Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1810/2026 24.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X2 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X6 İctimai Birliyinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X6 İctimai Birliyinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.8-1-ci maddəsi ilə 2500 (iki min beş yüz) manat məbləğində cərimə edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*- **)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X6 İctimai Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsi tərəfindən hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X6 İctimai Birliyi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.8-1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair ##.##.2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X6 İctimai Birliyinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.8-1-ci maddəsi ilə 2500 (iki min beş yüz) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X6 İctimai Birliyi apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi Rayon Məkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hüquqi şəxs tərəfindən “Cinayət yolu ilə əldə edilmiş əmlakın ləqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun 12.3-cü maddəsində nəzərdə tutulmuş illik maliyyə hesabatının nəzarət orqanına (Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinə) təqdim edildiyi faktı mövcuddur. Hesabat ##.##.2026-cı il tarixində elektron ünvan 1 elektron poçt ünvanından qurumun əməkdaşı Pünhanə Abdullayevanın şəxsi elektron poçt ünvanına (elektron ünvan 2) göndərilmişdir. Bu göndəriş faktını təsdiqləyən “Göndərilənlər” qovluğunun skrinşot-fotosu şikayətə əlavə olunur. Birinci instansiya məhkəməsi ##.##.2026-cı il tarixli iclasda hüquqi şəxsin nümayəndəsinin “hesabat elektron poçt vasitəsilə göndərilib” deməsini nəzərə alaraq işi təxirə salmış və yalnız rəsmi elektron poçt ünvanının yoxlanılmasını tələb etmişdir. Lakin məhkəmə hesabatı qurumun məsul əməkdaşının şəxsi poçt ünvanına göndərildiyini və əməkdaşın özü ilə birbaşa əlaqə saxlayıb “hesabat təqdim 13. Apellyasiya şikayətinə əlavə edilmiş sənədlər Sənədin növü Faylın adı Endir etibarnamə IMG-20260414-WA0099.jpg Endir foto IMG- 20260414-WA0094.jpg Endir reyestr IMG-20260414-WA0099.jpg Endir ərizə Elektron Ərizə.pdf Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: ##.##.2026 edilməyib” deməsini nəzərə almamışdır. Məhkəmə yalnız rəsmi poçt və “spam” qovluğunu yoxlatdırmış, əməkdaşın şəxsi poçtuna göndərilən hesabatın taleyini araşdırmamış və şikayətçidən əlavə sübut tələb etməmişdir. Halbuki, ##.##.2026-cı il tarixli göndərişdən sonra əməkdaşla əlaqə saxlanılmış və hesabatın təkrarən göndərildiyi bildirilmişdir. Apellyasiya baxışı zamanı iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X6 İctimai Birliyinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək hüquqi şəxs tərəfindən 2025-ci ilin aprel ayınadək inzibati orqana təqdim edilməli olan hesabatların, eləcə də hazırki iş üzrə 2024-cü il üzrə hesabatın notariat orqanının qarşısında yerləşdirilmş qutuya atdıqlarını, hesabatın təqdim edilməmiş olmasına dair əlaqə saxlanıldıqdan sonra 2026-cı ilin yavar ayının 30-da hüquqi şəxsin əməkdaşı tərəfindən sözügedən hesabatın inzibati orqanın əməkdaşı – X4 məxsus elektron poçt ünvanına göndərilməsini qeyd edərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iştirak edən şahid qismində ifadə verən X4 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi ilə ilk dəfə 2026-cı ilin ## ###### tarixində telefon vasitəsilə əlaqə saxlanılaraq müvafiq hesabatın təqdim edilməməsi barədə məlumat verildiyini, bununla əlaqədar 22 yanvar tarixində isə hüquqi şəxs barəsində inzibati xəta haqqında protokolun tərtib olunduğunu, daha sonra 30 yanvar tarixində ona məxsus elektron poçt ünvanına hesabatın göndərilməsi bildirilsə də, həmin tarixdə artıq inzibati xəta haqqında protokolun tərtib edilmiş olduğunu və həmçinin elektron poçt ünvanında belə bir məktub qəbul etmədiyini, habelə hüquqi şəxsin nümayəndəsi tərəfindən hesabatın notariat orqanının qarşısında yerləşdirilmş qutuya yerləşdirilməsi göstərilsə də, sözügedən qaydada təqdim olunan bütün sənədlərin onlara çatmalı olduğu, lakin protokolun tərtib olunduğu vaxta qədər hüquqi şəxsin hesabatının onlara çatmadığını qeyd etdi. Apellyasiya baxışı zamanı iştirak edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin nümayəndəsi X1 apellyasiya şikayətini əsassız hesab edərək məhkəmədən şikayətin təmin edilməməsin və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə apellyasiya şikayəti ilə əlaqədar inzibati işin materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək və proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X6 İctimai Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X6 İctimai Birliyinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.8-1-ci maddəsi ilə 2500 (iki min beş yüz) manat məbləğində cərimə edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 598.8-1-ci maddəsinə əsasən qeyri-hökumət təşkilatları, o cümlədən xarici qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və nümayəndəlikləri tərəfindən əmlaklarının pul və ya digər şəkildə formalaşdırılma mənbələri, həmçinin onlardan istifadə üzrə təfsilatlı illik maliyyə hesabatının “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyən edilən nəzarət orqanına təqdim edilməməsinə, yaxud vaxtında, tam və ya düzgün təqdim edilməməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X6 İctimai Birliyi tərəfindən Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanununun 12.3-cü maddəsində nəzərdə tutulmuş hesabatı nəzarət orqanına təqdim edilməmişdir. Hazırki iş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin qeyd olunan hesabatın ##.##.2026-cı il tarixində elektron ünvan 1 elektron poçt ünvanından qurumun əməkdaşı Pünhanə Abdullayevanın şəxsi elektron poçt ünvanına (elektron ünvan 2) göndərilməsi barədə dəlillərinə münasibətdə birinci instansiya məhkəməsinin gəldiyi qənaət ondan ibarət olmuşdur ki, qeyd olunan hesabat nə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın rəsmi elektron poçt ünvanına daxil olmuş, nə də “spam” bölməsində qeydə alınmışdır. Bununla yanaşı, hüquqi şəxsin nümayəndəsi tərəfindən istinad edilən elektron göndəriş faktının təsdiqi üçün nə müvafiq elektron məktubun çıxarışı (printscreen və ya sistem təsdiqi), nə göndərilmə barədə texniki məlumatlar, nə də digər sübutlar təqdim edilməmişdir. Məhkəmənin mövqeyilə razılaşmayan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin apellyasiya şikayətinə elektron ünvan 1 elektron poçt ünvanının “Göndərilənlər” qovluğunun skrinşot-fotosundan görünür ki, hüquqi şəxsin əsas dəlili sözügedən hesabatın ##.##.2026-cı il tarixində inzibati orqanın əməkdaşı Pünhanə Abdullayevanın şəxsi elektron poçt ünvanına göndərilməklə ona istinad olunan inzibati xətanın törədilməməsindən ibarətdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, həmin məhkəmə inzibati xətalar qanunvericiliyinin tələblərinə uyğun tam, hərtərəfli və obyektiv şəkildə araşdırma apararaq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.8-1-ci maddəsi ilə təqsirli olması barədə qanuni və əsaslı nəticəyə gəlmişdir. Belə ki, apellyasiya icraatı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin müvafiq hesabatın ##.##.2026-cı il tarixində inzibati orqanın əməkdaşı Pünhanə Abdullayevanın şəxsi elektron poçt ünvanına göndərilmiş olması barədə dəlili ilə əlaqədar məhkəmə iclasında iştirakı təmin olunmuş X4 şahid qismində verdiyi ifadəsindən hüquqi şəxs tərəfindən həmin hesabatın ##.##.2026-cı il tarixədək təqdim edilməməsi səbəbindən sözügedən tarixdə protokolun tərtib olunması, habelə hüquqi şəxsin qeyd etdiyi kimi hesabatın ##.##.2026-cı il tarixdə onun nə rəsmi elektron poçt ünvanına daxil olması, nə də “spam” bölməsində qeydə alınması barədə hər hansı məlumatın olmaması müəyyən olunmuşdur. Məhkəmə xüsusi olaraq onu nəzərə alır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin əsas dəlili kimi hesabatın ##.##.2026-cı il tarixdə inzibati orqanın əməkdaşı Pünhanə Abdullayevanın şəxsi elektron poçt ünvanına göndərilməsi faktı öz təsdiqini tapmış olacağı halda belə inzibati xəta haqqında protokolun tərtib olunduğu vaxt, yəni ##.##.2026-cı il tarixdə həmin hesabat təqdim edilməmiş və bu hal hüquqi şəxsin əməlində inzibati xəta tərkibini yaradaraq müvafiq sənədin sonradan (##.##.2026-cı il tarixdə) təqdim edilməklə inzibati məsuliyyətdən azad olunmasına əsas vermir. İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X6 İctimai Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X6 İctimai Birliyinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.8-1-ci maddəsi ilə 2500 (iki min beş yüz) manat məbləğində cərimə edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*- **)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X6 İctimai Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X6 İctimai Birliyinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.8-1-ci maddəsi ilə 2500 (iki min beş yüz) manat məbləğində cərimə edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*- **)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №3(3-6)-1810/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1810/2026
24.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver