Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1792/2026 25.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Ibrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, səlahiyyətli orqan Azərbaycan Respublikası DIN-nin Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinin nümayəndəsi X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından Azərbaycan Respublikası DIN-nin Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Azərbaycan Respublikası DIN-nin Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinə daxil olmuş ## #### 2026-cı il tarixli, IXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2026-cı il tarixdə saat 13:04 radələrində «X2-Prado» minik markalı ** OR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan istifadə etmiş və bununla Inzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata əməldə inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilmişdir. Həmin qərardan Azərbaycan Respublikası DIN-nin Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsi apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Inzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, inzibati xəta haqqında ## #### 2026-cı il tarixli protokola əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs idarə etdiyi “X3 Prado” markalı, ** OR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən qurğudan istifadə etmişdir. Bu hal Inzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinin dispozisiyasına uyğun olaraq inzibati məsuliyyət yaradır. Məhkəmə isə qərarında qeyd etmişdir ki, nömrə nişanının örtülməsi digər şəxs tərəfindən həyata keçirilmiş və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsiri sübuta yetirilməmişdir. Lakin, hesab edirlər ki, nəqliyyat vasitəsinin sahibi və sürücüsü kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nəqliyyat vasitəsinin texniki vəziyyətinə və qanunvericiliyin tələblərinə uyğun istifadəsinə görə məsuliyyət daşıyır. Dövlət qeydiyyat nişanının üzərində qanunla qadağan olunmuş hər hansı dəyişiklik və ya örtük olduğu halda, nəqliyyat vasitəsinin idarə olunması artıq inzibati xəta tərkibi yaradır. Şəxsin bu haldan xəbərsiz olması onu məsuliyyətdən azad etmir, çünki bu, ehtiyatsızlıq formasında təqsir kimi qiymətləndirilməlidir. Xüsusilə qeyd edirlər ki, mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol boyu nəqliyyat vasitəsinin təhlükəsizliyini təmin etməyə borcludur. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin lci hissəsinin 3-cü bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yola düşməzdən qabaq nəqliyyat vasitələrinin istismara buraxılmasına dair bu Qanunun * saylı əlavəsinə uyğun olaraq, nəqliyyat vasitəsinin texniki cəhətdən sazlığını yoxlamalı və onu yol boyu təmin etməlidir. Apellyasiya məhkəməsinin iclasında Azərbaycan Respublikası DIN-nin Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunmasını, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarının qanunsuz və əsassız olduğundan ləğv edilməsini və şəxsin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verilmiş şikayətə etiraz edərək təmin edilməməsini və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ****/**** saylı qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə, apellyasiya qaydasında verilmiş şikayətin dəlillərini işin materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhər Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ləğv edilməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq olunmalıdır. Işin faktiki halları: ## #### 2026-cı il tarixli IXP ******* nömrəli inzibati xəta haqqında protokolda görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2026-cı il tarixdə saat 13:04 radələrində «X2-Prado» minik markalı, **OR*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan istifadə etmiş və bu səbəbdən də barəsində Inzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi barədə protkol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən təqdim edilmiş 01 ədəd disk iş materiallarına əlavə edilmişdir. Həmin video görüntüdə şəxsə məxsus avtomobilin nömrəsinin örtülərək kənar şəxs tərəfindən reklam məqsədilə videoya çəkildiyi müşayət olunur. Apellyasiya məhkəmə iclasında Azərbaycan Respublikası DIN-nin Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinin nümayəndəsi X4 tərəfindən təqdim olunmuş videogörüntüyə baxış keçirlmişdir. Tərəflərin iştirakı ilə təqdim edilmiş videogörüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2026-cı il tarixdə, saat 13:04 radələrində «X2-Prado» minik markalı, ** OR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtükdən, yəni üzərində avtosalon reklamı olan dəmir lövhədən istifadə etməklə qeydiyyat nişanının üzəri örtülü halda avtomobili idarə edir. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 342.9-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə birinci instansiya məhkəməsinni qərarı ilə razılaşmayaraq qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati xəta haqqında işə baxmış birinci instansiya məhkəməsinin hakimi həmin örtüyün Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən deyil, onun xəbəri və məlumatı olmadan reklam məqsədilə çəkiliş edən avtosalon əməkdaşı tərəfindən dövlət qeydiyyat nişanının üzərinə çəkildiyini əsas götürərkən səhvə yol vermişdir. Belə ki, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin l-ci hissəsinin 3-cü bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yola düşməzdən qabaq nəqliyyat vasitələrinin istismara buraxılmasına dair bu Qanunun * saylı əlavəsinə uyğun olaraq, nəqliyyat vasitəsinin texniki cəhətdən sazlığını yoxlamalı və onu yol boyu təmin etməlidir. Məhkəmə verilmiş şikayətlə razılaşaraq qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 342.9cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qeyd olunan tarixdə, yəni ## #### 2026-cı il tarixdə, saat 13:04 radələrində «X2-Prado» minik markalı, ** OR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtükdən, yəni üzərində adı «№* Cars» avtosalon reklamı olan dəmir lövhədən istifadə etməklə qeydiyyat nişanının üzəri örtülü halda avtomobili idarə etmişdir. Məhkəmə qeyd olunan işin faktiki hallarına məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin şəxsin əməlində inzibati xəta tərkibinin olmaması və inzibati icraata xitam verməsi kimi gəldiyi mövqe ilə razılaşmaq olmaz. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 137.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik yaşına çatmayanın qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən verilən şikayətə, habelə prokurorun protestinə məhkəmələrdə bu Məcəllədə müəyyən edilmiş qaydada və müddətdə baxılır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsaən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Odur ki, məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 342.9cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış mötəbər sübutların məcmusu ilə kifayət qədər təsdiq olunduğundan, şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin göstərilən maddəsi ilə təqsirli bilinərək tənbeh olunmalıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən həmin əməlləri törədən şəxslər inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş üzrə bütün harlları nəzərə alaraq törədilmiş inzibati xətaya görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati xətanın törədilməsində alət kimi istifadə olunan dəmir lövhənin müsadirə edilməklə, 500 manat cərimə növündə inzibati tənbeh növünün seçilməsini inzibati tənbehin məqsədləri baxımından məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələri rəhbər tutularaq, məhkəmə QƏRARA ALDI: Azərbaycan Respublikası DIN-nin Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati xətanın törədilməsində alət kimi istifadə olunan dəmir lövhə müsadirə edilməklə, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1792/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1792/2026
25.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver