Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1799/2026 19.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi, Boroyev Əli Əhməd oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs), Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin nümayəndəsi X5, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol-nəqliyyat hadisələri üzrə şöbəsinin inspektoru X2 və “xxxx” MMC-nin sürücüsü X3 iştirakları ilə, Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi, inzibati xəta haqqında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh verilməsi barədə qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə göndərilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin rəisi Rəşid Piriyev tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2026-cı il tarixli, TP ******* nömrəli (##.##.2026-cı il tarixli İXP ******* saylı protokol əsasında qəbul edilmiş) inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə inzibati icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin barəsində ##.##.2026-cı il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edərək onun İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair qərar qəbul edib. Həmin qərar ##.##.2026-cı il tarixdə ona elektron kabinet vasitəsi ilə təqdim edilib. Aşağıdakılara görə barəsində çıxarılmış ##.##.2026-cı il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsassız və qanunsuz hesab edir: Belə ki, ## ##### 2026-ci il tarixdə idarə etdiyi **-TN-*** dövət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri Y.Səfərov küçəsi ilə öz hərəkət zolağında hərəkətdə olub Sabit Orucov küçəyə svetaforun yaşlı işığında sağ tərəfə manevr etmək istəmişdir. Manevr etmə nöqtəsinə çatmamışdan əvvəl svetafora təxminən 50- 60 metr qalmış sağ tərəfdə sərnişin dayanacağı və hadisə yeri ilə dayanacağın tam ortasında “xxxx”-a məxsus ** saylı avtomobilin dayandığını görmüşdür. Y.Səfərov küçəsi ilə öz zolağında hərəkət edib sağ tərəfə Sabit Orucov küçəyə dönmək istəyərkən svetaforun yaxınlığıdakı sərnişin zolağından “Skuter” və onun üzərindəki şəxs svetaforun qadağanedici işığında hərəkət etdiyi üçün o sərnişin zolağına az qalmış avtomobilini saxlamaq məcburiyyətində qalmışdır. Bu zaman onun idarə etdiyi avtomobilin sağ zolağından arxa tərəfdən hərəkət edən ‘’xxxx”-a məxsus ** saylı avtomobilin sürətlə gəldiyini və bir anda avtomobilin sağ tərəfini vuraraq ona maddi ziyan vurmaqla hadisə törətmişdir. Hadisədən sonra Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin Yol patrul xidmətinin oradan keçən əməkdaşı hadisəni görüb hadisə yerinə gələrək onun və “xxxx"-un ** JB *** qeydiyyat nömrəli ** saylı avtomobilini sürən sürücüsünün sənədlərini alaraq səhəri gün Bakı Şəhər Dövlət Yol Polis İdarəsinə yaxınlaşmağını bildirdi. Lakin həmin vaxt yol patrul xidməinin əməkdaşı yerində heç bir müayinə aparmadı və avtomobillərə dəyən ziyanı müəyyən etmədi. Lakin hadisə yerini və avtomoblinə dəyən ziyanın əks etdirən fotoşəkillər çəkmişdir. ##.##.2026-cı il tarixində o Bakı Şəhər Dövlət Yol Polis İdarəsinə getmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparan, idarənin * saylı xidmət otağında fəaliyyət göstərən R Anar adlı əməkdaşla görüşmüşdür. Görüş zamanı polis əməkdaşı heç bir əsaslı sübut təqdim etmədən hadisədə onun təqsirli olduğunu bildirmiş və “xxxx” MMC-yə məxsus nəqliyyat vasitəsinin sürücüsü barəsində tədbir görülməsinin mümkün olmadığını qeyd etmişdir. O, sürücünün işini itirmə ehtimalını əsas gətirərək onun günahkar olduğunu təkidlə vurğulamış və barəsində İXP ******* saylı inzibati xəta haqqında protokolun tərtib edildiyini bildirmişdir. Bununla yanaşı qeyd edir ki, o zərərçəkmiş şəxs qismində həmin Polis İdarəsində yazılı izahat vermişdir. Həmçinin hadisə yerində mövcud olan müşahidə kameralarının görüntülərində də onun təqsirsiz olduğu açıq-aşkar öz əksini tapmışdır. Lakin buna baxmayaraq, polis əməkdaşı tərəfindən onun təqdim etdiyim izahatlara və qüvvədə olan qanunvericiliyin tələblərinə məhəl qoyulmamış, onun mövqeyi araşdırılmadan rədd edilmişdir. Üstəlik, o, kobud davranış nümayiş etdirərək ondan xidməti otağı tərk etməyi tələb etmiş və müxtəlif dövlət orqanlarına, o cümlədən məhkəməyə müraciət etməyimin nəticəsiz olacağını bildirmişdir. Bir daha bildirirəm ki, baş vermiş yol-nəqliyyat hadisəsində onun heç bir təqsiri yoxdur və bu hal mövcud texniki vasitələr, o cümlədən video-müşahidə kameralarının görüntüləri ilə asanlıqla müəyyən edilə bilər. Göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1.5 və 110.1,130.1-ci maddələrinə əsasən cərimə edilməyi barədə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin ##.##.2026-cı il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim Zəfər Ramazanov) şikayət qismən təmin edilmiş, inzibati xəta haqqında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ##.##.2026-cı il tarixli, TP ******* nömrəli (##.##.2026-cı il tarixli İXP ******* saylı protokol əsasında qəbul edilmiş) inzibati tənbeh verilməsi barədə qərarı ləğv edilmiş, inzibati xəta haqqında işin yenidən baxılması üçün Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə göndərilməsi qərara alınmışdır. Qərardan narazı qalan Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin rəisi Rəşid Piriyev apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi və ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hakim inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısı olan vəzifəli şəxs və ya səlahiyyətli nümayəndəsinin gəlməməsi səbəblərini aydınlaşdırmadan hesab etmişdir ki, iclasın keçirilməsi mümkündür. Bununla da ədalətli araşdırma hüququnu pozaraq formal mülahizələrə uyğun qərar qəbul etmişdir. Məhkəmə tərəfindən zərərçəkmiş şəxs məhkəmə iclasına dəvət edilməmiş, onun izahatı alınmamış və bu hal işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına mənfi təsir göstərmişdir. Hakim inzibati tənbeh vermə haqqında qərarı ləğv edərək işi yenidən baxılması üçün səlahiyyətli orqana göndərmiş, lakin qərarında konkret olaraq hansı halların natamam araşdırıldığı, hansı sübutların toplanmalı olduğu və ya hansı zəruri prosessual hərəkətlərin aparılmalı olduğunu göstərməmişdir. Bu isə qərarın qeyri-müəyyən və icrası çətin olan xarakter daşımasına səbəb olmuşdur. Qanunvericiliyin tələblərinə görə məhkəmə belə hallarda işin hansı istiqamətdə yenidən araşdırılmalı olduğunu aydın şəkildə göstərməlidir. İşin baxılması zamanı yol-nəqliyyat hadisəsinin araşdırılması zamanı toplanmış sənədlər tədqiq edilməmişdir. Araşdırma zamanı toplanmış sənədlərlə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən yol hərəkəti qaydasını pozaraq yol-nəqliyyat hadisəsi törətməsi öz təsdiqini tapmışdır. Sürücü Qərardan şikayət verən orqan (şəxs) YHHQ-nın 42-ci maddəsinin l-ci hissəsinin tələbinə riayət etməyərək yol-nəqliyyat hadisəsini törətmişdir. Bu hal toplanmış materiallar və inzibati xəta haqqında protokol ilə öz təsdiqini tapmışdır. İnzibati xəta haqqında protokol sübut xarakterli sənəd olmaqla, iş üzrə digər materiallarla birlikdə qiymətləndirilməlidir. Mövcud materiallar inzibati xətanın baş verməsini təsdiq etmək üçün kifayət etmişdir. Hakim isə əsassız olaraq sübutların yetərsiz olması qənaətinə gəlmişdir. Bundan başqa prosessual pozuntu ilə bağlı hakimin mövqeyinə əsassızdır. Hakimin qərarda göstərilən prosessual pozuntular işin mahiyyətinə təsir edən hallar deyildir və inzibati xəta faktını aradan qaldırmır. İnzibati xəta haqqında iş üzrə icraat zamanı qanunvericiliyin tələblərinə riayət edilmiş, şəxsə izahat vermək imkanı yaradılmışdır. İş üzrə toplanmış sübutlar inzibati xətanın mövcudluğunu təsdiq edir və əlavə sübutların olmaması inzibati məsuliyyəti istisna etmir. Hakim tərəfindən qəbul edilmiş qərar əsassızdır və işin faktiki halları düzgün qiymətləndirilməmişdir. Belə ki, inzibati araşdırma zamanı hadisə sxemi tərtib edilmiş, iştirakçıların izahatları alınmış, hadisənin baş vermə şəraiti müəyyən edilmişdir. Bu sübutlar məcmu halda inzibati xəta faktını təsdiq edir. Hakim isə bu sübutlara kompleks qiymət verməmiş, onları əsassız olaraq kifayət etməyən hesab etmişdir. Toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, X4 idarə etdiyi nəqliyyat vasitəsi ilə təhlükəli manevr etmiş və yolnəqliyyat hadisəsinin baş verməsinə səbəb olmuşdur. Belə ki, inzibati xəta haqqında protokol, hadisə materialları, əməkdaş tərəfindən toplanmış sübutlar və digər sənədlərlə müəyyən edilmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi **-TN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarının manevr etmə ilə bağlı tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsi inzibati orqan tərəfindən toplanmış sübutlara tam hüquqi qiymət verməmiş, inzibati xəta haqqında protokolun sübut əhəmiyyətini düzgün qiymətləndirməmiş, iş üzrə mövcud materialların məcmusunu kifayət qədər nəzərə almamışdır. Hakim yalnız şikayət verən şəxsin izahatlarına üstünlük vermiş, lakin hadisənin başvermə mexanizmini təsdiq edən digər sübutları kifayət qədər araşdırmamışdır. Bundan əlavə, hakim qərarda səlahiyyətli orqanın gəldiyi nəticələrin hansı konkret sübutlarla təkzib edildiyi tam əsaslandırılmamışdır. Göründüyü kimi qərardan şikayətə baxmış hakim ümumiyyətcə bu halları araşdırmadan yalnız formal yanaşma edərək qanuni və əsaslı tənbeh vermə haqqında qərarı ləğv edərək qanunsuz və əsassız qərar qəbul etmişdir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin l-ci hissəsinə əsasən İ. Yol hərəkətinin iştirakçıları: 1) yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; 3) yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Göründüyü kimi qanunverici yol hərəkəti iştirakçısının üzərinə yuxarıda qeyd olunan vəzifələri qoymuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin l-ci hissəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Həmin Qanunun 81-ci maddəsinə əsasən Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Hakim yuxarıda sadalanan halların heç birini araşdırmadan həmin hallara hüquqi qiymət vermədən formal yanaşma edib qanuni və əsaslı qərarı ləğv etməklə kobud səhvə yol vermişdir. Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqanın nümayəndəsi X5 apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən “xxxx” MMC-nin sürücüsü X3 ilkin izahatına uyğun olaraq fikir bildirmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il # ######## tarixli Qərarında İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə müvafiq olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb olunması və tənbeh edilməsi üçün bu maddədə sadalanan şərtlərin (inzibati xətanı nəzərdə tutan normanın, təqsirin və inzibati xəta tərkibinin digər əlamətlərinin) mövcudluğu mütləq zərurətdir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinin tələbinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsi). Qanunvericiliyin yuxarıda qeyd olunan normalırını rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi apellyasiya protestinin dəlilləri əsasında inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçısının çıxışını dinləyərək hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, ilk növbədə verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarına əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddə ilə təqsirini təsdiq edən konkret sübutlar müəyyən edilməmiş, mövcud sübutlar isə şübhəli olmaqla mübahisə doğurmuşdur. Bununla belə apellyasiya şikayətinin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsi bir sıra hallara diqqət yetirilməklə öz münasibətini bildirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud ara məsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə - qırx manat məbləğində cərimə edilir. İş materiallarında olan Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ##.##.2026-cı il tarixli, TP ******* nömrəli (##.##.2026-cı il tarixli İXP ******* saylı protokol əsasında qəbul edilmiş) inzibati tənbeh verilməsi barədə qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026cı il tarixdə Yusif Səfərov küçəsində “X1 minik” markalı **-TN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməyə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində 40 manat inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan fotoşəkillərdən və videomaterialdan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə Yusif Səfərov küçəsində “X1 minik” markalı **-TN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən sağa dönmə manevr hərəkəti etmək istəmiş, qarşıdan “skuter” sürən şəxsin gəldiyini görmüş, bu səbəbdən qəfil dayanmış, bu zaman arxadan gələn avtobus onun idarə etdiyi, dayanmış vəziyyətdə olan avtomobilə çırpılmış və qəza baş vermişdir. Apellyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsi ilə razılaşır ki, inzibati tənbehvermə haqqında qərardan verilmiş şikayətə baxarkən hesab etmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Belə ki, təqdim olunmuş videoçəkilişdən də görünür ki, baş vermiş hadisə üzrə “xxxx" MMCnin ** JB *** qeydiyyat nömrəli ** saylı avtobus sürücüsünün əməlinə düzgün hüquqi qiymət verilməmiş, avtobus sürücüsü qarşısında olan təhlükəni, yəni “X1 minik” markalı **-TN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini dayanmış halda gördüyü və görməli olduğu halda hadisənin qarşına texniki imkanın olmasına baxmayaraq, buna diqqətsiz yanaşaraq heç bir tədbir görməmiş və yol-nəqliyyat hadisəsini törətmişdir. Belə ki, yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən Sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Məhkəmə onu da diqqətdən qaçıra bilmir ki, yol polisi inspektoru Anar Rəsulov tərəfindən tərtib olunmuş yol-nəqliyyat hadisəsinin sxemində yalnız avtobus sürücüsü Ruslan Mehdiyevin imzası olmuş, digər sürücü, yəni barəsində inzibati xəta ilə bağlı icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) isə imzası həmin sxemdə olmamış, baxmayaraq ki, hadisə ilə bağlı ilkin olaraq hər iki sürücünün izahatı alınmışdır. Bu da araşdırmanın birtərəfli aparılmasının açkar göstəricisidir. Odur ki, şikayətdə qeyd olunan hallar birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar hesab oluna bilməz. Azərbaycan Respublikası İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 48-ci maddəsində göstərilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayətə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq şikayətin qismən təmin edilməsi və səlahiyyətli orqan tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək işin yenidən baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə göndərilməsi barədə qərar qəbul etmişdir. Beləliklə, sadalanan qanunvericilik normalarının tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin rəisi Rəşid Piriyev tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1799/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1799/2026
19.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver