Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1755/2026 19.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Əsədullayev Rasim Nüsrət oğlunun katibliyi ilə, barəsində izibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Qərardan şikayət verən orqan (şəxs), Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi – X1 iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində olan Azərbaycan Respublikası IXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, Azərbaycan Respublikası IXM-nin 539.3-cü maddəsinə aid hissədə münasibət bildirilməsi üçün səlahiyyətli orqana göndərilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqdim olunmuş inzibati xəta haqqında iş üzrə icraat materiallarından və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətin Bakı şəhər idarəsi tərəfindən qəbul olunmuş ## ####### 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “xxxx” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) 3.500 manat məbləğində cərimə edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarınə əsasən “xxxx” MMC Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsi, barəsində 2.000 (iki min) manat miqdarında inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsi və “xxxx” MMC-nin hərəkətlərində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin IXM-in 192.1-ci maddəsinin tərkibi olmadığına görə həmin maddə üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin *(*-*)-***/**** saylı ##.##.2026-cı il tarixli qərarına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq idarəsi tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarından verilmiş şikayəti təmin edilməmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Qərarından şikayət verilən orqan Qərardan şikayət verən orqan (şəxs) ünvanlanmış məktubuna əsasən Qərardan şikayət verən orqan (şəxs) barəsində tərtib edilmiş MN ******* nömrəli, ##.##.2025-ci il tarixli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsi ilə bağlı hər hansı təsdiqedici sənəd təqdim edilmədiyindən, təqdim edilmiş məhkəmə qərarlarında da bu barədə hər hansı bir qeyd olmadığından həmin inzibati xəta haqqında protokolun ləğv edilməsi mümkün olmamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim A.Q.Ibadzadə) ## ##### 2026-cı il tarixli qərarından görünür ki, şikayət təmin edilmiş və Qərardan şikayət verən orqan (şəxs) hərəkətlərində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin IXM-in 192.1-ci maddəsinin tərkibi olmadığına görə Qərarından şikayət verilən orqan Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə aid hissədə ləğv edilmiş və həmin hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş, Qərarından şikayət verilən orqan Bakı şəhər Idarəsinin ##.##.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı digər hissədə, yəni Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin IXM-in 539.3-cü maddəsinə aid hissədə münasibət bildirilməsi üçün Qərarından şikayət verilən orqan Bakı şəhər Idarəsinə göndərilmişdir. X2 Müfəttişliyi Xidməti apellyasiya şikayəti verərək, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarının ləğv olunmasını və Xidmət tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində tərtib edilmiş ## ####### 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayəti onunla əsaslandırılmışdır ki, Abdinov Fəxrəddin Əmir oğlu "xxxx" publik hüquqi şəxsin Mərkəzi Çağrı Xidmətinə zəng edərək bildirmişdir ki, ##.##.2025-ci tarixində saat 07:17də Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, “Çinarlı Park” yaşayış kompleksində mühafizəçi vəzifəsində işləyərkən sağ əlindən xəsarət almışdır. Çağırışı Binəqədi TTTYS * saylı bölməsinin həkimi Xəlil Ismayilov icra edərək, xəstə Fəxrəddin Əmir oğlu Abdinova "Sağ ovucun və barmaqların açıq yarası" diaqnozu qoymuş və ilkin tibbi yardım göstərmişdir. Hadisə barədə 5-ci Polis Bölməsinin Rı Usubova və Əmək Müfəttişliyi xidmətinin əməkdaşı Nəzrin Həbibliyə məlumat verilmişdir. Habelə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "xxxx" X3 ##.##.2025-ci il tarixli, *-**-**/*-****/**** saylı məktubundan görünür ki, 1957-ci il təvəllüdlü Abdinov Fəxrəddin Əmir oğlu ##.##.2025-ci il tarixində müəssisədə ambulator müalicə almışdır. X6 Əmir oğlu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Çağrı Mərkəzinə izähat verərək bildirmişdir ki, ##.##.2025-ci tarixində saat 07:17-də Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, "Çinarlı Park” yaşayış kompleksində işlə tanış olarkan zibil qutu götürərəkən sağ əlindən xəsarət almışdır. Beləliklə, Qərardan şikayət verən orqan (şəxs) təqsiri tam sübuta yetirilir. Bu sübutlar kifayət qədər mötəbər olmaqla inzibati xəta haqqıda iş üzrə qərar qəbu etmək üçün əsas olduğundan, Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilən ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Məhkəmə iclasında X4 Xidmətinin nümayəndəsi X1 şikayəti müdafiə edərək, təmin olunmasını xahiş emişdir. Məhkəmə iclasında barəsində izibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Işin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlilləri əsasında inzibati xəta haqqında iş üzrə icraat materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə şikayət təmin edilməməli və iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını təqdim edilmiş iş materialları əsasında yoxlayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar işin faktiki hallarına uyğundur. Belə ki, birinci instansiya məhkəməsi inzibati iş üzrə mübahisələndirilən məsələ haqqında qərar qəbul edərkən, bu məsələnin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırıb ətraflı təhlil etmiş, gəldiyi nəticəni qanunun tələblərinə istinad edərək əsaslandırmışdır. Məhkəmədə bu məsələ ilə bağlı tərəflərin izahatı dinlənilmiş, sənədlər tədqiq olunmuş, təhlillər aparılmış və məhkəmə araşdırması üzrə nəticə etibarı ilə qanuni və əsaslı yekun məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi inzibati iş üzrə toplanmış icraat materiallarında olan mümkün sübutları nəzərə alaraq, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, şikayətin dəlilləri həmin nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Qeyd olunan xüsusatlara əsasən birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticə maddi və prossesual hüquq normalarının tələbləri baxımından tam əsaslıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Inzibati xəta haqqında iş üzrə icraat materialları və birinci instansiya məhkəməsinin qərarı ilə müqayisədə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Qərardan şikayət verən orqan (şəxs) bu Məcəllədə nəzərdə tutulmuş qaydada tənbeh olunmasına əsaslar müəyyən edilməmişdir. Şikayətin dəlillərinə münasibətdə, inzibati iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə heç bir qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Odur ki, qanunvericiliyin müddəalarını və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarını müqayisəli təhlil edən birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, şikayət təmin edilməməli və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən qəbul olunmuş ## ####### 2025-ci il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsi və Qərardan şikayət verən orqan (şəxs) barəsində olan Azərbaycan Respublikası IXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, Azərbaycan Respublikası IXM-nin 539.3-cü maddəsinə aid hissədə münasibət bildirilməsi üçün səlahiyyətli orqana göndərilməsi haqqında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128, 133, 134, 135 və 136-cı maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən qəbul olunmuş ## ####### 2025-ci il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsi və Qərardan şikayət verən orqan (şəxs) barəsində olan Qərardan şikayət verən orqan (şəxs) barəsində olan Azərbaycan Respublikası IXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, Azərbaycan Respublikası IXM-nin 539.3-cü maddəsinə aid hissədə münasibət bildirilməsi üçün səlahiyyətli orqana göndərilməsi haqqında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1755/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1755/2026
19.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver