Məhkəmə qərarları › İş №3(3-6)-1779/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1779/2026

19.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1779/2026 19.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Ibrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eminov Azər Elçin oğlunun katibliyi və şikayətçi Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından şikayətçi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DIN-nin Baş Dövlət Yol Polis Idarəsinin ##.##.2026-cı il tarixli, EQ 35601798 inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsində göstərmişdir ki, idarə etdiyi “Changan Uni-Z Plug-in” markalı 77- RF858 dövlət qeydiyyat nişanlı avtomobil ilə guya Abşeron rayonu, Xırdalan şəhərində qadağan olunmuş yolda saxlamışdır. Həmin gün orada olduğunu ümumiyyətlə xatırlamır. Ona qərarla bağlı SMS gəldikdə dərhal Abşeron RPI-nə müraciət etmişdir. Həmin vaxt DYP əməkdaşı ona sözügedən ərazidə qadağa nişanın olmadığını, maşınının nömrəsinin düşmədiyini və dayanmış avtomobilin kimə məxsus olmasının mübahisəli olduğunu bildirmişdir. Buna görə də barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz və əsassız olmağının nəzərə alınaraq, ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) şikayəti qismən təmin edilmiş, ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və müvafiq araşdırma aparılması üçün iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana qaytarılmışdır. Həmin qərardan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, Azərbaycan Respublikası DIN-nin Baş Dövlət Yol Polis Idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumt verməmişlər. Məhkəmə işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb, məhkəmə hesab edir ki, şikayət təmin olunmamalı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası DIN-in Baş Dövlət Yol Polis Idarəsinin ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə, saat 13:20-də Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 60 manat miqdarında cərimə edilmişdir. Hadisə görüntülərini əks etdirən fotoşəkillərdən görünür ki, “Changan Uni-Z Plug-in” markalı dövlət qeydiyyat nişanlı avtomobilin səkidə dayanmış vəziyyətdə ümumilikdə dövlət qeydiyyat nişanını görmək mümkün deyildir. Məhkəmə hazrda da iş materiallarını təhlil edərək və apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Azərbaycan Respublikası IXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası IXM-nin 135.1.6-ci maddəsinin tələblərinə əsasən məhkəmə qəbul olunmuş qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün hakimə və ya səlahiyyətli orqana o halda qaytarır ki, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozuntuları mövcud olsun. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, şikayətçinin irəli sürdüyü arqumentlərin tam və obyektiv yoxlanılması, əlavə sübutların toplanılması, nəqliyyat vasitəsinin aidiyyətinin müəyyən edilməsi, foto və digər texniki materialların qiymətləndirilməsi, habelə inzibati xəta hadisəsinin bütün halları üzrə zəruri araşdırmanın aparılması məqsədilə inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə yenidən inzibati araşdırmanın aparılması zəruri hesab edilir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən apellyasiya şikayətində istinad edilmiş dəlillər şikayətin təmin olunması üçün əsas deyil. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilən qərar ləğv edilməməli, verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar