Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1769/2026 19.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin (bundan sonra – səlahiyyətli orqan) hüquq idarəsinin verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Səlahiyyətli orqan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası IXM-in) 539.1-1-ci maddəsi ilə tərtib etdiyi ## ###### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim X2) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası IXM-nin 539.1-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata IXM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilmişdir. Həmin məhkəmə qərarından səlahiyyətli orqanın hüquq idarəsi şikayət verib, onun ləğv edilməsi və səlahiyyətli orqanın qəbul etdiyi ## ###### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri, etiraz və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, “Əmək və məşğulluq” altsisteminə baxış zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən elektron sənəd formasına keçirilməyən əmək müqavilələrinin olduğu müəyyən edilmişdir. Bununla bağlı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə qüvvədə olan əmək müqavilələrinin qanunvericiliyə əsasən elektron sənəd formasına keçirilməsinin təmin edilməsinə dair icrası məcburi olan göstəriş verilmişdir. Lakin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-tərəfindən icrası məcburi göstəriş məktubunun tələblərinə əməl etməyərək əmək müqavilələrini elektron qaydaya keçirilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi haqqında 2024-cü il 28 Iyun tarixli ****-VIQD nömrəli Azərbaycan Respublikasının Qanununu 12.3-cü maddəsinə əsasən bu qanun qüvvəyə mindiyi günədək bağlanılmış əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş mərhələlərə uyğun olaraq həyata keçirilir. Səlahiyyətli orqanın qanuni göstərişinə baxmayaraqBarəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin tərəfindən heç bir tədbir görülməmiş və bu barədə səlahiyyətli orqana məlumat verilməmişdir. Iş üzrə birinci instansiya məhkəməsinin bu halı nəzərə almaması və sübutları düzgün qiymətləndirməməsi əsassız qərar qəbul etməsi ilə nəticələnmişdir. Göstərilənlərə əsasən iş üzrə səlahiyyətli orqanın tərtib etdiyi inzibati xəta haqqında protokol qanuni və əsaslıdır. Apellyasiya məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi X1 şikayətin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasına barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Buna görə də məhkəmə şikayətə barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Işin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası IXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Səlahiyyətli orqan tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası IXM-in 539.1-1-ci maddəsində işçilərin sığorta olunmasının tənzimlənməsi ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Iş materiallarından və birinci instansiya məhkəməsinin istinad etdiyi sənədlərdən görünür ki:, - Qeyd edilən sorğu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ##.##.2025-ci il tarixdə ƏMAS sistemində elektron kabinet vasitəsilə çatdırılmış və ##.##.2026-cı il tarixədək icra müddəti müəyyən edilmişdir. - Həmin sorğuda icranın 10 iş günü ərzində icra edilməsi tələb olunurdu ki, bununla da öhdəliyin icra edilməsi üçün nəzərdə tutulmuş son müddət ## ###### 2025-ci il tarixə təsadüf edir. Belə olan halda həmin məktubda qeyd edilmiş göstərişlər ən gec həmin tarixə kimi icra edilməli idi. Səlahiyyətli orqanın sorğu bildirişində icra üçün son tarix kimi ##.##.2026-cı il tarixi qeyd etmişdir ki, həmin müddət nəzərə alındıqda belə, qərarın qəbul edildiyi ## ### 2026-cı il tarix nəzərə alınsa belə, artıq müddət ötürülmüşdür. Beləliklə, Azərbaycan Respublikası IXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta həmin tarixdən etibarən törədilmiş hesab olunur və dörd aylıq məsuliyyətə cəlb etmə müddətinin axımı da bu andan başlayır. Birinci instansiya məhkəməsi yekun nəticəyə gələrkən cəmiyyətin inzibati məsuliyyətə cəlb edilməsi üçün son tarixin ##.##.2026-cı ilə təsadüf etdiyini, səlahiyyətli orqanın təyin etdiyi icra müddəti nəzərə alındıqda belə ##.##.2026-cı il tarix olduğuna əsaslanmışdır. Azərbaycan Respublikası IXM-in: - 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. - 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. - 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, iş üzrə birinci instansiya məhkəməsi qəbul etdiyi qərarında səlahiyyətli orqanın tərtib etdiyi ## ###### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası IXM-in 539.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsinə əsaslanmaqla xitam verərkən düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsi müvafiq nəticəyə gələrkən haqlı olmuşdur. Səlahiyyətli orqanın hüquq idarəsinin verdiyi şikayət əsassızdır. Buna görə də həmin şikayət təmin edilməməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası IXM-in 131, 133, 134.1.1, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin hüquq idarəsinin verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1769/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1769/2026
19.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver