Məhkəmə qərarları › İş №3(3-6)-1752/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1752/2026

09.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1752/2026 09.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI ##.##.2002-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 535.1-ci və 206-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və onun barəsində 01 (bir) ay müddətinə inzibati həbs tətbiq edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarından müdafiəçi vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 535.1-ci və 206-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair ## #### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə (sədrlik edən hakim Aynurə Sadıqova) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 535.1-ci və 206-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və onun barəsində 01 (bir) ay müddətinə inzibati həbs tətbiq edilməsi, inzibati həbs haqqında qərarın dərhal icra edilməsi, inzibati həbsdə saxlama müddətinin əvvəlinin ## #### 2026-cı il tarixdən hesablanması, qərarın icrasının Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilməsi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsi, ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçi vəkil2 apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*- **)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə təyin edilmiş 01 (bir) ay müddətinə inzibati həbsin ləğv edilərək inzibati həbslə bağlı olmayan tənbeh tədbiri tətbiq edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı əsassız və ədalətsizdir. Məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-nin 206 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında icraat aparılan zaman onun müdafiə hüququnun pozulmasına, ona vəkilmüdafiəçi təyin edilməməsinə qiymət verməmişdir. Şəxsin müdafiə hüququnun pozulmasına baxmayaraq, sonda məhkəmə tərəfindən təyin edilmiş cəza Azərbaycan Respublikası IXM-nin 15, 31-34-cü maddələrinin tələblərinə uyğun deyildir, həddindən artıq sərt cəzadır, inzibati xətanı törətməkdə təqsirləndirilən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şəxsiyyətinə uyğun gəlmir. Məhkəmə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bu vaxta qədər hüquq-mühafizə orqanları ilə heç bir probleminin olmamasını, əvvllər heç bir inzibati xəta törətməməsini, ilk dəfə inzibati xəta törətməsini və əməlindən səmimi peşmançılıq hissi keçirməsini düzgün qiymətləndirməmiş, maddənin sanksiyasında cərimə cəzası nəzərdə tutulmasına baxmayaraq, cərimə tətbiq edilməməsinin zəruriliyini əsaslandırmamışdır. Belə ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X1 məhkəmə gedişi zamanı ifadə verərək bildirmişdi ki, o, ##.##.2026-cı il tarixdə etibarnamə əsasında idarə etdiyi atasına məxsus olan “Hyundai Sonata” markalı, **-QP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində hərəkətdə olan zaman yol patrul xidməti əməkdaşı tərəfindən ona “saxla” əmri verilmiş və o, avtomobili yolun hərəkət hissəsində saxlamışdır. Polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş, təhlükəsizlik kəmərindən istifadə etmədiyini və avtomobilin cərimələrinin ödənilməməsi səbəbindən üzərinə həbs qoyulduğunu, avtomobilin duracağa aparılmasının zəruri olduğunu bildirmişlər. O, avtomobilin heç bir cəriməsinin olmamasını, təhlükəsizlik kəmərindən istifadə etdiyini polis əməkdaşlarına bildirmiş, lakin polislər təkidlə avtomobili duracağa aparılmasının zəruriliyini bildirdikdə, o, atasına məxsus olan avtomobilin duracağa aparılmaması üçün polislərdən qorxduğundan avtomobilə əyləşib avtomobilin qapılarını kilidləyərək, şüşələrini qaldırmışdır. Daha sonra o, “TikTok” sosial şəbəkəsində özünə məxsus “account750” adlı səhifədə canlı yayım açaraq polsi əməkdaşlarını çəkməyə başlamışdır ki, onun idarə etdiyi atasına məxsus olan avtomobili polis əməkdaşları duracağa aparmasınlar. Polis əməkdaşları ondan avtomobilin qapılarını açmağı, şüşəsini aşağı salmağı tələb etsələr də o, avtomobilin duracağa aparılmasından qorxub avtomobilin qapısını açmamış, şüşələrini aşağı salmamışdır. Sonra polislər ona xəbərdarlıq edərək, avtomobilin qapılarını açmayacağı təqdirdə fiziki güc tətbiq ediləcəyini bildirmişlər, lakin o, avtomobilin qapılarını açmamışdır. Bundan sonra polis əməkdaşları avtomobilin şüşəsini sındıraraq qapını açmışlar, onu və maşında olan əsgər yoldaşını polis şöbəsinə aparmışlar. Binəqədi RPI-nin 5ci polis şöbəsində ona narkotik vasitələrin istifadəsi, saxlanması və daşınmasında şübhəli şəxs olduğu bildirilmişdir. Daha sonra təhqiqatçı tərəfindən onun üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən qanuna zidd heç bir əşya çıxmamışdır. Bundan sonra ona avtomobilində və ya yaşadığı evdə narkotik vasitə, psixtrop maddə olub-olmadığı soruşulduqda o, “Papanin” adlanan yerdə kağıza bükülmüş əşya tapdığını və həmin kağıza bükülmüş əşyanı avtomobilində qol altı hissədə saxladığını bildirmişdir. Daha sonra onun avtomobilinə baxış keçirilmiş və həmin büküm polis əməkdaşları tərəfindən götürülmüşdür. O, həmin ibtidai araşdırma zamanı, həm də məhkəmə araşdırması zamanı heç vaxt narkotik vasitələrdən istifadə etmədiyini bildirmişdir. “Papanin” adlanan yerdən tapdığı bükümün içərisində qurudulmuş marixuana olduğunu bilmədiyini bildirmişdir. Eyni zamanda avtomobilinin duracağa aparılmasından qorxduğu üçün avtomobilin qapılarını polis əməkdaşlarına açmadığını bildirmişdir. Işə baxan birinci instansiya məhkəməsi inzibati xəta törətməkdə təqsirləndirilən şəxsin şəxsiyyəti, törətdiyi əməlinin ictimai təhlükəliliyini dərk edə bilməməsini nəzərə almamışdır. Apellyasiya icraatı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi, qərarın dəyişdirilərək barəsində iş üzrə icraata xitam verilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, narkotik vasitələrdən heç vaxt istifadə etməmişdir. Polis bölməsində olan zaman ona verilən qidanın içərisinə narkotik vasitə əlavə edilmişdir. Hadisə günü ona YPX inspektoru saxla emri vermiş və o da idarə etdiyi nəqliyyat vasitəsini saxlamışdır. Həmin vaxt yanında dostu olmuşdur. Saxlanılma səbəbi təhlükəsizlik kəmərindən istifadə etməməsi olmuşdur. Bundan sonra ona idarə etdiyi nəqliyyat vasitəsinin üzərində həbs olması bildirilmiş və o da həbhəmin cəriməni ödəmişdir. Bundan sonra ona bildirildi ki, idarə etdiyi nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi mövcuddur və nəqliyyat vasitəsi müvəqqəti duracağa aparılmalıdır. O, bu hal ilə razılaşmamış və nəqliyyat vasitəsində heç bir konstruksiya dəyişikliyi aparılmadığını bildirmişdir. Lakin YPX inspektoru israrla nəqliyyat vasitəsinin müvəqqəti duracağa aparılmalı olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşı ilə arasında mübahisə yaranmış və o, qorxduğu üçün idarə etdiyi nəqliyyat vasitəsinə əyləşmiş və qapıları içəridən kilidləmişdir. Bundan sonra o mobil telefonu ilə çəkiliş etməyə başlamışdır. Lakin telefonun daxili yaddaşı bitdiyindən o “Tik-Tok” sosial şəbəkəsində canlı yayım açaraq çəkilişi bu formada davam etdirmişdir. Bundan sonra polis əməkdaşları nəqliyyat vasitəsinin yan şüşəsini sındıraraq maşının qapılarını açmağa nail olmuşlar. Daha sonra onu 5-ci polis bölməsinə aparmışlar və orada ona qarşı, polis əməkdaşları tərəfindən fiziki güc tətbiq olunmuşdur. Apellyasiya icraatı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi vəkil1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi, qərarın dəyişdirilərək, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində iş üzrə icraata xitam verilməsini xahiş etdi. Inzibati xəta haqqında iş üzrə protokol tərtib edən Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyinin Bakı şəhəri Binəqədi Rayon Polis Idarəsinin 5-ci PŞ-nin sahə inspektoru, R X2 məhkəmə iclasının yeri və vaxtı barədə vaxtında məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, proses iştirakçılarının razılığı ilə məhkəmə iclasına inzibati xəta haqqında iş üzrə protokol tərtib edən Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyinin Bakı şəhəri Binəqədi Rayon Polis Idarəsinin 5-ci PŞ-nin sahə inspektoru, R X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan proses iştirakçısının izahatını dinləyib, belə hesab edir ki, verilmiş şikayət təmin edilməməli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 535.1-ci və 206-cı maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Ilk növbədə qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ərizəsindən görünür ki, o, Bakı şəhəri Binəqədi Rayon Polis Idarəsinin 5-ci polis bölməsində olan zaman təklif olunan vəkildən imtina etmiş və bunu öz imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyinin Bakı şəhəri Binəqədi Rayon Polis Idarəsinin 5-ci PŞ-nin sahə inspektoru, R X2 tərəfindən tərtib olunmuş ## #### 2026-cı il tarixli, AZA ***** nömrəli protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2026-cı il tarixdə, saat 19:50-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyinin Bakı şəhəri Binəqədi Rayon Polis Idarəsinin 5-ci PŞ-nin sahə inspektoru, R X2 tərəfindən tərtib olunmuş ## #### 2026-cı il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, sonuncu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-nin 206-cı və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyinin Bakı şəhəri Binəqədi Rayon Polis Idarəsinin 5-ci PŞ-nin təhqiqatçısı, R X7 tərəfindən qəbul olunmuş ## #### 2026-cı il tarixli qərardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və X8 müvəqqəti saxlama yerindən dərhal azad olunmuş və barələrində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik-Hüquqi şəxsi Ambulator X14 ekspertizasının ## #### 2026-cı il tarixli, **** nömrəli Aktına əsasən ekspress-test üsulu ilə müayinə nəticəsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs götürülmüş sidik nümunəsində MET (+) aşkar olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Birinci intansiya məhkəməsi iş materiallarını araşdırıb hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 535.1-ci və 206-cı maddələrində nəzərdə tutulan əməli törətməsi tamamilə sübuta yetirilir. Məhkəmə, iş üzrə toplanmış sübutları qiymətləndirərək, belə hesab edir ki, birinci instansiya məhkəməsi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati xəta haqqında işə baxarkən, təqdim olunmuş materialları inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq onu Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 535.1-ci və 206-cı maddələri ilə təqsirli bilərək tənbeh etmişdir. Məhkəmə qeyd edir ki, apellyasiya şikayətinin dəlillərində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs narkotik vasitələrdən istifadə etdiyi etiraf edilməklə inzibati həbs növündə tənbehin işin hallarına və xətanı törədənin şəxsiyyətinə uyğun olmadığı qeyd edilmişdir. Bununla belə hesab edilir ki, toplanmış sübutlar birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi məhkəmədə heç bir şübhə doğurmayan bu sübutlar əsasında birinci instansiya məhkəməsi inzibati xəta törətmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində işin hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 535.1ci və 206-cı maddələri ilə düzgün tövsif etmişdir. Inzibati xəta törətmiş şəxs barəsində tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbiri seçərkən inzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq sonuncuya törətdiyi inzibati xətaya görə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi nəticəsinə gəlmişdir. Məhkəmədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məsuliyyətini ağırlaşdıran və yüngüllədşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq, belə hesab edir ki, ona yalnız inzibati həbs növündə tənbeh təyin etməklə və onu müəyyən müddətə cəmiyyətdən təcrid etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan tənbeh növünün təyin edilməsi isə məqsədə müvafiq deyildir və bu barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: -3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. -84-cü maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. - 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə- üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. - 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli mübahisələndirilən qərarı qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 535.1-ci və 206-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 01 (bir) ay müddətinə inzibati həbs edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili vəkil1 tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 4 (dörd) saat üçün cəmi 44 (qırx dörd) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qətidir, ondan şikayət verilə bilməz. Sədrlik edən: Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar