Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1795/2026 22.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Telman Qulaməli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi ilə, Şikayətçi Əliyev İlqar İrşad oğlunun, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi nümayəndə1 iştirakları ilə, Əliyev İlqar İrşad oğlunun şikayətinin təmin edilməməsi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının Əliyev İlqar İrşad oğlu tərəfindən verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərarından şikayətçi Əliyev İlqar İrşad oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş Əliyev İlqar İrşad oğlu məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması və inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Qərara əsasən Əliyev İlqar İrşad oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 324.4-cü maddəsinə əsasən 50 (əlli) manat məbləğində cərimə edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə Əliyev İlqar İrşad oğlunun şikayətinin təmin edilməməsi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı Əliyev İlqar İrşad oğlu tərəfindən verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Əliyev İlqar İrşad oğlu apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qərarı ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Əliyev İlqar İrşad oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilmiş və iş materialları yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə yenidən baxan Bakı şəhəri Səbail Rayon Məhkəməsi ##.##.2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərarı ilə Əliyev İlqar İrşad oğlunun şikayətinin təmin edilməməsi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Bakı Regional İdarəsinin ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Əliyev İlqar İrşad oğlu apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Əliyev İlqar İrşad oğlu şikayətin dəlilləri qismində göstərmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi maddi və prosessual hüquq normalarının kobud pozulması ilə qərar qəbul etmişdir. Belə ki, o, qərarda qeyd olunduğu kimi sərnişin daşıma fəaliyyəti ilə məşğul olmamış və bu faktı təsdiq edən hər hansı bir sübut təqdim edilməmişdir. Nəqliyyat vasitəsində olan şəxs onun dostu olmuş və o, dostunu və sonuncunun ailəsini qarşılamaq üçün hava limanına getmişdir. Tərəfindən heç bir inzibati pozuntu törədilməmişdir. Həmçinin onun təqsirini sübuta yetirəcək maddi sübutlar, hal şahidinin ifadəsi, nə də ki, xüsusi texniki vasitələrin göstəriciləri mövcud deyildir. Bundan başqa, Bakı şəhəri Səbail Rayon Məhkəməsi apelyasiya instansiya məhkəməsinin qərarında müəyyən olunmuş göstərişlərə əməl etməmiş, nə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi , nə də ki, “sərnişin” qismində daşındığı ehtimal olunan şəxsi dindirməmiş, həmçinin müvafiq texniki vasitələrdən videoyazı tələb edərək baxış keçirməmişdir. Məhkəmə heç bir faktiki sübuta söykənmədən yalnız onun və inzibati orqanın nümayəndəsinin izahatına istinad edərək qanunsuz və əsasız qərar qəbul etmişdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Əliyev İlqar İrşad oğlu apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək, məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə inzibati xəta haqqında iş üzrə birinci instansiya məhkəməsinin qərarından verilən şikayətə baxarkən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qərarının qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayıb hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, iş materiallarında olan ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, sürücü Əliyev İlqar İrşad oğlu tərəfindən ## ###### 2026-cı il tarixdə, saat 14:00-da Bakı şəhəri Heydər Əliyev hava limanında idarə etdiyi "Ford” markalı **-GR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə buraxılış kartı olmadan qeyri-müntəzəm sərnişin daşıma faktı aşkar edilmişdir. Nəticədə Əliyev İlqar İrşad oğlu tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 324.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Əliyev İlqar İrşad oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 324.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən vətəndaş İlqar Əliyevə ünvanlanmış *-**- ***/*-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli bildirişdən görünür ki, ##.##.2026-ci il tarixində saat 10:00-da Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 111 ünvanında yerləşən inzibati binasında (E-ünvan: elektron ünvan 1) törətdiyiniz hüquqazidd olan əməl ilə əlaqədar olaraq ##.##.2026-ci il tarixində tərtib edilmiş MN ******* nömrəli protokol əsasında inzibati xəta haqqında işə baxılacaqdır. İş materiallarına əlavə olunmuş çıxarışdan görünür ki, **-GR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin buraxılış kartını yoxlanılması zamanı məlumat tapılmamışdır. Məhkəmə birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, şikayətin məzmunundan da görünür ki, Əliyev İlqar İrşad oğlu tərəfindən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı mübahisələndirilmiş, müvafiq qərar şikayətə əlavə edilmiş, lakin birinci instansiya məhkəməsi tam, hərtərəfli və obyektiv araşdırma aparmadan, şikayətin dəlilləri qismində göstərilmiş halların aydınlaşdırılması məqsədi ilə qərarın dəyişdirilmədən saxlanılması qənaətinə gəlmişdir. Məhkəmə qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)- ***/**** nömrəli qərarı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qərarı ləğv edilərkən və iş materialları yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilərkən məhkəmə qərarında yeni araşdırma zamanı konkret göstərişlər, o cümlədən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, inzibati xətanın törədilməsi zamanı şəxsin nəqliyyat vasitəsində "sərnişin” qismində daşıdığı ehtimal olunan şəxslərin dindirilməli, müvafiq kameralardan videoyazı tələb edilərək baxış keçirilməli və əldə olunmuş sübutlara əsasən yekun məhkəmə qərarı qəbul edilməli olduğunu qeyd etmişdir. Lakin birinci instansiya məhkəməsi Bakı Apellyasiya Məhkəməsuinin qeyd edilən göstərişlərdən heç birini icra etməmiş, nəticədə düzgün olmayan qərara gəlmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı halda birinci instansiya məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qərarındakı göstərişləri yerinə yetirməli, həmçinin şikayətçi tərəfindən məhkəməyə təqdim edilmiş sübutlara, onların kifayət edib-etməməsi baxımından qiymət verilməli, izahatlar alınmalı və müvafiq olaraq qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 48-ci maddəsinə görə, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsaslardır. 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar qanuni qüvvəyə minir. Qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Əliyev İlqar İrşad oğlu tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, Əliyev İlqar İrşad oğlunun şikayətinin təmin edilməməsi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının Əliyev İlqar İrşad oğlu tərəfindən verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərarı ləğv edilməli, iş yenidən baxılıb qərarın təsviri hissəsində sadalanan məsələlər aydınlaşdırılmaqla nəticəsindən asılı olaraq müvafiq qərar qəbul edilməsi üçün həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Əliyev İlqar İrşad oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilsin və iş materialları yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim: Telman Hüseynov
Məhkəmə qərarları › İş №3(3-6)-1795/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1795/2026
22.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver