Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1768/2026 02.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının, Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi nümayəndə1, “Pərviz İKF” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili vəkil1 Xaliq oğlunun iştirakları ilə, “Pərviz İKF” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək cərimə edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026cı il tarixli, *(*-**)-****/**** saylı qərarından “Pərviz İKF” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i m: “Pərviz İKF” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib olunmuş EP ******* nömrəli, ## ##### 2026-cı il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nərimanov Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı ilə “Pərviz İKF” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 100000.00 ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 % miqdarında, yəni 20.000 ABŞ dolları (dolların Azərbaycan manatına məzənnəsi ilə) məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarından barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş hüquqi şəxs “Pərviz İKF” Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya qaydasında şikayət verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə yekun nəticəyə iş üzrə məsuliyyəti istisna edən halların mövcudluğunu araşdırmadan gəlmişdir. Belə ki, əlavə edilmiş arayışdan görünür ki, “Pərviz İKF" MMC tərəfindən ## #### 2024-cü il tarixdə 100000 ABŞ dolları məbləğində pul vəsait ölkə xaricinə “Craft İnşaat Taahhüt İşleri Yapı İtlahat İhracat Sanayi ve Ticaret Limited" Şirkəti ilə bağlanan ## #### 2024-cü il tarixli müqaviləyə əsasən köçürülmüşdür. Həmin müqavilənin şərtlərinə əsasən, alınmış ödəniş müqabilində qarşı tərəf tərəfindən “Big Bag" məhsullarının təchiz edilərək sifarişçiyə təhvil verilməsi nəzərdə tutulmuşdur. Lakin qarşı tərəfin müqavilə üzrə öhdəliklərini vaxtında yerinə yetirməməsi səbəbindən həmin məhsulların tədarükü baş tutmamışdır. Sonradan tərəflərin qarşılıqlı razılığı əsasında ilkin müqavilədə nəzərdə tutulmuş məhsulların əvəzinə, ümumi dəyəri 100.000 ABŞ dolları olan 99 metrlik “ton Polietilen P100 (91102)” məhsulunun təchiz edilərək təhvil verilməsi barədə razılıq əldə edilmişdir. Qeyd olunan məhsulların çatdırılması 2026-cı ilin fevral-mart ayları üçün planlaşdırılmışdır. Bu məqsədlə zəruri idxal sənədləşdirmə prosedurları həyata keçirilmiş, gömrük rəsmiləşdirilməsi ilə bağlı müvafiq tədbirlər görülmüş və ## #### 2026-cı il tarixdə ********* nömrəli gömrük kodu əldə edilmişdir. Lakin İran İslam Respublikasındakı müharibə vəziyyəti və bunun nəticəsində istehsal müəssisələrinin fəaliyyətinə təsir göstərən məhdudiyyətlər səbəbindən məhsulların istehsalı və göndərilməsində gecikmələr yaranmışdır. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın obyektiv cəhətini təşkil edən halların mövcudluğu hüquqi şəxsin təqsirli hərəkətləri ilə əlaqədar olmamışdır. Qeyd edilənlərlə bağlı hesab etmişdirlər ki, məhkəmə işin hallarını araşdırmadığından hüquqi şəxsin təqsirli bilinməsi barədə nəticəyə səhvən gəlmişdir. Məhkəmə iclasında “Pərviz İKF” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili vəkil1 Xaliq oğlu apellyasiya şikayətinin dəlilərinə uyğun çıxış edərək apellyaisya şikayətinin təmin edilməsini xahiş etdi. Eyni zamanda Mərkəzi Bankın nümayəndəsi apellyaisya şikayətinin dəllilərini əsassız hesab edərək şikayətin təmin edilməməsini xahiş etdi. İşin halları və hüquqi məslələr: Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə şikayət əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş sənədlər: - Protokolu tərtib edən orqan tərəfindən “Pərviz İKF” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş EP ******* nömrəli, ## ##### 2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, “Pərviz İKF” MMC 100000.00 ABŞ dolları məbləğində vəsaiti ## #### 2024-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürmüş və 2 il müddət keçsə də, 100000.00 ABŞ dolları vəsait hesabına alınan mallar(xidmət) ölkəyə idxal edilməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta ## #### 2026-cı il tarixdə hüquqi şəxsin ünvan 1 ünvanında törədilmişdir. -“EXPRESSBANK ASC-nin KB-***/*-**/**** nömrəli məktubu və ona əlavə olunan sənədlərdən görünür ki, “Pərviz İKF” MMC-nin hesabından ## #### 2024-cü il tarixdə 100000.00 ABŞ dolları ödəniş edilmiş, lakin həmin vəsait hesabına alınan mallar üzrə gömrük bəyannaməsi təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi iş üzrə sübutları qiymətləndirərək hesab etmişdir ki, “Pərviz İKF” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizi məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Məhkəmə birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, apellyasiya şikayətində dəlilərində malların idxalını təsdiq edən hər hansı sənəd əlavə edilmədiyindən “Pərviz İKF” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi toplanmış materialların məcmusu ilə tam təsdiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati məsuliyyət yaradır. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin ## ###### 2020-ci il tarixli, **/* nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyri rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndi dəyişikliklər edilməklə, aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 iş günü ərzində Protokolu tərtib edən orqan təqdim edilir”. Məhkəmə hesab edir ki, “Pərviz İKF” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində qeyd edilən inzibati xətanı törətməsi inzibati işin materialları ilə kifayət qədər sübuta yetirilmişdir və birinci instansiya məhkəməsi “Pərviz İKF” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş tərkib əlamətinin olması barədə qanuni və düzgün nəticəyə gəlmişdir. İnzibati tənbeh məsələsinə gəldikdə isə birinci instansiya məhkəməsi, “Pərviz İKF” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində inzibati təhbeh təyin edərkən qanuni və ədalətli inzibati təhbeh təyin etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 7.3-cü maddəsinə əsasən, hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 18.6-cı maddəsinə əsasən, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Göstərilənlərə əsasən hesab edirəm ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı ilə gəldiyi nəticələr işin faktiki hallarına uyğundur, həmin qərarla “Pərviz İKF” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş tərkib əlamətinin olması barədə qanuni və düzgün nəticəyə gəlinmişdir, şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və inzibati icraata xitam verilməsi üçün əsas olmadığından şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq Qərara a l ı r a m: “Pərviz İKF” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. “Pərviz İKF” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək cərimə edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026cı il tarixli, *(*-**)-****/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət verilə bilməz. Hakim Qədim Babayev
Məhkəmə qərarları › İş №3(3-6)-1768/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1768/2026
02.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver