Məhkəmə qərarları › İş №3(3-6)-1797/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1797/2026

19.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1797/2026 19.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi və məruzəsi, məhkəmə iclas katibi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında cərimə edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarından barəsində inzibati tənbeh tətbiq edilən şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Təqdim edilmiş materialdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Bakı şəhəri Binəqədi Rayon Polis Idarəsinin 40-cı Polis Şöbəsinin sahə inspektoru X1 tərəfindən Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə ## ### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında cərimə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan barəsində inzibati tənbeh tətbiq edilən şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarının ləğv edilməsi, barəsində olan inzibati işə xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, Hadisənin real gedişatı təhrif edilmişdir. O, zərbə vurmamış, fiziki zorakılığa məruz qalmışdır. Hadisə günü "Zəm-Zəm" mərasim evini icarə əsasında işlədən Zərərçəkmiş şəxs ona zəng edərək, avtomobilini obyektin qarşısından çəkməyi tələb etmişdir. Halbuki, onun avtomobili sözügedən obyektə məxsus olmayan, tamamilə kənar bir ərazidə park edilmişdi və heç bir maneə törətmirdi. O, məsələni aydınlaşdırmaq üçün obyektin yaxınlığına getdikdə, Zərərçəkmiş şəxs qəfil qolundan tutaraq onu güclə maşının yanına aparmışdır. Bu zaman onun oğlu və "Zəm-Zəm" mərasim evində işləyən digər bir əməkdaş da ona hücum edərək, əlbir olub şillə və təpiklərlə ona çoxsaylı zərbələr endirmişdirlər. O, özünü müdafiə etməyə çalışmış, qarşı tərəfdən heç kimə heç bir xəsarət yetirməmiş və heç kimi vurmamışdır. Maddi sübutların - kamera görüntülərinin araşdırılmasından qanunsuz olaraq imtina edilmişdir. Hadisənin baş verdiyi "Zəm-Zəm" mərasim evinin qarşısında, habelə hadisə yerinə tam yaxın məsafədə yerləşən ətraf kafelərdə və şəxsi yaşayış evlərində fəaliyyət göstərən təhlükəsizlik kameraları mövcuddur. Bu kameraların görüntülərində onun heç kimi vurmadığı, əksinə, 3 nəfər tərəfindən fiziki təzyiqə və döyülməyə məruz qaldığı açıq-aydın görünür. Lakin Binəqədi Rayon Məhkəməsi bu obyektiv video-sübutlann əldə edilməsi üçün heç bir sorğu verməmiş, işin həqiqi xarakterini üzə çıxarmaqdan yayınmışdır. Hadisədən dərhal sonra tərəfindən polis çağırılmış və DIN-in Binəqədi Rayon Polis Idarəsinin 40-cı Polis Bölməsinə aparılmışdır. Orada onunla bərabər, ona xəsarət yetirən Anarın və onun oğlunun izahatları alınmışdır. Lakin birinci instansiya məhkəməsində Anarın oğlu iştirak etməmişdir. Məhkəmə yalnız zərərçəkmiş statusu almış Zərərçəkmiş şəxs subyektiv bəyanatları və şübhəli ekspertiza rəyi ilə kifayətlənmişdir. Ekspertiza rəyində göstərilən yüngül xəsarətlərin (dilin sıyrılması və s.) mübahisə zamanı qışqırarkən və ya tamamilə kənar şəraitdə törənməsi ehtimalı böyükdür. Üç nəfərin hücumuna məruz qalan şəxs o olduğu halda, barəsində cərimə qərarının çıxarılması ədalətsizlikdir. Birinci instansiya məhkəməsi cəza təyin edərkən onun şəxsiyyətini, ailə və maddi vəziyyətini tam obyektiv qiymətləndirməmişdir. Belə ki, o, əvvəllər heç bir məhkumluğu və ya inzibati xətası olmayan, cəmiyyətdə müsbət xarakterizə olunan bir şəxsdir. "AZEMIS" Elektron Məhkəmə Informasiya Sistemindən edilən çıxarışla da təsdiq olunduğu kimi, himayəsində ##.##.2019-cu il təvəllüdlü azyaşlı övladı - X2 vardır. O, fərdi əməklə məşğul olur, sabit və yüksək gəliri yoxdur. Hazırkı iqtisadi şəraitdə 300 manat məbləğində cərimənin tətbiq edilməsi onun və ailəsinin (xüsusilə azyaşlı övladının) maddi durumuna çox ağır zərbə vuracaqdır. Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarının ləğv edilməsi, barəsində olan inzibati işə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs oğlu və səlahiyyətli orqan Bakı şəhəri Binəqədi Rayon Polis Idarəsinin 40-cı Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Apellyasiya instansiyası məhkəməsi şikayətə zərərçəkmiş şəxsin və inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçısını dinləyərək, belə hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsinə dair *(*-**)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Ilk növbədə qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi belə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarına əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etiraf etməməsinə baxmayaraq, zərərçəkmiş şəxsin izahatı, ekspertiza rəyi, inzibati xəta haqında protokol və iş üzrə tədqiq edilmiş digər mövcud sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, birinci instansiya məhkəməsində barəsində inzibati iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəməyə verdiyi izahatında bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə aralarında mübahisə baş vermişdir. O, mübahisə zamanı Zərərçəkmiş şəxs döyməmiş, əksinə həmin mübahisə zamanı o, özü döyülmüşdür. Barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla razı deyil. Göstərilənlərə əsasən, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə verdiyi izahatında bildirmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətçi olduğunu bildirmiş və məhkəmədən onun barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - ##.##.2026-cı il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloj Anatomiya Birliyi” PHŞ-nin ##.##.2026-cı il tarixli, *** nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxsnın bədən səthi üzərində aşkar olunmuş xəsarətlər – dilin səthəzilmiş yarası, alt dodağın selikli qişasına qansızma bərk küt əşyanın təsirindən əmələ gəlməsi qərarda göstərilən ##.##.2026-cı il tarixdə əmələ gələ bilərdi və sağlamlığına zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin olunmur. Zərərçəkmiş şəxs bədənsəthində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olarki, həmin xəsarət qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissəs(yumruq və s.) ilə endirilmiş zərbənin təsirindən əmələ gələ bilərdi. - ##.##.2026-cı il tarixli qərardaddan görünür ki, Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən xəsarət yetirilməsi faktı ilə əlaqədar Azərbaycan Respublikası IXM-nin 157-ci maddəsində nəzərdə tutulan qaydada inzibati icraat açılmışdır. - ##.##.2026-cı il tarixli, AZA ****** nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ### 2026-cı il tarixində saat 13:00 radələrində inzibati qaydada tutulmuşdur. - ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünürki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, “Zəm-Zəm” mərasim evinin yaxınlığında Zərərçəkmiş şəxs ilə aralarında münasibətlər pozulması zəminində baş vermiş münaqişə zamanı onu döymüşdür. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində qərar qəbul edərkən iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək düzgün və əsaslı olaraq onun Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməsinə dair qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsinin bu məsələ üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas yoxdur. Yuxarıda göstərildiyi kimi, inzibati xəta faktının subyektə münasibətdə müəyyən edilməsi ilə bağlı kifayət qədər dəlillərin mövcudluğu təsdiq olunmuşdur. Belə ki, məhkəmə araşdırılmış sübutlar tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsi iş materiallarına düzgün hüquqi qiymət vermiş, xətanın müəyyən edilməsi məqsədilə işin hallarını hərtərəfli, tam və obyektiv araşdıraraq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlini Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün müəyyənləşdirmiş, şəxsin apellyasiya şikayətində qeyd etdiyi kimi heç kəsə hər hansı xəsarət və zərbə endirməməsi, özünün Zərərçəkmiş şəxs və oğlu tərəfindən döyülməsi, Zərərçəkmiş şəxs vurmaması barədə dəlillər müdafiə xarakterli olmaqla məsuliyyətdən yayınma cəhdindən ibarətdir. Eyni zamanda, ekspertiza rəyinə əsasən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş sağlamlığa zərər vurmayan və dərəcəsi təyin olunmayan xəsarətlərin ##.##.2026-cı il tarixə uyğun gəlməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən şəxsə xəsarət yetirilməsi faktını təsdiq edir. Inzibati xəta törətmiş şəxs barəsində tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbiri seçərkən inzibati xətanın xarakteri, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halları, əməlində məsuliyyəti ağırlaşdıran halların müəyyən olunmamasını nəzərə almış və sonuncuya törətdiyi inzibati xətaya görə müəyyən edilmiş maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq etmişdir. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilk dəfə inzibati xəta törətməsi, himayəsində ##.##.2019-cu il təvəllüdlü yetkinlik yaşına çatmayan uşağı X2 olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən olunmuşdur. Məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində birinci instansiya məhkəməsi tərəfindən tətbiq edilmiş cərimə növündə inzibati tənbeh tədbiri hazırki iş üzrə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinin məqsədinin təmin olunması baxımından yetərli hesab edir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll olunur. - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.1.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, həmçinin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə belə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən qeyd olunan inzibati xəta hadisəsinin törədilməsi faktı sübuta yetirilir, apellyasiya şikayətinin dəlilləri qismində göstərilən hallar birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, şikayət təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib cərimə edilməsinə dair *(*-**)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarı barəsində inzibati tənbeh tətbiq edilən şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim: Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar