Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1767/2026 25.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Milana Varis qızının katibliyi ilə, Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi nümayəndə2, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndə1 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4- cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 31682.66 (otuz bir min altı yüz səksən iki ABŞ dolları, 66 sent) ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizi miqdarında, 6336,532 (altı min üç yüz otuz altı, beş yüz otuz iki) qərar çıxarılan günü manata olan məzənnəsi ilə məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarından MMC-nin nümayəndəsi və vəkili nümayəndə1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Protokol tərtib edən orqanlar tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində IXM-nin 430.4-cü maddəsi üzrə tərtib olunmuş ##.##.2025-ci il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokola görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC 31682.66 (otuz bir min altı yüz səksən iki ABŞ dolları, 66 sent) ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından 02 noyabr.2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddətin keçməsinə baxmayaraq, 31682.66 (otuz bir min altı yüz səksən iki ABŞ dolları, 66 sent) ABŞ dolları hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Xalidə Əlisoy) ##.##.2025-ci il tarixli, *(***)- ****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4- cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 31682.66 (otuz bir min altı yüz səksən iki ABŞ dolları, 66 sent) ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizi miqdarında, 6336,532 (altı min üç yüz otuz altı, beş yüz otuz iki) qərar çıxarılan günü manata olan məzənnəsi ilə məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Işin halları: Inzibati xəta haqqında həmin protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC 31682.66 (otuz bir min altı yüz səksən iki ABŞ dolları, 66 sent) ABŞ dolları məbləğində vəsaiti 02 noyabr.2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müdət keçsə də, 31682.66 (otuz bir min altı yüz səksən iki ABŞ dolları, 66 sent) ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Iş üzrə yuxarıda qeyd olunan qərar qəbul edilmişdir. Həmin qərardan MMC apellyasiya qaydasında şikayət verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, gömrük bəyənnaməsində 231101152 gömrük kodlu, UTY******** nömrəli, ##.##.2023 tarixli müqavilə qeyd olunmalı olduğu halda yalnış olaraq UTY********* nömrəli ##.##.2023 tarixli qeyd olunmuşdur. ##.##.2025-ci il tarixində bəyannamədə müvafiq düzəlişin üçün Bakı Baş Gömrük Idarəsinə rəsmi qaydada ərizə ilə müraciət olunmuşdur. Yalnız Gömrük Idarəsi qeyd edilən düzəlişin aparılmasının mümkün olmayacağını bildirmişdir. Bildirir ki, UTY******** nömrəli, ##.##.2023 tarixli müqavilə üzrə mal alışı məqsədi ilə ölkəxarici köçürmə olan 31682.66 ABŞ dolları məbləğinə müqabil mal idxal olunduğu halda, gömrük bəyannaməsində yalnış qeyd səbəbindən törətmədiyimiz bir inzibati xata əməlinə görə əsassız cərimə olunmuşdur. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan MMC-nin nümayəndəsi və vəkili nümayəndə1 şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi nümayəndə2 şikayətin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Hüquqi məsələlər: Apellyasiya şikayətində barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını, hakim, tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsini iddia edilərək tələbi IXM-in 135.1.2 və 135.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. IXM-in 135.1.2 və 135.1.3-cü maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Məhkəmə MMC-nin nümayəndəsinin dəlilləri ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi inzibati xəta tərkibinin olması qənaətinə gəlməkdə və bu əsasla inzibati xəta haqqında iş üzrə hüquqi şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq etməkdə haqlı olmamış və düzgün nəticəyə gəlməmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, “xxxx” ASC-nin təqdim etdiyi ##.##.2025-ci il tarixli məktubdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən 31682.66 (otuz bir min altı yüz səksən iki ABŞ dolları, 66 sent) ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar üzrə gömrük bəyənnaməsi banka təqdim edilməmişdir və köçürülmüş məbləğ geri qaytarılmamışdır. IXM-in 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X1 ## ###### 2020-ci il tarixli **/* saylı qərarı ilə «Azərbaycan Respublikası Mərkəzi Bankının Idarə Heyətinin 2016-cı il ## ###### tarixli **/* nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları»nda dəyişikliklər edilmiş, qərarın 4.3.1.3-cü yarımbəndi aşağıdakı redaksiyada verilmişdir. “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Protokol tərtib edən orqanlar təqdim edilir. Hazırkı işin hallarından MMC tərəfindən 31682.66 (otuz bir min altı yüz səksən iki ABŞ dolları, 66 sent) ABŞ dolları məbləğində olan vəsaitin ## ###### 2023-cü il tarixində xaricə köçürməsi mübahisəsizdir. MMC malların ölkəyə idxal olunduğunu bildirmiş və bu barədə bəyannamələri təqdim etmişdir. Inzibati orqan malların ölkəyə idxal olunmasını mübahisələndirlməmiş, gömrük bəyannamələrinə düzəlişlər edilməli olması və həmin düzəlişlər gömrük orqanları tərəfindən təsdiq olunmasını göstərmişdir. Məhkəmə qeyd edir ki, gömrük bəyannamələrinə düzəlişlər edilməməsi və həmin düzəlişlərin gömrük orqanları tərəfindən təsdiq olunmaması MMC-in inzibati məsuliyyətə cəlb olunması üçün əsas olmamışdır. Məhkəmənin yoxladığı hal malların ölkəyə idxal edilib-edilməməsi olmuşdur ki, təqdim edilmiş sənədlərlə bu müəyyən edilmişdir. IXM-in; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, MMC tərəfindən verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin MMC-nin IXM-in 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmasına dair ##.##.2025-ci il tarixli qərarı ləğv edilməli, MMC barəsində IXM-in 430.4-cü maddəsi ilə tərtib olunmuş ##.##.2025-ci il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-in 134.1.2, 135.1.2-ci maddəsini rəhbər tutaraq, Qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs MMC-nin nümayəndəsi və vəkili nümayəndə1 tərəfindən verilmiş şikayət təmin edilsin. «Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4- cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 31682.66 (otuz bir min altı yüz səksən iki ABŞ dolları, 66 sent) ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizi miqdarında, 6336,532 (altı min üç yüz otuz altı, beş yüz otuz iki) qərar çıxarılan günü manata olan məzənnəsi ilə məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1767/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1767/2026
25.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver