Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1749/2026 24.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək cərimə edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətini tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i m: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib olunmuş ## #### 2026-cı il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Binəqədi Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 14314.00 ABŞ dolları valyuta vəsaiti məbləğinin 20% (iyirmi faizi) miqdarında, yəni 2862.80 ABŞ Dolları cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarından barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya qaydasında şikayət verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki protokol üzrə köçürülmənin həyata keçirildiyi şirkətlə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti arasında uzunmüddətdir bu kommersiya əlaqələri vardır. Bütün köçürmələr üzrə mallar idxal edilmişdir. Malların idxalı üzləşdirmə aktları, yazışmalar və sair digər sənədlərlə təsdiqini tapır. Sadəcə gömrük bəyannaməsində müqavilə nömrəsi köhnə müqavilə qeyd edildiyi üçün hazırda Mərkəzi Bank tərəfindən idxalın təsdiqini tapmadığı bildirilir. Müvafiq dəyişikliyin aparılması barədə gömrük orqanına müraciət edilsə də, onlara müsbət cavab verilməmiş, yəni imtina olunmuşdur. Hətta üzləşdirmə aktına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin qarşı tərəfə borcu vardır. Heç bir zaman onların barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilməmişdir, həmişə Mərkəzi Bank tərəfindən bəyannamələrə dəyişiklik edilmişdir. Mövcud vəziyyətdə həmçinin onu da qeyd etmək istərdik ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti bilavasitə inzibatə xətanın tərkib elementlərindən biri olan subyektiv tərəfinin mövcudluğuna heç bir əsas yoxdur. Tətbiq edilən inzibati tənbehin birbaşa motivi pul vəsaitlərinin əsassız olaraq ölkə xaricinə çıxarılmasının qarşısının alınmasına yönəlmişdir. Lakin bununla bağlı qeyd etmək istərdik ki, daimi olaraq kommersiya münasibətlərinin olması, illər ərzində malların və pul vəsaitlərinin mübadiləsini təsdiqləyən sübutların məhkəməyə təqdim olunması və məhkəmə tərəfindən düzgün tədqiq edilməməsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin prosessual hüquqlarının həyata keçirilməsinə ciddi maneələr yaratmışdır. Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-ci il tarixli *(*-**)-****/**** nömrəli qərarının ləğv edilərək inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdirlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış tərəflər iştirak etmədiyindən məhkəmə iclasının onların iştirakı olmadan davam etdirilməsi mümkün hesab edilmişdir. Eyni zamanda Mərkəzi Bankın nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq apellyasiya şikayətinə müvafiq malların idxalını təsdiq edən gömrük bəyannaməsi əlavə edilmədiyindən Mərkəzi Bank tərəfindən tərtib edilmiş protokolu müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdiirlmədən saxlanmasını xahiş etmişdir. İşin halları və hüquqi məslələr: Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə şikayət əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş sənədlər: - ## ###### 2026-cı il tarixli “xxxx” ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış məktubdan və əlavə edilmiş çıxarışdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti ## ###### 2024-cü il tarixində 21994 ABŞ Dolları vəsaiti xaricə köçürmüş, ödəniş günündən 2 (iki) il keçməsinə baxmayaraq həmin vəsaitin 14314.00 ABŞ Dolları təşkil edən hissəsi hesabına alınan malların ölkəyə daxil olduğunu təsdiqləyən sənədləri banka təqdim etməmişdir. -## ###### 2024-cü il tarixli, OX* nömrəli ödəniş tapşırığından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti 21 fevral 2024cü il tarixində 21994 ABŞ Dolları vəsaiti ## ###### 2023-cü il tarixli, ****/**** saylı müqaviləyə, ## ###### 2024-cü il tarixli, ** saylı invoysa əsasən “Ataboyler İnşaaat makina Sanayi ve Ticaret A.S” şirkətinin hesabına köçürülmüşdür. -## ###### 2023-cü il tarixli, ****/**** saylı müqavilədən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti və “Ataboyler İnşaaat makina Sanayi ve Ticaret A.S” şirkəti arasında müqavilə bağlanmışdır. ## ###### 2024cü il tarixli, ** saylı invoysdan görünür ki, “Ataboyler İnşaaat makina Sanayi ve Ticaret A.S” şirkəti tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə satılan malların dəyəri 43988 ABŞ dolları olaraq göstərilmişdir. -01241000165685 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, “ATABOYLER İNŞAAAT MAKINA SANAYI VE TICARET A.S” şirkəti tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilən 173301 ABŞ dolları dəyərində mallar ölkəyə idxal edilmişdir. Həmin bəyannamə ilə idxal edilən mallar olaraq “ATA 351 300LT 3 ədəd; ATA 1001 1000LT 14 ədəd; ATA 1004 1000LT 2 ədəd” göstərilmiş, bəyannamənin təqdim olunan sənədlər barədə 44-cü qrafasında 4011 (bu kod altında göstərilir- xarici iqtisadi sövdələşmənin həyata keçirilməsi zamanı bağlanan müqavilə) kodunda ## ###### 2022-ci il tarixli, ****/**** nömrəli müqavilə; 8001 (bu kod altında göstərilir- invoys (hesabfaktura), proforma-invoys (hesabproforma)) kodunda isə ## ##### 2024-cü il tarixli, AB************** nömrəli invoys göstərilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti 14314.00 ABŞ Dolları məbləğində vəsaiti ## ###### 2024-cü il tarixdə xaricə köçürmüş, lakin 2 il müddət keçməsinə baxmayaraq, həmin vəsaitin 14314.00 ABŞ dolları məbləğində olan hissəsi hesabına alınan malları (xidməti) ölkəyə idxal etmədiyindən, valyuta vəsaitini geri qaytarmadığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizi məbləğində cərimə tənbeh növü tətbiq edilməlidir. Məhkəmə birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, apellyasiya şikayətində dəlilərində malların idxalını təsdiq edən hər hansı sənəd əlavə edilmədiyindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi toplanmış materialların məcmusu ilə tam təsdiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati məsuliyyət yaradır. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin ## ###### 2020-ci il tarixli, **/* nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyri rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndi dəyişikliklər edilməklə, aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir”. Məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində qeyd edilən inzibati xətanı törətməsi inzibati işin materialları ilə kifayət qədər sübuta yetirilmişdir və birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş tərkib əlamətinin olması barədə qanuni və düzgün nəticəyə gəlmişdir. İnzibati tənbeh məsələsinə gəldikdə isə birinci instansiya məhkəməsi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində inzibati təhbeh təyin edərkən qanuni və ədalətli inzibati təhbeh təyin etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 7.3-cü maddəsinə əsasən, hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 18.6-cı maddəsinə əsasən, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Göstərilənlərə əsasən hesab edirəm ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı ilə gəldiyi nəticələr işin faktiki hallarına uyğundur, həmin qərarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş tərkib əlamətinin olması barədə qanuni və düzgün nəticəyə gəlinmişdir, şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və inzibati icraata xitam verilməsi üçün əsas olmadığından şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq Qərara a l ı r a m: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək cərimə edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət verilə bilməz. Hakim Qədim Babayev
Məhkəmə qərarları › İş №3(3-6)-1749/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1749/2026
24.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver