Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1740/2026 19.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Ibrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eminov Azər Elçin oğlunun katibliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin nümayəndəsi X5 iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Qarabağ Regional şöbəsi tərəfindən qəbul edilən ##.##.2025-ci il tarixli, MN seriyalı ******* saylı qərarının ləğv edilməsi və materialların tam və hərtərəfli araşdırılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Qarabağ Regional şöbəsinə göndərilməsi barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ***/**** nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Qərardan şikayət verən orqan (şəxs) şikayətlə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Qarabağ Regional şöbəsinin ##.##.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, qanuni təmsilçisi olduğu "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 tərəfindən Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə inzibati xəta barədə protokol tərtib edilmiş və protokola baxılması məqsədilə Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. ## ###### 2025-ci il tarixində hakim Elməddin Hüseynovun sədrliyi ilə baş tutan məhkəmə iclasında inzibati xəta tərkibi mövcud olmadığından icraata xitam verilmişdir. X1 Müfəttişliyi Xidməti onun barəsində vəzifəli şəxs qismində MN ******* nömrəli protokol tərtib etmiş və ## ######## 2025-ci il tarixli MN ******* nömrəli qərar ilə 1.000 AZN (bir min manat) məbləğində cərimə olunmuşdur. Halbuki *(***)-****/**** nömrəli icraatla bağlı tərəflərindən təqdim edilmiş etirazda müvafiq protokollar mübahisələndirilmiş və qanunsuz hesab edilərək ləğv edilməsi xahiş edilmişdir. Bildirir ki, müvafiq qərarı gec mübahisələndirmələrinin səbəbi X2 Qarabağ Regional Idarəsi tərəfindən qanunvericilikdə öhdəlik olaraq müəyyənləşdirilmiş protokol və qərar poçt vasitəsilə onlara təqdim edilməmişdir. Belə ki, cərimə olunmağı haqqında məlumatı Asan Pay platforması vasitəsilə ona təqdim edilən bildiriş vasitəsilə əldə etmiş, cavabdehin əməkdaşları ilə əlaqə saxlamağa çalışsa da, heç bir nəticə verməmişdir. Belə olan halda müvafiq sənədlər əsasında Nəsimi Rayon Məhkəməsinə müraciət etsə də, Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-**)-**/**** nömrəli qərardadı ilə qərar əlavə olunmadığından sənədlər geri qaytarılmışdır. Daha sonra tərəflərindən bir daha X2 Qarabağ Regional Idarəsinə müraciət edilərək qərar tələb edilmiş və sonuncu şifahi müraciətdən sonra qərar təqdim edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən bir daha bildirilir ki. tərəflərindən pozulmuş hüquqların müdafiəsi ilə əlaqədar məhkəməyə müraciət edilməsində yol verilən gecikmənin səbəbi cavabdehin qərarı təqdim etməməsi və onların yalnız Asan pay vasitəsilə daxil olan bildiriş əsasında müvafiq cərimədən xəbərdar olmaqları ilə bağlıdır. Məhkəmə tərəfindən qanuni təmsilçisi olduğu hüquqi şəxs barəsində inzibati xəta haqqında icraata inzibati xəta tərkibi olmadığından xitam verilməsi vəzifəli şəxs barəsində də müvafiq icraatı istisna edən hal kimi qiymətləndirilməlidir. Belə ki; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Qarabağ Regional Şöbəsi (bundan sonra - inzibati orqan) tərəfindən məhkəməyə təqdim edilən ## ###### 2025-ci il tarixli məktub və bu məktuba qoşma olaraq əlavə olunmuş ## ###### 2025-ci il tarixli MN 2340262 protokol və eynitarixli ******* nömrəli qərardadda bildirilir ki, Cəmiyyət Məcəllənin 539.1-1-ci maddəsində qeyd edilən sənədlərin təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə Məcəllənin 539.3-cü maddəsinə əsasən barəsində protokol tərtib edilərək qərar qəbul edilməsi məqsədilə məhkəməyə təqdim edilmişdir. Bildirir ki, müvafiq işdə ümumiyyətlə inzibati xəta hadisəsi mövcud olmadığından hüquqi şəxs barəsində başlanmış icraata xitam verilmiş, lakin etiraz ərizələrində qeyd edilsə də, vəzifəli şəxslə bağlı hissəyə toxunulmamışdır. Belə ki, inzibati orqan tərəfindən ilkin olaraq ## #### 2025-ci il tarixli *-**-*/*-*****/**** nömrəli məktub daxil olmuş, Cəmiyyətin sabiq əməkdaşı X3 şikayəti əsasında işçiyə aid sənədlər tələb edilmişdir. Tərəflərindən ## #### 2025-ci il tarixli EA ***/** nömrəli məktubla inzibati orqana cavab və müraicətdə qeyd edilən sənədlər təqdim edilmişdir. Cəmiyyətin əməkdaşları tərəfindən eyni zamanda whatsapp sosial platforması vasitəsilə müvafiq sənədlərin inzibati orqana çatması və əməkdaşları tərəfindən əldə edilməsi faktı təsdiq edilmişdir (müvafiq yazışmalar və poçt bildirişləri əlavə olunur). Hazırda inzibati orqanın digər regional bölməsi tərəfindən müvafiq sənədlərin təqdim edilməməsi əsası ilə protokol tərtib edilməsi və Cəmiyyətin vəzifəli şəxsi qismində cərimə olunmağı əsassız xarakter daşıyır. Qeyd edilənlərə əsasən “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi qismində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinin pozuntusuna dair cavabdeh tərəfindən tərtib edilmiş MN ******* nömrəli protokolun və qərarın ləğv edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı ilə şikayət qismən təmin edilmiş, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Qarabağ Regional şöbəsi tərəfindən qəbul edilən ##.##.2025-ci il tarixli, MN seriyalı ******* saylı qərarı ləğv edilmiş, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair materiallar tam və hərtərəfli araşdırılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Qarabağ Regional şöbəsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardan inzibati xəta üzrə icraatı aparan orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Hüquq Idarəsi apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının ləğv edilməsini və ##.##.2025-ci il tarixli, MN seriyalı ******* saylı qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının ləğv edilməsini və ##.##.2025-ci il tarixli, MN seriyalı ******* saylı qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq, barəsində inzibati icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı bir məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Qarabağ Regional şöbəsinin ##.##.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə və yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Qarabağ Regional şöbəsinə göndərilməsinə dair ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Qarabağ regional şöbəsi tərəfindən tərtib edilmiş ## ######## 2025-ci il tarixli, MN ******* saylı qərardan görünür ki, MMC-nin rəhbərliyinə ##.##.2025-ci il tarixli, *-**-*/*-*****/**** saylı məktub göndərilməsinə, eləcə də MMCnin elektron kabinetinə (ASIS) ************** saylı məktub ünvanlansa da, müəssisədən heç bir sənəd təqdim edilməmişdir. Nəticədə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1000 manat məbləğində şərti cərimə olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Qarabağ regional şöbəsi tərəfindən tərtib edilmiş ## ###### 2025-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, MMC-nin rəhbərliyinə ##.##.2025-ci il tarixli, *-**-*/*- *****/**** saylı məktub göndərilməsinə, eləcə də MMCnin elektron kabinetinə (ASIS) ************** saylı məktub ünvanlansa da, müəssisədən heç bir sənəd təqdim edilməmişdir. Nəticədə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Qarabağ regional şöbəsi tərəfindən “xxxx” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) ünvanlanmış ##.##.2025-ci il tarixli, 3- **-*/*-*****/**** saylı məktubdan görünür ki, Füzuli rayonu Aşağı Güzlək kənd sakini X3 “xxxx” MMC-də əmək hüquqlarının pozulması ilə bağlı müraciətinə əsasən vətəndaşa aid sənədlərin 7 iş günü ərzində X2 Xidmətinin Qarabağ regional şöbəsinə təqdim edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Qarabağ regional şöbəsi tərəfindən “xxxx” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) ünvanlanmış ##.##.2025-ci il tarixli, *-**-*/*-*****/**** saylı məktubdan görünür ki, inzibati cərimənin şərti tətbiq edilməsi haqqında X2 Xidmətinin Qarabağ regional şöbəsinin MN ******* saylı ##.##.2025-ci il tarixli qərarda göstərilən nöqsanın aradan qaldırılmasını 30 (otuz) gün müddətində təmin edib nəticəsi barədə şöbəyə məlumat verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Qarabağ regional şöbəsi tərəfindən tərtib edilmiş ## ###### 2025-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, MMC-nin şəxsi elektron kabinetinə (ASIS) ##.##.2025ci il tarixli ************** saylı məktuba məlumatların təqdim edilməməsinə görə “xxxx” MMC tərəfindən Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. “xxxx” MMC-i tərəfindən X2 Xidmətinin Bakı şəhər Idarəsinə ünvanlanmış ##.##.2025-ci il tarixli, EA ***/** saylı məktubun və ****** nömrəli qailmənin surətindən görünür ki, vətəndaş X3 aid sənədlər X2 Xidmətinin Bakı şəhər Idarəsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərarından görünür ki, ## ###### 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola baxılması ilə bağlı “xxxx” MMC-nin barəsində Azərbaycan Respublikasının IXM-nin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata bu Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Birinci instansiya məhkəməsi o nəticəyə gəlmişdir ki, vətəndaş X3 aid sənədlərin təqdim edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Qarabağ regional şöbəsinin ##.##.2025-ci il tarixli, *-**-*/*- *****/**** nömrəli sorğu məktubu ilə tələb olunan sənədlər ##.##.2025-ci il tarixli məktubla X2 Xidmətinin Bakı şəhər Idarəsinə göndərilmişdir. Məhkəmə verilmiş apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, qərar qəbul edərkən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti inzibati xətanın olmasını müəyyən etsə də, inzibati xətanın məhz vəzifəli şəxs Qərardan şikayət verən orqan (şəxs) təqsiri ilə bağlı olub-olmamasını araşdırmamış, inzibati araşdırma aparılmamış, yalnız inzibati xətanın mövcud olmasını əsas gətirməklə qərar qəbul edilmişdir. Bu səbəbdən məhkəmə, birinci instansiya məhkəməsinin yekun qənaəti ilə razılaşır və hesab edir ki, işə baxan hakim sadalanan halların yenidən araşdırılması baxımından inzibati orqanın qərarının ləğv edilməsi və yenidən baxılması üçün göndərilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən Əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə əsasən Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada yetərincə sübut olunmur və əlavə araşdırmanın aparılması inzibati xətanın törədilməsini tam müəyyən etmək üçün zəruridir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- **)-***/**** saylı mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Qarabağ Regional şöbəsinin ##.##.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Qarabağ Regional şöbəsinə göndərilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1740/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1740/2026
19.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver