Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1753/2026 09.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X1 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, ##.##.1969-cu il tarixdə Qubadlı rayonu, Muğanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Qubadlı rayonu, Mahruzlu ərazi dairəsi, Muğanlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material birinci instansiya məhkəməsinin icraatına daxil olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətə inzibati həbs edilməsi və inzibati həbsin əvvəli ## #### 2026-cı il tarixdən hesablanması qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə barəsində tətbiq olunmuş 15 (on beş) gün müddətə inzibati həbs tənbehinin dəyişdirilərək cərimə tənbehi ilə əvəz edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, barəsində çıxarılan inzibati həbs cəzası qanunvericiliyin tələblərinə ziddir, ona görə də ləğv edilməli, yeni ədalətli qərar qəbul edilməlidir. ##.##.1969-cu ildə Qubadlı rayonunda anadan olmuş, 57 yaşı var, orta təhsillidir, ailəlidir, ailə tərkibi 4 nəfərdən ibarətdir, özəl şirkətdə fəhlə işləyib, cüzi əmək haqqı ilə ailəmi dolandırırdı. Qubadlı rayonundan məlum hadisələrlə bağlı məcburi köçkündür, Bakı şəhərində ailə üzvləri ilə məskunlaşmışdır. II Qarabağ mühirəbəsi dövründə qızğın döyüşlər gedən zaman öz xeyirxah, vətənpərvər əməlləri ilə zabit və əsgərlərə əlindən gələn maddi və mənəvi yardımlar göstərmişdir. Lakin hazırda müəyyən səbəblər üzündən işsiz qalmış, maddi vəziyyətinin çətinliyinə görə borcları yaranmışdı, borclarını ödəməkdən çətinliyə düşmüşdür. Bütün bunlara baxmayaraq, yenə də borclarını qaytarmaqdan imtina etmir və yayınmaq da fikri olmayıb, borclarını hissə-hissə də olsa ödəmiş, ümumilikdə yaranmış borcdan ümumilikdə 1 (bir) il ərzində 3070 (üç min yetmiş) manat ödəmişdir. Lakin bütün bunlara baxmayaraq icra sənədi icra olunmaq üçün onun əmək haqqına yönəldilmişdir. Müəyyən səbəblərdən şirkətin bağlanması səbəbindən ödənişlərdə gecikmələr yaranmışdır, ona görə bu obyektiv səbəblər üzündən baş vermişdir. Apellyasiya baxışı zamanı iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətini müdafiə edərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə verilmiş apellyasiya şikayəti ilə əlaqədar inzibati işin materiallarını araşdıraraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin çıxışını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Qubadlı Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)-***/**** nömrəli icra sənədindən görünür ki, cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 14300 manat borc və 132.9 manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. ##.##.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan icra işi üzrə icraata başlanılmış və ona tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-****/**** nömrəli qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXMin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 8 (səkkiz) gün müddətinə inzibati həbs edilmişdir. ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Qubadlı Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)-***/**** nömrəli icra sənədi üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədindəki tələbi tələbkarın xeyrinə ödəməmiş və icra məmurunun qanuni çağırışlarına gəlməmişdir. Hazırda 11369 manat ödənilməmiş borc vardır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1000 (bir min) manat məbləğində inzibati cərimə edilmişdir. Birinci instansiya məhkəməsi iş materiallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs real maddi imkanları olduğu halda icra sənədinin tələblərini yerinə yetirməməsi üzürlü səbəblərə əsaslanmır və onun məhkəmə qətnaməsinin icrasından qərəzli şəkildə yayınmasına dəlalət edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona istinad olunan inzibati xəta əməlini törətməsi faktını təkzib etməmiş, lakin barəsində tətbiq olunan 15 (on beş) gün müddətə inzibati həbs tənbeh tədbiri ilə razılaşmayaraq həmin tənbehin cərimə tənbehi ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olunmasını nəzərə alaraq onun barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi zərurətini onunla əsaslandırmışdır ki, hazırkı icra sənədinə münasibətdə barəsində icraat aparılan şəxs barəsində əvvəllər tətbiq edilmiş hüquqi təsir tədbirləri öz məqsədinə nail olmamışdır. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs eyni icra sənədinin icra edilməməsinə görə əvvəlcə 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmiş, daha sonra isə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə İXMin 528.1-1-ci maddəsi əsasında 1000 (min) manat məbləğində inzibati cəriməyə məruz qalmışdır. Lakin həmin tənbeh tədbirlərinin heç biri sonuncunun davranışında müsbət dəyişiklik yaratmamış, o, məhkəmə qətnaməsinin icrasından yayınmaqda davam etmişdir. Belə ki, əvvəl tətbiq edilmiş inzibati cəriməyə baxmayaraq, borclu tərəfindən icra sənədinin icrası istiqamətində ciddi səy göstərilməmiş, tələbkarla borcun ödənilməsi qaydasında hər hansı real razılığın əldə edilməsinə cəhd olunmamış, hətta onun barəsində tətbiq edilmiş 1000 manat məbləğində inzibati cərimə belə icra edilməmişdir. Məhkəmə həmçinin hesab etmişdir ki, pul öhdəliyini yerinə yetirmədiyinə görə cərimə edilmiş şəxsin həmin cəriməni də ödəmədiyi halda ona yenidən eyni xarakterli cərimə növündə inzibati tənbeh təyin olunması formal xarakter daşımaqla inzibati tənbehin məqsədlərinə cavab vermir. Çünki belə halda yeni cərimənin tətbiqi şəxsin hüquqa uyğun davranışa sövq edilməsinə deyil, faktiki olaraq icra olunmayan maliyyə öhdəliklərinin daha da artmasına səbəb olur. Bu baxımdan məhkəmə hesab edir ki, əvvəl tətbiq olunmuş inzibati həbs və cərimə tənbehlərindən nəticə çıxarmayan, həm əsas borcu, həm də tətbiq edilmiş inzibati cəriməni ödəməyən şəxs barəsində yalnız inzibati həbs növündə tənbeh tədbirinin tətbiqi inzibati tənbehin məqsədlərinə nail olunması baxımından zəruri və mütənasib tədbirdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ədalətli olmaqla inzibati xəta törətmiş şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsinə xidmət edir. Bu səbəbdən məhkəmə birinci instansiya məhkəməsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq edilən inzibati tənbeh növünün və həddinin dəyişdirilməsi üçün hər hansı bir əsas görmür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №3(3-6)-1753/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1753/2026
09.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver