Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1746/2026 17.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlunun sədrliyi və məruzəsi, məhkəmə iclas katibi Musayev Elmir Məhəmməd oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X1 Idarəsi tərəfindən qəbul edilmiş EQ ******** saylı, ##.##.2026-cı il tarixli “Inzibati tənbeh vermə haqqında” qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş X1 Idarəsi tərəfindən qəbul edilmiş EQ ******** saylı, ##.##.2026-cı il tarixli “Inzibati tənbeh vermə haqqında” qərarından şikayətlə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, mülkiyyətində olan “MERCEDES BENZ” E-220 CDI minik markalı **-GF-*** dövlət nömrə nişanlı avtomaşınla ##.##.2026-ci ildə saat 09:41 radələrində H.Z.Tağıyev yeni yolun 12.4 kmdə Sumqayıt şəhəri istiqamətində hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarının pozulması əsası ilə Azərbaycan Respublikası IXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə ##.##.2026-ci il tarixli EQ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmışdır. Həmin vaxt hər hansı YPX xidmətinin əməkdaşı onun idarə etdiyi **-GF-*** dövlət qeydiyyat nişanlı “MERCEDES BENZ” E-220 CDI minik markalı avtomabili saxlayıb protokol yazmamışdır. Xüsusilə qeyd etmişdir ki, barəsində tərtib olunmuş ##.##.2026-ci il tarixli EQ******** nömrəli qərar xüsusi texniki vasitənin köməyi ilə aşkar edilməmişdir. Qərardan acıq-aşkar görünür ki, inzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitənin heç bir məlumatı göstərilməmişdir. Bu da bir daha sübut edir ki, inzibati xəta xüsusi texniki vasitə ilə aşkar olunmamışdır. Belə olan tədqirdə barəsində hansı əsasla IXM-nin 327.2-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında tədbir görüldüyü, inzibati xətaya görə ##.##.2026-ci il tarixli EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərar çıxarıldığı və həmin qərarla 100 manat 3 bal inzibati qaydada cərimə olunduğu məlum deyildir. Digər tərəfdən, ##.##.2026-ci il tarixli EQ******** saylı elektron qərar qəbul etmiş DIN BDYPI-nin Mərkəzi Məlumat Xidmətinin rəisi R Elvin Abduləlizadənin həmin qərarı qəbul edərkən inzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitənin məlumatları qərarda öz əksini tapmamışdır. Həmin DYPI-nin Yol patrul xidməti əməkdaşının xidmət etdiyi ərazi üzrə dislokasiya cədvəli, daha sonra xidməti marşrutu və xidməti ərazisi kimi hallar araşdırılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən barəsində tərtib edilən EQ ******** saylı, ##.##.2026-cı il tarixli qərarı qanunsuz və əsassız hesab etdiyindən həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X1 Idarəsi tərəfindən qəbul edilmiş EQ ******** saylı, ##.##.2026-cı il tarixli “Inzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməmişdir. Həmin qərardan narazı qalan şikayətçi Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsi və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi şikayətini tam obyektiv araşdırmamışdır. Belə ki, barəsində tərtib olunmuş ##.##.2026-ci il tarixli EQ ******** nömrəli nömrəli inzibati tənbeh vermə haqqında qərar xüsusi texniki vasitənin köməyi ilə aşkar edilməmişdir. Əgər həmin qərar xüsusi texniki vasitə ilə aşkar edilibsə nə üçün həmin xüsusi texniki vasitənin məlumatları qərarda göstərilmir? Qərara diqqətlə baxsaq acıq-aşkar görünür ki, inzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitənin məlumatları qərarda öz əksini tapmamışdır. Buda bir daha sübut edir ki, inzibati xəta elektron qərar deyil eyni zamanada xüsusi texniki vasitə ilə aşkar olunmamışdır Inzibati xəta hadisəsi xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icratın aparılması qaydası IXM-nin 122 maddəsinə şərh olnmuşdur. Həmin vaxtda da heç bir YPX-nin əməkdaşı tərəfindən və ya hər hansı bir yol-patrul xidmətinin əməkdaşı idarə etdiyi **-GF-*** dövlət qeydiyyat nişanlı “MERCEDES BENZ” E-220 CDI minik markalı avtomabili saxlayıb protokol tərtib etməmişdir. Idarə etdiyi avtomobilin şəkilini Quba şəhəri Heydər Əliyev prospektində quraşdırılan nəzarət kamerası (TŞK) vasitəsi ilə hərəkətdə olan zaman yol nişanlarının tələblərinə riayət edilməməsi halları YPX-nin əməkdaşı tərəfindən yollara nəzarət olunan kameraların monitoru vasitəsi ilə monitora pauza verib bortkompüterlə foto şəkilini çəkərək BDYPI-nin mərkəzi informasiya sisteminin bazasına yerləşdirərək sürücünün ünvanına göndərilir. Belə olan tədqirdə barəsində hansı əsasla IXMnin 327.2-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında tədbir görülüb. Barəsində Azərbaycan Respublikası IXM-nin 327.2–ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə ##.##.2026ci il tarixli EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərar çıxarılmış və həmin qərarla o, 100 manat 3 bal inzibati qaydada cərimə olunmuşdur. Digər tərəfdən ##.##.2026-ci il tarixli EQ******** saylı elektron qərar qəbul etmiş DIN BDYPI-nin Mərkəzi Məlumat Xidmətinin rəisi R Elvin Abduləlizadənin həmin qərarı qəbul edərkən inzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitənin məlumatları qərarda öz əksini tapmamış və həmin DYPI-nin Yol patrul xidməti əməkdaşının xidmət etdiyi ərazi üzrə dislokasiya cədvəli, daha sonra xidməti marşrutu və xidməti ərazisi kmi hallar araşdırılmalıdır. Belə olan halda ona cərimə yazılması hansı qanuna uyğundur? Hesab edirəki , ##.##.2026-ci il tarixli EQ******** saylı inzibati tənbeh vermə haqqında qərar qanunsuz olaraq çıxarılmışdır. Belə olan halda yol-patrul xidmətnin əməkdaşı monitordan bort-kompüterlə şəkil çəkib sürücüyə cərimə yazması hansı məqsədlə qanuna uyğundur. Eyni zamanda monitordan şəkil cəkilməsində isdifadə olunan bort-komputer hansı YPX-nin əməkdaşına təhkim olunub və həmin vaxt bortkompüterdən hansı YPX-nın əməkdaşı istifadə edib buda məlum deyildir. Digər tərəfdən, ##.##.2026-ci il tarixli EQ******** nömrəli barəsində elektron qərar çıxarmış DYPI-nin əməkdaşının xidmət etdiyi ərazi üzrə dislokasiya cədvəli, daha sonra xidməti marşrutu və xidməti ərazisi kmi hallar araşdırılmalıdır. Halbuki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi qanunla müəyyən edilmiş sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. X3 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamları şəxsin ziyanına aradan qaldırıb, barəsində elektron qərar çıxarılmış şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir Qeyd olunanlara əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## ##### **** saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) və Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X1 Idarəsi Idarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb, məhkəmə belə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Ilk növbədə qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş X1 Idarəsi tərəfindən qəbul edilmiş EQ ******** saylı, ##.##.2026-cı il tarixli “Inzibati tənbeh vermə haqqında” qərara əsasən Qərardan şikayət verən orqan (şəxs) Mercedes Benz E220 minik markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi üçün 100 manat məbləğində cərimə edilmişdir. Birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab etmişdir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə tövsif edilmişdir. Şikayətdə göstərilən arqumentlər iş materialları ilə öz təsdiqini tapmamış, qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün hüquqi əsas müəyyən olunmamışdır. Qərardan şikayət verən orqan (şəxs) hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Tətbiq edilmiş 100 (yüz) manat məbləğində cərimə qanunvericilikdə nəzərdə tutulmuş sanksiya həddinə uyğundur və təqsirin xarakterinə mütənasibdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, inzibati orqan tərəfindən qəbul edilmiş qərar qanuni və əsaslıdır. Beləliklə, məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlmişdir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməməlidir. Məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, düzgün olaraq Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin olunmamış, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X1 Idarəsinin EQ ******** saylı, ##.##.2026-cı tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə belə hesab edir ki, şikayət vermiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən ## ##### 2026-cı il tarixli məhkəmə qərarının ləğv olunması üçün heç bir tutarlı sübut məhkəməyə təqdim olunmamışdır. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, qəbul edilmiş qərar qanunidir, ləğv olunması üçün heç bir əsas yoxdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi Mercedes Benz E220 minik markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən əks istiqamətdə hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozması faktı aşkar edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edimiş EQ ******** saylı, ##.##.2026-cı tarixli nömrəli tənbeh vermə haqqında qərarının qanuni olması və Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X1 Idarəsinin EQ ******** saylı, ##.##.2026-cı tarixli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətin əsassız olması barədə birinci instansiya məhkəməsinin qənaəti əsaslı olmuşdur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. - 76.1-ci maddəsinə görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. - 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. - 327.2-ci madəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- altmış manat məbləğində cərimə edilir. «Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # #### 2015-ci il qərarında qeyd edilir ki, dövlət orqanları insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırmasından çəkinməklə yanaşı cəmiyyətdə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (Konstitusiyanın 71-ci maddəsinin İ hissəsi). Məhkəmə işin faktiki hallarına və şikayətin əsaslandığı dəlillərə qiymət verərək belə hesab etmişdir ki, göstərilən hallar özünü müdafiə xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, onun Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə sübutlarla təsdiqlənir. Şikayətdə göstərilənlər işdə olan sübutlarla təkzib edildiyindən məhkəmə hesab edir ki, şikayətin dəlilləri formal mülahizələr əsasında verilib və birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə belə hesab edir ki, yuxarıda qeyd olunan hallarla Qərardan şikayət verən orqan (şəxs) tərəfindən avtomobillə hərəkətdə olarkən əks istiqamətdə hərəkət zolağına çıxmaqla ötmə qaydalarının tələblərinin pozulması faktı öz təsdiqini tapdığından Bakı şəhər X1 Idarəsinin EQ ******** saylı, ##.##.2026-cı tarixli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır. Məhkəmə belə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən şikayətçi Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X1 Idarəsinin EQ ******** saylı, ##.##.2026-cı tarixli qərarının ləğv olunması barədə verdiyi şikayətinin təmin olunmamasına dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim: Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(3-6)-1746/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1746/2026
17.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver