Məhkəmə qərarları › İş №3(3-6)-1776/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1776/2026

19.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1776/2026 19.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Mənzil-Tikinti Kooperatovinin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 müdafiəçisi Vəkil iştirakları ilə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MTK-nın direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclasında baxaraq müəyyən e t d i m: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MTK-nın direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 barəsində ## ##### 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı ilə s barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MTK-nın direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1200 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Həmin qərardan narazı qalan barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Mənzil-Tikinti Kooperatovinin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 müdafiəçisi apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayətinin onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MTK-nın sədri barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinmiş və barəsində 1200 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-l***/**** nömrəli qərarının qanunsuz və əsassız olması sübuta yetirilir və bu səbəblərdən həmin qərar ləğv edilməli, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MTK-nın sədri barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 barəsində inzibati xəta haqqında icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, tərəflərindən məhkəməyə ünvanlanmış məktubdan göründüyü kimi binada quraşdırılmış kart sistemində nasazlıq olduğu, eyni zamanda tələbkarlara verilmiş kartların özündə də problem olması səbəbindən müəyyən müddət məhkəmə qərarını icra etmək mümkün olmasa da, iş üzrə protokol tərtib edildikdən sonra məhkəmə qərarı icra olunmuş, liftlərə qoyulan məhdudiyyətlər aradan qaldırılmışdır. Yəni, məhkəmə qərarı qəbul edilmədən məlikəmə qərarı icra olunmuşdu. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 528.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məlikəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Göründüyü kimi, məhkəmə qərarı icra edilmiş olmasına baxmayaraq məhkəmə müvafiq normanın qeyd hissəsini ümumiyyətlə nəzərə almamış, əsassız və qanunsuz qərar qəbul etmişdir. Bundan əlavə, məhkəmənin nəzərinə çatdırıram ki. müdafiəçisi olduğum şəxs Azərbaycan Respublikasında yaşamır və MTKnın fəaliyyəti başqa şəxs tərəfindən həyata keçirilir. Məhkəmə işə baxarkən iş üçün əhəmiyyətli olan halları tam, obyektiv, hərtərəfli araşdırmamış və işin nəticəsi baxımından son dərəcə mühüm əhəmiyyət kəsb edən hallara səthi yanaşmış və maddi hüquq normalarını işin faktiki hallarına düzgün tətbiq etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Mənzil- Tikinti Kooperatovinin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 müdafiəçisi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək liftlərə qoyulan məhdudiyyətlərin aradan qaldırıldığını, məhkəmənin qərarının çoxdan icra edildiyini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barəsdinə qanunvericiliyə uyğun məlumatlandırılmış icra şöbəsinin nümayəndəsi iştirak etmədiyin məhkəmə iclasının onun iştirakı olmadan davam etdirilməsi mümkün hesab edilmişdir. İşin halları və hüquqi məslələr: Təqdim olunmuş materialı nəzərdən keçirib, şikayətin dəlillərini araşdırıb, tərəfin çıxışını dinləyərək hesab edirəm ki, aşağıdakı əsaslara görə verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin **(*-**)-***/**** nömrəli, ## #### 2026cı il tarixli icra sənədindən görünür ki, ərizəçi Mahmud-zadə Nəzrin Ramiz qızına məxsus ünvan 2 ünvanında yerləşən mənzilə və ərizəçi Mahmud-zadə Aytac Ramiz qızına məxsus ünvan 1 ünvanında yerləşən mənzilə ərizəçilərin, onların ailə üzvlərinin və təyin etdikləri ustaların daxil olmasına (bloka giriş və liftdən istifadə kartlarının bloklanması) və bu mənzillərə kommunal xidmətlərin göstərilməsi - qaz, su və işıq təminatının verilməsinə maneələr yaradılması cavabdeh "xxxx” MTK-yə və digər şəxslərə qadağan edilməlidir. “İcraata başlamaq haqqında” ## #### 2026-cı il tarixli qərardan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin **(*-**)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmışdır. -Nərimanov rayon İcra Şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş ## ##### 2026cı il tarixli aktdan görünür ki, ünvan 4 ünvanlarında yerləşən mənzilə dair barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MTK tərəfindən edilən qadağaların aradan qaldırılmadığı və liftin istifadəsinə şərait yaradılmadığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MTK-nın direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, tədqiq edilmiş inzibati xəta haqqında iş üzrə materiallar, o cümlədən ## ##### 2026-cı il tarixli akt, icra məmurunun qərarı və digər sübutlarla müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Mənzil-Tikinti Kooperativinin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 icra sənədi üzrə tələbkarlar Mahmud-zadə Nəzrin Ramiz qızına məxsus ünvan 2 ünvanında yerləşən mənzilə, habelə Mahmud-zadə Aytac Ramiz qızına məxsus ünvan 3 ünvanında yerləşən mənzilə onların özlərinin, ailə üzvlərinin və təmir işləri aparılması üçün cəlb etdikləri ustaların daxil olmasına yaradılmış maneələrin aradan qaldırılması ilə bağlı icra sənədinin tələblərini icra etməmişdir. Həmçinin, sözügedən mənzillərə giriş üçün nəzərdə tutulmuş blok və lift kartlarının bloklanması davam etdirilmiş, həmçinin həmin mənzillərin kommunal xidmətlərlə - qaz, su və elektrik enerjisi ilə təmin edilməsinə maneələr yaradılmışdır. Bununla da borclu tərəfindən məhkəmə qərarının faktiki icrasına qəsdən maneçilik törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Məhkəmə iş materiallarını tədqiqi edərək qeyd edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 icra sənədinin tələblərindən məlumatlı olsa da qərarın icrasından yayınmışdır. Apellyaisya şikayətinin dəlillərinə münasibətdə isə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 məhkəmə qərarının icrasını obyektiv səbəblərdən təmin edə bilməməsi ilə bağlı hər hansı mötəbər sübut əlavə edilməmişdir. Əksinə, iş üzrə sübutların məcmusu borclunun icra sənədinin icrasından qəsdən yayındığını təsdiq edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Hesab edirəm ki, birinci instansiya məhkəməsi tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Mənzil-Tikinti Kooperatovinin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1200 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi barəsində qəbul edilmiş qərar əsaslıdır, qərarın ləğv edilməsinə və dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi göstərilənləri və işin hallarını hərtərəfli nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı hesab edilməklə qüvvəsində saxlanılmalı, şikayətin dəliləri əsassız olduğu üçün təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutaraq qərara alıram: barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MTK-nın direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MTK-nın direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət şikayət verilə bilməz. Hakim Qədim Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar