Məhkəmə qərarları › İş №3(3-6)-1786/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-1786/2026

12.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-1786/2026 12.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Boroyev Əli Əhməd oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-in 529.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarından Protokol tərtib edən orqanlar Hüquq İdarəsinin rəis müavini Tamerlan Məlikli tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli, ##.##.2025-ci il tarixli inzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, «YOL TİKİNTİSERVİS» MMCnin direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən inzibati cərimə növündə ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə etmə haqqında qərarın icrası ilə bağlı tədbirlərin görülməməsi müəyyən edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə (hakim Anar İbadzadə) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Protokol tərtib edən orqanlar Hüquq İdarəsinin rəis müavini Tamerlan Məlikli apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və şəxsin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, belə hesab edir ki, Protokol tərtib edən orqanlar Hüquq İdarəsinin rəis müavini Tamerlan Məlikli tərəfindən verilmiş şikayət baxılmadan, inzibati xəta haqqında iş üzrə icraat materialları ilə birlikdə birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki, birinci instansiya məhkəməsinin qərarı ##.##.2026-cı il tarixdə qəbul edilmiş, həmin qərardan Protokol tərtib edən orqanlar Hüquq İdarəsinin rəis müavini Tamerlan Məlikli tərəfindən apellyasiya şikayəti isə ##.##.2026-cı il tarixdə imzalanmış və apellyasiya qaydasında verilmiş şikayət ##.##.2026-cı il tarixdə birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Göründüyü kimi Protokol tərtib edən orqanlar Hüquq İdarəsinin rəis müavini Tamerlan Məlikli 10 (on) gün prosessual müddət ərzində deyil, yalnız ##.##.2026-cı il tarixində, yəni 4 aya yaxın müddət keçdikdən sonra prosessual müddəti ötürməklə şikayət vermişdir. Qanunun tələbinə görə inzibati xəta haqqında qərardan şikayətin qərarın surətinin rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində verilməsi nəzərdə tutulduğundan qərardan şikayət vermə müddəti ötürülmüşdür. Apellyasiya şikayətinin özündə ##.##.2026-cı il tarixli mübahisələndirilən məhkəmə qərarının ##.##.2026-cı il tarixdə X1 daxil olması göstərilsə də, bunu təsdiq edən hər hansı bir sənəd əlavə edilməmiş və bu cür halın baş verməsi belə apellyasiya şikayəti verilməsi müddətinin ötürülməsinin üzrlü səbəb hesab edilməsi, eləcə də müddətin bərpa edilməsi üçün birinci instansiya məhkəməsinə müraciət edilməsi üçün konkret əsasdır. Hər halda apellyasiya instansiya məhkəməsi üçün görünən mənzərə odur ki, apellyasiya şikayətinin verilməsi müddəti 10 gün təşkil etdiyi halda bu şikayət 4 ay müddətində verilmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə inzibati tənbeh verilməsi haqqında qərarından şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılmasını və buraxılmış müddətin bərpa edilmədən şikayətin Bakı Apellyasiya Məhkəməsinə göndərildiyini nəzərə alaraq, şikayətə baxılmasını mümkün hesab etmir. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Beləliklə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarından Protokol tərtib edən orqanlar Hüquq İdarəsinin rəis müavini Tamerlan Məlikli tərəfindən prosessual müddət ötürülməklə şikayət verildiyindən və müddətin bərpası barədə məhkəməyə müraciət edilmədiyindən, həmin şikayət inzibati xəta haqqında iş üzrə icraat materialları ilə birlikdə geri qaytarılmalı və şikayət vermiş şəxsə şikayət vermə müddətinin bərpası barədə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasalanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarından Protokol tərtib edən orqanlar Hüquq İdarəsinin rəis müavini Tamerlan Məlikli tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası İXM-in 130-cu maddəsinin tələblərinin yerinə yetirilməsi üçün material ilə birlikdə həmin Məhkəməyə qaytarılsın. Şikаyət vеrmiş şəxsə burахılmış prоsеssuаl müddətin bərpаsı ilə əlаqədаr Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə vəsаtət vеrmək hüququ izаh еdilsin. Qərardad qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar