Məhkəmə qərarları › İş №3(3-6)-1741/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1741/2026

18.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1741/2026 18.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X2 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün həmin orqana göndərilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “xxxx" MMC-nin ünvanına Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli məktub daxil olmuşdur. Məktubda “xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinin tələbləri pozulmasına dair inzibati xəta haqqında ##.##.2025-ci tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən keçiriləcək iclasda cavadeh qismində iştirak etmək üçün tələb qeyd edilmişdir. Məktuba əlavə edilmiş sənədlərdən və İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinin tələblərindən aydın olmuşdur ki, X3 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən ona elektron və kağız şəklində məktub göndərilmiş və müəyyən sənədlər tələb olunmuşdur. Lakin, həmin məktub, elektron və kağız daşıyıcıda onların ünvanına daxil olmadığı üçün məlumatsız olmuş və müvafiq sənədlər X3 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilməmişdir. Bu səbəbdən X3 Xidmətinin Bakı şəhər İdarəsi “xxxx” MMC barəsində inzibati xəta haqqında protokol tərtib etmiş, hüquqi şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsi üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən keçirilən iclasda “xxxx" MMCnin nümayəndəsi iştirak etmiş və X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən göndərilmiş elektron və kağız şəklində olan məktublar onlara gəlib çatmaması barədə məlumat vermişdir. Məhkəmədə iştirak edən Müfəttişliyin nümayəndəsi də məlumatı təsdiq etmişdir. Bu səbəbdən məhkəmə hüquqi şəxs barəsində ## ###### 2025-cil tarixli 3(006)- 7733/2025 iş üzrə İnzibati Xətaiar Məcəlləsinin 40. 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinin tələblərinə uyğun olaraq şərli cərimə tətbiq ediməsi barədə qərar qəbul etmişdir. Məhkəmənin qərarı dərhal icra edilmiş və müvafiq sənədlər X3 Xidmətinin Bakı şəhər İdarəsinə ##.##.2025ci il tarixdə təqdim edilmişdir. Eyni zamanda X3 Xidmətinin Bakı şəhər İdarəsi “xxxx” MMCnin vəzifəli şəxs qismində onun barəsində ##.##.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ##.##.2025- ci ii tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Əlavə olaraq bildirir ki, onun məlumatı olmadan protokol tərtib edilmiş və qərar qəbul edilmişdir. Qərar və potokol 2025-ci il noyabr və dekabr aylarında tərtib edilsə də, onun bu barədə məlumatı ancaq məhkəmənin aparıldığı vaxtda olmuşdur. Qərar və protokol ona ##.##.2026-cı il tarixdə X3 Xidmətinin Bakı şəhər İdarəsində təqdim edilmişdir. Hesab edir ki, tərtib edilmiş protokol və qərar qanunsuzdur və aşağıdakıları nəzərə alaraq ləğv edilməlidir. X3 Xidməti Bakı şəşəhər İdarəsi mövcud vəziyyəti qiymətləndirmədən və araşdırmadan, eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətallar Məcəlləsinin 100.1.7-ci və 100.2-ci maddələrinin tələblərini pozmuşdur. Digər qanun pozuntusu: "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra - yoxlama) yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu deməkdir. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. X4iliyi barədə 3-cü maddəsinə əsasən Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qunun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Eyni zamanda X3 Xidməti Bakı şəhər İdarəsi İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrinin tələblərini pozmuşdur. İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsində qeyd edilir ki, eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.2, 192.4, 192.6, 192.10, 192.11, 201, 203, 209, 220.1, 220.2, 279.1.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518 1, 532, 533-1, 536, 537.2, 539, 540.3 - 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Lakin» X3 Xidməti Bakı şəhər İdarəsi inzibati Xəıaiar Məcəlləsinin 539.3-cü maddəsinin tələblərinə uyğun olaraq cərimə şərti olaraq deyil, birbaşa tətbiq etmişdir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı ilə şikayətin qismən təmin edilməsi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün həmin orqana göndərilməsi qərara alınmışdır. Həmin qərardan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-***/**** nömrəli qərarının ləğv edilməsi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs tərəfindən onun müdafiəsi və məsuliyyətdən yayındırılması məqsədi ilə sonradan düşünülmüş mülahizələrə əsaslanaraq qərar çıxarmışdır. Belə ki, X1 şikayəti əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsində aparılan araşdırma zamanı "xxxx" MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) ##.##.2025-ci il tarixli, *-**-*/*-*****/**** nömrəli məktub göndərilərək vətəndaşın müraciətinə dair məlumatların və məktubda göstərilən sənədlərin 7 (yeddi) iş günü müddətində Xidmətə verilməsi tələb olunmuşdur. Həmin məktub Qərardan şikayət verən orqan (şəxs) rəsmi qaydada çatdırılmış, lakin Qərardan şikayət verən orqan (şəxs) tərəfindən məktubda tələb edilən müvafiq sənədlər təqdim edilməmişdir. Bununla da Qərardan şikayət verən orqan (şəxs) tərəfindən ona istinad olunan inzibati xəta törədilmişdir. Göründüyü kimi qanunvericilikdə müvafiq maddə ilə inzibati məsuliyyət sənədlərin tam, düzgün və vaxtında təqdim edilməməsinə görə yaranır. Xidmətin Bakı şəhər İdarəsi tərəfindən müəyyən edilmiş müddət ərzində sənədlər təqdim edilmədiyindən inzibati xəta törədilmiş hesab edilir. Həmin ##.##.2025-ci il tarixli, *-**- */*-*****/**** nömrəli məktub avtomatlaşdırılmış elektron sosial informasiya sistemi vasitəsilə hüquqi şəxsin elektron kabinetinə yerləşdirilmiş və həmin sistemdən çıxarış protokola əlavə edilmişdir. Eyni faktla bağlı Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə inzibati xəta faktı təsdiq edildiyi üçün hüquqi şəxs "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xatalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 2000 (iki min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Həmçinin, inzibati xəta haqqında protokol tərtib olunan dövrdə müvafiq sənədlər hələ də təqdim olunmadığı üçün inzibati xəta tərkibi yarandığından bundan sonrakı mərhələdə hüquq pozuntusunun aradan qaldırılmasının məsuliyyəti aradan qaldırması yalnız qanunla müəyyən edildiyi halda mümkün ola bilərdi. Məhkəmənin inzibati xəta tərkibinin olmaması ilə bağlı qənaəti qanunaziddir. Apellyasiya baxışı zamanı iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul edən orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə inzibati tənbeh vermə haqqında qərarı qəbul edən orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş apellyasiya şikayəti ilə əlaqədar inzibati işin materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün həmin orqana göndərilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- **)-***/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə onun barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qərarından görünür ki, “xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xatalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsi və barəsində 2000 (iki min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi, “xxxx" MMC-yə bu cərimənin şərti tətbiq edilməsi və hüquqi şəxs tərəfindən 1 ay müddətində törədilmiş hüquqpozma aradan qaldırıldığı təqdirdə “xxxx" MMC bu qərarla tətbiq edilmiş inzibati cərimədən azad edilməsi qərara alınmışdır. İş materiallarının araşdırılması nəticəsində müəyyən olunur ki, ## ###### 2025-ci il tarixdə “xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xatalar Məcəlləsinin 539.3cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində cərimə olunmasına baxmayaraq eyni faktla bağlı ## ###### 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar əsasında Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası İXM-nin 539.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə onun barəsində 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Eyni zamanda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) birinci instansiya məhkəməsinə ünvanlanmış şikayət ərizəsinin məzmunundan görünür ki, o, “xxxx" MMC barəsində qəbul olunmuş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qərarının dərhal icra edilməsini və müvafiq sənədlərin X3 Xidmətinin Bakı şəhər İdarəsinə ##.##.2025-ci il tarixdə təqdim edilməsinə dair dəlilləri irəli sürmüşdür. Hazırki iş üzrə birinci instansiya məhkəməsində müəyyən edilmişdir ki, iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas göstərilmədən onun barəsində natamam araşdırma aparmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Səlahiyyətli orqan tərəfindən isə qeyd olunan xüsusatlar üzrə qanunvericiliyin tələblərinə uyğun araşdırmanın aparılmamış olması və araşdırma zamanı şəxsin hüquqlarının təmin edilməməsi, eləcə də Qərardan şikayət verən orqan (şəxs) şikayətində göstərdiyi dəlilər məhkəmədə onun inzibati xətanın subyekti olmasına şübhə yaradır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək apellyasiya şikayətinin dəlilləri ilə də uzlaşmayan Qərardan şikayət verən orqan (şəxs) şikayətində göstərilmiş xüsusatların araşdırılmasını zəruri hesab edərək birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və mübahisələndirilən qərarın ləğv edilməsi üçün hər hansı əsas müəyyən etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Məhkəmə qanunvericiliyin tələblərinə və işin faktiki hallarına əsasə belə qənaətə gəlir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün həmin orqana göndərilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün həmin orqana göndərilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi vaxtdan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar