Məhkəmə qərarları › İş №3(3-6)-1793/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1793/2026

22.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1793/2026 22.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X2 oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 Oruc qızının katibliyi Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi vəkil X4 iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsinə və iş üzrə icraata xitam verilməsinə dair Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxılaraq MÜƏYYƏN EDILDI: Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur.. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin olunmuş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv olunmuş və Qərardan şikayət verən orqan (şəxs) barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qərardan narazı qalan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi apellyasiya şikayəti verərək, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının qanuni və əsaslı hesab edilərək dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə sübutları natamam qiymətləndirmişdir. Belə ki, iş materiallarında olan plandankənar yoxlama aktı, inzibati xəta haqqında protokol və inzibati tenbeh barədə qərara düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə iclasında iştirak edən Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi vəkil X4 apellyasiya şikayətinə etiraz edərək təmuin olunmamasını xahiş etdi. Məhkəmə şikayətlə əlaqədar işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, apellyasiya qaydasında verilmiş şikayət aşağıda göstərilən əsaslara görə əsassız olduğundan təmin edilməməli, dair dair Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə əsasən Ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxs tərəfindən praktik tibb fəaliyyətinin həyata keçirilməsinə, habelə tibb işçisi tərəfindən ixtisasına uyğun olmayan tibbi xidmətin göstərilməsinə, yaxud tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X1 plandankənar (növbədənkənar) yoxlama aktına əsasən ##.##.2026-cı il tarixində “xxxx” MMCdə aparılmış yoxlama nəticəsində, həmin müəssisədə fəaliyyət göstərən həkim ümumi cərrah Qərardan şikayət verən orqan (şəxs) sertifikasiya olmadan və ixtisasına uyğun olmayan plastik cərahiyyə işi üzrə tibb fəaliyyəti ilə məşğul olması faktı aşkar edilmişdir. Həmçinin “Praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən AH № ****** nömrəli “sertifikasiya şəhadətnaməsi”ndən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ümumi cərahiyyə ixtisası üzrə praktik faəlliyətlə məşğul olmaq üçün icazə verilmişdir. ##.##.2026-cı il tarixdə bağlanmış əmək müqaviləsindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) “xxxx” MMC-də həkim-ümumi cərrah vəzifəsinə qəbul edilmişdir. Iş materiallarına əlavə edilmiş diplomdan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) 2000-2006-cı illərdə Azərbaycan Tibb Universitenin “Müalicə işi” ixtisası üzrə tam kursunu bitirmişdir. (Dövlət Imtahan Komissiyasının qərarı: ##.##.2006. Diplom BB-İ № ******, verilmə tarixi: ##.##.2008). Qeyd etmək lazımdır ki, “xüsusi hazırlıq keçmiş cərrahlar” anlayışının hüquqi meyarları mövcud qanunvericilikdə konkret və aydın şəkildə müəyyən edilməmişdir. Bu halda hüquqi qeyri-müəyyənliyin nəticələrinin inzibati məsuliyyətə cəlb olunan şəxsin üzərinə qoyulması yolverilməzdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xxxxnin eyni tibb müəssisəsində eyni məsələ üzrə təkrarən yoxlama keçirib inzibati tənbeh vermə haqqında qərar qəbul etməsini qərəzli hesab edir. Azərbaycan Respublikası IXM-nin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, şikayət təmin edilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128- 135-ci maddələri rəhbər tutularaq QƏRARA ALINDI: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim Ramin Qaraqurbanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar