Məhkəmə qərarları › İş №3(3-6)-1765/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-1765/2026

18.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-1765/2026 18.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Telman Qulaməli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mirzəyeva Şəlalə Namiq qızının katibliyi, Şikayətçi İsayev Elçin Kazım oğlunun iştirakı ilə, İsayev Elçin Kazım oğlu tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından İsayev Elçin Kazım oğlu tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN E T D İ: İsayev Elçin Kazım oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə İsayev Elçin Kazım oğlu tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan İsayev Elçin Kazım oğlu apellyasiya qaydasında şikayət verib, qərardadın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi İsayev Elçin Kazım oğlu apellyasiya qaydasında verilmiş şikayətin dəlillərinə uyğun çıxış edərək, məhkəmədən şikayətin təmin edilməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə əvvəlcədən məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etdi. Məhkəmə belə hesab edir ki, şikayət verilə bilməyən qərardaddan verilmiş apellyasiya şikayətə baxılması qeyri-mümkün hesab edilməlidir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, İsayev Elçin Kazım oğlu tərəfindən şikayət verilmiş inzibati tənbeh vermə haqqında qərar ##.##.2026-cı il tarixdə qəbul edilmişdir. Lakin həmin qərarın onun tərəfindən rəsmi qaydada alınmasına dair heç bir sənəd, yaxud şikayət vermə müddətinin bərpa edilməsi haqqında vəsatət əlavə edilmədən şikayət ərizəsinin qanunla nəzərdə tutulan 20 günlük müddət ötürülməklə - ##.##.2026-cı il tarixdə verilməsi şikayətin geri qaytarılması üçün əsasdır. Bu səbəbdən də İsayev Elçin Kazım oğlu tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci və 127-4.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzürlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2019-cu il tarixli qərarına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarında qeyd edilmişdir ki, «… qərardad məsələni mahiyyəti üzrə həll etmir, şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırmır, mübahisənin gələcəkdə davam etdirilməsini istisna etmir, o, yalnız işin ədalətli həll olunmasına xidmət edir. Eyni zamanda, qanunverici, “prosessual qənaət” prinsipini rəhbər tutaraq məhkəmə prosesinin lüzumsuz olaraq uzanmasının qarşısını almaq məqsədi ilə hər bir qərardad üzrə şikayətin verilməsini mümkünsüz hesab etmişdir». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2020ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*- **)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından İsayev Elçin Kazım oğlu tərəfindən verilmiş apellyasiya qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanları, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından İsayev Elçin Kazım oğlu tərəfindən verilmiş apellyasiya qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardad qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar