Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1744/2026 25.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Əsədullayev Rasim Nüsrət oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi – Nümayəndə iştirakı ilə Qərardan şikayət verən orqan (şəxs) barəsində olan Azərbaycan Respublikası IXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-**)-***/**** saylı qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqdim olunmuş inzibati xəta haqqında iş üzrə icraat materiallarından və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətin Bakı şəhər idarəsi tərəfindən qəbul olunmuş ## ###### 2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli “Inzibati tənbeh vermə haqqında” qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 3.000 (üç min) məbləğində inzibati cərimə tətbiq edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər Idarəsinin ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim A.Q.Ibadzadə) ## ###### 2026-cı il tarixli qərarından görünür ki, şikayət təmin edilmiş və Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3.000 (üç min) manat məbləğində cərimə olunmasına dair Qərarından şikayət verilən orqan tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. X1 Müfəttişliyi Xidməti apellyasiya şikayəti verərək, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarının ləğv olunmasını və Xidmət tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində tərtib edilmiş ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxılmasında, yalnız barəsində Inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin müdafiəsi və məsuliyyətdən yayındırılması məqsədi ilə sonradan düşünülərək irəli sürdüyü mülahizələrə əsaslanmışdır. Inzibati xəta haqqında qərar qəbul etmiş orqanın mövqeyi nəzərə alınmadan, əsassız olaraq iş üzrə Qərardan şikayət verən orqan (şəxs) barədə qərar ləğv edilmişdir. Halbuki, məhkəmənin qərarında istinad etdiyi sübutlar Qıfibadov Malik Elxan oğlunun təqsirini və onun əməlində olan inzibati xəta tərkibinin əlamətlərini tam təsdiq edir. şahid1 14.07.2O25-ci il tarixində iş vaxtı xəsarət alması ilə bağlı zərərçəkən F.Burzunun ##.##.2025-ci il tarixli müraciəti əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər Idarəsində araşdırma aparılmış və vətəndaşın izahatı alınmışdır. Daxil olan müraciətə və vətəndaşın verdiyi izahata əsasən şahid1 Bakı şəhərində işlədiyi, sonuncu iş yerinin Xətai rayonu Babək prospekti 21 ünvanında yerləşən Okean avtosalonun tərkibindəki avtoyuma məntəqəsi olduğu, orada 1 il 6 ay ərzində avtoyuyucu işlədiyi, iş zamanı işəgötürənin 40-50 kq ağırlığında olan televizoru avtosalonun ikinci mərtəbəsinə qaldırmağı tapşırdığı, digər iş yoldaşı ilə televizoru ikinci mərtəbəyə qaldıran zaman ehtiyyatsızlıqdan ikinci mərtəbədən yıxıldığı, hadisə zamanı sağ bud sümüyünün oynaq dibinin sındığı, təcili tibbi yardımın şahid1 “Okean” avtosalondan X2 apardığı, orada müayinə olunduqdan sonra Travmatologiya xəstəxanasına göndərildiyi, orada travmatoloq tərəfindən əməliyyat olunaraq ayağına mil qoyulduğu, 7 gündən sonra ambulator müalicəyə göndərildiyi, xəsarət alan işçinin xəstəxanada olduğu müddət ərzində “Okean” avtosalonun rəhbəri Qubadov Elxanın onunla telefon əlaqəsi saxlayaraq polis tərəfindən izahatı alınan zaman “Okean” avtosalonun işçisi olmadığı və başqa bir yerdən öz səhlənkarlığı nəticəsində yıxılaraq xəsarət aldığını deməsini bildirdiyi, hətta işçinin ayağı sağalana kimi onun bütün maddi və qarşılayacağını dediyi və bu səbəbdən Qubadov Elxanın səmimiyyətinə inanaraq Xətai rayon 37-ci polis bölməsinin sahə müvəkkilinə işçi şahid1 işçi işəgötürənin dediyi kimi izahat verdiyi, həmçinin əməliyat olmaq üçün “Okean” avtosalonun rəhbərliyi tərəfindən 2.200 AZN pul xərcləndiyi və s. digər hallar müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək və X4 Informasiya Sisteminin “Əmək baxış keçirilən zaman işçi şahid1 ilə Elxan oğlu arasında bədbəxt hadisənin baş verdiyi dövrdə əmək münasibətlərinin mövcud olmadığı aşkar edilmişdir. Göründüyü kimi, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən göstərilən hallar dəqiqləşdirilməmiş və şahid1 işəgötürənin və maraqları naminə işlərin görülməsinə razılaşdırılmış və nəticədə Azərbaycan Respubublikasının Əmək Məcəlləsinin 7.2-3.4 maddəsinin tələbi pozularaq işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bununla da, işçinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən, işəgötürən tərəfindən əmək münasibətlərinə cəlb edildiyi sübut olunmuşdur. Beləliklə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi düzgün aparılmadan işin faktiki hallarına uyğun olmayan əsassız nəticəyə gəlinmişdir. Məhkəmə iclasında X3 Xidmətinin nümayəndəsi Nümayəndə şikayəti müdafiə edərək, təmin olunmasını xahiş emişdir. Məhkəmə, iclasın vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar olunmuş və məhkəmə iclasına gəlməmiş barəsində izibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Işin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlilləri əsasında inzibati xəta haqqında iş üzrə icraat materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə şikayət təmin edilməməli və iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını təqdim edilmiş iş materialları əsasında yoxlayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar işin faktiki hallarına uyğundur. Belə ki, birinci instansiya məhkəməsi inzibati iş üzrə mübahisələndirilən məsələ haqqında qərar qəbul edərkən, bu məsələnin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırıb ətraflı təhlil etmiş, gəldiyi nəticəni qanunun tələblərinə istinad edərək əsaslandırmışdır. Məhkəmədə bu məsələ ilə bağlı tərəflərin izahatı dinlənilmiş, sənədlər tədqiq olunmuş, təhlillər aparılmış və məhkəmə araşdırması üzrə nəticə etibarı ilə qanuni və əsaslı yekun məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi inzibati iş üzrə toplanmış icraat materiallarında olan mümkün sübutları nəzərə alaraq, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, şikayətin dəlilləri həmin nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Qeyd olunan xüsusatlara əsasən birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticə maddi və prossesual hüquq normalarının tələbləri baxımından tam əsaslıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Inzibati xəta haqqında iş üzrə icraat materialları və birinci instansiya məhkəməsinin qərarı ilə müqayisədə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Qərardan şikayət verən orqan (şəxs) bu Məcəllədə nəzərdə tutulmuş qaydada tənbeh olunmasına əsaslar müəyyən edilməmişdir. Şikayətin dəlillərinə münasibətdə, inzibati iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə heç bir qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Odur ki, qanunvericiliyin müddəalarını və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarını müqayisəli təhlil edən birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, şikayət təmin edilməməli və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən qəbul olunmuş ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsi və Qərardan şikayət verən orqan (şəxs) barəsində olan Azərbaycan Respublikası IXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128, 133, 134, 135 və 136-cı maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən qəbul olunmuş ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsi və Qərardan şikayət verən orqan (şəxs) barəsində olan Qərardan şikayət verən orqan (şəxs) barəsində olan Azərbaycan Respublikası IXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1744/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1744/2026
25.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver