Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1789/2026 22.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Milana Varis qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan «X2” PHŞ-nin nümayəndəsi X4, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X9 iştirakları ilə, “«X2” X1 Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsi və barəsində 5000 (beş min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərar «X2” X1 tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsinə əsasən “X2” X1 barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhər Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə «X2” X1 IXM-in 469-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinmiş və barəsində 5000 (beş min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Qərardan ««X2” X1-nin direktoru tərəfindən apellyasiya qaydasında şikayət verilmişdir. tərəflərin çıxışları: Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs ««X2” X1-nin nümayəndəsi X4 şikayətin məzmununa uyğun çıxış edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X9 şikayətin təmin edilməməsini xahiş etdi. Işin halları və hüquqi məsələlər: Məhkəmə, apellyasiya qaydasında verilmiş şikayətin dəlillərini iş materialları ilə birlikdə qarşılıqlı şəkildə araşdıraraq, tərəflərin çıxışını dinləyərək hesab edir ki, apellyasiya qaydasında verilmiş şikayət təmin edilməli və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ləğv olunaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan MN ******* saylı, ## ### 2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, “X2” X1 işçisi X5 ##.##.2025-ci il tarixdə xəsarət alması ilə bağlı aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, işə götürən tərəfindən Ə. Əhmədovun ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək istehsalatda baş vermiş bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmaması faktı müəyyən edilmişdir. Nəticədə, “X2” X1 tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və qənaətini aşağıdakılarla əsaslandırır. Məhkəmə ikin olaraq qeyd edir ki, təqsirsizlik prezumpsiyası prinsipini özündə ehtiva edən normalara əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (IXM-in 8-ci maddəsi). Bu mövqenin məntiqi davamı olaraq qanunvericiliyin tələbinə görə, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi; inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait (Inzibati Xətalar Məcəlləsinin 75-ci maddəsi). Ümumdünya Insan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətəndaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. IXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; IXM-nin 469-1-ci maddəsinə əsasən “Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə – vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Apellyasiya baxışı zamanı MMC tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, X5 istehsalatda baş vermiş bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması həyata keçirilmişdir. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən apellyasiya instansiya məhkəməsi hesab edir ki, hüquqi şəxsin əməlində inzibati xəta tərkibinin mövcudluğu öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin; 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin “«X2” X1-nin IXM-in 469-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmasına dair ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Şərh olunanlara əsasən və IXM-nin 134.1.3-cü maddəsini rəhbər tutaraq, Qərara aldım: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin “«X2” X1-nin IXM-in 469-1-ci maddəsi ilə tənbeh edilməsinə dair ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata IXM-in 53.1.2-ci maddəsinə əsasən, yəni inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1789/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1789/2026
22.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver