Məhkəmə qərarları › İş №3(3-6)-1759/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1759/2026

18.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1759/2026 18.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, Tələbkar şəxs – Zərərçəkmiş şəxs iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən apellyasiya qaydasında verilmiş şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru Mustafayev Rəşad Məhərrəm oğlu Sumqayıt şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli icra sənədinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, ##.##.2025-ci il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin **(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli icra vərəqəsinə əsasən Zərərçəkmiş şəxs övladı M.Nigar ilə saat 15:00-dan 20:00-dək kənar şəxslərin iştirakı olmadan sərbəst şəkildə ünsiyyətdə olmaq hüququna Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən edilən maneələrin aradan qaldırılması qərara alınmışdır. İcra sənədindəki tələb üzrsüz səbəbdən icra edilmədiyi üçün Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikası İXMin 528.1-ci maddəsi ilə inzibati xəta törədilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat cərimə edilmişdir. Qərardan barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya qaydasında şikayət verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya qaydasında verilmiş şikayət onunla əsaslandırılmışdır ki, Zərərçəkmiş şəxs ilə 2012-ci ildə faktiki, ##.##.2014-cü il tarixdə isə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuş, tərəflərin birgə nikahlarından 3 övladları anadan olmuşdur. Tərəflər faktiki nikah münasibətlərinə daxil olduqları zamandan bu yaxın günlərə kimi o, saysız dərəcədə fiziki və mənəvi şiddətə məruz qalmışdır. Buna bütün qohum və qonşuları şahiddirlər. Birgə yaşadıqları müddətdə dəfələrlə aralarında Zərərçəkmiş şəxs səhvlərinə görə böyük söz-söhbət olmasına baxmayaraq o ailəsini qoruyub saxlamaq naminə olanlara göz yummuşdur. Dəfələrlə şiddətə məruz qalmış, şərəfi, ləyaqəti övladlarının gözü önündə alçaldılmışdır. Lakin vəziyyət artıq dözülməz olduğu üçün onun səhhəti ağırlaşmağa başlamış və uzun müddətdi ciddi müəalicələrə başlamışdır. Sentyabr ayında yenidən Zərərçəkmiş şəxs onu bərk döydüyü üçün və başından zərbələr aldığı üçün həkimə getmiş və bir müddət müalicə almıdır. Müalicə müddətində Zərərçəkmiş şəxs uşaqlar ilə onun ünsiyyət qurmağına mane olmuşdur. Müalicəsi bitdikdən sonra övladlarını görməyə gedərkən Zərərçəkmiş şəxs buna qəsdən mane olmaqla 3 azyaşlı övladını ondan ayırmışdır. Lakin o, dayanmadan hər vasitə ilə hər 3 övladını tələb etmiş və sona qədərdə tələb edəcəkdir. ##.##.2018-ci il təvəllüdlü X1 artıq uzun aylardırkı, onunla yaşamaqla atası ilə görüşməkdən özü imtina edir. O, nə qədər ona izah etsə də aldığı ciddi travmalara görə atasından qorxur. O, icra məmurununun bütün çağırışlarına vaxtı vaxtında getmiş, nə deyiblərsə etmişdir. Lakin övladını necə məcbur ağlaya-ağlaya atasına versin? O, necə üst-üstə ona travma yaşadsın? Atası nə zaman istəyir gəlsin görsün, aparsın onun heç bir etirazı yoxdur. Lakin uşaq özü qorxur ondan. Bu barədə cox saylı sübutlar var. Eyni əsasla Zərərçəkmiş şəxs da onu 2 övladı ilə görüşdürmür. Eyni zamanda qeyd edir ki, ##.##.2018-ci il təvəllüdlü X1 anasının himayəsində yaşamaqla, Bakı şəhəri, Sabunçu rayonu ərazisində təhsilini davam etdirir. Hətta hazırki müəllimi uşağın daha əvvəlki aylarda dərsləri ilə məşğul olmadığı təhsildən xeyli geri qaldığını bildirmişdir. Buna görə hazırda o, həm özü övladım ilə ciddi məşğul olur həmdə dərsdən əlavə hazırlığa qoymuşdur. Bundan başqa o, digər iki övladının təhsili ilə maraqlanmaq üçün onların da məktəbinə getmişdir. Məktəbdə ona hər iki övladının təlim və tərbiyyələrində ciddi dəyişiklik olduğu bildirilmiş, nəzarətsiz vəziyyətdə oduqları, hətta psixoloji durumlarında da əməlli dəyişiklik olması bildirilmişdir. Ayrıca o, hər 3 övladının onun himayəsinə verilməsinə israrlıdır. 3 övladına hər zaman layiqincə analıq etmiş, onların bütün qayğılarını çəkmişdir. Zərərçəkmiş şəxs içki aludəçisi olmaqla hər zaman şiddətə meyilli olmuş, onu dəfələrdə döymüş, başına və bədəninin müxtəlif yerlərinə xəsarət yetirmişdir. Bundan başqa uşaqlarını da dəfələrlə amansızcasına döymüşdür. Lakin Zərərçəkmiş şəxs aliment verməmək üçün və dövlət tərəfindən ona ayrılacaq evin ölçüsü böyük olması üçün uşaqlarının psixologiyalarını pozmaqla, onların bu günlərini və gələcəklərini məhv etməklə, ondan ayırmağa çalışır. Bundan başqa tərəfindən Sumqayıt şəhər məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadından verdiyi şikayət nəzərə alınmamışdır. Məhkəmə qərarında göstərilmişdir ki, guya o, məhkəmə qərarının icrasından qərəzli şəkildə yayınmış və uşağın atası ilə görüşünə mane olmuşdur. Lakin məhkəmə tərəfindən həmin nəticəyə gəlmək üçün kifayət qədər mötəbər və təkzibedilməz sübutlar araşdırılmamışdır. Məhkəmə iclasında izahat vermişsir ki, uşağın atası ilə ünsiyyətinə qərəzli şəkildə mane olmamışdır. Uşağın səhhəti ilə bağlı problemlər olmuş, o, xəstə vəziyyətdə olmuşdur. Bundan əlavə, bəzi hallarda uşağın özü atası ilə görüşmək istəməmişdir. Məhkəmə isə bu halların araşdırılması üçün heç bir tədbir görməmiş, uşağın sağlamlıq vəziyyətinə dair sənədləri, uşağın iradəsini və digər mühüm halları araşdırmadan nəticəyə gəlmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilərək iş üzrə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*- ***)-****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə onun iştirakı olmadan inzibati xəta haqqında işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib inzibati qaydada cərimə edilməsinə dair ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: Sumqayıt şəhər Məhkəməsinin **(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli icra vərəqəsindən görünür ki, iddiaçı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs cavabdeh Zərərçəkmiş şəxs qarşı “nikahın pozulması, uşaqların atanın yanında qalması və aliment” tələbinə dair iddia ərizəsinə mahiyyəti üzrə məhkəmədə baxılıb qurtaranadək Zərərçəkmiş şəxs övladı ##.##.2018-ci il təvəllüdlü X1 ilə 15:00-dan 20:00-dək kənar şəxslərin iştirakı olmadan sərbət şəkildə ünsiyyətdə olmaq hüququna Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Mətləq qızı tərəfindən edilən maneələrin aradan qaldırılması, qərardadın dərhal icra edilməsi qərara alınmışdır. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən ##.##.2026-cı il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Sumqayıt şəhər Məhkəməsinin **(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadın üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən yazılmış ##.##.2026-cı il tarixli iltizamdan görünür ki, bu iltizamı ondan ötrü verir ki, bu gündən sonra uşaqla görüşdə heç bir maneə yaratmayacaq. İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, qanunverici tərəfindən qeyd olunan normada borclunun icra məmurunun qanuni tələblərini yalnız üzrsüz səbəbdən yerinə yetirməməsi həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Qeyd olunan hal isə özlüyündə, icra məmurunun qanuni tələblərinin, ümumilikdə isə müvafiq icra vərəqəsinin icra olunmamasına gətirib çıxarmış borclu tərəfindən həmin hərəkətlərin edilməməsinin obyektiv və subyektiv səbəblərini, eləcə də müvafiq icraat zamanı icra məmuru tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əsasən lazımlı zəruri icra tədbirlərinin görülüb-görülməməsi araşdırılmaqla, qarşılıqlı şəkildə tədqiq edilərək müəyyən edilməsini şərtləndirir. Öyrənilmiş materiallarda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs istinad edilən inzibati xətanı törətməsi məhkəmə iclasında tədqiq edilmiş MN seriyalı ******* nömrəli, ##.##.2025-ci il tarixli inzibati xəta haqqında protokolla, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, ##.##.2026-cı il il tarixdən, yəni icra sənədi üzrə icraata başlanma haqqında qərar qəbul olunduğu tarixdən ##.##.2026-cı il tarixədək (protokol tərtib olunduğu tarix) müddət keçməsinə baxmayaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və bununla da, üzürsüz səbəbdən Dövlət adında qəbul edilmiş qətnaməni icra etməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” # #### 2014-cü il tarixli Qərarı). Bu baxımdan Konstitusiyanın 129-cu maddəsinin müddəaları böyük əhəmiyyətə malikdir. Həmin maddənin tələblərinə görə məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla, eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icra ilə bağlı məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar ## ###### 2007ci il tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə ## #### 1997-ci il tarixli Qərar). İnzibati xəta törətmiş şəxs barəsində tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbiri seçərkən inzibati xətanın xarakteri, məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə almış və sonuncuya törətdiyi inzibati xətaya görə vəzifəli şəxsə münasibətdə maddənin sanksiyasında nəzərdə tutulmuş yeganə tənbeh növü olan cəriməni tətbiq etmişdir ki, bu da öz növbəsində İXM-in 21-ci maddəsinin məqsədinin təmin olunmasında yetərli hesab olunmalıdır. Bununla yanaşı qeyd olunmalıdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına səthi və etinasız yanaşması məhkəmə hakimiyyətini nüfuzdan salmaqla yanaşı, vətəndaşların məhkəmə sisteminə inamının azalmasına səbəb olur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə hesab edir ki, birinci instansiya məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından, verilmiş şikayət təmin edilməməlidir. İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Zəfər Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar