Məhkəmə qərarları › İş №3(3-6)-1764/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1764/2026

18.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1764/2026 18.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs), Bakı Şəhər Baş Polis İdarəsinin X1 İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından şikayətçi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli qərardan şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində tətbiq edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməmişdir. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, guya O, ##.##.2026-cı il tarixində Kia Sportage markalı, ** KM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozmuşdur. Halbuki həm inzibati orqana etdiyi müraciətlərdə, həm də birinci instansiya məhkəməsində bildirmişdir ki, hadisə baş verən zaman yolayrıcına yaxınlaşarkən “Yol ver” nişanının qarşısı yolun sağ hissəsində dayanmış avtobus tərəfindən bağlanmışdır. Bu səbəbdən yol nişanı görünməmiş, o isə yolayrıcına daxil olmamışdan əvvəl dayanaraq vəziyyəti qiymətləndirmiş və daha sonra hərəkətə başlamışdır. ##.##.2026-cı il tarixində Bakı şəhər X1 İdarəsində onun iştirakı ilə videogörüntülərə baxış keçirilmişdir. Həmin baxış zamanı videoda yol nişanının avtobus tərəfindən örtüldüyü və görünmədiyi açıq şəkildə müşahidə olunmuşdur. Ona şifahi olaraq bildirilmişdir ki, bu hal nəzərə alınacaq və protokolun ləğv olunması məsələsinə baxılacaqdır. Lakin birinci instansiya məhkəməsində videomaterial tam şəkildə nümayiş etdirilməmişdir. Məhkəmə iclasında yalnız nəqliyyat vasitəsinin yolayrıcına daxil olduğu hissə göstərilmiş, hadisədən əvvəlki görüntülər, yəni nəqliyyat vasitəsinin yolayrıcına yaxınlaşdığı və “Yol ver” nişanının avtobus tərəfindən örtülüb-örtülməsini müəyyən etməyə imkan verən hissə araşdırılmamışdır. Beləliklə, onun əsas müdafiə mövqeyini təsdiq və ya təkzib edə biləcək mühüm sübut məhkəmə tərəfindən tam həcmdə tədqiq edilməmişdir. Məhkəmə qərarında qeyd edilmişdir ki, videogörüntülərdən qarşı tərəfdən hərəkət edən nəqliyyat vasitəsinin toqquşmanın qarşısını almaq məqsədilə əyləc sistemindən istifadə etdiyi görünür. O, həmin videogörüntünün bu hissəsini mübahisələndirmir və bu halın videoda əks olunduğunu inkar etmir. Lakin iş üzrə əsas mübahisə predmeti nəqliyyat vasitəsinin yolayrıcına daxil olduğu an deyil, həmin andan əvvəl mövcud olmuş şəraitdir. Onun mövqeyi ondan ibarətdir ki, yolayrıcına yaxınlaşarkən “Yol ver” nişanı yolun sağ hissəsində dayanmış avtobus tərəfindən örtülmüş və görünməmişdir. Bu səbəbdən hadisənin baş verməsinə təsir göstərmiş ilkin vəziyyətin araşdırılması xüsusi əhəmiyyət kəsb etmişdir. Buna baxmayaraq, məhkəmə videomaterialın yalnız nəticəni əks etdirən hissəsini tədqiq etmiş, lakin nəqliyyat vasitəsinin yolayrıcına yaxınlaşmasından əvvəlki görüntüləri araşdırmamışdır. Halbuki həmin görüntülər onun əsas dəlilini təsdiq və ya təkzib edə biləcək yeganə obyektiv sübut hesab olunur. Beləliklə, məhkəmə hadisənin nəticəsini qiymətləndirmiş, lakin həmin nəticəyə səbəb olmuş halları tam araşdırmamışdır. Bu isə iş üzrə sübutların tam, hərtərəfli və obyektiv araşdırılması prinsipinin pozulmasına gətirib çıxarmışdır. Məhkəmə qərarında onun yol nişanının avtobus tərəfindən görünməməsi barədə dəlili rədd edilmiş, lakin həmin dəlilin videomaterialla təsdiqlənib-təsdiqlənməməsi araşdırılmamışdır. Əksinə, məhkəmə yalnız nəqliyyat vasitəsinin yolayrıcına daxil olduğu hissəyə əsaslanaraq nəticəyə gəlmişdir. Qərar qəbul edildikdən sonra yenidən polis orqanına müraciət edərək videomaterialın surətinin təqdim olunmasını xahiş etmişdir. Lakin videomaterialın surətinin verilməsindən imtina edilmişdir. Bunun nəticəsində iş üzrə əsas sübutlardan biri ilə tam şəkildə tanış olmaq, onu araşdırmaq və apellyasiya instansiyasına təqdim etmək imkanından məhrum edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarının ləğv edilərək iş üzrə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı Şəhər Baş Polis İdarəsinin X1 İdarəsinin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə apellyasiya şikayətini iş üzrə materiallar ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: ##.##.2026-cı il tarixli, TP ******* nömrəli qərardan görünür ki, ##.##.2026-cı il tarixli, İXP ******* saylı protokol əsasında Qərardan şikayət verən orqan (şəxs) “Kia Sportage” minik markalı, ** KM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi üçün 100 manat məbləğində cərimə edilmişdir. Xətanın törədilmə vaxtı ##.##.2026-cı il saat 18:16 kimi qeyd edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş videogörüntülərdən görünür ki, nəqliyyat vasitəsi yolayrıcını keçmə qaydalarını pozaraq, nizamlanan yolayrıcında əks tərəfdən gələn nəqliyyat vasitəsini gözləmədən hərəkəti davam etdirmiş, bu zaman düzünə hərəkət edən nəqliyyat vasitəsi tormozdan istifadə edərək gözləməli olmuş, daha sonra hərəkəti davam etdirmişdir. Birinci instansiya məhkəməsi iş materiallarını araşdıraraq hesab etmişdir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görəyüz manat məbləğində cərimə edilir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati xətalar qanunvericiliyinin müddəaları baxımından aşkardır ki, inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunmalı və bu baxımdan iqtisadi maraq, idarəçilik qaydalarının mühafizə olunması, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısını almaq üçün qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlik prinsipləri təmin edilməlidir. Həmçinin, dövlət orqanları öz növbəsində inzibati xətaların törədilməsinin qarşısının alınması, buna kömək edən səbəbləri və şəraitin aşkar edilməsi, qanunlara ciddi əməl etmək üçün tədbirlərin icra edilməsini təmin etməlidirlər. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iş üzrə toplanmış və məhkəmə baxışı zamanı tədqiq edilmiş videogörüntülərdən müəyyən edilir ki, ## ##### 2026-cı il tarixdə Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi "Kia Sportage" markalı, ** KM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə nizamlanmayan yolayrıcında sola dönmə manevrini həyata keçirərkən, qarşı tərəfdən eyni əhəmiyyətli yolla düzünə hərəkət edən və hərəkət üstünlüyünə malik olan nəqliyyat vasitəsinə yol verməmişdir. Nəticədə, qarşıdan gələn nəqliyyat vasitəsinin sürücüsü toqquşmanın qarşısını almaq məqsədilə əyləc sistemindən istifadə edərək sürətini kəskin azaltmağa məcbur olmuşdur. Həmçinin məhkəmə qeyd etmişdir ki, şikayətçinin məhkəmə iclasında gətirdiyi "yol nişanlarının avtobuslar tərəfindən məhdudlaşdırılması səbəbindən yol nişanlarını görməməsi" barədə dəlili məhkəmə tərəfindən əsassız hesab edilərək rədd edilir. Belə ki, yol hərəkəti iştirakçısının məhdud görünmə şəraitində hərəkətə başlaması və ya manevr etməsi birbaşa qayda pozuntusudur. Sürücünün görmə sahəsinin məhdud olması ona hərəkət üstünlüyü hüququna malik olan digər nəqliyyat vasitəsinin hərəkətinə maneə yaratmaq hüququ qazandırmır. Beləliklə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq məhkəmə hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) apelyasiya qaydasında verilmiş şikayətdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsini xahiş etsə də, işin hallarından göründüyü kimi, Qərardan şikayət verən orqan (şəxs) əməlində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin tərkibi mövcuddur və birinci instansiya məhkəməsi şikayəti təmin etməyərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli nzibati tənbeh vermə haqqında qərarını dəyişdirmədən saxlamaqla qanuni və əsaslı nəticəyə gəlmişdir, apelyasiya qaydasında verilmiş şikayətdən qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Hesab edirəm ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsinə əsas ola biləcək hər hansı hal müəyyən edilmədiyindən, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDI: Şikayət təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilməməsi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir,ondan şikayət və ya protest verilə bilməz. Hakim Zəfər Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar