Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1790/2026 17.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin sədri Əkbərov Mübariz Dosməmməd oğlu, aidiyyət barədə məhkəmələr arasında yaranmış fikir ayrılığı ilə əlaqədar mübahisəni həll etmək məqsədilə “xxxx” MMC-nin direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra IXM-in) 198.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında qərara dair materialı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDIM: Cəbrayıl rayon prokuroru X1 **-*-*-*-***-****-* nömrəli, ## ##### 2026-cı il tarixli qərarı ilə vəzifəli şəxs “xxxx” MMC-nin direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-in 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış, qərar və toplanmış material baxılması üçün Cəbrayıl Rayon Məhkəməsinə göndərilmişdir. Material Cəbrayıl Rayon Məhkəməsinin icraatında olarkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vəsatətlə məhkəməyə müraciət edərək Bakı şəhərinin Səbail rayonunda yaşadığını, bu səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini qeyd edərək materialın baxılması üçün yaşayış yeri üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Cəbrayıl Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə şikayət və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı ilə inzibati xətaya dair materiala inzibati xətanın törədildiyi yer üzrə Cəbrayıl Rayon Məhkəməsində baxılmalı olması əsas gətirilərək, məhkəmələr arasında aidiyyətlə bağlı yaranmış fikir ayrılığının həll edilməsi üçün materialın Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Materialı nəzərdən keçirib hesab edirəm ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-in 198.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında materiala Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılmalıdır. Materiala əsasən “xxxx” MMC-nin direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərər vurulmuşdur. Belə ki, Zərərçəkmiş şəxs ## ### 2025-ci il tarixdə Cəbrayıl rayonunun Şükürbəyli kəndində dam ustası kimi işlərini icra edən zaman ehtiyatsızlıqdan yüksək hündürlükdən yıxılmışdır. Texniki təhlükəsizlik vasitələri ilə təmin olunmadığı üçün onun sağlamlığına az ağır zərər vurulmasına səbəb olan xəsarətlər almışdır. IXM-in 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən yaşayış yerini müəyyən edən sənəd Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair” ## ###### 2020-ci il tarixli Qərarına əsasən Qanunverici tərəfindən IXM-ə dəyişiklik edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və ya onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. Iş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışa əsasən müəyyən olunur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ünvan 1 ünvanında qeydiyyatdadır. Odur ki, hazırkı materiala barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il # ###### tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Inzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin, qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. IXM-də məhkəmələr arasında yaranan fikir ayrılığının aradan qaldırılmasının prosessual qaydası nəzərdə tutulmamışdır. Lakin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığının aradan qaldırılması üçün qanunun analogiyasından istifadə olunmalı və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 77.1-ci maddəsinə istinad olunmalıdır. CPM-in 77.1-ci mаddəsinə əsаsən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Şərh edilənlərə əsasən və CPM-in 77-ci mаddəsini rəhbər tutaraq, QƏRARA ALDIM: “xxxx” MMC-nin direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında qərara dair material baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №3(3-6)-1790/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1790/2026
17.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver