Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-1785/2026 12.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı, məhkəmə iclas katibi X2 iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində olan Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinin ##.##.2026-cı il tarixli, EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, inzibati xəta haqqında işin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılması üçün Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinə geri qaytarılmasına dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətini Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN E T D İ: Təqdim olunmuş inzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki, Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinin ##.##.2026-cı il tarixli, EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 2 bal və 80 manat məbləğində cərimə edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinin ##.##.2026-cı il tarixli, EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərarından Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət vermişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim C.Ə.Tağıyev) ## ##### 2026-cı il tarixli qərarından görünür ki, şikayət qismən təmin edilmiş və Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinin ##.##.2026-cı il tarixli, EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılması üçün Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinə geri qaytarılmışdır. Qərardan Qərardan şikayət verən orqan (şəxs) tərəfindən apellyasiya qaydasında şikayət verilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti üzrə material baxılmadan birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarından prosessual müddət buraxılmaqla şikayət verildiyi müəyyən edilmişdir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki, inzibati xəta haqqında iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı ## ### 2026-cı il tarixdə Qərardan şikayət verən orqan (şəxs) elektron kabinetinə yerləşdirilmiş və apellyasiya şikayəti müddət ötürülməklə ##.##.2026-cı il tarixdə verilmişdir. Qeyd olunanlara əsasən, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən, inzibati xəta haqqında iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarından şikayətin verilməsi üçün qanunla müəyyən olunmuş 10 (on) gün prosessual müddət buraxılmaqla şikayət verilmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzürlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən inzibati iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarından şikayət qanunla müəyyən olunmuş prosessual müddət buraxılmaqla verildiyindən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 130-cu maddəsinin tələbinə əməl edilməsi üçün, inzibati xəta haqqında iş üzrə icraat materialları Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmalı və buraxılmış müddətin bərpası haqqında vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmək hüququnun olması Qərardan şikayət verən orqan (şəxs) izah edilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 130-cu maddəsinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi, QƏRARA A L D İ: Qərardan şikayət verən orqan (şəxs) barəsində olan Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinin ##.##.2026-cı il tarixli, EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, inzibati xəta haqqında işin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılması üçün Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinə geri qaytarılmasına dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən şikayət qanunla müəyyən olunmuş prosessual müddət buraxılmaqla verdiyindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 130-cu maddəsinin tələbinə əməl edilməsi üçün inzibati xəta haqqında iş üzrə icraat materialları Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılsın. Buraxılmış müddətin bərpası haqqında vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmək hüququnun olması Qərardan şikayət verən orqan (şəxs) izah edilsin. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1785/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-1785/2026
12.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver