Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1761/2026 19.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Ibrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eminov Azər Elçin oğlunun katibliyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsi tərəfindən qəbul edilən ##.##.2026-cı il tarixli, MN seriyalı ******* saylı qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” Ictimai Birliyinin sədri Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin ##.##.2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə qərarının və ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəis müavini X2 ##.##.2026-cı il tarixli, MN ******* nömrəli qərarına əsasən Azərbaycan Respublikası IXM-in 579-cu maddəsinə əsasən 1000 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərardan qanunvericilikdə nəzərdə tutulmuş qaydada şikayət verərək qərarın ləğv edilməsini xahiş etmiş, lakin baş idarənin rəisi X1 ##.##.2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ilə ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən, şikayəti isə təmin edilmədən saxlanılmışdır. Ilk öncə qeyd edir ki, “Azərbaycan Respublikasi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” X8 ##.##.2024-cü il tarixli qərarına əsasən ilk dəfə, ##.##.2026-cı il tarixli qərarına əsasən isə yenidən X4 sədri vəzifəsinə seçilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin ##.##.2026-cı il tarixli qərarına əsasən Ictimai Birlik barəsində Azərbaycan Respublikası IXM-in 579-cu maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması qərara alınmış, toplanmış material Birlik barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin ##.##.2026-cı il tarixli qərarına əsasən vəzifəli şəxs kimi onun barəsində Azərbaycan Respublikası IXM-in 579-cu maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması qərara alınmış, toplanmış material barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ***/**** nömrəli qərarına əsasən Ictimai Birlik barəsində IXM-in 579-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraat geri qaytarılmışdır. Məhkəmə qeyd etmişdir ki, Ictimai Birlik barəsində “Inzibati xəta haqqında iş üzrə icraatın başlanması” haqqında ##.##.2026-cı il tarixli qərar qəbul edilərkən iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamışdır. Belə ki, iş materiallarından göründüyü kimi, Birliyin nizamnaməsi və digər təsis sənədləri təhlil olunmadan, hüquqi şəxs barəsində inzibati xəta törətməsi ilə bağlı nəticəyə gəlinmiş və əsassız olaraq icraata başlanılmışdır. Halbuki, Birliyin nizamnaməsində nəzərdə tutulmuş məqsədlər, funksiyalar və fəaliyyət formaları araşdırılmadan onun konkret inzibati xətanın subyekti olub-olmamasını müəyyən etmək mümkün deyildir. Buna baxmayaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəis müavini X2 ##.##.2026-cı il tarixli MN ******* nömrəli qərarı ilə onun barəsində inzibati tənbeh tədbiri tətbiq etmişdir. Qərardan verdiyi şikayət isə təmin edilmədən saxlanılmışdır. Baş idarənin rəisi X1 ##.##.2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə qərarında qeyd edilmişdir ki, birliyin sədri mərhum Fatma Səttarova tərəfindən ##.##.2021-ci il tarixdə imzalanmış və baş idarəyə təqdim edilmiş arayışda birliyin 350042 üzvünün və birliyin səlahiyyətli şəxsi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən ##.##.2024-cü il tarixdə imzalanmış və baş idarəyə təqdim edilmiş arayışda birliyin 351324 üzvünün olduğu bildirilmişdir. Qərarda o da göstərilmişdir ki, birlik üzvlərinin sayının 350000-dən çox olduğu qeyd edilsə də, onların reyestrinin aparılmasına dair sənəd təqdim edilə bilməmişdir. Onun barəsində qəbul edilmiş ##.##.2026-cı il tarixli və ##.##.2026-cı il tarixli qərarlar qanuni və əsaslı sayıla bilməz. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəis müavini X2 ##.##.2026-cı il tarixli qərarı ilə onu 1000 manat məbləğində cərimə edərkən Birliyin 3000 nəfərdən çox üzvü olsa da, üzvlərin reyestrinin aparılmadığını əsas götürmüşdür. Lakin üzvlərin reyestri inzibati icraata aparan orqana təqdim edildikdə onlar qərəzli olaraq 2024-cü ildə təqdim olunan arayışda göstərilən 350000-dən çox üzvün reyestrini tələb etmişlər. Hansı ki, Birliyin Nizamnaməsinin 5.2-ci maddəsinə əsasən Birliyə üzvlərin qəbulu, Birliyin ərazi təşkilatları tərəfindən aparılır. Bu hal 1992-ci ildən bu şəkildə davam etmişdir. Inzibati icraatı aparan orqana da dəfələrlə bu barədə məlumat verilib. Şəhər və rayon təşkilatlarında üzvlərin reyestri mövcuddur və bu Nizamnamə tələbinə uyğundur. Təşkilat şəhər (rayon) filiallarından gələn statistik məlumatlar əsasında Təşkilat üzvlərinin sayı barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat, qeydiyyat və reyestr baş idarəsinə arayış təqdim edirdi. Lakin o, sədr seçiləndən sonra üzvlərin adlı siyahısının Təşkilata göndərilməsi barədə şəhər (rayon) filiallarına məktub göndərilmişdir. Həmin məktuba gələn cavablar əsasında təşkilatda üzvlərin reyestrində 3481 nəfər qeydiyyata alınıb. O da bu barədə aidiyyəti orqanlara məlumat vermiş və reyestri təqdim etmişdir. Hətta bildirmişdir ki, üzvlərin reyestrinin aparılması davam edir. Hazırda reyestrdə 6300 üzv barədə məlumat mövcuddur (adlı siyahı). Bir daha qeyd edir ki, üzvlərin qeydiyyatı şəhər və rayon təşkilatlarında aparıldığına görə yalnız filiallardan gələn siyahılar əsasında Mərkəzi aparat reyestri formalaşdırır. Qeyd edir ki, “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” X10 1991-ci ilin oktyabr ayında qəbul edilmişdir. Təşkilat ##.##.1992-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Birliyin Nizamnaməsi üçüncü redaksiyada Qərarından şikayət verilən orqan ##.##.2021-ci il tarixdə, 163 № ilə qeydiyyata alınmışdır. Birliyini Nizamnaməsinin 5.1-ci bəndinə əsasən Respublika Veteranlar Birliyinin Nizamnaməsini qəbul edən şəxslər - müharibə, əmək, silahlı qüvvələr, daxili işlər, sərhəd xidməti və dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının veteranları, habelə pensiya yaşına çatmış şəxslər dilindən, dinindən, milliyyətindən, partiya və siyasi mənsubiyyətindən asılı olmayaraq veteran Birliyinin üzvü ola bilərlər. Üzvlük könüllü və fərdidir. Nizamnamənin 5.2-ci maddəsinə əsasən Birliyə üzvlərin qəbulu, Birliyin ərazi təşkilatları tərəfindən aparılır. Birliyə daxil olmaq üçün ərazi üzrə şəhər (rayon) təşkilatına yazılı müraciət edilir və ərazi təşkilatı tərəfindən müvafiq qərar qəbul olunur. “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” Ictimai Birliyinə qəbul edilən müxtəlif kateqoriyadan olan hər bir üzv barədə statistik məlumat bazası mövcuddur. Məlumat bazası şəhər və rayon veteranlar təşkilatlarında da aparılır. Lakin Birliyin üzvlərinin reyestri Birliyin Mərkəzi aparatında elektron qaydada aparılır. “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” Ictimai Birliyinin üzvlərinin sayı respublika üzrə ümumilikdə çox olsa da, 3000 nəfərdən çox üzvün reyestri aparılmışdır və həmin reyestr Birliyin Mərkəzi aparatında mövcuddur (reyestr təqdim olunur). Hər il şəhər (rayon) təşkilatlarına üzvlərin siyahısı barədə X5 məlumat verilməsi ilə bağlı məktublar ünvanlanır. Şəhər (rayon) təşkilatlarından gələn siyahılar əsasında Mərkəzi Aparatdakı siyahılarda dəqiqləşdirmə aparılır. Reyestrə əlavələr edilir. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununun 10.4-cü maddəsinə əsasən ictimai birlik dövlət qeydiyyatına alındıqdan sonra otuz gün müddətində üzvlərinin reyestrinin aparılmasını təmin etməlidir. Birlik ##.##.1992-ci ildə dövlət qeydiyyatına alınmışdır. “Qeyrihökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununun 10.4-cü maddəsi ##.##.2009-cu il tarixli ***-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmiş, ##.##.2009-cu il tarixdən qüvvəyə minmişdir. Digər tərəfdən qeyd etdiyi kimi, Təşkilatın üzvlərinin reyestri daim aparılır və diqqətdə saxlanılır. Hətta üzvlərin sənədləri şəhər (rayon) Veteranlar Təşkilatllarında saxlanılsa da, həmin sənədlərin bir nüsxəsi X9 da saxlanılır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə şikayət qismən təmin edilmiş, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsi tərəfindən qəbul edilən ##.##.2026-cı il tarixli, MN seriyalı ******* saylı qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməsi qərara alınmışdır. Həmin qərardan inzibati xəta üzrə icraatı aparan orqan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsi apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarının ləğv edilməsini və ##.##.2026-cı il tarixli, MN seriyalı ******* saylı qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin faktiki hallarını hərtərəfli qiymətləndirməmiş, birliyin öz ziddiyyətli bəyanlarını lazımınca nəzərə almamış, IXM-nin tətbiqi qaydalarını yanlış şərh etmişdir. Belə ki, məhkəmənin gəldiyi əsas nəticə ondan ibarətdir ki, birlik tərəfindən 3.481 nəfər üzvün reyestri aparıldığından bu rəqəm isə 3.000-dən çox olduğu üçün inzibati tənbeh vermə haqqında qərar əsassızdır. Məhkəmə birlik tərəfindən baş idarəyə təqdim olunmuş məlumatlara hüquqi qiymət verməmişdir. IXM-nin 579-cu maddəsi çərçivəsində hüquqi məsuliyyət "üzvlərin reyestrinin aparılmaması"ndan irəli gəlir. "Reyestrin aparılmaması" dedikdə yalnız heç bir reyestrin mövcud olmaması deyil, birliyin öz bəyan etdiyi üzv sayına uyğun, tam və düzgün reyestrin aparılmaması başa düşülməlidir. 350.000-dən çox üzvün olduğunu qeydiyyat orqanına bildirən birlik bu üzvlərin yalnız 1%-dən azı üçün (3.481 nəfər) reyestri aparıbsa, bu hal sözügedən maddənin pozuntusunu tam şəkildə ifadə edir, ümumi üzv sayının 1 %-nin reyestrinin aparılmasının "reyestrin aparılması" kimi qəbul edilməsi qanunun məqsədlərinə ziddir. Məhkəmə qərarından da göründüyü kimi iclas zamanı Qərardan şikayət verən orqan (şəxs) birliyin üzvləri barəsində ardıcıl olaraq üç müxtəlif rəqəm vermişdir, əvvəlcə 3.481, sonra 6.300, daha sonra 8.500-dən çox üzv olduğunu göstərmişdir. Məhkəmə bir-birindən fərqli bu məlumatları habelə 2021 və 2024-cü illərdəki nazirliyə təqdim olunmuş sayla (350.000 üzvdən çox) tutuşdurmamışdır. IXM-nin 84.1-ci maddəsinə əsasən iş üzrə sübutların hərtərəfli, tam və obyektiv qiymətləndirilməsi məhkəmənin öhdəliyidir. Məhkəmə qeyd etmişdir ki, "350.000-dən çox üzv" məlumatının həqiqiliyi səlahiyyətli orqan tərəfindən yoxlanılmalı idi. Məhkəmənin bu yanaşması yanlışdır. Belə ki, həmin məlumatları qeydiyyat orqanına Birliyin özü vermişdir. Öz verdiyi məlumatın doğruluğunu isə ilk növbədə birlik özü təmin etməlidir. Qeydiyyat orqanı rəsmi olaraq təqdim edilmiş arayışa istinad etmişdir ki, arayışda göstərilən üzv sayının düzgün olub-olmamasını yoxlamaq vəzifəsi baş idarəyə deyil, bu məlumatı verən birliyə aiddir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsini və ##.##.2026-cı il tarixli, MN seriyalı ******* saylı qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq, barəsində inzibati icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı bir məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin ##.##.2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə və yenidən baxılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinə göndərilməsinə dair ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəis müavini X2 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” Ictimai Birliyinin 3000 nəfərdən çox üzvü olsa da, üzvlərin reyestri aparılmamışdır. Nəticədə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-in 579-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 1000 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəisi X1 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli qərardan görünür ki, “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” Ictimai Birliyinin sədri Qərardan şikayət verən orqan (şəxs) barəsində ictimai birlik tərəfindən onun üzvlərinin reyestrinin aparılmamasına görə Azərbaycan Respublikası IXM-in 579-cu maddəsinə əsasən qəbul edilmiş inzibati tənbeh vermə haqqında ##.##.2026-cı il tarixli, MN ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılmış, şikayət isə təmin edilməmişdir. Qərar əsaslandırılarkən birliyin ##.##.2021-ci il tarixli arayışa əsasən 350042 üzvünün, ##.##.2024-cü il tarixli arayışa əsasən isə 351324 üzvünün olması barədə baş idarəyə məlumat verməsinə, lakin şikayətə əlavə edilmiş siyahıda 3481 nəfər üzvün olmasına istinad edilmişdir. “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranların Təşkilatı” X10 5.2-ci bəndindən görünür ki, birliyə üzvlərin qəbulu Birliyin ərazi təşkilatları tərəfindən aparılır. Birliyə daxil olmaq üçün ərazi üzrə şəhər (rayon) təşkilatına yazılı müraciət edilir və ərazi təşkilatı tərəfindən müvafiq qərar qəbul edilir. Məhkəməyə təqdim edilmiş elektron daşıyıcıda olan “excel” formatlı cədvəldən görünür ki, “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranların Təşkilatı” Ictimai Birliyi tərəfindən 8694 nəfər üzvün reyestri aparılmışdır. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” Ictimai Birliyin sədri Qərardan şikayət verən orqan (şəxs) barəsində səlahiyyətli orqan tərəfindən inzibati xəta haqqında iş üzrə icraat aparılarkən və inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən hərtərəfli, tam və obyektiv araşdırmanın aparılması təmin olunmamış, icraatın əsas prinsiplərindən olan obyektivlik, qanunçuluq və sübutların hərtərəfli qiymətləndirilməsi tələblərinə əməl edilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş ##.##.2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə qərarda qeyd olunmuşdur ki, səlahiyyətli orqan tərəfindən inzibati xəta haqqında materiallar və birliyin qeydiyyat qovluğu araşdırılarkən müəyyən edilmişdir ki, birliyin səlahiyyətli şəxsi Fatma Səttarova tərəfindən ##.##.2021-ci il tarixdə imzalanmış və baş idarəyə təqdim edilmiş arayışda birliyin 350042 üzvünün və birliyin səlahiyyətli şəxsi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən ##.##.2024-cü il tarixdə imzalanmış və baş idarəyə təqdim edilmiş arayışda birliyin 351324 üzvünün olduğu bildirilmişdir. Şikayətə əlavə edilmiş və elektron daşıyıcıda təqdim olunmuş siyahıdan isə müəyyən edilmişdir ki, faktiki olaraq yalnız 3481 nəfər üzv barədə məlumat mövcuddur. Məhz səlahiyyətli orqanın müəyyən etdiyi hallara münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, birliyin sədri Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən birliyin 3000 nəfərdən çox üzvü olsa da, üzvlərin reyestrinin aparılmaması ittihamı üzrə Azərbaycan Respublikası IXM-in 579-cu maddəsi ilə təqsirli bilinməklə tənbeh edilmişdir. Halbuki, səlahiyyətli orqanın ##.##.2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə qərarından da göründüyü kimi həmin vaxt birlik tərəfindən 3481 nəfər üzvün reyestri aparılmışdır. Bu isə vəzifəli şəxsə verilmiş ittihamın məzmununun işin faktiki hallarına və sübutlara zidd olduğunu təsdiq edir. Iş üzrə ikinci hal isə ondan ibarətdir ki, səlahiyyətli orqan tərəfindən üzvlərin reyestrinin aparılmamasının yeganə sübutu kimi yalnız birlik tərəfindən təqdim edilmiş ##.##.2021-ci il tarixli 350042 üzvün və ##.##.2024-cü il tarixli 351324 üzvün olması barədə məlumata istinad edilmişdir. Məhkəmə bu hissədə hesab edir ki, səlahiyyətli orqan tərəfindən göstərilən məlumatın həqiqiliyi yoxlanılmalı, təsdiq edildikdə ona istinad edilməli, yanlış məlumat olması müəyyən edildikdə isə qanunla müəyyən edilmiş qaydada müvafiq tədbirlərin görülməsi təmin edilməli idi. Indiki halda birliyin vəzifəli şəxsini bu məlumata əsaslanmaqla Azərbaycan Respublikası IXM-in 579-cu maddəsində nəzərdə tutulan ictimai birlik tərəfindən onun üzvlərinin reyestrinin aparılmamasına görə inzibati məsuliyyətə cəlb etmək bir növ mübahisəli arayışın həqiqiliyini qəbul etmək anlamına gəlir ki, bu da məhkəmə tərəfindən qəbul edilə bilməz. Belə ki, göstərilən məlumatın həqiqiliyi səlahiyyətli orqan tərəfindən araşdırılmamış, bu barədə müvafiq sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə verilmiş apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, qərar qəbul edərkən Qərarından şikayət verilən orqan Notariat, qeydiyyat və reyestr baş idarəsi inzibati xətanın olmasını müəyyən etsə də, inzibati xətanın məhz vəzifəli şəxs Qərardan şikayət verən orqan (şəxs) təqsiri ilə bağlı olub-olmamasını araşdırmamış, inzibati araşdırma aparılmamış, yalnız inzibati xətanın mövcud olmasını əsas gətirməklə qərar qəbul edilmişdir. Bu səbəbdən məhkəmə, birinci instansiya məhkəməsinin yekun qənaəti ilə razılaşır və hesab edir ki, işə baxan hakim sadalanan halların yenidən araşdırılması baxımından inzibati orqanın qərarının ləğv edilməsi və yenidən baxılması üçün göndərilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin ##.##.2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və yenidən baxılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinə göndərilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1761/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1761/2026
19.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver