Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1763/2026 17.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlunun sədrliyi və məruzəsi, məhkəmə iclas katibi Musayev Elmir Məhəmməd oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər X1 Idarəsinin ## #### 2026-cı il tarixli, TP ******* saylı Inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Daxili Işlər Nazirliyi Bakı şəhər X1 Idarəsinin ## #### 2026-cı il tarixli, TP ******* saylı Inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərardan şikayət verən orqan (şəxs) şikayətini onunla əsaslandırmışdır ki, o, ##.##.2026-cı il tarixdə, saat 16:31-də idarə etdiyi **-PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Nərimanov rayonu, Möhsün Sənanı küçəsi 110-da hərəkətdə olarkən qəflətən avtomobildə nasazlıq yaranmış və avtomobili idarə etməkdə çətinlik çəkmişdir. Bu zaman yol hərəkəti qaydalarının tələblərinə uyğun şəkildə avtomobili yolun kənarında yerləşən restoranın müştərilər üçün ayırdığı dayanacağıda saxlayaraq yaranmış nasazlıqla bağlı avtomobil ustasına zəng etmişdir. Bundan bir neçə dəqiqə sonra X1 avtomobilini idarə edən bir R Elnur Zahidov ona yaxınlaşaraq avtomobili dayanma durma qaydalarına uyğun saxlamadığını bildirərək ona inzibati cərimə tərtib edəcəyini bildirmiş və o, hərəkətə maneə yaratmamaq üçün avtomobili restorana aid dayanma yerində saxlayıb avtomobil ustasıyla əlaqə saxlayıb nasazlığı aradan qaldırmaq islədiyini polis əməkdaşına izah etməyə çalışmışdır. Lakin buna baxmayaraq polis əməkdaşı onunla kobud danışaraq qayda pozuntusuna yol verdiyini, ona qarşı qərarsız protokol tərtib etdiyini deyərək protokol yazmışdır. Həmin protokolun sürücülər üçün ayrılmış qeyd yerində isə o bu protokoldan narazı olub şikayət etdiyini qeyd etmişdir. Barəsində tərtib edilmiş qərarsız protokoldan narazı qalaraq, həmin qərarın ləğv edilməsi ilə bağlı ## #### 2026-cı il tarixdə e polis mobil tətbiqi vasitəsilə şikayət etmişdir. Lakin qeyd olunan hadisədən bir müddət sonra ##.##.2026-cı il tarixində mobil telefonunu ona inzibati xəta ilə əlaqədar cərimə tətbiq edilməsi barədə TP-******* nömrəli qərarın qəbul edilməsi ilə bağlı SMS bildiriş gəlmişdir. Parklanma ilə əlaqədar o heç bir qayda pozuntusuna yol vermədiyi halda, ona qanunsuz olaraq inzibati protokol tərtib edən DYP əməkdaşı "Yol-patrul xidməti haqqında Təlimat”ın və “X3 əməkdaşlarının elik davranış kodeksi”nin müvafıq bəndlərinin tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, əməkdaş ona yaxınlaşaraq dayanma durma qaydasını pozmağı barədə hər hansı sübut və video-görüntü təqdim etməmiş, həmçinin bununla bağlı izah verilməmişdir. “Yolpatrul xidməti haqqında Təlimatın 13.2-ci bəndinə əsasən. Yol Patrul Xidmətinin əməkdaşı yol hərəkəti iştirakçılarına müraciət edərkən özünü təqdim etməli, vəzifəsini, xüsusi rütbəsini və soyadını bildirməli, nəqliyyat vasitəsinin saxlanılma səbəbini açıqlamalıdır. Həmin vaxt inzibati xəta törətməmiş və bununla bağlı ona hər hansı sübut təqdim edilməmişdir. Əgər inzibati xəta törətmiş olsaydı və bu sübutlarla təsdiq olunsaydı, cəriməni ödəməyə hazır olardı. Bundan əlavə, barəsində qanunsuz tərtib edilmiş TP-******* nömrəli qərarın ləğv edilməsi ilə bağlı etdiyi şikayətinə də bu günədək cavab verilməmişdir. Odur ki, Azərbaycan Respublikası DIN Bakı şəhər X1 Idarəsinin ## #### 2026-cı il tarixli, TP ******* saylı Inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilməmiş, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər X1 Idarəsinin ## #### 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan narazı qalan şikayətçi Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, ##.##.2026-cı il tarixdə saat 16:31 radələrində idarə etdiyi **-PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ünvan 1 ünvanında hərəkətdə olarkən avtomobildə texniki nasazlıq yaranmış və nəqliyyat vasitəsinin idarə edilməsində çətinlik meydana çıxmışdır. Yaranmış vəziyyətdə digər hərəkət iştirakçılarına maneə yaratmamaq məqsədilə avtomobili yolun kənarında yerləşən restorana məxsus dayanacaq yerində saxlayaraq avtomobil ustası ilə əlaqə saxlamışdır. Bundan bir neçə dəqiqə sonra X1 əməkdaşı R Elnur Zahidov ona yaxınlaşaraq dayanma-durma qaydalarını pozduğumu bildirmiş və barəsində inzibati protokol tərtib etmişdir. O, avtomobildə texniki nasazlıq yarandığını, nəqliyyat vasitəsini təhlükəsizlik məqsədilə dayanacaq yerində saxladığını izah etsə də, polis əməkdaşı tərəfindən izahatı nəzərə alınmamışdır. Tərtib edilən protokolun “sürücünün izahatı” hissəsində protokolla razılaşmadığını və şikayət edəcəyini qeyd etmişdir. ##.##.2026-cı il tarixdə “e-Polis” mobil tətbiqi vasitəsilə həmin protokoldan şikayət etmişdir. Buna baxmayaraq, ##.##.2026-cı il tarixdə mobil telefonuna TP-******* nömrəli inzibati qərarın qəbul olunması barədə SMS bildiriş daxil olmuşdur. Hesab edir ki, həm inzibati qərar, həm də birinci instansiya məhkəməsinin qərarı aşağıdakı səbəblərdən qanunsuz və əsassızdır: Barəsində inzibati xəta faktını təsdiq edən mötəbər və kifayət qədər sübut təqdim edilməmişdir. Polis əməkdaşı tərəfindən ona hər hansı foto, video və ya digər texniki sübut nümayiş etdirilməmişdir. Avtomobilin saxlanılması texniki nasazlıq səbəbindən zərurətdən irəli gəlmişdir və bu hal inzibati məsuliyyət yaradan əməl hesab edilə bilməz. Birinci instansiya məhkəməsi iş üzrə bütün halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Məhkəmə izahatlarına və təqdim etdiyi dəlillərə lazımi hüquqi qiymət verməmişdir. Nərimanov Rayon Məhkəməsi tərəfindən iş üzrə qəbul edilmiş qərarın surəti qanunvericiliklə müəyyən olunmuş müddətdə tərəfinə göndərilmədiyindən, həmin qərarla yalnız ##.##.2026-cı il tarixdə məhkəmənin dəftərxanasında imza qarşılığında tanış olmuş və bundan sonra apellyasiya şikayətini təqdim etmişdir. Qərarın vaxtında təqdim edilməməsi nəticəsində apellyasiya şikayətinin verilməsi gecikmiş, bu səbəbdən isə sözügedən nəqliyyat vasitəsinin idarə edilməsinə məhdudiyyət tətbiq edilərək üzərinə həbs qoyulmuş və cərimə məbləğini ödəmək məcburiyyətində qalmışdır. Bununla belə, qəbul edilmiş qərarı qanunsuz və əsassız hesab edir, onun ləğv edilməsi barədə irəli sürdüyü tələbində israrlı olduğunu bildirərək, Nərimanov Rayon Məhkəməsinin müvafiq qərarının ləğv edilməsini məhkəmədən xahiş edir. Xüsusi olaraq məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, o, uzun illər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrində xidmət etmiş, Vətən müharibəsində və digər döyüş əməliyyatlarında iştirak etmişdir. Dövlət tərəfindən müxtəlif medallarla təltif olunmuşdur. Bu hal bir daha göstərir ki, qanunlara hörmətlə yanaşan şəxs kimi heç vaxt bilərəkdən hüquq pozuntusuna yol verməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş inzibati xəta haqqında qərar qəbul edən səlahiyyətli orqan Daxili Işlər Nazirliyi Bakı şəhər X1 Idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə ərizə ilə müraciət edərək rayonda olması səbəbi ilə məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi şikayətə inzibati orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb, məhkəmə belə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)- ****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə – altmış manat məbləğində cərimə edilir. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər X1 Idarəsinin ## #### 2026-cı il tarixli, TP ******* saylı Inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Kərimli Cəsarət Sahib oğlu Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəticəsində 60 manat məbləğində inzibati cərimə olunmuşdur. Qərarın məzmunudan görünür ki, sürücü Kərimli Cəsarət Sahib oğlu ##.##.2026-cı il tarixdə saat 16:31-də ünvan 2 ünvanında “MERCEDES VITO MIKROAVTO” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə görə Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin olunmamalı, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər X1 Idarəsinin ## #### 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq edilmiş materiala əsasən “MERCEDES VITO MIKROAVTO” minik markalı, **-PE- *** dövlət qeydiyyat nişanlı avtomobilin ünvan 2 ünvanında səkidə dayandığı və durduğu müəyyən edildiyindən Qərardan şikayət verən orqan (şəxs) hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmuşdur. Qərardan şikayət verən orqan (şəxs) tərəfindən qeyd olunan inzibati xətanın törədilməsi özünü təqsirli bilməməsinə baxmayaraq, mövcud sübutlarla təsdiqini tapdığından Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsi ilə elektron qərar tərtib olunmuş və 60 (altmış) manat məbləğində cərimə olunmuşdur. Məhkəmə işin faktiki hallarına və şikayətin əsaslandığı dəlillərə qiymət verərək belə hesab etmişdir ki, göstərilən hallar özünü müdafiə xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, onun Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı qəsdən törətməsi iş üzrə sübutlarla təsdiqlənir. Məhkəmə belə hesab edir ki, yuxarıda qeyd olunan hallarla Qərardan şikayət verən orqan (şəxs) tərəfindən yol nişanlarının tələblərinə riayət edilməməsi faktı sübuta yetirildiyindən Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər X1 Idarəsinin ## #### 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin - 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. - 76.1-ci maddəsinə görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. - 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Məhkəmə işin faktiki hallarına və şikayətin əsaslandığı dəlillərə qiymət verərək hesab etmişdir ki, göstərilən hallar özünü müdafiə xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, onun Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı qəsdən törətməsi iş üzrə sübutlarla təsdiqlənir. Şikayətdə göstərilənlər işdə olan sübutlarla təkzib edildiyindən məhkəmə belə hesab edir ki, şikayətin dəlilləri formal mülahizələr əsasında verilib və birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə belə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən şikayətçi Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər X1 Idarəsinin ## #### 2026-cı il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarından Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim: Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(3-6)-1763/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1763/2026
17.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver