Məhkəmə qərarları › İş №3(3-6)-1804/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1804/2026

19.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1804/2026 19.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi Nümayəndə oğlunun iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) şikayətinin qismən təmin edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin MN ******* saylı, ## ##### 2026-cı il tarixli inzibati tənbeh vermə barədə qərarının ləğv edilərək iş yenidən baxılması üçün X4 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq İdarəsinin rəis müavini tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclasında baxaraq müəyyən e t d i m: Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin ## ##### 2026-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə inzibati icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət qismən təmin edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin MN ******* saylı, ## ##### 2026-cı il tarixli inzibati tənbeh vermə barədə qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılması üçün X4 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilmişdir. Həmin qərardan narazı qalan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq İdarəsinin rəis müavini apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarının ləğv edilməsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayətinin onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, 3(5- **)-****/**** nömrəli qərarı ləğv edilməli və Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin ## ##### 2026-cı il tarixli, MN ******* nömrəli qərarı qüvvədə saxlanılmalıdır. Bildiririk ki, sözügedən məhkəmə qərarında Qərardan şikayət verən orqan (şəxs) barəsində ## ##### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, onun inzibati xətanı törətməsi barədə səlahiyyətli orqanın gəldiyi nəticə üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmaması qənaətinə gəlinmişdir. İşin mahiyyəti bundan ibarətdir ki, X1 Donanmasının istifadəsində olan Neft Daşları körpüsünə yan alan "Sərsəng" gəmisinin Rı X6 ## ###### 2026-cı il tarixdə iş vaxtı xəsarət alması ilə nəticələnmiş istehsalatda bədbəxt hadisə barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə məlumat verməmişdir. Qərardan şikayət verən orqan (şəxs) əməlində İnzibati Xətalar Məcəlləsinin 555.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən bu maddə ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. Məmmədov Mais İlyas oğlu tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 217.1-ci maddəsinin və Qaydaların tələbləri pozulmuşdur. Qərardan şikayət verən orqan (şəxs) əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur və sübuta yetirilmişdir. Məhz bu səbəbdən də qanunvericiliyə əsasən Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən bu maddələr ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarında əsaslandığı mülahizələr isə ziddiyətlidir və əsassızdır, sübutlar düzgün qiymətləndirilməmişdir. Öz növbəsində qərarda işin hallarına və qanunvericiliyin tələblərinə uyğun düzgün nəticə çıxarılmamış və düzgün qərar qəbul olunmamışdır. iş materiallarında olan sənədlərə əsasən Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1 -ci maddəsinin tələblərinin pozulması öz təsdiqini tapır. Məhkəmə iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq İdarəsinin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasıni xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barəsdinə qanunvericiliyə uyğun məlumatlandırılmış Qərardan şikayət verən orqan (şəxs) iştirak etmədiyin məhkəmə iclasının onun iştirakı olmadan davam etdirilməsi mümkün hesab edilmişdir. İşin halları və hüquqi məslələr: Təqdim olunmuş materialı nəzərdən keçirib, şikayətin dəlillərini araşdırıb, tərəfin çıxışını dinləyərək hesab edirəm ki, aşağıdakı əsaslara görə verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -X4 Xidməti tərəfindən tərtib edilmiş ## ##### 2026-cı il tarixli inzibati tənbeh verilməsi barədə qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində 1000 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. -## ##### 2026-cı il tarixli əmrdən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) əmək müqaviləsinə yaşa görə təqaüdə çıxması ilə əlaqədar xitam verilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə şikayət ərizəsində göstərilən dəlillər hərtərəfli, tam və obyektiv surətdə araşdırılması, ən başlıcası məlumat verilməmiş faktın istehsalatda baş verən bədbəxt hadisə olub-olmamasına hüquqi qiymət verilməsi üçün şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin MN ******* saylı, ## ##### 2026-cı il tarixli inzibati tənbeh vermə barədə qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün X4 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilməlidir. Məhkəmə iş materiallarını tədqiqi edərək qeyd edir ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində ## ##### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, onun inzibati xətanı törətməsi barədə səlahiyyətli orqanın gəldiyi nəticə üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsinde peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.10cu maddəsinə əsasən istehsalatda bədbəxt hadisənin anlayışı verilmişdir. Belə ki, istehsalatda bədbəxt hadisə - sığorta olunanın əmək funksiyalarını yerinə yetirərkən bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Hesab edirəm ki, birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) şikayətinin qismən təmin edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin MN ******* saylı, ## ##### 2026-cı il tarixli inzibati tənbeh vermə barədə qərarının ləğv edilərək iş yenidən baxılması üçün X4 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilməsi barədə qəbul edilmiş qərar əsaslıdır, qərarın ləğv edilməsinə və dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi göstərilənləri və işin hallarını hərtərəfli nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı hesab edilməklə qüvvəsində saxlanılmalı, şikayətin dəliləri əsassız olduğu üçün təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutaraq qərara alıram: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq İdarəsinin rəis müavini tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) şikayətinin qismən təmin edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin MN ******* saylı, ## ##### 2026-cı il tarixli inzibati tənbeh vermə barədə qərarının ləğv edilərək iş yenidən baxılması üçün X4 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət şikayət verilə bilməz. Hakim Qədim Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar