Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1772/2026 19.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Ibrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eminov Azər Elçin oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin nümayəndəsi X5 və «xxxx» MMC-nin nümayəndəsi Cihan Sayğının iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər idarəsindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası IXM-in 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair ## ##### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə «xxxx» MMC-i barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməsi qərara alınmışdır. Həmin qərardan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən «xxxx» MMC-i barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı ii tarixli, *(*-**)-****/**** nömrəli qərarı əsassız olduğundan ləğv edilməli, X2 Xidmətinin Bakı Şəhər Idarəsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə “xxxx” MMC-i inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə tərəfindən inzibati orqanın protokoluna və ona əlavə edilmiş sənədlərinə sübut kimi düzgün qiymət verilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən «xxxx» MMC-yə ünvanlanmış ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** saylı məktubdan görünür ki, X1 «xxxx» MMC-də əmək hüquqlarının pozulması barədə X2 Xidmətinə daxil olmuş müraciətinə baxılmış və qeyd edilən müraciətə baxılması ilə əlaqədar məktubda qeyd edilən sənədlərin (əmək haqlarının hesablanması cədvəlləri və ödənilməsini təsdiq edən sənədlər, iş vaxtının uçotu tabeli, son haqq-hesabın hesablanmasını və ödənilməsini təsdiq edən sənədlərin surəti, vətəndaşın müraciətində qeyd etdiyi məsələyə münasibət bildirilməsi ilə əlaqədar cavab məktubu) 7 iş günündən gec olmayaraq X2 Xidmətinin Bakı şəhər Idarəsinə təqdim edilməsi tələb edilmişdir. «xxxx» MMC-nin poçt göndərişlərinin izlənməsinə dair çıxarışın surətindən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən "xxxx" MMC-yə ünvanlanmış ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktub rəsmi olaraq hüquqi şəxsə çatdırılmışdır. Məhkəmə öz qərarında qeyd edir ki, iş materiallarında olan "xxxx" MMC-i tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər Ərazi Idarəsinə ünvanlanmış ərizədən və digər sənədlərin surətindən görünür ki, ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** saylı məktuba cavab olaraq X1 aid olan sənədlər göndərilmişdir. Lakin, məhkəmənin nəzərinə çatdırırlar ki, “xxxx” MMC-i tərəfindən həmin sənədlər Xidmətə təqdim edilməmiş və təqdim edilməmənin səbəbləri barədə məlumat verilməmişdir. Belə ki, MMC-i tərəfindən sorğu ilə tələb edilmiş sənədlərin Xidmətə təqdim edilməsini təsdiq edən heç bir sənədə məhkəmə qərar qəbul edərkən istinad etməmişdir. MMC-i tərəfindən göndərilmiş cavab məktubu Xidmətə rəsmi qaydada çatdırılmamışdır. Bununla da, məktublarda göstərilən müddət ərzində “xxxx” MMC-i tərəfindən tələb olunan sənədlər Xidmətə təqdim edilmədiyindən IXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlilərini müdafiə edərək təmin olunmasını, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv olunmasını və «xxxx» MMC-nin tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən «xxxx» MMC-nin nümayəndəsi Cihan Sayğın apellyasiya şikayətinin təmin olunmamasını və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə, apellyasiya qaydasında verilmiş şikayətin dəlillərini işin materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X1 şikayəti əsasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən “xxxx” MMC-yə ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubda qeyd olunan sənədlərin 7 iş günü ərzində DƏMX-nin Bakı şəhər Idarəsinə təqdim edilməsi tələb olunmuşdur, lakin sənədlər təqdim edilməmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Cihan Saygın çıxış edərək bildirmişdir ki, sözügedən protokol qanunsuz və əsassızdır və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, baş vermiş hadisə ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər idarəsinin rəsmi sorğusuna cavab olaraq, yoxlamanın predmeti ilə bilavasitə bağlı olan və tələb edilən bütün sənədlər tam, düzgün və qanunvericiliklə müəyyən edilmiş müddətlər daxilində təqdim edilmişdir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Cihan Saygın inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. “xxxx” MMC-nin poçt göndərişlərinin izlənməsinə dair çıxarışın surətindən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən “xxxx” MMC-yə ünvanlanmış ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktub rəsmi olaraq hüquqi şəxsə çatdırılmışdır. Iş materiallarında olan “xxxx” MMC-i tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər Ərazi Idarəsinə ünvanlanmış ərizədən və digər sənədlərin surətindən görünür ki, ##.##.2026-cı il tarixli, *- **-*/*-*****/**** saylı məktuba cavab olaraq X1 aid olan sənədlər göndərilmişdir. Hüquqi şəxs tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, səlahiyyətli orqan tərəfindən tələb olunan sənədlər hüquqi şəxs tərəfindən aşağıdakı sənədlər təqdim edilmişdir. 1) əmək haqlarının hesablanması cədvəlləri və ödənilməsini təsdiq edən sənədlər; 2) iş vaxtının uçotu tabeli; 3) son haqq-hesabın hesablanmasını və ödənilməsini təsdiq edən sənədlərin surəti; 4) vətəndaşın müraciətində qeyd etdiyi məsələyə münasibət bildirilməsi ilə əlaqədar cavab məktubu. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən IXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Apellyasiya instansiya məhkəməsi birnci instansiya məhkəməsinin qərarı ilə razılaşaraq hesab edir ki, «xxxx» MMC-nin hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Bu səbəbdən «xxxx» MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından düzgün olaraq xitam verilmişdir. Odur ki, məhkəmə yekun olaraq məhkəmə belə nəticəyə gəlir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə qüvvədə saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələri rəhbər tutularaq, məhkəmə QƏRARA ALDI: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin şikayəti təmin edilməsin. «xxxx» MMC-i barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı qüvvədə saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1772/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1772/2026
19.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver