Məhkəmə qərarları › İş №3(3-6)-1748/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1748/2026

09.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1748/2026 09.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Milana Varis qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 25 000 (iyirmi beş min) manat məbləğində inzibati cərimə olunmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Məhkəmənin icraatına Azərbaycan Respublikası Baş Prokuroluğu və protokolu tərtib edən orqan2 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə ##.##.2026-cı il tarixli və ##.##.2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qəbul edilmiş qərarlar əsasında toplanmış material daxil olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 25 000 (iyirmi beş min) manat məbləğində inzibati cərimə olunmuşdur. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 apellyasiya qaydasında şikayətlə müraciət edərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Tərəflərin çıxışları: Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 şikayətin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində səlahiyyətli orqanın nümayəndəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Işin halları və hüquqi məsələlər: Apellyasiya şikayətində barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını, hakim, tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsini, tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmamasını iddia edilərək tələbi IXM-in 135.1.2, 135.1.3 və 135.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. IXM-in 135.1.2, 135.1.3 və 135.1.5-ci maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Şikayətdə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi xahiş olunsa da, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, IXM-in 75,76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq sənədləri, izahatı sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək vəzifəli şəxsin əməlində inzibati xəta tərkibinin olması qənaətinə gəlmişdir. Məhkəmə göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir. Belə ki, Bakı şəhər protokolu tərtib edən orqan2 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli “Inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” haqqında qərardan görünür ki, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində IXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında icraat başlanılmışdır. Sənədlərə baxış keçirilməsi haqqında ##.##.2026-cı il tarixli protokoldan görünür ki, X2 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin qanuni təmsilçisidir. X4 ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC arasında əmək müqaviləsi bağlanmamışdır. Azərbaycan Respublikası Baş Prokuroluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli “Inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” haqqında qərardan görünür ki, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində IXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında icraat başlanılmışdır. Azərbaycan Respublikası Baş Prokuroluğunun “elektron sorğu” sistemindən çıxarışlardan görünür ki, X2 ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC arasında ##.##.2025-ci il tarixdə əmək müqaviləsi bağlanmış və müqaviləyə əsasən sonuncu baş direktordur, müqavilə hazırda qüvvədədir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də Vüsal Abbasov adlı işçi olmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-93)- ****/**** nömrəli qərarından görünür ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanmasına dair qəbul edilmiş ##.##.2026-cı il tarixli qərar əsasında toplanmış 3(5-93)- ****/**** nömrəli inzibati xəta haqqında iş məhkəmənin icraatında olan *(*- **)-****/**** nömrəli inzibati xəta haqqında işə birləşdirilərək bir icraatda baxılması qərara alınmışdır. IXM-in: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. IXM-in 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Işdə olan sübutlar əsasında müəyyən edilir ki, X4 X3ndə əmək müqaviləsi bağlanmadan həkim cərrah kimi işlərin görülməsinə cəlb edilmişdir. Qeyd edilən fakt vətəndaş X7 ölüm faktı əsasında protokolu tərtib edən orqan2 aparılan araşdırma nəticəsində, o cümlədən Mərkəzin direktoru X2 məhkəmə iclas zalında etirafedici ifadələri ilə öz təsdiqini tapmışdır. Belə ki, X2 MMC barəsində aparılan icraatla razılaşmayaraq X4 Mərkəzdə xidməti müqavilə ilə çalışdığını və bu müqavilənin xırda kosmetoloji xidmətlər göstərməsi məqsədilə bağlanıldığını bildirsə də, həmin müqaviləni prokurorluqda aparılan araşdırma çərçivəsində təqdim etməmiş, məhkəmənin iclasında isə sonradan təqdim edərək, həmin müqavilə ilə dedikləri arasında ziddiyyətli hal yaratmışdır. Həmin müqavilə tədqiq edilərkən müəyyən edilmişdir ki, direktor X2 ilə X4 arasında bu barədə də ona əvvəlcədən bəlli olmasına baxmayaraq, sonuncunun heç bir tibbi təhsili olmadığı halda cərrahi xidmətlərin göstərilməsi məqsədilə müqavilə bağlanmışdır. Eyni zamanda vətəndaş X5 üzərində aparılmış uğursuz əməliyyatla bağlı şikayəti üzrə Azərbaycan Respublikası Baş Prokuroluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən aparılan araşdırma çərçivəsində müəyyən edilir ki, həkim fəaliyyət üçün klinikaya dəvət edilmiş, hətta klinikada xəstə qəbulu həyata keçirmiş, lakin “elektron prokurorluq” üzərindən əldə edilən məlumat əsasında bəlli olmuşdur ki, həkim Vüsal Abbasov ilə REOX1 arasında hər hansı bir əmək müqaviləsi olmamışdır. Nümayəndə onu da bildirmişdir ki, həmin həkim hal-hazırda axtarışdadır. Belə ki, alınan izahatlardan bəlli olmuşdur ki, belə bir adda həkim ümumiyyətlə yoxdur, başqa addan istifadə etməklə vətəndaşlar aldadılmaqdadır. protokolu tərtib edən orqan1 Cinayət təqibindən kənar icraatlar idarəsi, o cümlədən protokolu tərtib edən orqan2 inzibati iş üzrə icraat zamanı işin düzgün həlli üçün, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları, xüsusilə şikayət verən şəxsin və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsın səlahiyyətli nümayəndələrinin ifadələrini almış, aparılan araşdırma nəticəsində həm Abbasov Vüsal, həm də X4 ilə hər-hansı bir əmək münasibətinin yaranıb-yaranmaması dəqiqləşdirilmişdir. Bununla da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin təqsirliliyini sübuta yetirən kifayət qədər dəlillər toplanılmaqla, Azərbaycan Respublikası Baş Prokuroluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi və protokolu tərtib edən orqan2 tərəfindən prosessual normalara və sübutetmə vəzifəsinə əməl olunmuşdur. Inzibati xətalar qanunvericiliyinin müddəaları baxımından aşkardır ki, inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunmalı və bu baxımdan iqtisadi maraq, idarəçilik qaydalarının mühafizə olunması, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısını almaq üçün qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlik prinsipləri təmin edilməlidir. Həmçinin, dövlət orqanları öz növbəsində inzibati xətaların törədilməsinin qarşısının alınması, buna kömək edən səbəbləri və şəraitin aşkar edilməsi, qanunlara ciddi əməl etmək üçün tədbirlərin icra edilməsini təmin etməlidirlər. Odur ki, hüquqi şəxsin dəlilləri əsaslı olmamaqla qəbul edilmiş qərarin ləğvinə əsas olmamışdır. Hüquqi şəxsə təyin edilmiş tənbeh tədbiri məsələsinə gəldikdə birinci instansiya məhkəməsi «X3” MMC-nin barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilərkən, sonuncunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını müəyyən etsə də, inzibati cərimə tənbeh tədbirinin daha yuxarı həddə tətbiq edilməli olmasını əsaslandırmamışdır. IXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Eyni Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hazırkı işin hallarından görünür ki, hüquqi şəxsin məsuliyyətini ağırlaşdıran hallar olmamışdır. Işin halları və pozuntu törədənin şəxsiyyəti də, inzibati cərimə tənbehinin tətbiqi zamanı bu tənbehin daha aşağı həddinin kifayət hesab edilməməsinə əsas yaratmamışdır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən hüquqi məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək tətbiq edilmiş 25.000 (iyirmi beş min) manat məbləğində inzibati cərimə azaldılaraq 20.000 (iyirmi min) manat həddində müəyyən edilməlidir. IXM-in 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıdakılara əsasən və IXM-in 128-135-ci maddələrini rəhbər tutaraq Qərara aldım: Apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 25 000 (iyirmi beş min) manat məbləğində inzibati cərimə olunmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində tətbiq edilmiş 25.000 (iyirmi beş min) manat məbləğində inzibati cərimə azaldılaraq 20.000 (iyirmi min) manat həddində müəyyən edilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar