Məhkəmə qərarları › İş №3(3-6)-1774/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1774/2026

18.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1774/2026 18.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əhmədov Zəfər Vahid oğlu, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi ilə, “QREYT VAL DRİLLİNQ KOMPANİ” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)- ****/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarından “QREYT VAL DRİLLİNQ KOMPANİ” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Şirvan-X1 tərəfindən “QREYT VAL DRİLLİNQ KOMPANİ” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi barəsində tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş məktubdan görünür ki, vətəndaşlar R.Tərlanov və A.Bağırovun ##.##.2024-cü il tarixdə xəsarət almaları ilə nəticələnmiş hadisənin təhqiqatı aparılmışdır. “QREYT VAL DRİLLİNQ KOMPANİ” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən tərtib edilməklə ##.##.2026-cı il tarixli poçt göndərişi ilə Xidmətin Şirvan-Salyan reginoal şöbəsinə təqdim edilmiş “İZ” formalı aktların təhqiqat aktına uyğun tərtib olunmadığı aşkar olunmuşdur. “İZ” formalı aktların təhqiqat aktına uyğun tərtib edilərək Xidmətin Şirvan-X1nə təqdim edilməsinə dair “QREYT VAL DRİLLİNQ KOMPANİ” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə ##.##.2026-cı il tarixli *-**-*/*-*****/**** nömrəli icrası məcbur göstəriş verilmişdir. İcrası məcburi olan göstəriş ##.##.2026-cı il tarixdə Nümayəndəliyə rəsmi qaydada verilmiş olsa da, bununla bağlı heç bir tədbir görülməmiş və Xidmətə məlumat verilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarı ilə “QREYT VAL DRİLLİNQ KOMPANİ” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək bu Məcəllənin 116.1-ci maddəsinə əsasən şərti olaraq 2000 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmiş, “QREYT VAL DRİLLİNQ KOMPANİ” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 15 gün müddət müəyyən edilməsi və nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimənin ödənilməməsi, hüquqpozma aradan qaldırılmadıqda inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimənin ödənilməsi, “QREYT VAL DRİLLİNQ KOMPANİ” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə cərimənin ödənilməsinin törətdiyi hüquqpozmanı aradan qaldırmaq öhdəliyindən azad etmədiyinin izah edilməsi, inzibati xəta haqqında iş üzrə məsrəfin olmamasının nəzərə alınması qərara alınmışdır. Həmin qərardan narazı qalan “QREYT VAL DRİLLİNQ KOMPANİ” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Müfəttişlik tərəfindən mövcud qanunvericilik nəzərə alınmadan, hər hansı araşdırma aparılmadan əsassız və qanunsuz olaraq ## ##### 2026-cı il tarixində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bildirilir ki, İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 4 (dörd) ay keçənədək verilə bilər. İş üzrə materiallara və ya Protokola nəzər yetirildikdə Müfəttişlik tərəfindən inzibati xətanın törədilməsi tarixi və inzibati xətanın aşkar olunması tarixinin hansı tarix olaraq müəyyən olunmasının aydın olmadığını təsbit etmək olar. Müfəttişliyin səthi yanaşması yalnız yuxarıda qeyd olunan bəndlə məhdudlaşmır. Protokolun tərtib edilməsi ilə bağlı Müfəttişlik tərəfindən İXM-nin tələblərinə əməl edilməmişdir. Müfəttişlik tərəfindən tərtib edilmiş Protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Nümayəndəliyə təqdim edilməmişdir. Belə ki, Nərimanov Rayon Məhkəməsinə təqdim edilmiş Protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanmalı olan xana boş saxlanılmışdır. Ümumilikdə vurğulamağı vacib hesab edirlər ki, Müfəttişlik tərəfindən Nümayəndəliyin Protokolda istinad olunan İZ aktını guya tələb olunan qaydada tərtib etmədiyi barədə irəli sürülən iddialar əsassızdır. Bildiririk ki, Nümayəndəlik tərəfindən İZ aktının tərtib edilməsi zamanı qüvvədə olan qanunvericiliyin tələblərinə tam riayət edilmişdir. Bu səbəbdən Müfəttişliyin Nümayəndəliyə qarşı bütün addımları tamamilə qanunsuzdur. Qeyd edilən hallar onu göstərir ki, məhkəmə tərəfindən iş üzrə hər hansı araşdırma aparılmadan və xüsusatlar nəzərə alınmadan qanunsuz və əsassız olaraq Müfəttişlik tərəfindən tərtib edilmiş Protokol olduğu kimi təsdiq edilmişdir. Xüsusi ilə diqqətinizə çatdırmaq istəyirik ki, qanunla nəzərdə tutulmuş ictimai münasibətlərə qəsd olmadığı təqdirdə Nümayəndəliyin əsassız olaraq cərimələnməsi onun fəaliyyətinə mənfi təsir göstərməklə, Nümayəndəlik üçün əlavə maliyyə itkilərinə səbəb ola bilər. Bundan başqa, Müfəttişlik Nümayəndəlik barəsində inzibati xəta haqqında protokol tərtib etməsi ilə kifayətlənməyərək, Nümayəndəliyin rəhbəri Shi Xiuhui barəsində (vəzifəli şəxs qismində) İXM-nin eyni maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib etmiş, bununla da Azərbaycan Respublikası Konstitusiyasına zidd davranmışdır. Bu bir daha onu göstərir ki, Müfəttişliyin məqsədi Nümayəndəlik və əlavə olaraq onun rəhbəri Shi Xiuhui barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə nail olmaqdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, apellyasiya qaydasında verilmiş şikayətin dəlillərini işin materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaşlar R.Tərlanov və A.Bağırovun xəsarəti ilə bağlı “İZ” aktlarının təhqiqat aktına uyğun olaraq tərtib edilməsi barədə DƏMX-nin Şirvan-X1nə təqdim edilməsinə dair ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli icrası məcburi göstəriş verilməsinə baxmayaraq, “QREYT VAL DRİLLİNQ KOMPANİ” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən heç bir tədbir görülməmiş və icra edilməmişdir. X2 Xidmətinin Şirvan-X1 tərəfindən hüquqi şəxsə ünvanlanmış ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2000-ci il tarixli ** nömrəli Qərarına əsasən “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin ##.##.2026-cı il tarixli *-**-*/*-***/**** nömrəli əmri ilə təyin edilmiş komissiya tərəfindən “QREYT VAL DRİLLİNQ KOMPANİ” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin sabiq işçiləri R.Tərlanov və A.Bağırovun ##.##.2024-cü il tarixdə xəsarət almaları ilə nəticələnmiş hadisənin təhqiqatı aparılmışdır. Nümayəndəlik tərəfindən tərtib edilməklə ##.##.2026-cı il tarixli poçt göndərişi ilə Xidmətin Şirvan-Salyan reginoal şöbəsinə təqdim edilmiş “İZ” formalı aktların təhqiqat aktına uyğun tərtib olunmadığı aşkar olunmuşdur. “İZ” formalı aktların təhqiqat aktına uyğun tərtib edilərək Xidmətin Şirvan-X1nə 3 iş günü ərzində təqdim edilməsi tələb olunmuşdur. SX081598079AZ kodlu poçt göndərişinin “www.azems.az” internet səhifəsindən izlənməsinə dair çıxarışdan görünür ki, məktub “QREYT VAL DRİLLİNQ KOMPANİ” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin ünvanına ##.##.2026-cı il tarixdə çatdırılmışdır. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, “QREYT VAL DRİLLİNQ KOMPANİ” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən X2 Xidmətinin Şirvan-Salyan RŞ-nin göstərişi inzibati xəta haqqında protokol tərtib edilənədək icra edilməmiş, bununla da Azərbaycan Respublikasının İXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, məhkəmə qanuni olaraq “QREYT VAL DRİLLİNQ KOMPANİ” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyini tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən maddə üzrə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edib təyin etmiş oduğu cərimə cəzasını şərti olaraq tətbiq etmişdir. İXM-nin 539.1-1-ci maddəsinə əsasən Əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Şirvan-Salyan reginoal şöbəsinə təqdim edilmiş “İZ” formalı aktların təhqiqat aktına uyğun tərtib olunmadığı aşkar olunmuş, “İZ” formalı aktların təhqiqat aktına uyğun tərtib edilərək Xidmətin Şirvan-X1nə 3 iş günü ərzində təqdim edilməsi tələb olunmuş, icrası məcburi olan göstəriş ##.##.2026-cı il tarixdə Nümayəndəliyə rəsmi qaydada verilmiş olsa da, bununla bağlı heç bir tədbir görülməmiş və Xidmətə məlumat verilməmişdir. Məhkəmə şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, şikayətdə qeyd edilmiş dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə əsas vermir və şikayət formal xarakter daşımaqla özünümüdafiə üsulu kimi qiymətləndirilir. Məhkəmə həmçinin qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “QREYT VAL DRİLLİNQ KOMPANİ” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi inzibati xəta barədə icraata xitam verilməsi ilə əlaqədar nə apellyasiya şikayətində nə də məhkəmə iclasında məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Odur ki, apellyasiya şikayətinin dəlilləri özünü müdafiə xarakteri daşımaqla əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, İXM-lə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: “QREYT VAL DRİLLİNQ KOMPANİ” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Zəfər Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar