Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1771/2026 19.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi, Məhkəmə iclas katibi Boroyev Əli Əhməd oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi X5 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati cərimə olunmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər idarəsindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair ## ##### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı (hakim Gültəkin Əsədova) ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 2000 (iki min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün bir ay müddət müəyyən edilməsi və nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimənin ödənilməməsi, hüquqpozma aradan qaldırılmadıqda inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimənin ödənilməsi qərara alınmışdır. Qərardan narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayətin dəlilləri qismində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsi rəhbər tutularaq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCnin keçmiş əməkdaşı X1 ## #### 2018-ci il tarixli əmək müqaviləsinə ##.##.2023-cü il Ç/**-** nömrəli əmr ilə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verildiyi tarixdən 3 (üç) il müddət keçdikdən sonra X1 Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinə yazılı şəkildə müraciət edərək, son haqq-hesab zamanı məzuniyyət pulunun verilmədiyini bildirmişdir. Şikayətə baxan X3 Xidmətinin Bakı şəhər İdarəsinin ## #### 2026-cı il tarixli *-**-*/*-*-*****/**** nömrəli məktubunda müvafiq sənədlərin təqdim edilməsi tələb olunmuş və bununla əlaqədar olaraq ## #### 2026-cı il tarixli *** nömrəli cavab məktubu ilə birlikdə tələb olunan sənədlər əlavə edilərək inzibati orqanın ünvanına göndərilmişdir. Daha sonra inzibati orqan tərəfindən göndərilmiş ## ##### 2026-cı il tarixli *-**-*/*-*****/**** nömrəli məktubda təqdim edilmiş sənədlərin (məzuniyyət əmrləri, iş vaxtının uçotu tabelləri) tam olmadığı qeyd edilmiş və bu əsasla inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak məqsədilə ## ##### 2026-cı il tarixdə saat 12:00-da keçiriləcək görüşə dəvət olunduqları bildirilmişdir. Göstərilən tarix və saatda təqdim olunmuş keçid vasitəsilə videokonfransa qoşulmaları və 60 dəqiqə müddətində gözləmələrinə baxmayaraq, qarşı tərəfin səlahiyyətli nümayəndəsi tərəfindən görüşdə iştirak təmin edilməmişdir. Bu hal faktiki olaraq inzibati icraatın həyata keçirilməsinə maneə yaratmışdır. İnzibati orqan tərəfindən göndərilmiş məktublarda təqdim olunmalı sənədlərin konkret hansı dövrü əhatə etməli olduğu dəqiq göstərilməmişdir. Bu səbəbdən sənədlər müraciətin mahiyyəti nəzərə alınmaqla obyektiv və əsaslı hesab edilən dövr üzrə təqdim edilmişdir. ## ##### 2026-cı il tarixində *** nömrəli məktubla inzibati orqana müraciət edilmiş, təqdim olunmalı sənədlərin əhatə etdiyi dövrün dəqiqləşdirilməsi, əlavə sənədlərin təqdim olunması üçün ağlabatan müddətin müəyyən edilməsi, habelə məsələnin obyektiv, hərtərəfli və qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılması məqsədilə yeni görüş tarixinin təyin edilməsi və prosesin şəffaflığının təmin olunması xahiş edilmişdir. Lakin inzibati orqan tərəfindən heç bir cavab məktubu təqdim edilməmiş, inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə qərar qəbul edərkən sənədlərin təqdim edilməsi, inzibati orqanın sorğularında sənədlərin əhatə etməli olduğu dövrün konkret göstərilməməsi, videokonfrans görüşünə qoşulmalarına baxmayaraq qarşı tərəfin iştirak etməməsi, habelə əlavə izahat və dəqiqləşdirmə məqsədilə göndərilmiş müraciətlərinin cavabsız saxlanılması kimi iş üçün mühüm əhəmiyyət kəsb edən halları nəzərə almamışdır. Halbuki gəstərilən hallar onların inzibati icraatdan yayınmaq niyyətində olmadıqlarını, əksinə inzibati orqanla əməkdaşlıq etməyə və tələb olunan məlumatları təqdim etməyə çalışdıqlarını açıq şəkildə təsdiq edir. Buna baxmayaraq məhkəmə tərəfindən işin faktiki halları tam, obyektiv və hərtərəfli araşdırılmadan yalnız formal yanaşma əsasında qərar qəbul edilmişdir. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi X5 şikayətin dəlillərini əsassız hesab edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şikayətə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Məhkəmə, şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə tətbiq edilməsinə dair ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsində əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə vəzifəli şəxslərin və hüquqi şəxslərin inzibati məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 539.1-1-ci maddəsinə əsasən əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. İXM-in 539.3-cü maddəsi ilə hüquqi şəxsi inzibati məsuliyyətə cəlb etmək üçün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsi, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsi müəyyən olunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCyə ünvanlanmış ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** saylı məktubdan görünür ki, X1 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də əmək hüquqlarının pozulması barədə X3 Xidmətinə daxil olmuş müraciətinə baxılır. Qeyd edilən müraciətə baxılması ilə əlaqədar məktubda qeyd edilən sənədlərin (əmək müqaviləsinin surəti, kollektiv müqavilə, əmək müqaviləsinə xitam verilməsinə dair müvafiq sənədlər, iş vaxtının uçotu tabelləri, məzuniyyət əmrləri, ərizələri, son haqqhesabının hesablanması və ödənilməsini təsdiq edən sənədlər, vətəndaşın müraciətində qeyd olunan məsələlərə münasibət bildirilməsinə dair cavab məktubu), 7 iş günündən gec olmayaraq X3 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilməsi tələb edilmişdir. İş materiallarında olan “xxxx” MMC-nin poçt göndərişlərinin izlənməsinə dair çıxarışın surətindən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCyə ünvanlanmış ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktub rəsmi olaraq hüquqi şəxsə çatdırılmışdır. İş materiallarında olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinə ünvanlanmış ##.##.2026-cı il tarixli, №*** nömrəli məktubdan görünür ki, əmək müqaviləsi, ƏMAS bildirişi, əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi, əmək müqaviləsinə xitam verilməsinə dair əmr, ərizə, iş vaxtının uçotu tabelləri, məzuniyyət əmrləri, ərizələri, son haqq-hesabının hesablanması və ödənilməsinə dair bank sənədi təqdim olunmuşdur. İşin faktiki hallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış ##.##.2026-cı il tarixli məktuba MMC tərəfindən ##.##.2026-cı il tarixli məktubla cavab verilmişdir. Məhkəmə, şikayətin həmin dəlilini əsassız hesab edir. Belə ki, İXM-in 539.3-cü maddəsi ilə inzibati məsuliyyətin yaranması üçün məlumatların (sənədlərin) təqdim edilməməsi, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsi hallarından hər hansı birinin olması kifayətdir. Beləliklə, iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş material əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, ətraflı araşdırma aparmış və əsaslı olaraq hüquqi şəxsi Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmiş və barəsində inzibati tənbeh tətbiq etmişdir. İnzibati xəta törətmiş hüquqi şəxs barəsində tətbiq olunmuş inzibati tənbehin həddi ilə bağlı qeyd olunmalıdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsində nəzərdə tutulan növdə və həddə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Odur ki, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli mübahisələndirilən qərarı qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1771/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1771/2026
19.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver