Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1775/2026 01.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclasının katibi Musayev Elmir Məhəmməd oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 210.1 və 221.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək barəsində cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Protokolu tərtib edən orqan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 210.1 və 221.1-ci maddələri ilə MN ******* nömrəli, ## ##### 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 210.1 və 221.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən barəsində daha ciddi xətaya görə, Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə 20000 (iyirmi min) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 210-ci və 221.1-ci maddələri ilə tərtib edilmiş protokol və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar əsassızdır. Hüquqi şəxsin əməllərində IXM-nin qeyd edilən maddələri ilə inzibati xəta tərkibləri mövcud deyildir. Belə ki, protokola əsasən müəyyən edilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin fəaliyyət göstərdiyi gözəllik mərkəzində yoxlama zamanı lisenziyasız tibbi fəaliyyət göstərilməsi və dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin saxlanması aşkar edilmişdir. Ilkin olaraq qeyd edilməlidir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Səhiyyə Nazirliyinin yoxlaması dövründə “Lisenziyalar və Icazələr” haqqında Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən hər hansı bir özəl tibbi fəaliyyət göstərilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş fotoşəkillərdə olan 2 ədəd avadanlıq masaj aparatları olmaqla həmin aparatlarla gözəllik xidmətinin göstərilməsi Qüvvədə olan qanunvericiliyə əsasən tibbi fəaliyyət hesab edilmir. Həmin avadanlıqlar ölkəyə idxal olunan zaman da Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən qeydiyyat edilməmişdir. Bu bir daha həmin avadanlıqların lisenziya tələb edilən fəaliyyətin təsir dairəsinə düşmədiyini təsdiq edir. Qeyd edilən avadanlıqlarla bağlı o da qeyd edilməlidir ki, lisenziya tələb edilən fəaliyyət növləri üzrə olan avadanlıqlar ölkəyə idxal olunan zaman xüsusi icazə alınmalı, eləcə də həmin avadanlıqların mənşə sertifikatlarında risk qrupu qeyd edilir. Həmin mənşə sertifikatında risk qrupu olan avadanlıqlar olduğu təqdirdə Dövlət Gömrük Komitəsi həmin avadanlıqları ölkəyə idxal etmir. Xüsusi icazə alındıqdan sonra həmin avadanlıqlar gömrük rəsmiləşdirilməsindən keçirilərək ölkəyə idxal edilir. Başqa sözlə desək məhkəmənin qərarında istinad etdiyi qanunvericilik aktlarında, təmsil etdiyi hüquqi şəxsə məxsus salonda aşkar edilmiş masaj aparatları ilə göstərilən xidmətin özəl tibb fəaliyyəti olması təsbit edilməmişdir. Yəni qanunda yazılmayan bir tələb, bir müddəaya görə şəxs məsuliyyətə cəlb edilə bilməz. Başqa sözlə deyilsə tibbi qanunvericilkdə masaj xidmətinin tibbi xidmət olması və masaj xidməti göstərən şəxslərin də diplom almalı olub-olmaması təsbit edilməmişdir, buna görə də bu məsələyə məhkəmə tərəfindən dəqiq şəkildə münasibət bildirilməli, zərurət yaranarsa buna şərh verilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən IXM-nin 210.1 və 221.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilməmişdir. Göründüyü kimi inzibati xəta tərkibinin bütün ələmətlərini (təqsir) daşıyan əməl törədilməmişdir. Yəni qadağan edilmiş əməl törədildiyi halda inzibati xəta hesab edilməlidir. Təmsil edilən şirkət isə yalnız gözəllik xidmətləri göstərmiş və bu xidmətlərin tibbi fəaliyyət olması qanunvericilikdə təsbit edilməmişdir. Dövlət qeydiyyatından keçməmiş dərman vasitələri ilə bağlı da qeyd edir ki, inzibati xəta haqqında protokolda həkim tərəfindən qeyd edilmişdir ki, həmin dərmanlar aptekdən alınmışdır. Yəni pulu almaqla aptek həmin dərmanları satış etmişdir. Bu da o deməkdir ki, aptek həmin dərmanları ödəniş müqabilində satırsa deməli alıcı həmin dərmanın dövlət qeydiyyatından keçib-keçmədiyini həmin aptekdən dəqiqləşdirməli deyil, başqa sözlə desək dərman açıq satışa təqdim edilirsə demək alıcı üçün həmin dərmanlar artıq dövlət qeydiyyatından keçmişdir. Bundan başqa həmin dərmanların açıq satışı və ödənişə görə qəbz verilməsini təsdiq edən görüntülər sübut olaraq məhkəməyə təqdim edilmişdir. Lakin bu məsələ də diqqətə alınmamış və ziyanlarına əsaslandırma edilərək barələrində buna görə tənbeh tətbiq edilmişdir. Bu səbəblərdən də qeyd edilən inzibati xəta haqqında protokol əsassızdır, hüquqlarını təmsil etdiyi hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin əməllərində IXM-nin 210.1 və 221.1-ci maddələri ilə inzibati xəta tərkibləri mövcud deyildir. Buna görə də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində qeyd edilən maddələrlə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmçinin o da xüsusi qeyd edilməlidir ki, son zamanlar sosial şəbəkələr tərəfindən kütlənin yanlış yönləndirilməsi nəticəsində cəmiyyətdə həkimlər, tibbi fəaliyyətlə məşğul olan şəxslərə qarşı aqressiya formalaşdırılmışdır. Heç də təsadüfi deyil ki, bunun məntiqi nəticəsi olaraq Səhiyyə Nazirliyi bu fürsətdən istifadə edərək haqlı-haqsız hər bir şəxs barəsində cərimələr və digər qanunsuz əməllərə yol verilir. Buna görə də şəxslərin hüquqları sosial şəbəkələrdə müzakirə edilən məsələ ilə məhdudlaşdırıla bilməz. Istinad etdiyi qanunvericilik normaları əsasında hesab edir ki, qanunda yazılmayan bir tələb, bir müddəaya görə şəxs məsuliyyətə cəlb edilə bilməz. Başqa sözlə deyilsə tibbi sahəyə aid qanunvericilkdə masaj xidmətinin tibbi xidmət olması və masaj xidməti göstərən şəxslərin də diplom almalı olub-olmaması təsbit edilməmişdir, buna görə də bu məsələyə məhkəmə tərəfindən dəqiq şəkildə münasibət bildirilməli, buna şərh verilməlidir. Bu səbəbədən də məhkəmə tərəfindən istinad etdiyi qanunvericilik normalarına müvafiq rəy verilmədiyi üçün vahid məhkəmə təcrübəsinin formalaşmasına zərurət vardır. Vahid məhkəmə təcrübəsinin formalaşdırılmasını təmin etmək məqsədilə Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razı olacağı təqdirdə Qüvvədə olan “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununu, Əhalinin sağlamlığının qorunması haqqında Qanununun mövqeyinə əsasən özəl tibb fəaliyyəti anlayışına ətraflı şərh verilməsi, özəl tibb fəaliyyəti dedikdə hansı xidmətlər nəzərdə tutulduğu, masaj xidmətinin özəl tibb fəaliyyəti olub-olmaması ilə əlaqədar məsələlərin əlaqəli şəkildə şərh edilməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə sorğu ünvanlanmalıdır. Məhkəmə baxış iclasının yeri və vaxtı haqqında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, üzürlü səbəbdən iştirak etməməsi ilə bağlı məlumat verməmişdir. ## #### 2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən Protokolu tərtib edən orqan nümayəndəsi X1 şikayətə etiraz edərək, məhkəmədən şikayətin təmin edilməməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. ## #### 2026-cı il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi nümayəndə1 məhkəməyə ərizə ilə müraciət edərək hüquqi şəxs ilə müqavilə bağlanması ilə əlaqədar məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə işə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin və Protokolu tərtib edən orqan nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialında olan ##.##.2026-cı il tarixli “X3 Plandankənar” T-*** nömrəli yoxlama aktından görünür ki, ünvan 1 ünvanında yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus özəl tibb müəssisəsində 06.04-##.##.2026-cı il tarixlərdə plandankənar yoxlama keçirilərkən müəyyən edilmişdir ki, müəssisədə cari tibb fəaliyyətini təsdiq edən bir sıra qeydiyyat sənədləri, X7 ## #### 2026-cı il tarixli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs loqosu ilə resept blankı aşkar edilmişdir. 2 (iki) mərtəbəli təsərrüfat obyektində “dermatoloji” və “kosmetoloji” işlərə dair prosedur otaqları, eləcə də həkim otaqları, əlavə olaraq “sterilizasiya” təyinatlı sahələr təşkil edilmişdir. Aşkar edilmiş tibb vasitəsinin qutuda 2 flakonu qalmışdır. Yoxlamanın ikinci sualı üzrə qeyd edilmişdir ki, müəssisədə dərman vasitəsinin (Xyla-P lidocaine/Prilocaine 30 qramlıq topical cream) 4 seriyada - 1575; 1580; 1576; 1563, cəmi 20 ədəd aşkar edilərək qeydiyyatsız olduğu müəyyən edilmişdir. Adı qeyd edilən dərman vasitələrinin istehsalçı, istehsal ölkəsi Iran Islam Respublikasıdır. Iş materialında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin direktoru X2 tərəfindən qəbul olunmuş ##.##.2026-cı il tarixli qərardan görünür ki, ünvan 1 ünvanında yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus müəssisədə 06-##.##.2026-cı il tarixlərdə plandankənar yoxlama keçirilməsi qərara alınmışdır. Iş materialında olan ##.##.2026-cı il tarixli KY ********* nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” Çıxarışdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin plandankənar yoxlanılması nəzərdə tutulmuşdur. Iş materialında olan “CD” diskdə əks olunan görüntüdən müəyyən olunur ki, təqdim edilmiş dərmanın Iran Islam Respublikasına məxsus olduğuna görə barkodu olmadığı və həmin məhsula görə ödəniş çeki verilməyəcəyi bildirilmişdir. Iş materialında olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin rəhbəri X4 ##.##.2026-cı il tarixli izahatından görünür ki, klinikada edilən prosedurların yerli istifadə ilə krem, gel, aparat mezoterapiya vasitəsi ilə olunduğu, heç bir inyeksion prosedur olunmadığı və edilən prosedurların insan həyatına təhlükə gətirmədiyi bildirilmişdir. Xyla-P kremini tibbi avadanlıq şirkətindən əldə etdiyini, bunun qeydiyyatını və icazəsinin olmadığını bilmədiyini, qaiməni sənədlərə əlavə edəcəyini qeyd etmişdir. Iş materialında olan və internet saytından əldə edilən fotoşəkillərdən və müəssisənin sosial şəbəkələrdəki rəsmi hesablarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC estetik tibb mərkəzi olaraq fəaliyyət göstərir və “kosmetologiya, trixologiya, dermatologiya, sağlam dəri və saç üçün peşəkar həllər” kimi xidmətlər həyata keçirdiyini qeyd etmişdir. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsinə əsasən biləbilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, bu əməllər az miqdarda törədildikdə - inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Birinci instansiya məhkəməsində müəyyən olunmuşdur ki, fəaliyyətin hüquqi xarakteri onun sahibkar tərəfindən necə adlandırılması ilə deyil, faktiki məzmunu və həyata keçirilən xidmətlərin mahiyyəti ilə müəyyən edilir. Dermatologiya və kosmetologiya xidmətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2017-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş lisenziyalaşdırılan xidmətlərin siyahısında birbaşa göstərilmiş fəaliyyət növləridir və onların həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada lisenziyanın alınması məcburidir. Bu səbəbdən nümayəndənin istifadə olunan avadanlıqların masaj aparatı olması və ya prosedurların inyeksiyasız üsullarla aparılması barədə arqumentləri hüquqi əhəmiyyət kəsb etmir. Çünki məsələ konkret avadanlığın texniki xüsusiyyətlərində deyil, müəssisədə faktiki olaraq dermatoloji və kosmetoloji xidmətlərin göstərilməsindədir. Məhkəmə həmçinin nümayəndənin aşkar olunmuş dərman vasitələrinin aptekdən əldə olunması səbəbindən onların dövlət qeydiyyatında olmasına inanılması barədə dəlilini də əsassız hesab edir. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən dərman vasitələrinin Azərbaycan Respublikasında istifadəsinə yalnız dövlət qeydiyyatına alındıqdan sonra yol verilir. Qanunvericilik dərman vasitəsinin dövriyyədə olmasını deyil, onun dövlət qeydiyyatında olmasını hüquqi meyar kimi müəyyən etmişdir. Buna görə də hər hansı dərman vasitəsinin üçüncü şəxsdən və ya aptekdən əldə edilməsi onun dövlət qeydiyyatından keçdiyini prezumpsiya etməyə əsas vermir. Iş materiallarından müəyyən edilir ki, yoxlama zamanı müəssisədə aşkar edilmiş “XylaP Lidocaine/Prilocaine” adlı dərman vasitəsinin dövlət qeydiyyatından keçməsinə dair hər hansı sənəd mövcud olmamış, hüquqi şəxsin nümayəndəsi tərəfindən də məhkəməyə belə bir sənəd təqdim edilməmişdir. Əksinə, hüquqi şəxsin rəhbəri Nigar Zeynallı öz izahatında həmin preparatın qeydiyyatının və istifadəsinə icazənin olubolmaması barədə məlumatsız olduğunu göstərmişdir. Həmçinin CD daşıyıcısında olan görüntülərdən preparatın üzərində müvafiq identifikasiya əlamətlərinin mövcud olmaması və məhsulun rəsmiləşdirilmiş satış sənədləri ilə müşayiət edilməməsi müəyyən olunur. Bu hallar birlikdə qiymətləndirildikdə həmin preparatın qanuni dövriyyədə olan dövlət qeydiyyatlı dərman vasitəsi hesab edilməsinə əsas vermir. Məhkəmə hesab edir ki, hüquqi şəxsin nümayəndəsinin etirazı əsas etibarilə ehtimallara və subyektiv mülahizələrə söykənir, lakin həmin mülahizələri təsdiq edən mötəbər və yol verilən sübutlar təqdim edilməmişdir. Halbuki inzibati məsuliyyətdən azad edilmə barədə iddia irəli sürən tərəf öz etirazının əsasında duran halları təsdiq edən sübutları təqdim etməlidir. Iş üzrə toplanmış sübutların məcmusu ilə müəyyən olunur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən müvafiq lisenziya olmadan dermatoloji və kosmetoloji istiqamətlər üzrə tibbi fəaliyyət həyata keçirilmiş, eyni zamanda dövlət qeydiyyatından keçməmiş dərman vasitələri saxlanılmışdır. Bu hallar inzibati xəta haqqında protokol, plandankənar yoxlama aktı, fotoşəkillər, videoyazılar, müəssisənin internet resurslarında yerləşdirilmiş məlumatlar, hüquqi şəxsin rəhbərinin izahatı və digər yazılı sübutlarla öz təsdiqini tapır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2017-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş ** nömrəli əlavədən görünür ki, özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin özəl tibb fəaliyyəti üzrə göstərilən xidmətlərə uyğun görülən işlər adlı 2-ci siyahısına əsasən kosmetoloji xidmətlərin həyata keçirilməsi xüsusi lisenziyalaşdırılması vacibdir. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən dərman vasitələrinin Azərbaycan Respublikasına idxalına, Azərbaycan Respublikası ərazisində istehsalına, satışına və istifadəsinə yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan sonra yol verilir. “Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması” Qaydalarında dərman vasitələrinin dövlət qeydiyyatı üçün müraciət edilməsi qaydası, dövlət qeydiyyatı üçün təqdim edilmiş sənədlərin ilkin ekspertizası, dövlət qeydiyyatı üçün təqdim edilmiş sənədlərin ixtisaslaşdırılmış ekspertizası, dövlət qeydiyyatı üçün təqdim edilmiş sənədlərin əlavə ixtisaslaşdırılmış ekspertizası və əlavə ixtisaslaşdırılmış ekspertizanın nəticələri üzrə qərarın qəbul edilməsi qaydaları müəyyən edilmişdir. Həmin Qaydaların 12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış dərman vasitələri Səhiyyə Nazirliyi tərəfındən "Azərbaycan Respublikasının dərman vasitələrinin reyestri"nə daxil edilir. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 49- 1-ci maddəsinə əsasən praktik tibb və ya əczaçılıq fəaliyyəti ali və ya orta tibb təhsili olan şəxslər (işçilər) tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi sahəsində və ya qanunvericiliyə uyğun olaraq dərman vasitələrinin hazırlanması, istehsalı və satışı sahəsində fəaliyyətdir. Əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər), bu maddənin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, müəssisədə dermatoloji və kosmetoloji prosedurların aparılması üçün xüsusi otaqlar, həkim kabinetləri və sterilizasiya sahələri təşkil edilmişdir. Bundan əlavə, müəssisədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs rekvizitləri ilə rəsmiləşdirilmiş resept blanklarının aşkar edilməsi, rəhbər şəxs tərəfindən aparılan prosedurlarda krem, gel və aparat mezoterapiyasından istifadə olunmasının etiraf edilməsi, habelə müəssisənin internet səhifələrində və sosial şəbəkə hesablarında özünü “estetik tibb mərkəzi” kimi təqdim etməsi, dermatologiya, kosmetologiya və trixologiya xidmətləri göstərdiyini açıq şəkildə bəyan etməsi həmin fəaliyyətin mahiyyət etibarilə tibbi fəaliyyət olduğunu təsdiq edir. Fəaliyyətin hüquqi xarakteri onun sahibkar tərəfindən necə adlandırılması ilə deyil, faktiki məzmunu və həyata keçirilən xidmətlərin mahiyyəti ilə müəyyən edilir. Dermatologiya və kosmetologiya xidmətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2017-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş lisenziyalaşdırılan xidmətlərin siyahısında birbaşa göstərilmiş fəaliyyət növləridir və onların həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada lisenziyanın alınması məcburidir. Bu səbəbdən nümayəndənin istifadə olunan avadanlıqların masaj aparatı olması və ya prosedurların inyeksiyasız üsullarla aparılması barədə arqumentləri hüquqi əhəmiyyət kəsb etmir. Çünki məsələ konkret avadanlığın texniki xüsusiyyətlərində deyil, müəssisədə faktiki olaraq dermatoloji və kosmetoloji xidmətlərin göstərilməsindədir. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən dərman vasitələrinin Azərbaycan Respublikasında istifadəsinə yalnız dövlət qeydiyyatına alındıqdan sonra yol verilir. Qanunvericilik dərman vasitəsinin dövriyyədə olmasını deyil, onun dövlət qeydiyyatında olmasını hüquqi meyar kimi müəyyən etmişdir. Buna görə də hər hansı dərman vasitəsinin üçüncü şəxsdən və ya aptekdən əldə edilməsi onun dövlət qeydiyyatından keçdiyini prezumpsiya etməyə əsas vermir. Həmçinin yoxlama zamanı müəssisədə aşkar edilmiş “XylaP Lidocaine/Prilocaine” adlı dərman vasitəsinin dövlət qeydiyyatından keçməsinə dair hər hansı sənəd mövcud olmamış, hüquqi şəxsin nümayəndəsi tərəfindən də məhkəməyə belə bir sənəd təqdim edilməmişdir. Əksinə, hüquqi şəxsin rəhbəri Nigar Zeynallı öz izahatında həmin preparatın qeydiyyatının və istifadəsinə icazənin olub-olmaması barədə məlumatsız olduğunu göstərmişdir. Həmçinin CD daşıyıcısında olan görüntülərdən preparatın üzərində müvafiq identifikasiya əlamətlərinin mövcud olmaması və məhsulun rəsmiləşdirilmiş satış sənədləri ilə müşayiət edilməməsi müəyyən olunur. Bu hallar birlikdə qiymətləndirildikdə həmin preparatın qanuni dövriyyədə olan dövlət qeydiyyatlı dərman vasitəsi hesab edilməsinə əsas vermir. Hüquqi şəxsin nümayəndəsinin etirazı əsas etibarilə ehtimallara və subyektiv mülahizələrə söykənir, lakin həmin mülahizələri təsdiq edən mötəbər və yol verilən sübutlar təqdim edilməmişdir. Halbuki inzibati məsuliyyətdən azad edilmə barədə iddia irəli sürən tərəf öz etirazının əsasında duran halları təsdiq edən sübutları təqdim etməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 210.1 və 221.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti IXM-nin 34.3-cü maddəsinin tələbinə əsasən və həmin maddənin şərhinə dair Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına uyğun olaraq, daha ciddi xəta hesab olunan IXM-nin 210.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə münasibətdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bir daha qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 210.1 və 221.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; Həmin Məcəllənin 84-cü maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Həmin Məcəllənin 31.3-cü maddəsinə görə, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi düzgün olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətini Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 210.1 və 221.1-ci maddələri ilə təqsirli bilmiş və cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi barədə nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 210.1 və 221.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən barəsində daha ciddi xətaya görə, Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir, qərardan şikayət və ya protest verilə bilməz. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(3-6)-1775/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1775/2026
01.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver