Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1777/2026 25.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Əsədullayev Rasim Nüsrət oğlunun katibliyi ilə, barəsində izibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Qərardan şikayət verən orqan (şəxs), Qərarından şikayət verilən orqan yanında X5 Xidmətinin nümayəndəsi – X3 iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində olan Qərarından şikayət verilən orqan yanında X5 Xidmətinin Bakı şəhər Idarəsinin MN ******* nömrəli, ## ###### 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməsi və yenidən baxılması üçün Qərarından şikayət verilən orqan yanında X5 Xidmətinin Bakı şəhər Idarəsinə göndərilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarından Qərarından şikayət verilən orqan yanında X5 Xidməti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqdim olunmuş inzibati xəta haqqında iş üzrə icraat materiallarından və Qərarından şikayət verilən orqan yanında X5 Xidmətin Bakı şəhər idarəsi tərəfindən qəbul olunmuş ## ###### 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 2025-ci ildə 4 gün müddətində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq əmək müqaviləsi hüquq qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Buna görə də Qərardan şikayət verən orqan (şəxs) 3.000 manat miqdarında cərimə edilmişdir. Iş materiallarında olan Qərarından şikayət verilən orqan yanında X5 Xidmətinin *-**-*/*- M-*****/**** saylı ## ###### 2025-ci il tarixli qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməmiş, vəzifəli şəxs Qərardan şikayət verən orqan (şəxs) barəsində Qərarından şikayət verilən orqan yanında X5 Xidmətinin MN ******* nömrəli, ## ###### 2025-ci il tarixli nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər Idarəsinin ## ###### 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim N.C.Rzayeva) ## #### 2026-cı il tarixli qərarından görünür ki, şikayət qismən təmin edilmiş və Qərarından şikayət verilən orqan yanında X5 Xidmətinin Bakı şəhər Idarəsinin MN ******* nömrəli, ## ###### 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək yenidən baxılması üçün Qərarından şikayət verilən orqan yanında X5 Xidmətinin Bakı şəhər Idarəsinə göndərilmişdir. X2 Müfəttişliyi Xidməti apellyasiya şikayəti verərək, iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv olunmasını və Xidmət tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində tərtib edilmiş ## ###### 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən sübutlara obyektiv hüquqi qiymət verilməmiş, yalnız barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) özünün məsuliyyətdən yayınması məqsədi ilə sonradan düşünülərək irəli sürdüyü mülahizələrə əsaslanmışdır. X4 2025-ci ildə 4 gün müddətində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq əmək müqaviləsi hüquq qüvvəyə minmədən Qərardan şikayət verən orqan (şəxs) tərəfindən “Qazi” market iaşə obyektində “kassir” kimi işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Göründüyü kimi, X1 və Qərardan şikayət verən orqan (şəxs) arasında razılaşdırılmış münasibətlər əmək münasibətlərinin xarakterik xüsusiyyətləri ilə müşayət olunmuş həmçinin tərəflər arasındakı münasibətlər işçi və işəgötürən arasında olan müəyyən tabeçilik xüsusiyyətlərini öz üzərində daşımışdır. Bu iş üzrə X1 fiziki şəxs olaraq şərtləşdirilmiş funksiyaları işəgötürən Qərardan şikayət verən orqan (şəxs) tərəfindən müəyyən edilmiş müvafiq iş yerində, yəni vəzifəli şəxsin iaşə obyektində şəxsən yerinə yetirir, eyni zamanda, həmin iş yerində müəyyən nəzarət qaydalarına tabedir. Qərardan şikayət verən orqan (şəxs) tərəfindən müvafiq işi görən şəxsə görmüş olduğu işlərə nəzərət etməsi halı mövcuddur. Beləliklə, Qərardan şikayət verən orqan (şəxs) təqsiri tam sübuta yetirilir. Bu sübutlar kifayət qədər mötəbər olmaqla inzibati xəta haqqıda iş üzrə qərar qəbul etmək üçün əsas olduğundan, Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilən ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Məhkəmə iclasında X5 Xidmətinin nümayəndəsi X3 şikayəti müdafiə edərək, təmin olunmasını xahiş emişdir. Məhkəmə iclasında barəsində izibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Işin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlilləri əsasında inzibati xəta haqqında iş üzrə icraat materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə şikayət təmin edilməməli və iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını təqdim edilmiş iş materialları əsasında yoxlayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar işin faktiki hallarına uyğundur. Belə ki, birinci instansiya məhkəməsi inzibati iş üzrə mübahisələndirilən məsələ haqqında qərar qəbul edərkən, bu məsələnin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırıb ətraflı təhlil etmiş, gəldiyi nəticəni qanunun tələblərinə istinad edərək əsaslandırmışdır. Məhkəmədə bu məsələ ilə bağlı tərəflərin izahatı dinlənilmiş, sənədlər tədqiq olunmuş, təhlillər aparılmış və məhkəmə araşdırması üzrə nəticə etibarı ilə qanuni və əsaslı yekun məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi inzibati iş üzrə toplanmış icraat materiallarında olan mümkün sübutları nəzərə alaraq, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, şikayətin dəlilləri həmin nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Qeyd olunan xüsusatlara əsasən birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticə maddi və prossesual hüquq normalarının tələbləri baxımından tam əsaslıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Inzibati xəta haqqında iş üzrə icraat materialları və birinci instansiya məhkəməsinin qərarı ilə müqayisədə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Qərardan şikayət verən orqan (şəxs) bu Məcəllədə nəzərdə tutulmuş qaydada tənbeh olunmasına əsaslar müəyyən edilməmişdir. Şikayətin dəlillərinə münasibətdə, inzibati iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə heç bir qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Odur ki, qanunvericiliyin müddəalarını və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarını müqayisəli təhlil edən birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, şikayət təmin edilməməli və Qərardan şikayət verən orqan (şəxs) barəsində olan Qərarından şikayət verilən orqan yanında X5 Xidmətinin Bakı şəhər Idarəsinin MN ******* nömrəli, ## ###### 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməsi və yenidən baxılması üçün Qərarından şikayət verilən orqan yanında X5 Xidmətinin Bakı şəhər Idarəsinə göndərilməsi haqqında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128, 133, 134, 135 və 136-cı maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Şikayət təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) barəsində olan Qərarından şikayət verilən orqan yanında X5 Xidmətinin Bakı şəhər Idarəsinin MN ******* nömrəli, ## ###### 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməsi və yenidən baxılması üçün Qərarından şikayət verilən orqan yanında X5 Xidmətinin Bakı şəhər Idarəsinə göndərilməsi haqqında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1777/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1777/2026
25.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver