Məhkəmə qərarları › İş №3(3-6)-1802/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1802/2026

22.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1802/2026 22.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs “xxxx” Mənzil Tikinti Kooperativinin vəzifəli şəxsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Borclu vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Binəqədi rayon İcra şöbəsinin icra məmuru X1 tərəfindən ##.##.2026-cı il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Binəqədi Rayon Məhkəməsinə təqdim edilmişdir. ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən məlum olur ki, borclu Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, **(***)-**/**** saylı icra sənədi üzrə öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, borclu “xxxx” MTK-nın sədri Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi, ev 18B ünvanında söküntü işlərini davam etdirmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək 2500 (iki min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Qərardan barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya qaydasında şikayət verərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ### 2025-cı il tarixli qərarının ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya qaydasında verilmiş şikayət onunla əsaslandırılmışdır ki, X2 “xxxx” MTK-ya qarş“ı ünvan 1 ünvanında yerləşən 0,18 ha torpaq sahəsindən və həmin torpaqda yerləşən fərdi yaşayış evindən 13. Apellyasiya şikayətinə əlavə edilmiş sənədlər Sənədin növü Faylın adı Endir ərizə Elektron Ərizə.pdf Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: istifadəyə yaradılmış maneələrin aradan qaldırılması, qanunsuz zəbt edilmiş 70 kv.m. torpaq sahəsinin boşaldılıb təhvil verilməsi, uçurulmuş hasarların Kooperativin hesabına əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair” iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Eyni zamanda, X2 müvəqqəti təminat tədbirinin tətbiq olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Binəqədi Rayon Məhkəməsinin **(***)-**/**** saylı, ## #### 2025-ci il tarixli qərardadı ilə yekun məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək ##.##.2025-ci il tarixdən başlayaraq məhkəmə qətnaməsi qəbul edilənədək ünvan 2 ünvanında yerləşən torpaq sahəsində olan bütün tikililərdə və hasarlarda söküntü işlərinin aparılmasının “xxxx” MTK-nın əməkdaşlarına və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. Mülki işin araşdırılması zamanı məhkəmə tərəfindən müvafiq ekspertiza təyin olunmuş və ekspertiza çərçivəsində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyinə görə, X2 məxsus torpaq sahəsinin koordinatlarının naturada müəyyən olunması mümkün olmamış, həmçinin torpaq sahəsinin Kooperativ tərəfindən zəbt edilmədiyi və orada Kooperativ tərəfindən hər hansı tikinti işlərinin aparılmadığı müəyyən edilmişdir. Göründüyü kimi, mütəxəssisin naturada müəyyən edə bilmədiyi torpaq sahəsinin yerinin, o cümlədən orada söküntü işlərinin aparıldığının icra məmuru tərəfindən “müəyyən edilməsi”, icra məmurunun qərəzli münasibətindən irəli gəlmişdir. Beləliklə, birinci instansiya məhkəməsi barəmdə inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edərkən iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış, həmçinin məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır. Bu isə məhkəmə qərarının apellyasiya qaydasında ləğv edilməsinə və barəmdə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə birbaşa əsas yaratmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş tələbkar, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs və icra məmuru məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə, İXM-nin 133.2.4-ci maddəsinə əsasən onların iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab edir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib inzibati qaydada cərimə edilməsinə dair ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, **(***)-**/**** saylı icra vərəqəsinə əsasən yekun məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək ##.##.2025-ci il tarixdən başlayaraq məhkəmə qətnaməsi qəbul edilənədək, Binqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi, ev 18B ünvanında yerləşən torpaq sahəsində olan bütün tikililərdə və hasarlarda söküntü işlərinin aparılmasının “xxxx” MTK-nın əməkdaşlarına və digər şəxslərə qadağan edilməlidir. ##.##.2025-ci il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildirişindən görünür ki, “xxxx” MTK barəsində olan icra sənədi üzrə icraata başlanmış və sonuncuya icra sənədini təmin etməsi bildirilmişdir. Binəqədi rayon İcra şöbəsinin icra məmurları Asəm Əhmədovun və Nəbi Allahverdiyin, borclu “xxxx” MTK-nın sədri vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və tələbkar X2 iştirakı ilə tərtib edilmiş ##.##.2025-ci il tarixli aktdan görünür ki, Binqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi, ev 18B ünvanında yerləşən torpaq sahəsinə baxış keçirilərkən tələbkara məxsus torpaq sərhədində borclu tərəfindən torpağın qazıldığı və aparılan qazıntı işləri nəticəsində hasarlarda dağıntı olduğu müəyyən edilmişdir. Ərazinin fotoşəkilləri çəkilmiş akta əlavə edilmişdir. Həmçinin bununla əlaqədar, borcludan qazıntı işlərinin təcili dayandırılması tələb edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərarına əsasən “xxxx” MTK-nın sədri vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1500 manat inzibati cərimə edilmişdir. Binəqədi rayon İcra şöbəsinin icra məmurları Asəm Əhmədovun və Nəbi Allahverdiyin, borclu “xxxx” MTK-nın sədri vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və tələbkar X2 iştirakı ilə tərtib edilmiş ##.##.2026-cı il tarixli aktdan görünür ki, Binqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi, ev 18B ünvanında yerləşən torpaq sahəsinə baxış keçirilərkən tələbkara məxsus torpaq sahəsinin kənarına bitişik hissədə borclu tərəfindən qazıntı işlərinin davam etdirildiyi, aparılan qazıntı işləri nəticəsində hasarlarda dağıntı olduğu müəyyən edilmişdir. Ərazinin fotoşəkilləri çəkilmiş akta əlavə edilmişdir. Həmçinin bununla əlaqədar, borcludan qazıntı işlərinin təcili dayandırılması tələb edilmişdir. İXM-in 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, qanunverici tərəfindən qeyd olunan normada borclunun icra məmurunun qanuni tələblərini yalnız üzrsüz səbəbdən yerinə yetirməməsi həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Qeyd olunan hal isə özlüyündə, icra məmurunun qanuni tələblərinin, ümumilikdə isə müvafiq icra vərəqəsinin icra olunmamasına gətirib çıxarmış borclu tərəfindən həmin hərəkətlərin edilməməsinin obyektiv və subyektiv səbəblərini, eləcə də müvafiq icraat zamanı icra məmuru tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əsasən lazımlı zəruri icra tədbirlərinin görülüb-görülməməsi araşdırılmaqla, qarşılıqlı şəkildə tədqiq edilərək müəyyən edilməsini şərtləndirir. Öyrənilmiş materiallarda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs istinad edilən inzibati xətanı törətməsi məhkəmə iclasında tədqiq edilmiş ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolla, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki ##.##.2025-ci il tarixdən, yəni icra sənədi üzrə icraata başlanma haqqında qərar qəbul olunduğu tarixdən ##.##.2026-cı il tarixədək (protokol tərtib olunduğu tarix) müddət keçməsinə baxmayaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və bununla da, üzürsüz səbəbdən Dövlət adında qəbul edilmiş qətnaməni icra etməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” # #### 2014-cü il tarixli Qərarı). Bu baxımdan Konstitusiyanın 129-cu maddəsinin müddəaları böyük əhəmiyyətə malikdir. Həmin maddənin tələblərinə görə məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla, eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icra ilə bağlı məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar ## ###### 2007ci il tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə ## #### 1997-ci il tarixli Qərar). İnzibati xəta törətmiş şəxs barəsində tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbiri seçərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını qeyd etmişdir. Bununla yanaşı qeyd olunmalıdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına səthi və etinasız yanaşması məhkəmə hakimiyyətini nüfuzdan salmaqla yanaşı, vətəndaşların məhkəmə sisteminə inamının azalmasına səbəb olur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə hesab edir ki, birinci instansiya məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından, verilmiş şikayət təmin edilməməlidir. İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Zəfər Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar