Məhkəmə qərarları › İş №3(3-6)-1758/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1758/2026

29.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1758/2026 29.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra - Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC) etibarnamə üzrə nümayəndəsi X1 və Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra – səlahiyyətli orqan) nümayəndəsi nümayəndə1 iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Səlahiyyətli orqan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası IXM-in) 430.4-cü maddəsi ilə tərtib etdiyi ## ##### 2026-cı il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə (hakim X2) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası IXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 1275220.00 Rusiya rublu valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 255044.00 Rusiya rublu məbləğində (qərar çıxarılan günün manata olan məzənnəsinə uyğun) inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC həmin məhkəmə qərarından şikayət verib, onun ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Şikayət onunla əsaslandırılmışdır ki birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki halları ilə uzlaşmır və hüquqi baxımdan yetərli əsaslandırmaya malik deyildir. Məhkəmənin öz qərarında da qeyd olunur ki, iş materiallarına təqdim edilmiş ##.##.2024-cü il tarixli və ##.##.2024-cü il tarixli gömrük bəyannamələri əsasında malların faktiki idxalı baş vermişdir. Deməli, iş üzrə əsas mübahisə faktiki olaraq malların ümumiyyətlə idxal edilib-edilməməsi deyil, təqdim edilmiş sənədlərin konkret avans ödənişi ilə hüquqi identifikasiyası məsələsidir. Bu isə tamamilə fərqli hüquqi qiymətləndirmə tələb edir. Apellyasiya məhkəməsi iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi şikayətin məzmununa uyğun izahat verib, şikayət təmin edilməsini xahiş etmiş və müvəkkil bank tərəfindən malların ölkəyə idxal olunmasını təsdiq edən gömrük bəyannaməsini məhkəməyə təqdim etmişdir. Apellyasiya məhkəməsi iclasında səlahiyyətli orqanın nümayəndəsi nümayəndə1 verdiyi izahatında iş materiallarında olan ödəniş sənədləri, gömrük bəyannaməsi əsasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin verdiyi şikayətin dəlilləri ilə razı olduğunu bildirib, həmin şikayət üzrə müvafiq qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Işin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası IXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası IXM-in 430.4-cü maddəsində avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mərkəzi X4 ## ###### 2016-cı il tarixli, **/* nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) Avro ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində protokolu tərtib edən orqan1 təqdim edilir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi inzibati xəta tərkibinin olması qənaətinə gəlməkdə və bu əsasla inzibati xəta haqqında iş üzrə hüquqi şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq etməkdə haqlı olmamış və düzgün nəticəyə gəlməmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, 1275220.00 Rusiya rublu məbləğində vəsaitin təyinatı səhv göstərilmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC bunun texniki səhv nəticəsində baş verdiyini iddia etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən ************* saylı bəyannamədə düzəlişin edilməsi barədə gömrük orqanına müraciət edilmiş, müraciət qəbul olunaraq gömrük bəyannaməsində müvafiq düzəlişlər edilmiş, nəticədə avans ödənişi idxal müqaviləsi ilə eyniləşdirilmişdir. Göründüyü kimi, barəsində inzibati icraat aparılan hüquqi şəxsin nümayəndəsi tərəfindən təqdim edilmiş sənədlər əsasında 1275220.00 Rusiya rublu məbləğində vəsaitin hesabına alınmış malların 2 il keçmədən geri qaytarılması təsdiqini tapmış, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin əməlində IXM-in 430.4-cü maddəsi ilə inzibati xəta tərkibi yaratmamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi tərəfindən təqdim edilmiş sənədlər əsasında şikayətdə göstərdiyi dəlillər öz təsdiqini tapmış və hazırkı iş üzrə inzibati xəta tərkibinin olmaması müəyyən olunmuşdur. Azərbaycan Respublikası IXM-in: - 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. - 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. - 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin verdiyi şikayət təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə ləğv edilməli, səlahiyyətli orqanın Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası IXM-in 430.4-cü maddəsi ilə tərtib etdiyi ## ##### 2026-cı il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən xitam verilməli və həmin Cəmiyyət müvafiq inzibati məsuliyyətdən azad edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası IXM-in 53.1.1, 133, 134.1.3, 135.1.5-1 və 136-cı maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin verdiyi şikayət təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə ləğv edilsin. Azərbaycan Respublikası Mərkəzi Bankının Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası IXM-in 430.4-cü maddəsi ilə tərtib etdiyi ## ##### 2026-cı il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən xitam verilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası IXMin 430.4-cü maddəsi üzrə inzibati məsuliyyətdən azad edilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar