Məhkəmə qərarları › İş №3(3-6)-1805/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1805/2026

25.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1805/2026 25.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı, Əsədullayev Rasim Nüsrət oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tənbeh edilməsi haqqında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqdim olunmuş inzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı şəhəri Xətai Rayon Polis Idarəsinin 34-cü Polis şöbəsinin sahə rəisi, R Ilqar Mehdiyev tərəfindən tərtib olunmuş ## ##### 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ###### 2026-cı il tarixdə Zərərçəkmiş şəxs məxsus “Uni-Z” markalı ** LY *** dövlət qeydiyyat nişanlı avtomobili zədələyərək ziyan vurmaqla Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Tərtib olunmuş ## ##### 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və toplanmış sənədlər baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim A.N.Həsənova) ## ### 2026-cı il tarixli qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli həddində – 2.040 (iki min qırx) manat məbləğində cərimə ilə tənbeh edilmişdir. Qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya qaydasında şikayət verərək, inzibati iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarının ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri, tərəflərin çıxışları: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayəti onunla əsaslandırmışdır ki, hadisədən bir neçə gün sonra o, Bakı şəhəri Xətai RPI-nin 34-cü Polis Şöbəsinə yaxınlaşaraq izahat vermiş və bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Babək pr-ti, ev 6, mənzil 46-da yaşayır, hadisə olan günü axşam 22 radələrində evinə gələrkən ona məxsus qarajın qarşısında Zərərçəkmiş şəxs məxsus “UNI-Z” markalı ** LY *** dövlət qeydiyyat nömrəli avtomobilini görmüşdür. 1-2 saat gözlədikdən sonra “UNI-Z” markalı ** LY *** dövlət qeydiyyat nömrəli avtomobilin çıxmamasını görmüş və məcbur qalaraq 102 xidmətinə məlumat verərək xahiş etmişdir ki, həmin avtomobilin onun qarajının qarşısından çıxarılmasına köməklik edilsin. Lakin heç bir nəticə olmadı. Iki saat keçdikdən sonra “UNI-Z” markalı ** LY *** dövlət qeydiyyat nömrəli avtomobilin sahibi Zərərçəkmiş şəxs gəlmiş və o, Zərərçəkmiş şəxs öz iradını bildirmiş, bu hadisə ilə bağlı 102 xidmətinə ondan şikayət etdiyini diqqətinə çatdırmışdır. Zərərçəkmiş şəxs isə ondan 102 xidmətinə şikayət etdiyi üçün əsəbləşmiş və onu təhqir etməyə başlamışdır. O isə qarşısındakı xanım olduğu üçün heç bir qarşılıq verməmişdir. Sakit durduğu üçün Zərərçəkmiş şəxs daha da əsəbləşmiş və ona bildirmişdir ki, əcəb eləmiş və düz eləmişdir, gedib hara şikayət edirsə etsin. Sonra isə onu təhqir eləməyə başlamış və ona hədə-qorxu gəlmişdir. Ona bildirmişdir ki, bunun hayıfını ondan çıxacaqdır və onu süründürəcəkdir. Hadisə necə olmuşdursa Bakı şəhəri Xətai RPI-nin 34-cü Polis Şöbəsində izahatımda bildirmişdir. Əlavə olaraq Bakı şəhəri Xətai RPI-nin 34-cü Polis Şöbəsində xahiş etmişdir ki, yaxınlıqda olan kameralara baxılsın. Ona bildirilmişdir ki, bu onların işidir və lazım olsa özləri baxacaqlar. Bakı şəhəri Xətai RPI-nin 34-cü Polis Şöbəsinin sahə rəisi R Ilqar Mehdiyev tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol əsasında o, Bakı şəhər Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə 2.040 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, mənim təqsirimin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən halları müəyyən etmədən və nəzərə almadan, işdə heç bir subut olmadan və onu məhkəməyə çağırmadan ədalətsiz qərar qəbul etmişdir. Hesab edir ki, bu hal Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyası prinsipinə ziddir. O, hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı tam obyektiv deyil və əsassızdır, bu səbəbdən ləğv olunmalıdır. Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müraciətində qeyd olunan məlumatların nəzərə alınaraq, şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə, iclasın vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar olunmuş inzibati orqanın nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Işin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayəti inzibati xəta haqqında iş üzrə icraat materialları ilə əlaqəli şəkildə hərtərli, tam və obyektiv araşdırıb, proses iştirakçısının çıxışını dinləyərək hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərar ləğv olunmalı və iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılması üçün material birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayətlə bağlı inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə icraat materiallarına əsasən gəldiyi nəticəni maddi və prossesual hüquq normalarının tələbləri baxımından əsaslı hesab etmir. Belə ki, inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını şikayətin dəlilləri və iş materialları əsasında yoxlayan apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən inzibati iş üzrə qəbul olunmuş yekun qərar işin məlum hallarına uyğun deyil və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan sənədlərin və məlumatların təhlili aparılmaqla prosedur qaydalara əməl olunmamışdır. Yəni birinci instansiya məhkəməsi tərəfindən inzibati işə baxılarkən, qanunvericiliyin tələbinə əsasən, işin faktiki hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına dəlalət edən kifayət qədər sübutlar qiymətləndirilməmiş, tərəfin mübahisələndirdiyi faktlar məhkəmədə kifayət qədər araşdırılmamışdır. Iş materiallarından göründüyü kimi Bakı şəhəri Xətai RPI-nin 34-cü PŞ-nin sahə rəisi, R Ilqar Mehdiyev tərəfindən Zərərçəkmiş şəxs və X1 izahatları alınsa da, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatı alınmamış, həmçinin sonuncunun birinci instansiya məhkəməsi tərəfindən məhkəmə icraatı zamanı iştirakı təmin olunmamış və sübutların məhkəmədə tərəflərin iştirakı ilə tədqiq edilməsi təmin edilməmişdir. Odur ki, qeyd olunan hallar tərəflərin iştirakı ilə birinci instansiya məhkəməsində hərtərəfli, tam və obyektiv araşdırılmalı və nəticəsindən asılı olaraq iş üzrə müvafiq qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələri iş materiallarına və onun faktiki hallarına uyğun hesab etmir. Apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunan halların birinci instansiya məhkəməsində araşdırılmasının zəruriliyini və qəbul ediləcək məhkəmə qərarının mübahisələndirdiyi təqdirdə apellyasiya qaydasında yoxlanılmasının mümkünlüyünü nəzərə alır. “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # #### 2015-ci il qərarında qeyd edilir ki, dövlət orqanları insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırmasından çəkinməklə yanaşı cəmiyyətdə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (Konstitusiyanın 71-ci maddəsinin İ hissəsi). “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.1, 430.2.1 və 430.2.3-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2013-cü il tarixli qərarında qeyd edilir ki, Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Bu müddəa məhkəmə müdafiəsinin yalnız birinci instansiya məhkəməsində deyil, həmçinin apellyasiya və kassasiya instansiyası məhkəmələrində də təmin olunmasını nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət vermək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, bu Məcəllənin 135.1.1-135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Belə ki, həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsaslardır. Odur ki, şikayət qismən təmin edilməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinərək tənbeh edilməsi haqqında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı ləğv olunmalı və inzibati xəta haqqında iş üzrə icraat materialları şikayətin dəlillərinə və digər məlumatlara münasibətdə hərtərəfli, tam və obyektiv araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin Məcəlləsinin 128, 133, 134, 135 və 136-cı maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi, QƏRARA ALİR: Şikayət qismən təmin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinərək tənbeh edilməsi haqqında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı ləğv olunsun və inzibati xəta haqqında iş üzrə icraat materialları şikayətin dəlillərinə və digər məlumatlara münasibətdə hərtərəfli, tam və obyektiv araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərar qətidir, ondan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar