Məhkəmə qərarları › İş №3(3-6)-1780/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1780/2026

11.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1780/2026 11.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X8 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əliyev İslam Allahverdi oğlunun (bundan sonra - Əliyev İslam Allahverdi oğlu) iştirakları ilə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Əliyev İslam Allahverdi oğlunun verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Protokolu tərtib edən orqan (bundan sonra - səlahiyyətli orqan) Əliyev İslam Allahverdi oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM-in) 528.1-ci maddəsi ilə tərtib etdiyi ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərmişdir. Həmin protokol əsasən Əliyev İslam Allahverdi oğlu 8 icra sənədi üzrə cəmi 426.856,79 manat məbləğində borcunu tələbkarlara ödəməmiş, icra sənədlərində göstərilən tələbləri təmin etməmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim X3) Əliyev İslam Allahverdi oğlu Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş, barəsində əvvəli inzibati qaydada tutulduğu ## #### 2026-cı il tarix, saat 18:00-dan hesablanmaqla 15 (on beş) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. Əliyev İslam Allahverdi oğlu həmin qərardan şikayət verib, onun ləğv edilməsi və protokolun təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən, onun hissə-hissə ödənişlər etdiyini nəzərə almamışdır. İcra sənədinin icrasından yayınmır, gələcəkdə ödənişləri tam icra etmək istəyir. Hal-hazırda işlərində durğunluq olduğundan ödəmək imkanından məhrum olmuşdur. İnzibati həbsdə qalmağı işlərinə təsir etdiyindən barəsində başqa növ tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Apellyasiya məhkəmə iclasında Əliyev İslam Allahverdi oğlu şikayətin məzmununa uyğun izahat verib, onun təmin edilməsini, borclu olduğu məbləği hissə-hissə ödəməyini xahiş etmiş, səhhətində (ayağında) problemlər olduğundan barəsində həbslə bağlı olmayan başqa növ tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Zərərçəkmiş şəxs və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə iş materiallarında olan müvafiq sənədlər əsasında müəyyən etmişdir ki,: - * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin *(**)-***/**** nömrəli, ##.##.2015-ci il tarixli icra vərəqəsindən görünür ki, QSZ-S-***/**** saylı ## ##### 2014-cü il tarixli alqı-satqı müqaviləsi üzrə cavabdeh Əliyev İslam Allahverdi oğlundan ödənilməmiş qalıq borc qismində 113 425 (yüz on üç dörd yüz iyirmi beş) manat məbləğində pul, 1334 (min üç yüz otuz dörd) manat məbəğində dəbbə pulu və 20 (iyirmi) manat məbləğində ödənilməmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı “X1" MMC-nin xeyrinə ödənilməlidir. ##.##.2015-ci il tarixli icraata başlamaq haqqında qərardan və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin *(**)-***/**** nömrəli, ##.##.2015-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanılmış və borcluya tələbin könüllü icrası barədə bildiriş təqdim edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2015-ci il tarixli qərardadından görünür ki, * saylı Binəqədi Rayon Məhkəməsinin *(**)-***/**** nömrəli, ##.##.2015-ci il tarixli icra sənədi üzrə Bakı şəhəri, Biləcəri qəsəbəsi, ünvan 2 3 ünvanında qeydiyyatda olan Əliyev İslam Allahverdi oğlunun ölkədən getmək hüququ icra sənədi tam icra olunanadək müvəqqəti məhdudlaşdırılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2015-ci il tarixli qərardadından görünür ki, * saylı Binəqədi Rayon Məhkəməsinin *(**)-***/**** nömrəli, ##.##.2015-ci il tarixli icra vərəqəsinin icrasının təmin edilməsi üçün Bakı şəhəri, Biləcəri qəsəbəsi, ünvan 2 3 ünvanında qeydiyyatda olan Əliyev İslam Allahverdi oğlu icra yerinə, yəni Protokolu tərtib edən orqannə məcburi qaydada gətirilməsi qərara alınmışdır. ##.##.2019-cu il tarixli xəbərdarlıqdan görünür ki, Əliyev İslam Allahverdi oğluna icra səndəində göstərilən borcu və inzibati cəriməni 5 gün müddətində ödəmədiyi halda barəsində Azərbaycan Respulikasının CM-nin 306-cı maddəsi ilə istintaq orqanına təqdimat veriləcəyi barədə xəbərdarlıq edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2018-ci il tarixli icra vərəqəsindən görünür ki, borclular X6 və Əliyev İslam Allahverdi oğlundan müştərək qaydada müqavilə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində dəymiş 170.000 (yüz yetmiş min) manat maddi ziyan tutularaq tələbkar X2 ödənilməlidir. ##.##.2019-cu il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildirişdən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2018-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanılmış və borcluya tələbin könüllü icrası barədə bildiriş təqdim edilmişdir. ##.##.2019-cu il tarixli xəbərdarlıqdan görünür ki, Əliyev İslam Allahverdi oğluna Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə gəlib icra sənədi üzrə tələbi təmin etməsi, əks halda “İcra haqqında” Azərbaycan Respublikasının qanununun 84.2-ci maddəsinə əsasən məcburi gətiriləcəyi və 84.1-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılacağı barədə təqdimatla məhkəməyə müraciət olunacağı haqqında xəbərdarlıq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsindən görünür ki, cavabdeh X6 nümayəndəsi və vəkili X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2018-ci il tarixli qətnaməsi “müştərək qaydada cavabdeh X7 170000 manat maddi ziyanın tutularaq iddiaçıya ödənilməsi hissəsində” ləğv edilmişdir. ##.##.2025-ci il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, borclu Əliyev İslam Allahverdi oğlu barəsində axtarış elan edilmişdir. ##.##.2026-cı il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, borclu Əliyev İslam Allahverdi oğlu barəsində axtarış elan edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, Əliyev İslam Allahverdi oğlu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinmiş və 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli inzibati xəta haqqında qərardan görünür ki, Əliyev İslam Allahverdi oğlu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinmiş və 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. ##.##.2019-cu il tarixli icraata başlamaq haqqında qərardan və tələbin könüllü icrası barədə bildirişdən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)- ****/**** nömrəli, ##.##.2019-cu il tarixli icra vərəqəsi üzrə icraata başlanılmış və borcluya tələbin könüllü icrası barədə bildiriş təqdim edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2017-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Əliyev İslam Allahverdi oğlundan 126.230 (yüz iyirmi altı min iki yüz otuz) manat məbləğində pul və ödənilmiş 24 (iyirmi dörd) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı X13 ödənilməlidir. Dövlət rüsumunun 6 manatı iddiaçıya aid edilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2016-cı il tarixli qətnaməsindən görünür ki, cavabdeh Əliyev İslam Allahverdi oğlundan 126.230 (yüz iyirmi altı min iki yüz otuz) manat məbləğində pul və ödənilməmiş 24 (iyirmi dörd) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı X13 ödənilməlidir. Dövlət rüsumunun 6 manatı iddiaçıya aid edilməlidir. ##.##.2017-ci il tarixli icraata başlamaq haqqında qərardan və tələbin könüllü icrası barədə bildirişdən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2016-cı il tarixli icra sənədi üzrə icraata başlanılmış və borcluya tələbin könüllü icrası barədə bildiriş təqdim edilmişdir. ##.##.2017-ci il tarixli xəbərdarlıqdan görünür ki, Əliyev İslam Allahverdi oğlundan *(***)- ****/**** saylı, ##.##.2016-cı il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə Binəqədi Rayon İcra şöbəsinə gəlməsi tələb olunmuş, əks halda qanunvericilikdə nəzərdə tutulmuş məcburi icra tədbirləri, həmçinin inzibati və cinayət məsuliyyətinə cəlb olunacağı istiqamətində tədbirlər görüləcəyi xəbərdarlıq edilmişdir. ##.##.2017-ci il tarixli aktdan görünür ki, borclu Əliyev İslam Allahverdi oğluna məxsus mobil nömrələrlə dəfələrlə əlaqə saxlanılsa da, borclu telefon zənglərinə cavab verməmişdir. ##.##.2017-ci il tarixli borclunun axtarılması haqqında qərardan görünür ki, Əliyev İslam Allahverdi oğlu barəsində axtarış elan edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2017- ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)- ****/**** saylı, ##.##.2016-cı il tarixli icra sənədinə əsasən borclu Əliyev İslam Allahverdi oğlunun ölkədən getmək hüququ icra sənədi tam icra olunanadək müvəqqəti məhdudlaşdırılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2017-ci il tarixli qərardadından görünür ki, borclu Əliyev İslam Allahverdi oğluna məxsus “Man yük” markalı, **- SK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2017-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- ****/**** saylı, ##.##.2016-cı il tarixli icra sənədinin icrasının təmin edilməsi üçün Bakı şəhəri, Biləcəri qəsəbəsi, ünvan 2 3 ünvanında qeydiyyatda olan Əliyev İslam Allahverdi oğlu icra yerinə, yəni Protokolu tərtib edən orqannə məcburi qaydada gətirilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2018-ci il tarixli qərarından görünür ki, Əliyev İslam Allahverdi oğlu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 (min) manat məbləğində inzibati cərimə edilmişdir. ##.##.2018-ci il tarixli xəbərdarlıqdan görünür ki, Əliyev İslm Allahverdi oğluna Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2016-cı il tarixli icra vərəqəsi üzrə tələbi yerinə yetirməyi, əks halda məkəmə qərarının icrasından qərəzli yayındığına görə Azərbaycan Respublikası CM-nin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Əliyev İslam Allahverdi oğlu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 20 (iyirmi) gün müddətinə inzibati həbs edilmişdir. ##.##.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, Əliyev İslam Allahverdi oğluna məkəmə qərarının icrasından qərəzli yayındığına görə Azərbaycan Respublikası CM-nin 306cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh “xxxx” MMC-dən ƏDV daxil 4838 (dörd min səkkiz yüz otuz səkkiz) manat borc, 200 (iki yüz) manat dəbbə pulu, 50 (əlli) manat mediasiya xərci olmaqla, cəmi 5088 (beş min səksən səkkiz) manat məbləğində pul iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulmalıdır. ##.##.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan və tələbin könüllü icrası barədə bildirişdən görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- ****/****-*** saylı, ##.##.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış və borcluya tələbin könüllü icrası barədə bildiriş təqdim edilmişdir. ##.##.2023-cü il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, “xxxx” MMC-nin rəhbər şəxsi Əliyev İslam Allahverdi oğlu barəsində axtarış elan edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Əliyev İslam Allahverdi oğlundan 6943,84 manat əsas borc, 374,41 manat faiz borcu və 46,75 manat cərimə borcu olmaqla, cəmi 7365 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 92,58 manat hissəsi tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilməlidir. ##.##.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan və tələbin könüllü icrası barədə bildirişdən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- ***/**** saylı, ##.##.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış və borcluya tələbin könüllü icrası barədə bildiriş təqdim edilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** nömrəli, ##.##.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Əliyev İslam Allahverdi oğlundan 2969 manat məbləğində əsas borc, 420,9 manat faiz borcu, ümumilikdə 3389,9 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilməlidir. ##.##.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan və tələbin könüllü icrası barədə bildirişdən görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** nömrəli, ##.##.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış və borcluya tələbin könüllü icrası barədə bildiriş təqdim edilmişdir. Azərbaycan Respublikası Bakı şəhər Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin ##.##.2023-cü il **/**-** nömrəli qərarından görünür ki, Əliyev İslam Allahverdi oğlu ünvan 1 ünvanında yerləşən, ona məxsus torpaq sahəsinə və əmlaka görə yaanmış 254,06 manat məbləğində borcun Binəqədi rayonu, M.Ə.Rəsulzadə bələdiyyəsinin büdcəsinə ödənilməlsi məcbur edilmişdir. ##.##.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan və tələbin könüllü icrası barədə bildirişdən görünür ki, Azərbaycan Respublikası Bakı şəhər Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin ##.##.2023-cü il **/**-** nömrəli qərarı üzrə icraata başlanılmış və borcluya tələbin könüllü icrası barədə bildiriş təqdim edilmişdir. ##.##.2023-cü il tarixli borclunun axtarılması haqqında qərardan görünür ki, Əliyev İslam Allahverdi oğlu barəsində axtarış elan olunmuşdur. İcra və Probasiya şöbəsinə müraciət edilməsi barədə ##.##.2026-cı il tarixli, **/** nömrəli qərardan görünür ki, 4463 manat borc tutularaq “İnzibati İcraat haqqında” qanuna əsasən Yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin görülməsi üçün Bakı şəhəri, Binəqədi qəsəbəsi, Zəngəzurun arxası ünvanında Əliyev İslam Allahverdi oğlunun torpaq sahəsinə olan vergisini, tətbiq edilmiş maliyyə sanksiyasını, müvafiq faiz məcburi qaydada tutularaq Binəqədi qəsəbə Bələdiyyəsinin bank hesabına ödənilməlidir. ##.##.2025-ci il tarixli icraata başlamaq haqqında qərardan və tələbin könüllü icrası barədə bildirişdən görünür ki, Binəqədi rayonu, Binqədi qəsəbə bələdiyyəsinin ##.##.2026-cı il **/MP-** nömrəli qərarı üzrə icraata başlanılmış və borcluya tələbin könüllü icrası barədə bildiriş təqdim edilmişdir. ##.##.2026-cı il tarixli xəbərdarlıqdan görünür ki, Əliyev İslam Allahverdi oğluna borcunu ödəmədiyi halda Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. ##.##.2026-cı il tarixli icra sənədlərinin ümumi icratda birləşdirilməsi haqqında qərardan görünür ki, 76834-2015, 32193/2017, 336936/2017, 41390/2022, 52871/2022, 165665/2022, 43534/2023, 23934/2025, 273750/2025, 80117/2026 və ******/**** saylı icra işləri üzrə borclu eyni - Əliyev İslam Allahverdi oğlu olduğundan bütün icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: - 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. - 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İXM-in 37-ci maddəsinin Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” ## ###### 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, məhkəmənin qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının, qərarının və ya əmrinin icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Azərbaycan Respublikası İXM-in: - 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin *(**)-***/**** nömrəli, ##.##.2015-ci il tarixli, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2018-ci il tarixli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)- ****/**** nömrəli, ##.##.2019-cu il tarixli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2017-ci il tarixli, Bakı Kommersiya Məhkəməsinin e*-*(***)-****/**** nömrəli, ##.##.2022-ci il tarixli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2022-ci il tarixli, Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** nömrəli, ##.##.2022-ci il tarixli və Azərbaycan Respublikası Bakı şəhər Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin ##.##.2023-cü il **/**-** nömrəli qərarları ilə Əliyev İslam Allahverdi oğlundan müxtəlif məbləğlərdə pul vəsaitlərinin alınması qərara alınsa da, borclu tərəfindən qərəzli olaraq ödəməməsini müəyyən etməklə, Əliyev İslam Allahverdi oğlunu Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilərkən haqlı olmuşdur. Birinci instansiya məhkəməsi sonuncuya həmin maddənin sansiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbirini aşağı həddə tətbiq etmişdir. Azərbaycan Respublikası İXM-in: - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 31.2-ci maddələrinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə göstərilən qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, inzibati xəta törətmiş şəxsə təyin olunan inzibati tənbehin ədalət prinsipinə cavab verməsi üçün inzibati tənbehin təyin edilməsi zamanı nəzərə alınmalı olan qanunda göstərilən əsasların məcmu halında obyektiv şəkildə qiymətləndirilməsi tələb olunur. Eləcə də, inzibati tənbeh tətbiq edilərkən iş üzrə müəyyən edilmiş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar elə nəzərə alınmalıdır ki, tətbiq edilmiş inzibati tənbeh tədbiri ilə inzibati xətanın xarakteri və təqsirin dərəcəsi arasında uyğunsuzluq yaranmasın, inzibati tənbeh tədbiri xəta törətmiş şəxsin şəxsiyyətinə uyğun olub onun islah edilməsini və inzibati tənbehin digər məqsədlərini təmin edə bilsin. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Əliyev İslam Allahverdi oğlunun şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, onun məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə almaqla, Azərbaycan Respublikası İXM-in 21-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin olunması üçün barəsində 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növünü 15 gün müddətinə tətbiq edərkən haqlı olmuşdur. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, şikayət əsassız olduğuna görə təmin edilməməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarı həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 131, 133, 134.1.1, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əliyev İslam Allahverdi oğlunun verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar