Məhkəmə qərarları › İş №3(3-6)-1787/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1787/2026

12.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1787/2026 12.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Qəniyev Faiq Əsəd oğlunun sədrliyi, məhkəmə iclasının katibi Zeynalova Lalə Allahverdi qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 206 və 510.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin sahə inspektoru X1 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı və 510.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair ## #### 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında ## #### 2026-cı il tarixli MN ******* nömrəli protokolda göstərilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs narkotik vasitə qəbul edərək səs-küy salıb ictimai qaydanı pozmaqla vətəndaşlara narahatlıq yaratdığı üçün barəsində inzibati protokol tərtib edilmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsinin 206 və 510.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı və həmin qərardakı anlaşılmazlığın aradan qaldırılması barədə ## #### 2026-cı il tarixli qərardadına görə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı və 510.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla barəsində 01 (bir) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş, həbsetmənin əvvəlinin ## #### 2026-ci il saat 02:30 tarixdən hesablanması, onun ərazi narkoloji dispanserində qeydiyyata alınması və barəsində məcburi müalicə tətbiq edilməsi qərara alınmışdır. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarının dəyişdirilməsini, barəsində tətbiq edilmiş 01 (bir) ay inzibati həbs cəzasının yüngülləşdirilməsini və iş üzrə yüngülləşdirici halların, o cümlədən səmimi peşmançılığının, əməllərini etiraf etməyinin, polis əməkdaşlarına müqavimət göstərməməyinin və onların əmrlərinə sözsüz tabe olmağının, əvvəllər məhkum olunmamağının, kannabinoidlərin qəbulu nəticəsinə yaranan asılılıq sindromundan əziyyət çəkməyinin və qısa zaman ərzində müalicə almaq istəyinin, həmçinin həbsinin ailə üzvlərinə ağır təsir göstərməsinin nəzərə alınmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İnzibati Xətalar Məcəlləsinin 206-cı və 510.1-ci maddələri ilə özünü təqsirkar saymaqla törətdiyi əməllərdən səmimi peşmanlıq duyur. Həmçinin polis əməkdaşları onu Polis Bölməsinə dəvət etdikdə əməkdaşların əmrinə sözsüz tabe olmuş və heç bir müqavimət göstərməmişdir. Lakin məhkəmə qərarının nəticə hissəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə də təqsirli bilinmişdir. Halbuki o, istər polis əməkdaşları onu bölməyə dəvət edərkən, istərsə də bölmədə olarkən özünü adekvat aparmış, təqsirini boynuna almaqla polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə təqsirli bilinməsi ilə bağlı qeyd etmək lazımdır ki, qərarın təsviri hissəsində bu maddə üzrə heç bir əsaslandırma göstərilməmiş, maddə yalnız qərarın nəticə hissəsində qeyd edilmişdir (fikrincə, bu, texniki səhv də ola bilər). Qərarın 4-cü səhifəsində İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən onun əməlində məsuliyyəti yüngülləşdirən hallar nəzərə alınmamışdır. Belə ki, o, təqsirini etiraf etmiş, törətdiyi əmələ görə səmimi peşmanlıq duyduğunu bildirmiş, polis əməkdaşlarına müqavimət göstərməmiş, məhkəmə iclasında normal və adekvat davranış nümayiş etdirmişdir. Həmçinin narkotik istifadəçisi olduğunu boynuna almaqla müalicə olunmalı olduğunu qəbul etmişdir. Bundan başqa, əvvəllər heç bir cinayət işi üzrə məhkum olunmamışdır. Əlavə olaraq, onun həbs olunması ailəsinə ağır təsir göstərmişdir. Məhkəmə bu xüsusatları yüngülləşdirici hal kimi nəzərə ala bilərdi. Qərarda onun kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromundan əziyyət çəkdiyi göstərilməklə məcburi müalicəyə ehtiyacı olması qeyd edilmişdir. Ərizəçi bütün bu əməllərdən dərin peşmanlıq hissi keçirir və qısa zamanda cəmiyyətə layiqli vətəndaş olmaq üçün bu bəladan müalicə olunmaqla azad olmaq istəyir. O, hesab edir ki, həbs müddəti qısa olarsa, daha tez müalicə olunar və bu bəladan xilas olar. Bir aylıq həbs müddətinin kifayət qədər çox olduğunu düşünür və bu müddətin azaldılmasını xahiş edir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs evdə səs-küy olduğu üçün qonşuların şikayət etdiklərini, qonşuların sakitlik istədiyini, şəhid ailəsində doğulduğunu, bir əmisinin şəhid, digər əmisinin qazi olduğunu, qardaşının müharibə veteranı olduğunu, əvvəllər narkotik vasitədən istifadə etdiyini, tutulduğu gündən 15 gün qabaq – təxminən 20 may tarixində tərgitdiyini, az müddətdə səhvə yol verdiyini, ona qarşı polis əməkdaşları tərəfindən qərəz olduğunu, anasının onkoloji xəstəlikdən əziyyət çəkdiyini, bir də belə hallara yol verməyəcəyini bildirərək tətbiq edilmiş inzibati tənbehin yüngülləşdirilməsini xahiş etdi. Məhkəmə şikayətlə əlaqədar proses iştirakçısının izahatını dinləyib, işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, apellyasiya şikayəti aşağıda göstərilən əsaslara görə əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialından görünür ki, inzibati qaydada tutma haqqında ## #### 2026-cı il tarixli protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2026-cı il tarixdə saat 02:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəz publik hüquqi şəxsin Ambulator Məcburi-X6 haqqında ## #### 2026-cı il tarixli **** nömrəli rəyindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sındromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəsissəsində dispanser qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ## ###### 2025-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən ## ###### 2025-ci il tarixdə səhər saat 6-12 radələrində ictimai yerdə inzibati qayda pozmaqla İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi törətmişdir. İş materiallarında olan ## ###### 2025-ci il tarixli MN ******* saylı qərardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyinə görə cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan ünvan 1 ünvanında yaşayan X3 Nərimanov Rayon Polis İdarəsinin 16-ci Polis Şöbəsinə təqdim etdiyi ərizədən görünür ki, alt qonşuluğunda kirayədə yaşayan Rafael mütəmadi olaraq evə yad şəxsləri gətirərək narkotik vasitə qəbul edirlər. Narkotik maddənin tüstüsü mənzilə daxil olduğu üçün şəxsə narahatlıq yaradır. Birinci instansiya məhkəməsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özünü təqsirli bilərək narkotik vasitə istifadəçisi olsa da, qonşuların narahatlığına səbəb olan hər hansı səs-küy yaratmadığını bildirmişdir. Onun sözlərinə görə, qonşusu qapısını döyərək onu söhbətə çağırmış, o da yaşadığı binanın həyətinə düşmüşdür. Həmin vaxt qonşu ilə mübahisə etmişdir, bir qədər sonra isə polis əməkdaşları hadisə yerinə gəlmişlər. İctimai qayda pozmaq niyyətinin olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsində şahid – Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili X2 ifadəsində bildirmişdir ki, Rafael Şirinov dostu ilə yaşadığı ünvanda narkotik vasitə qəbul edərək ümumi yaşayış normalarını və ictimai qaydanı pozmuşdur. Belə ki, həmin faktla bağlı qonşular tərəfindən polis orqanına şikayət ərizələri daxil olmuş və müraciətlər əsasında müvafiq araşdırmalar da aparılmışdır. Sonuncu dəfə yenə də 102 xidmətinə məlumat daxil olmuş və ünvana getdikdə qonşularla mübahisə etdiyinin şahidi olmuşdur, Polis Şöbəsinə gətirilərək narkoloji testdən keçirilmiş və narkotik vasitə istifadəçisi olduğu aşkar edilmişdir. Birinci instansiya məhkəməsində inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin sahə inspektoru X1 inzibati xəta haqqında protokolda qeyd olunanlara uyğun çıxış edərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində müvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. Birinci instansiya məhkəməsi gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, “iş materiallarından müəyyən olunur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs narkotik vasitələrdən istifadə etmiş, həmçinin səs-küy salmaqla ictimai qaydanı pozaraq ətrafdakı şəxslərin, o cümlədən qonşularının normal həyat fəaliyyətinə təhlükə yaratmışdır. Həmin şəxslər tərəfindən polis orqanına müvafiq şikayətlər daxil olmuşdur. Birinci instansiya məhkəməsi nəzərə almışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs davranışının qarşısının alınması məqsədilə əvvəllər ona inzibati tənbeh tədbiri tətbiq edilmiş, lakin bu tədbir öz məqsədinə nail olmamışdır. Belə ki, iş materiallarında olan ## ###### 2025ci il tarixli MN ******* nömrəli qərardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə cərimə növündə inzibati məsuliyyətə cəlb edilmişdir. Buna baxmayaraq, onun davranışında müsbət dəyişiklik baş verməmiş və o, yenidən ictimai qaydanı pozan hərəkətlərə yol vermişdir”. Məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs istinad edilən inzibati xətaların törədilməsi barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsin izahatı, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, şahidin izahatı məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolla, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 510.1-ci maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2004-cü il tarixli * saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221 ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsinin 206 və 510.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları və məhkəmə iclasında toplanmış sübutlarla tam sübuta yetirilmişdir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğundur, birinci instansiya məhkəməsi İnzibati Xətalar Məcəlləsinin 206 və 510.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətinin olması barədə qanuni və düzgün nəticəyə gəlmişdir. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. “İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2020-ci il tarixli Qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsində şəxsin məhz eyni vaxtda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydası müəyyən olunmuşdur. Həmin maddəyə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Bu hal inzibati xətaların ideal məcmusunu ehtiva edir. Belə ki, maddənin məzmunundan göründüyü kimi, bir şəxs eyni vaxtda bir neçə inzibati xəta törətdikdə, həmin xətalara dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, göstərilən işlərə baxan müvafiq orqan bu inzibati xətaların sırasından ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq etməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, onun təqsirli bilindiyi maddələrin sanksiyasından göründüyü kimi ən yuxarı həddə - 2 ay müddətinə inzibati həbs tətbiq edilə bildiyi halda birinci instansiya məhkəməsi tərəfindən humanist mövqe göstərilərək şəxsə məhz 01 (bir) ay müddətində həbs tətbiq etmişdir. Həm də nəzərdə saxlanılmalıdır ki, İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə ona 15 (on beş) gündən az müddətdə həbs tətbiq edilməsi mümkün deyildir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi bu hissədə də düzgün nəticəyə gəlmiş və bu qərar ədalətli olmaqla inzibati xəta törətmiş şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsinə xidmət edir. Bu səbəbdən məhkəmə birinci instansiya məhkəməsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq edilən inzibati tənbeh növünün və bu tənbehin həddinin dəyişdirilməsi, həmçinin qərarını ləğv edilməsini və inzibati xəta üzrə icraata xitam verilməsi üçün hər hansı bir əsas görmür. İnzibati xəta haqqında protokol, tərəflərin məhkəmə iclasında səsləndirdiyi izahatlarının qarşılıqlı təhlili, o cümlədən protokolların məzmunu və s. belə qənaətə gəlməyə əsas verir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan izahatı tərəfindən törədilmiş inzibati xətanı təkzib edən sübut kimi qəbul edilə bilməz. Baxılan məsələ üzrə işin bütün faktiki hallarını araşdıraraq məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsinin 206 və 510.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirliliyi özünün etirafedici ifadələri ilə də tam sübuta yetirilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzbati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin əsas dəlili olan inzibati xəta törətmiş şəxs barəsində tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbiri seçərkən inzibati xətanın xarakteri, onun təqsirinin dərəcəsini nəzərə almış və sonuncuya törətdiyi inzibati xətalara görə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq etmişdir Apellyasiya şikayətinin məzmunundan görünür ki, tətbiq edilmiş tənbeh tədbrininin yüngülləşdirilməsinə yönəlmiş dəlillər irəli sürülmüşdür. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şəxsiyyətini, törətmiş olduğu xətaların xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alınmaqla təqsirli bilindiyi maddələrin sanksiyası hüdudlarında – yuxarı həddin yarısı həddində olmaqla ədalətli inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə hesab edir ki, apellyasiya baxışı zamanı da Rafael Şirinov əslində hər iki inzibati xətanın onun tərəfindən törədildiyini etiraf etmişdir və məhkəmə bu halı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Buna baxmayaraq, Rafael Şirinov apellyasiya şikayətində səmimi peşmanlığın yüngülləşdirici hal kimi nəzərə alınmasını xahiş etsə də, məhkəmə qeyd edir ki, səmimi peşmanlığın mənası daha çox könüllü gəlib təqsirini boynuna alması, əməlin üstünün açılmasına fəal kömək etməsi, dəymiş ziyanı ödəməsi və ya vurulmuş zərəri başqa yolla aradan qaldırması kimi başa düşülür. X4 hərəkətlərində könüllü gəlib təqsirini tam şəkildə boynuna alma və əməlin üstünün açılmasına fəal kömək etmə halı olmamış, ifadəsində ekspert rəyində də göstərildiyi kimi “1-2 ildir marixuanadan istifadə edən”, ərizələrdən də göründüyü kimi bənzər hərəkətlərə uzun müddətdir yol verən şəxsin məhkəmə iclasında “əməlimdən səmimi peşmanam” deməsi belə hüquqi müstəvidə “səmimi peşmanlıq” anlayışını ehtiva etməmiş, buna görə də məhkəmə “səmimi peşmanlığını” yalnız onun formal ifadəsi əsasında məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə almır. Həmçinin birinci instansiya məhkəməsinin qərarda qeyd etdiyi və inzibati tənbeh tətbiq edilərkən nəzərə aldığı kimi, Rafael Şirinov əvvəllər də xuliqanlıq (İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi) əməlini törətmiş və barəsində tənbeh tədbiri tətbiq edilmiş, lakin qərarın qüvvəyə minməsindən bir il keçməmiş yenidən eyni xətanı törətmişdir. İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Bununla belə, apellyasiya instansiyası təyin olunmuş tənbehin həddinin bu ağırlaşdırıcı halın mövcudluğunun nəzərə alınması halında şəraitində belə düzgün olması qənaətindədir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətində göstərdiyi müxtəlif halların, həmçinin anasının onkoloji xəstəlikdən əziyyət çəkdiyinin yüngülləşdirici hallar kimi nəzərə alınmasını xahiş etsə də, nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiya məhkəməsinə həmin halları təsdiq edən sənədlər təqdim etməmiş, göstərilən hallar yalnız onun şifahi mülahizələrindən ibarət olmuşdur. Məhkəmə həm də qeyd edir ki, apellyasiya şikayətində də qeyd olunduğu kimi, qərarın nəticə hissəsində “535.1-ci” maddəsi qeyd edilsə də, qərarın məzmunu və işin faktiki halları nəzərə alınmaqla müəyyən edilir ki, həmin hissədə texniki səhvə yol verilmiş və həmin yanlışlıq məhkəmənin qərardadı ilə aradan qaldırılmışdır. Beləliklə, qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin edilməməlidir. İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd edilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələri rəhbər tutularaq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 510.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək barəsində inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)- ****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir, qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar