Məhkəmə qərarları › İş №3(3-6)-1788/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1788/2026

18.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1788/2026 18.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əhmədov Zəfər Vahid oğlu, Məhkəmə iclas katibi X1, Zərər çəkmiş şəxs (tələbkar) – Zərərçəkmiş şəxs iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından zərər çəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş ## ##### 2026-cı il il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli icra sənədinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2025-ci il tarixdən etibarən iki uşağa görə hər ay 488 manat tutularaq X4 ödənilməlidir. Borclu icra sənədini qərəzli olaraq icra etmir. Hazırda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 4880 manat məbləğində aliment borcu vardır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı ilə (hakim Elnurə Rəcəbova) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. Həmin qərardan tələbkar Zərərçəkmiş şəxs şikayət verib birinci instansiya məhkəməsinin qərarı ilə razı olmadığını qeyd edib qərarın ləğv edilməsini və borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsidə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır, məhkəmə tərəfindən iş üzrə faktiki hallar natamam və birtərəfli araşdırılmış, toplanmış sübutlara düzgün hüquqi qiymət verilməmişdir. İş materiallarında borclu üzərində 4.880 (dörd min səkkiz yüz səksən) manat aliment borcunun formalaşdığı təsdiq olunur. Borclu barəsində icra məmurunun qanuni tələblərindən yayınma halları ilə bağlı axtarış tədbirlərinin həyata keçirildiyi müəyyən edilmişdir ki, bu da onun icra prosesindən yayınmasını təsdiq edir. Məhkəmə qərarında borclunun icra öhdəliyini yerinə yetirməməsi faktı dolayı şəkildə etiraf olunur və onun işsizlik və maddi çətinlikləri əsas gətirməsi öhdəliyin icrasından azad etmir. Borclunun məhkəmə iclasında verdiyi izahat da onun aliment öhdəliyini icra etmədiyini təsdiq edir. Məhkəmənin qərarda istinad etdiyi bildirişin təqdim olunması ilə bağlı formal çatışmazlıq, iş üzrə faktiki uzunmüddətli icra edilməmə faktını aradan qaldırmır və inzibati məsuliyyətin tətbiqinə maneə təşkil etmir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında şikayətin dəlillərinə uyğun şəkildə çıxış edərək şikayətin təmin edilməsini, qərarın ləğv edilməsini və borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsidə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş barəsində inzibati icraat aparılan şəxs və icra məmuru məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Apellyasiya instansiyası məhkəməsi şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdim edilmiş materialı nəzərdən keçirib, şikayətin dəlillərini müzakirə edib, hesab edir ki, şikayət təmin edilməli, məhkəmənin qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli *(***)****/**** saylı icra sənədindən görünür ki, tərəflərin birgə nikahından doğulmuş ## ###### 2019-cu il təvəllüdlü X2 və ## ###### 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hazırki ərizə ilə məhkəməyə müraciət edildiyi vaxtdan, yəni ## #### 2025-ci il tarixdən etibarən hər ay, hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.61 misli miqdarında sabit pul məbləğində aliment sonrakı artımlar nəzərə alınmaqla cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iddiaçının xeyrinə tutulmalıdır; İcraata başlamaq haqqında ## ####### 2025-ci il tarixli qərardan görünür ki, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs göndərilmişdir; Tələbin könüllü icrası haqqında ## ####### 2025-ci il tarixli bildirişin surətindən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli *(***)-****/**** saylı icra sənədini könüllü icra etməsi xahiş olunmuşdur; Tələbin könüllü icrası haqqında ## ####### 2025-ci il tarixli bildirişin surətindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ####### 2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətini və qərarı ## ##### 2026-cı il tarixdə qəbul etmişdir; Borclunun axtarışı haqqında ## ###### 2025-ci il tarixli qərardan görünür ki, borclu ## ###### 1993-cü il təvəllüdlü Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İlyas Aslanov küçəsi, ev 3A ünvanında qeydiyyatda olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində axtarış elan edilmişdir. İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində hazırda tərtib edilmiş inzibati xəta haqqında protokol onun Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## ######## 2025ci il tarixli icra sənədinin icrasından yayınması ilə bağlı tərtib edilmişdir. Lakin tələbin könüllü icrası haqqında ## ####### 2025-ci il tarixli bildirişin surətindən görünür ki, o, tələbin könüllü icrası haqqında bildirişi bu gün yəni ## ##### 2026-cı il tarixdə əldə etmişdir. Belə olan halda hər hansı tələbin üzrsüz səbəbdən icra edilməməsi halı mövcud deyildir. Belə ki, tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədinin 10 gün müddətində könüllü icra edilməsi xahiş olunur. Göründüyü kimi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin bildirişi aldığı vaxtdan 10 gün müddət keçməmişdir. Eyni zamanda, məhkəmə bildirir ki, tələbin könüllü icrası haqqında bildiriş ## ####### 2025-ci il tarixdə tərtib olunmasına baxmayaraq, bildirişin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs çatdırılmasını təsdiq edən hər hansı sənəd iş materiallarında olmamışdır. Halbuki alimentin ödənilməsinə dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)- ****/**** saylı ## ######## 2025-ci il tarixli məhkəmə qətnaməsi artıq 10 aya yaxındır qəbul edilmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin aliment borcunun olmasından məlumatsız olması inandırıcı görünmür. Bu da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs üzrlü səbəb olmadan qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasından yayındığına dəlalət edən haldır. Bununla yanaşı qeyd olunmalıdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına səthi və etinasız yanaşması məhkəmə hakimiyyətini nüfuzdan salmaqla yanaşı, vətəndaşların məhkəmə sisteminə inamının azalmasına səbəb olur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə ## #### 1997-ci il tarixli Qərarında göstərmişdir ki, Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, borclunun uzun müddət ərzində borclu olduğu məbləği ödəməkdən yayınmasına və az miqdarda ödəniş etməsinə tənqidi yanaşmamışdır. İXM-in 135.1.2-ci maddəsində əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Beləliklə, materiallardan göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən İXM-nin 135.1.2-ci maddəsinin tələbinə əsasən məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır ki, bu da məhkəmənin qərarının ləğv edilməsinə əsas verir. Qeyd olunan əsasda İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və İXM-nin 134.1.2-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDI: Zərər çəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayət təmin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Zəfər Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar