, ##.##.2026-cı il tarixli qərarla Qərardan şikayət verən orqan (şəxs) həmin tarixdə ünvan 1 ünvanda ona məxsus **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobillə (bundan sonra – həmin avtomobil) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası IXM-in) 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 40 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim X2) Qərardan şikayət verən orqan (şəxs) verdiyi müvafiq şikayət təmin edilmiş, səlahiyyətli orqanın qəbul etdiyi, yuxarıda göstərilmiş qərar ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası IXM-in 53.1.2-ci maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadığına görə xitam verilmişdir. Səlahiyyətli orqan həmin məhkəmə qərarından şikayət verib, onun ləğv edilməsini və özünün qəbul etdiyi TP seriyalı ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən ətraflı araşdırılma aparılmadığına görə qəbul etdiyi qərar qanunsuz və əsasszıdır. Apellyasiya məhkəməsi iclasında səlahiyyətli orqanın nümayəndəsi X3 orqanın şikayətinin dəlilinə uyğun izahat verib, onun təmin edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasında Qərardan şikayət verən orqan (şəxs) şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Işin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası IXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası IXM-in 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə görə qırx manat məbləğində cərimə tətbiq edilir. Məhkəmə hesab edir ki, iş üzrə səlahiyyətli orqanın şikayətində qeyd etdiyi, həmçinin məhkəmə iclasında baxış keçirilmiş bir ədəd diskin yaddaşına yazılmış videoçəkilişdən Qərardan şikayət verən orqan (şəxs) səlahiyyətli orqanın iddia etdiyi yerdə avtomobilini idarə edərkən inzibati tənbeh vermə haqqında qərarda göstərilmiş yol hərəkəti qaydasını pozması müəyyən edilmədiyinə görə birinci instansiya məhkəməsinin Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayətin təmin edilməsi, həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Bu hüquqi mövqeyin məntiqi davamı olaraq, səlahiyyətli orqanın verdiyi şikayətin dəlili əsassız, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərar qanuni və əsaslıdır. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Apellyasiya instansiyası məhkəməsi göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, səlahiyyətli orqanın verdiyi şikayət təmin edilməməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası IXM-in 131, 133, 134.1.1, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı Şəhər Baş Polis Idarəsinin X1 Idarəsinin verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1737/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1737/2026
19.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver