Məhkəmə qərarları › İş №3(3-6)-1738/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1738/2026

18.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1738/2026 18.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi, Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs “X6 LLC” MMC-nin rəhbəri Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi, “Faiq Nağıyev və Partnyorları” Vəkil Bürosunun vəkili Əlizadə Günel İrziman qızının iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 528.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməsinə dair ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Materialdan görünür ki, Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X2 tərtib etdiyi ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə görə Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədi icra edilməmişdir. Nəticədə, “X6 LLC” MMC-nin rəhbəri Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədi üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə “X6 LLC” MMC-nin direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1200 (min iki yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs apellyasiya qaydasında şikayət verərək, şikayətin təmin edilməsini, Bakı şəhər Nəsimi rayon məhkəməsinin 3(5-98)-2503/2026 nömrə ##.##.2026-cı il tarixli Qərarının ləğv edilərək barəsində tərtib edilən İnzibati xəta haqqında ##.##.2026-cı il tarixli ******* saylı protokolunun ləğv edilməsi və işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2 tərtib etdiyi ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibatı xəta haqqında protokol ilə və ona əlavə edilmiş sənədlər ilə Bakı şəhər Nəsimi rayon məhkəməsinə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədinin icra edilməməsini və nəticədə tərəfindən AR İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi qeyd edilmişdir. Nəsimi rayon məhkəməsinin 3(5- 98)-2503/2026 nömrə ##.##.2026-cı il tarixli Qərarı ilə mən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1200 manat məbləğində cərimə edilmişdir. Hakim qərar qəbul edərkən tərəfimdən İcra məmurunun protokolundan verdiyim etirazları nəzərə almamış və məhkəmə iclasını İnzibati Prosessual Məcəlləsinin təlblərini kobud şəkildə pozaraq aparmışdır. Belə ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçisi olduğu “X7” X3 hüquq şöbəsinin sabiq müdiri Zərərçəkmiş şəxs İsmayıl oğlu ##.##.2016-cı ildə tutduğu vəzifədən azad edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin *(***)-*****/**** saylı ##.##.2019-cu il tarixli qətnaməsi ilə Zərərçəkmiş şəxs əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi işburaxmaya görə ona kompensassiya ödənilməsi qət edilmişdir. Bu qətnamənin icrası ilə əlaqədar olaraq ##.##.2021-ci il tarixdə ** saylı notariat kontorasında tərəflər arasında barığıq sazişi imzalanmışdır. Barışıq sazişinin şərtlərinə görə məcburi işburaxmaya görə Zərərçəkmiş şəxs tərəfimizdən 40.000.00 manat pul ödənilməli, onun mülkiyyətinə balansımızda olan Bakı şəhəri , Qaracuxur qəsəbəsi, Məhəllə 4047 , bina 3, mənzil 3 və Bakı şəhəri, Zabrat qəsəbəsi, Nərimanov küçəsi, bina 23, mənzil 61 verilməli idi. “xxxx” MMC tərəfindən Zərərçəkmiş şəxs hesabına 40000.00 manat ödənilmiş. Lakin mənzillərin onun mülkiyyətinə verilməsi həmin mənzillərin bizim balanslarından çıxarılaraq təsisçilərinin balansına verildiyinə görə mümkün olmamışdır. Buna görə də Zərərçəkmiş şəxs yenidən Nəsimi Rayon Məhkəməsinə müraciət edərək barışıq sazişinin ləğv edilməsi, onun işə bərpa edilməsi və məcburi işburaxmaya görə ona kompensassiya ödənilməsi haqda qətnamə qəbul etməsini xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2024-cü il tarixli qətnaməsi ilə barışıq sazişi ləğv edilmiş verdiyimiz apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsi ilə təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin *(***)- *****/**** saylı ##.##.2019-cu il tarixli qətnaməsi yenidən icraya yönəldilmişdir. Nəsimi rayon İcra şöbəsi tərəfindən qeyd edilən məhkəmə qətnaməsinin icra edilməsi üçün ##.##.2025-ci il tarixli e****/****-*-** saylı icra işi başlanımışdır. Məhkəmənin qətnaməsinin icrası onun səlahiyyətində olmadığı üçün icra etmək mümkün olmamışdır. Belə ki, ştat vahidinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “e” bəndinə uyğun olaraq təsisçi tərəfindən 2019-cu ilin avqust ayında ixtisar edilməsi və bu məqsəd üçün maliyyə vəsaitinin ayrılmaması səbəbindən icra onun səlahiyyəti xaricində olmuşdur baxmayaraq ki, dəfələrlə şifahi və yazılı olaraq ( Bizə daxil olan məhkəmə qətnamələri,icra bildirişlərini göndəmişəm) “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin müvafiq qurumlarına bildirsə də məsələ öz həllini bu günədək tapmamışdır. Buna səbəb isə “X8 LLG” MMC Azərbaycan telecommunicassiya bazarında öz müştərilərinə telecommunicassiya xidmətləri verilməsinin dayandırılması və təsisçi “xxxx” MMC-in ##.##.2020ci il tarixli * saylı prortolu əsasında Cəmiyyətin yeni strukturu təsdiq edilmiş və ##.##.2020-ci il tarixdən etibarən təsdiq edilmiş ştat cədvəlinə əsasən Cəmiyyətdə 4 ştat vahidinin saxlanması ( rəhbər, baş mühaib, mühasib ( mühasib analıq məzuniyyətində olduğuna görə ixtisar edilməmişdir) və xətt üzrə operator) olmuşdur. 2020-ci ilin yanvar ayından Cəmiyyət tərəfindən rəsmi olaraq müştərilərimizə telecommunicassiya xidmətini tam dayandırılmış və faktiki olaraq heç bir sahədə fəaliyyət göstərməmişdir. Cəmiyyət bununla da öz gəlir mənbəyindən məhrum olmuşdur. Eyni zamanda bildirmək istəyirlər ki, yeni ştat vahidi yaratmaq və ya ləğv etmək Cəmiyyətin rəhbərinin səlahiyyətində deyil, Cəmiyyətin nizamnaməsinin 7.4.6. bəndinə əsasən “Cəmiyyətin ştat cədvəlinin təsdiq edilməsi (vəzifə vahidi və əmək haqqının həcmi)” bu səlahiyyətlər təsisçinin müstəsna səlahiyyətinə aiddir. Yuxarıda göstərdiyi səbəbdən Mahir İsmayıl oğlu Məmmədovun əvvəlki vəzifəsinə bərpa olunması və onun əmək haqqının ödənilməsi Cəmiyyətin imkanı xaricində olmuşdur. Bu maliyyə çətinliklərinə baxmayaraq yuxarıda qeyd edilən məhkəmə qətnaməsinin icra edilməsi məqsədi ilə ##.##.2025-ci il tarixdə təsisçinin razılığı ilə Zərərçəkmiş şəxs vəzifəsinə bərpa edilməsi barədə əmək müqaviləsi ƏMAS sisteminə yerləşdirmişik, lakin tələbkar Zərərçəkmiş şəxs bildiriş alsa da sistemdə əmək müqaviləsini təsdiq etməmişdir. Biz yenidən ##.##.2025-ci il və ##.##.2023-cü il tarixlərdə daha artıq əmək haqqı ilə vəzifəyə bərpa edilməsi barədə əmək müqaviləsini ƏMAS sisteminə yerləşdirmişik. Əmək müqaviləsi haqda bildiriş həmin system vasitəsi ilə Zərərçəkmiş şəxs göndərilmişdir Sonradan Zərərçəkmiş şəxs özünün bizə ünvanladığı ##.##.2025 -ci il tarixli məktubu ilə bildirmişdir ki, yeni müqavilə üzrə əmək haqqı əvvəlki əmək haqqından aşağı olduğu və Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən onunla yazılı əmək müqaviləsi bağlamalı olduğu üçün əmək müqaviləsini sistemdə təsdiq etməmişdir. Halbuki, Bakı Apellyasiya Məhkəməsinin *(***)-*****/**** saylı ##.##.2019-cu il tarixli qətnaməsində onun hansı əmək haqqı ilə işə bərpa olunması göstərilməmişdir. Onlar məhkəmə qətnaməsinin icra edilməsi məqsədi ilə yenidən ##.##.2026-cı il tarixdə rəsmi məktub göndərərək Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2.4. bəndinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanması üçün “xxxx” MMC-yə dəvət etmişlər. Zərərçəkmiş şəxs əvvəlki vəzifəsinə bərpa edilməsi üzrə məhkəmə qətnaməsinin icra edilməsi məqsədi ilə onun ünvanına göndərdiklər ##.##.2026-cı il tarixli məktubla əlaqədar tələbkar Zərərçəkmiş şəxs ##.##.2026-cı il tarixdə onlarla telefon əlaqəsi saxlamış və onu ##.##.2026-cı il tarixdə saat 11-00 -a təsisçikəri “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə dəvət etmişlər. Həmin görüşdə o, təsisçinin hüquq şöbəsinin müdiri Siyavuş Əhmədzadə, hüquqşünası Günel Əlizadə və tələbkar Zərərçəkmiş şəxs iştirak etmişlər. Tərəflərindən Zərərçəkmiş şəxs öz əvvəlki vəzifəsinə (0.5 ştat vahidi hüquq şöbəsinin müdiri) Təsisçi Cəmiyyətdə olan mövcud şöbə müdiri vəzifəsinin (Baş mühasib) aylıq əmək haqqına uyğun olaraq 0,5 ştat vahidi olmaqla aylıq net 1000.00 AZN maaşla əmək müqaviləsi bağlamaq təklif olundu. Eyni zamanda tələbkar Zərərçəkmiş şəxs təsisçinin ##.##.2019-cu il tarixli, */Q saylı, ##.##.2020-ci il tarixli * saylı qərarları, həmin qərarlarla təsdiq edilmiş ştat cədvəlləri göstərildi və ştat vahidlərinin ixtisar edildiyi, aylıq əmək haqqlarının kəskin şəkildə azaldıldığı göstərildi (həmin ştat cədvəllərində göstərilən əmək haqqları hər il ölkə üzrə əmək haqqlarının artımına uyğun olaraq artırılmışdır). Zərərçəkmiş şəxs bu təkliflə razılaşdı. Bu razılaşmadan sonra tərəflərindən əmək müqaviləsi ##.##.2026-cı il tarixdə ƏMAS elektron sisteminə yerləşdirilsə də bildiriş almasına baxmayaraq tələbkar tərəfindən təsdiq edilməmişdir. Tələbkar onun telefon zənginə cavabında ##.##.2026-cı il tarixdə əmək müqaviləsini təsdiq etməkdən imtina etdiyini bildirmiş və tələb etmişdir ki, ##.##.2016-cı il tarixdən (işdən azad edildiyi tarix) bu günədək olan müddət üçün aylıq 3100.00 manatdan əmək haqqını və həmin əmək haqqına hesablanmış dəbbə pulları da daxil olmaqla tam məbləğ ödənildikdən sonra əmək müqaviləsini təsdiq edəcəkdir. Halbuki Nəsimi rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(***)-****/**** saylı qərardadı ilə Zərərçəkmiş şəxs 6684578.78 manat məcburi işburaxmaya görə kompensassiya tələbi üzrə iddiasına baxarkən ona məcburi işburaxmaya görə çatası kompensassiyanın məbləğinin müəyyən edilməsi üçün audit keçirilməsi qərara alınmış və qərarın icrası da Azərbaycan Respublikası Auditorlar Palatasına həvalə edilərək işin icraatı dayandırılmışdır. Göründüyü kimi tələbkar Zərərçəkmiş şəxs bu qərardad haqqında məlumatlı olduğu halda qəsdən icra sənədinin icra edilməsinə mane olaraq kompensassiyanın məbləğinin artırılmasına çalışır. Bütün bunlara baxmayaraq onlar yenidən ##.##.2026-cı il tarixdə əmək müqaviləsini ƏMAS elektron sisteminə yerləşdirdirsəklərdə Zərərçəkmiş şəxs həmin müqaviləni də təsdiq etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci bəndinin tələbinə görə (2.Qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır”) Zərərçəkmiş şəxs biz başqa işə yox məhz öz əvvəlki vəzifəsinə bərpa etmək üçün dörd dəfə ona əmək müqaviləsi təklif etsək də Zərərçəkmiş şəxs əmək müqaviləsi bağlamaqdan yayınaraq məhkəmə qətnaməsinin icra edilməsinə qəsdən mane olmuşdur. ##.##.2026-cı il tarixdə onu Nəsimi rayon icra şöbəsinə dəvət etdilər. O, icra şöbəsində olmuşdur. Məhkəmənin qətnaməsini icra etmədiyinə görə ondan izahat almışlar və eyni zamanda onun haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq protokol tərtib edərək inzibati məsuliyyətə cəlb edilməsi üçün məhkəməyə göndərmişlər. Baxmayaraq ki, tərəfindən icra şöbəsinə ##.##.2025-ci il , ##.##.2025-ci il və ##.##.2025-ci il tarixlərdə Zərərçəkmiş şəxs əvvəlki vəzifəsinə bərpa edilməsi barədə ƏMAS sisteminə yerləşdirilmiş bildirişlərin, ##.##.2026-cı il tarixli yazılı əmək müqaviləsi təklif etmələri və ona ünvanlanmış məktubların surətləri təqdim edilmişdir. İcra məmuru tərəfindən bu hal və ştat vahidinin 6 il bundan əvvəl ləğv edilməsi, Cəmiyyətin rəsmi olaraq nizamnaməsinə uyğun olaraq fəaliyyət göstərməməsi, Cəmiyyətin maliyyə vəziyyəti nəzərə alınmamışdır. Baxmayaraq ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinin 1-ci bəndində göstərilən (528.1. İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə) tələbləri pozmayaraq dəfələrlə qətnamənin icrasını təmin etməyə cəhd göstərsək də tələbkar tərəfindən icra sənədinin icra edilməsinə maneçilik törədilmişdir. Belə olan halda icra məmuru Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 23.1.5. maddəsinə uyğun olaraq (23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda) icra sənədini qətnamə qəbul edən məhkəməyə qaytarmalı idi, onun haqqında İnzibati xəta haqqında protokol tərtib etməməli idi. Yuxarıda qeyd edilən xüsusatlardan da görünür ki, tərələrindən məhkəmə baxışınadək məhkəmənin qətnaməsinin icra edilməsi təmin edilmiş, lakin tələbkar tərəfindən bu icraya bilərəkdən maneçilik törədilmişdir. Ona görə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinin Qeydinə görə “Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur”. Lakin işə baxan birinci instansiya məhkəməsinin hakimi bu haqda təqdim etdikləri sübutları görməməzlikdən gələrək qeyri qanuni və ədalətsiz qərar qəbul etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs və müdafiəçisi şikayətinin dəlillərinə uyğun izahat verərək şəxsin ona təklif edilmiş işi qəbul etmədiyini, onun əvvəlki işinin ixtisara düşdüyü üçün həmin vəzifəyə təyin edilməsinin qeyrimümkün olduğunu vurğulayaraq şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş tələbkar apellyasiya şikayətinə etiraz ünvanlayaraq şikayətin təmin edilməməsini xahiş etmiş, həmçinin üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirib işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş icra məmuru məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Apellyasiya instansiyası məhkəməsi şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakiminin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib inzibati qaydada tənbeh edilməsinə dair ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixində icraya yönəldilmiş *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədinə əsasən iddiaçı Zərərçəkmiş şəxs İsmayıl oğlu və cavabdeh "X6 LLC" MMC arasında ##.##.2021-ci il tarixdə Bakı şəhəri ** saylı notariat ofisində bağlanmış və reyestrdə 3M-1683 nömrə ilə qeydə alınmış barışıq sazişinin 2.1-ci bəndi (əmlakara aid hissədə), 2.2-ci bəndinin 2-ci hissəsi, 2.2-ci bəndin 3-cü hissəsi (əmlaklara aid hissədə), 2.2ci bəndin 4-cü hissəsi və 2.4-cü bəndi əmlaklara aid hissədə etibarsız hesab edilməli, Bakı Apellyasiya Məhkəməsinin “işə bərpa və s.” tələbi barədə ##.##.2019-cu il tarixli, *(***)*****/**** saylı icra sənədinin icrası bərpa edilməlidir. Apellyasiya şikayətləri təmin edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e- *(***)****/**** nömrəli qətnaməsi qismən - barışıq sazişinin etibarsız hesab edilməsi ilə bağlı iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilmişdir. İddiaçı Zərərçəkmiş şəxs İsmayıl oğlu və cavabdeh "X6 LLC" MMC arasında ##.##.2021-ci il tarixdə Bakı şəhəri ** saylı notariat ofisində bağlanmış və reyestrdə 3M-1683 nömrə ilə qeydə alınmış barışıq sazişinin 1-ci bəndi, 2.1-ci bəndi (əmlaklara aid olmayan hissədə), 2.2-ci bəndinin 1 -ci hissəsi, 2.2-ci bəndinin 2-ci hissəsi (əmlaklara aid olmayan hissədə), 2.2-ci bəndinin 3- cü hissəsi (əmlaklara aid olmayan hissədə), 2.2-ci bəndinin 5-ci hissəsi, 2.3-cü bəndi, 2.4-cü bəndi (əmlaklara aid olmayan hissədə), 3.1 - 3.3-cü bəndləri etibarsız hesab edilməlidir. Barışıq sazişi üzrə ödənilmiş 40.000 manat məbləğində vəsait iddiaçı Zərərçəkmiş şəxs İsmayıl oğlundan tutularaq cavabdeh "X6 LLC" MMC-yə qaytarılmalıdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin *(***)-*****/**** saylı, ##.##.2019-cu il tarixli qətaməsinə əsasən iddiaçı Zərərçəkmiş şəxs İsmayıl oğlunun apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)****/**** saylı ## ######## 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddiaçı Zərərçəkmiş şəxs İsmayıl oğlunun cavabdeh “X6 LLC” MMC-yə qarşı iddiası təmin edilmiş, iddiaçının cavabdeh “X6 LLC” MMC-də Hüquq şöbəsinin müdiri vəzifəsinə bərpa edilməsi və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir. İş materiallarında olan “İcraata başlamaq haqqında” ##.##.2025-ci il tarixli qərardan və həmin tarixli bildirişdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün bildirişlə birlikdə borclu “X6 LLC” MMC-nin hüquqi ünvanına göndərilmişdir. Qərar və bildiriş ##.##.2025-ci il tarixində “xxxx” MMC-nin (“X6 LLC” MMC) direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən qəbul edilmişdir. Apellyasiya icraatı zamanı barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş tərəflər arasında bağlanmış ##.##.2025-ci il, ##.##.2025ci il, ##.##.2025-ci il, ##.##.2026-cı il və ##.##.2026-cı il tarixli müqavilələrə əsasən Zərərçəkmiş şəxs öz əvvəlki vəzifəsinə (0.5 ştat vahidi hüquq şöbəsinin müdiri) Təsisçi Cəmiyyətdə olan mövcud şöbə müdiri vəzifəsinə (Baş mühasib) əmək müqaviləsi bağlamaq təklif olunmuş, lakin o, əmək müqaviləsini təsdiq etməkdən imtina edərək qəbul etməmişdir. Lakin birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, protokol və digər sənədlərlə sübuta yetirilmişdir ki, “X6 LLCs” MMC-nin direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə qərarı ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədinin icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, “X6 LLC” MMC-nin direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin gəlmiş olduğu qənaətlə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmənin qənaətinə görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXMnin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilə bilməz, onun tərəfindən həmin inzibati xətanın törədilməsi iş üzrə mötəbər sübutlarla təsdiq edilmir, iş üzrə sübutların şəxsin təqsirinin sübuta yetirilməsində kifayətedici deyil, hazırki halda şəxs tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair hər hansı sübutla təsdiq olunmur, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati məsuliyyətə cəlb edilməsi inzibati xətalara dair qanunvericiliyin sübutetməyə dair prinsip və müddəalarını heçə endirmiş olar və ədalətsiz hüquqi nəticələrə gətirib çıxarar, şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas olmadan, işin hallarına düzgün hüquqi qiymət verməməklə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir, şikayətində göstərdiyi dəlillər məhkəmədə onun əməlində sözügedən inzibati xətanın tərkib əlamətlərinin olmasına şübhə yaradır. Belə ki, apellyasiya icraatı zamanı barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş tərəflər arasında bağlanmış müqavilələrdən tələbkarın ona təklif edilmiş işdən imtina etməsi, təklif edilən işi istəməməsi, israrla ixtisara düşmüş işə bərpa olunmasını tələb etməsindən açıq-akşar görünür ki, ixtisara düşmüş işə şəxsin bərpa edilməsi borculdan aslı olmayan səbəblərdən mümkün deyildir. Burdan da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində inzibati xəta tərkibinin olmaması açıq-aşkar görünür. Yuxarıda sadalanan halların fonunda məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən tələbin könüllü olaraq icra edilməməsinə əsaslar yoxdur ki, bunu da məhkəmə iclası zamanı təqdim edilmiş ödəniş qəbzləri sübut edir. Məhkəmə həmin halları Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirsizliyinə dəlalət edən hallar kimi qiymətləndirir. İXM-in 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 114.2.1-ci maddəsinə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati qaydada cərimə edilməsinə dair ## ##### 2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirliliyi sübuta yetirilmədiyindən verilmiş şikayətə münasibətdə xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-in 134.1.3 və 135.1.5-1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim Zəfər Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar