Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1791/2026 22.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, Bakı şəhəri Səbail rayon Icra şöbəsinin icra məmuru X1, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil nümayəndə1 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nümayəndə2 müdafiəçisi Vəkil iştirakları ilə, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs (bundan sonra – zərərçəkmiş şəxs) və Bakı şəhəri Səbail rayon Icra şöbəsinin icra məmuru X1 verdikləri şikayətlərə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Protokolu tərtib edən orqan nümayəndə2 barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası IXM-in) 528.1-1-ci maddəsi ilə tərtib etdiyi ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri baxılması üçün Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərmişdir. Həmin protokol qoyulmuş vəzifənin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsindən ibarət əməli barəsində qəbul edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törətməsinə görə tərtib edilmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə (hakim X3) Əhmədov Rüstəm Əli oğlu Azərbaycan Respubilkası IXM-in 528.1- 1-ci maddəsi ilə başlanılmış iş üzrə icraata xitam verilmişdir. Icra məmuru həmin məhkəmə qərarından şikayət verib, nümayəndə2 Azərbaycan Respublikası IXM-in 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs həmin məhkəmə qərarından şikayət verib, nümayəndə2 Azərbaycan Respublikası IXM-in 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Icra məmuru şikayətini onunla əsaslandırmışdır ki, nümayəndə2 barəsində Azərbaycan Respublikası IXM-nin 528.1-1-ci maddəsi ilə tərtib etdiyi ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən sonuncu icra sənədi üzrə öhdəliklərini icra etməkdən boyun qaçırdığından müvafiq inzibati məsulliyətə cəlb edilməlidir. Zərərçəkmiş şəxsin nümayəndəsi şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır, ona görə ki, sözügedən təhvil-təslim aktları barışıq aazişində nəzərdə tutulan əraziyə aid deyil, həmin ərazinin yanında yerləşən, mülkiyyətçi X2 məxsus torpaq sahəsində inşa edilmiş 2 mərtəbəli fərdi yaşayış evlərinə aiddir. Məhkəməyə dəfələrlə təqdim edilmiş video və fotoşəkillərdən aydın şəkildə görünür ki, sakinlərə problem yaradan konkret tikinti sahəsində hər hansı bir “2 mərtəbəli fərdi yaşayış evi” mövcud deyil, orada tamamilə başqa bir tikinti prosesi gedir. Məhkəmə bu açıq ziddiyyəti görməzdən gəlmiş və aktların həqiqiliyini, hansı konkret koordinatlara aid olduğunu yoxlamamışdır. Inzibati xəta haqqında protokolun tərtib edildiyi 528.1-1-ci maddənin sanksiyasında inzibati həbs nəzərdə tutulsa da, barəsində protokol tərtib edilmiş nümayəndə2 məhkəmə iclasına dəvət edilməmişdir. Hakimin ciddi şəkildə birtərəfli mövqe tutması, onun iş üzrə keçirilən məhkəmə iclasında heç bir səbəb göstərmədən fasilə elan etməsi və xeyli müddət sonra geri qayıdaraq, heç bir əsas və səbəb göstərmədən məhkəmə iclasını digər tarixə təxirə salmışdır. Əvvəlki iclaslarda heç bir söhbət getmədiyi halda sonuncu məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin vəkilinin heç bir qeydiyyatdan keçməmiş və istənilən tarixdə tərtib olunmaqla istənilən tarix qoyulması mümkün olan podrat müqaviləsinin surətini təqdim etməsi və hakimin bu müqavilənin mötəbərliliyi ilə bağlı heç bir araşdırma aparmadan və hətta əvvəllər, o cümlədən əvvəlki iclasda bu podrat müqaviləsi barədə heç bir şey danışılmadığı halda bu podrat müqaviləsini şərtsiz qəbul etmişdir. Əlavə olaraq birinci instansiya məhkəməsində keçirilən məhkəmə iclaslarında tərəfimizdən hakimə bu aktların mötəbərliliyi ilə bağlı araşdırma aparılması və konkret hərəkətlərin həyata keçirilməsinə dair vəsatət qaldırılsa da, hakimin bu vəsatəti təmin etməməsi bizdə hakimin digər tərəflə əlaqəsi olmasına dair yaranan fikri istisna etmək imkanını daha da azaltmışdır. Işin gedişatında diqqəti cəlb edən ən mühüm məqam prosessual şübhələrdir. Bu hal əsaslı şübhə yaradır ki, birinci instansiya məhkəməsinin hakimi tərəfə işə aidiyyəti olmayan sənədləri "hazırlayıb" işə daxil etmək üçün süni şəkildə vaxt qazandırmış və şərait yaratmışdır. Evlərin zədələnməsi, avtomobillərin məcburən şəhərin müxtəlif yerlərində qoyulması, ev fasadlarının yararsız hala düşməsi, hasarların vibrasiyadan çatlaması bir qonşu kimi dözdükləri haldır. Ancaq məhlənin ümumi vəziyyətindən kiminsə 4 hektarlıq həyatyanı sahəsini onlardan 3-5 metr hündürlüyə qaldırılmaqla faktiki olaraq alışılan yaşam tərzindən uzaqlaşdırmış və gələcəkdə ağır fəsadlarla qarşılaşmağa məruz qoymuş, gecə-gündüz, bayram-matəm, şənbə-bazar demədən səhər səhər tezdən dərin gecəyədək toz içində, ağır texnikanın səsi və tüstüsü altında yatıb-oyanmaqları 5 ilə yaxın bir müddətdir ki, həyatımızı xarab edibdir. Iş üzrə birinci instansiya məhkəməsinin nümayəndə2 barəsində iş üzrə icraata xitam verilməsi törətdiyi inzibati xətanın xarakterinə və işin digər hallarına uyğun deyildir. Apellyasiya məhkəməsi iclasında zərərçəkmiş şəxsin nümayəndəsi nümayəndə1 müvafiq şikayətin məzmununa uyğun izahat verib, onun təmin edilməsini, həmçinin icra məmurunun verdiyi şikayətin də təmin edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasında Bakı şəhəri Səbail rayon Icra şöbəsinin icra məmuru X1 verdiyi izahatında göstərmişdir ki, iş üzrə icra sənədi hazırda onun icraatındadır. nümayəndə2 icra sənədinin icrasının təmin edilməsi ilə bağlı onun qanuni tələblərini yerinə yetirməmiş, hazırda da bu qanunsuz hərəkətini davam etdirir. Göstərdiklərinə əsasən nümayəndə2 barəsində hazırki inzibati xəta haqqında protokol tərtib edilmişdir. Tərəfindən verilən, həmçinin zərərçəkmiş şəxsin verdiyi şikayətlərin təmin edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nümayəndə2 müdafiəçisi şikayətlərin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Işin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası IXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə iş materiallarında olan müvafiq sənədlər əsasında müəyyən etmişdir ki,: - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli icra sənədinə (bundan sonra – icra sənədi) əsasən cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən ünvan 1 ünvanında qazıntı və tikinti tullantıları hesabına əmələ gəlmiş kütlə (əlavə gətirilmiş torpaq) nəticəsində həmin torpaq sahəsinin səthi ətrafdaki yaşayış evlərinin yerləşdiyi torpaq sahələrindən xeyli hündürlüyə qalxdığından cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC öz öhdəsinə götürür ki, ünvan 1 ünvanında qazıntı və tikinti tullantıları hesabına əmələ gəlmiş kütləni (əlavə gətirilmiş torpağı) oradan çıxartmaqla həmin ünvanda yerləşən torpaq sahəsinin səthini öz hesabına əvvəlki (ilkin) vəziyyətinə qaytaracaq. Tikinti zərurəti ilə bağlı yer səthinin düz olması üçün həmin ərazidə tikinti normalarına uyğun olaraq çuxurların doldurulması mümkündür. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC öz öhdəsinə götürür ki, onun tərəfindən ünvan 1 ünvanında aparılan tikinti işləri davam etdiyi müddət ərzində yüksək səsli texnika və avadanlıqların istifadəsi zamanı ətrafda yerləşən evlərdəki sakinlərin rahatçılığına həssasiyət göstərəcək, sakinləri narahat edəcək həddə yüksək səsin qarşısını almaq üçün bütün mümkün vasitələrdən istifadə edəcəkdir. Fövqəladə və ya təxirəsalınmaz hallar istina olmaqla (qəza, təbiət hadisəsi), saat 20:00 dan sonra yüksək səsli texnika və avadanlıqların ətrafda yerləşən evlərdəki sakinlərin rahatçılığı təmin olunacaq uzaqlıqda istifadəsi mümkün hesab edilir. "xxxx” MMC öz öhdəsinə götürür ki, onun tərəfindən ünvan 1 ünvanında aparılan tikinti işləri davam etdiyi müddət ərzində tikinti nəticəsində yaranan tozun mövcud qaydalarına uyğun olaraq ətrafda yerləşən evlərə yayılmamasının qarşısını almaq üçün real mümkün vasitələrdən istifadə edəcək. Zərərçəkmiş şəxs öz üzərinə öhdəlik götürür ki, “xxxx" MMC bu Sazişin 1,2,3cü bəndlərində qeyd edilən şərtləri yerinə yetirəcəyi təqdirdə ona qarşı hazırki iddia tələbində qeyd edilənlərlə bağlı heç bir e1sütələbi və şikayəti olmayacaqdır. Bu saziş, tərəflər imzaladıqdan və məhkəmə qərarı ilə təsdiq edildikdən sonra qüvvəyə minir. Barışıq sazişi üç nüsxədə tərtib edilir və tərəflərdə bir nüsxə olmaqla, bir nüsxəsi məhkəməyə təqdim edilir. Bu saziş heç bir kənar təsir olmadan tərəflərin könüllü iradəsinin ifadəsini təsdiq edir. - ##.##.2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış, həmin tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətə könüllü icra edilməsi tələb olunmuşdur. - ## #### 2025-ci il tarixli tikinti işlərinin yekunlaşması və təhviltəslim aktından görünür ki, X2 mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanındakı torpaq sahələrində 2 mərtəbəli fərdi yaşayış evlərinin inşasının yekunlaşdığı və sifarişçiyə təhvil verilməsinə dair X2 və “xxxx” MMC təhvil-təslim aktını imzalamışlar. - Iş materiallarına əlavə edilmiş ## ###### 2026-cı il tarixli tikinti işlərinin yekunlaşması və təhvil-təslim aktından görünür ki, X2 mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanındakı torpaq sahələrində 2 mərtəbəli fərdi yaşayış evlərinin inşasının yekunlaşdığı və sifarişçiyə təhvil verilməsinə dair X2 və “xxxx” MMC təhvil-təslim aktını imzalamışlar. Tərəflər arasında imzalanmış ## #### 2025-ci il tarixli təhvil-təslim aktından sonrakı tarixlərdə mütəxəssislər tərəfindən müəyyən olunmuş natamam iş və çatışmazlıqlar aradan qaldırılmış, mülkiyyət hüququ ilə X2 məxsus ünvan 1 ünvanındakı torpaq sahələrində “xxxx” MMC tərəfindən inşa edilmiş, sayı öncədən şərtləndirilmiş iki mərtəbəli fərdi yaşayış evlərinin inşası yekunlaşmış, hər bir yaşayış evi sifarişçinin müəyyən etdiyi mütəxəssis tərəfindən yoxlanılmış, təkrar yoxlamalardan keçirilmiş, təkrar ölçüləri alınmış, inşaatda istifadə olunan mal-materialın sənədləri sifarişçiyə təqdim edilmişdir. Təkrar yoxlamalar zamanı qüsur və çatışmazlıqlar müəyyən edilməmişdir. Sayı öncədən şərtləndirilmiş iki mərtəbəli fərdi yaşayış evləri “xxxx” MMC tərəfindən mülkiyyətçi X2 təhvil verilmişdir. Sayı öncədən şərtləndirilmiş iki mərtəbəli fərdi yaşayış evləri X2 tərəfindən təhvil alınmışdır. - Podratçı “xxxx” MTK və sifarişçi X2 arasında bağlanmış ## ###### 2026-cı il tarixli **/**** №-li podrat müqaviləsinə əsasən podratçı “xxxx” MTK sifarişçi X2 məxsus ərazilərdə tikinti-konstruksiya işlərini görməyi öhdəsinə götürür. Sifarişçi isə Podratçıya razılaşdırılmış muzd ödəməyi öz öhdəsinə götürür. Iş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, “xxxx” MMC-nin rəhbəri nümayəndə2 tərəfindən Azərbaycan Respublikası IXM-in 528.1-1-ci maddəsinin tələblərinin pozulması faktı aşkar edilməmişdir. Azərbaycan Respublikası IXM-in: - 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. - 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur. “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası IXM-in 37-ci maddəsinin Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” ## ###### 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, məhkəmənin qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının, qərarının və ya əmrinin icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırdıqdan sonra Azərbaycan Respublikası IXM-in 75, 76 və 84-cü maddələrinin tələblərinə uyğun olaraq, iş materialları əsasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən ünvan 1 ünvanında hazırda tikinti işləri aparılmamasına, 2026-cı ilin fevral ayından “xxxx” MTK-nın X2 məxsus ərazilərdə tikintikonstruksiya işlərini görməyi öhdəsinə götürməsinə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin fəaliyyəti dövründə icra sənədində göstərilən şərtlərin mümkün qədər yerinə yetirilməsinə əsaslanmış, beləliklə də nümayəndə2 həmin icra sənədinin tam olaraq icrasını üzrsüz səbəbdən və ya qərəzli olaraq təmin etməməsinin müəyyən edilməməsinə görə iş üzrə müvafiq nəticəyə gələrkən haqlı olmuşdur. Həmin nəticə qanuni və əsaslı olmaqla, işin faktiki hallarına, müvafiq qanunvericilik normalarının tələblərinə və formalaşmış hüquqi mövqeyə uyğundur. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs və Bakı şəhəri Səbail rayon Icra şöbəsinin icra məmuru X1 verdikləri şikayətlər əsassız olduğuna görə təmin edilməməli, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı həmin şikayətlərə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası IXM-in 131, 133, 134.1.1, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs və Bakı şəhəri Səbail rayon Icra şöbəsinin icra məmuru X1 verdikləri şikayətlər təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş şikayətlərə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1791/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1791/2026
22.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver