Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1811/2026 22.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) (bundan sonra - Qərardan şikayət verən orqan (şəxs)) iştirakları ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X1 Idarəsinin (bundan sonra səlahiyyətli orqan) qəbul etdiyi ## ### 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli elektron qərarla Qərardan şikayət verən orqan (şəxs) ## #### 2026-cı il tarix, saat 11:28-də ünvan 1 ünvanında “CHANGAN QIYUAN A05” markalı, **-LZ-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobili (bundan sonra – həmin avtomobil) idarə edərkən yolayrıcını keçmə qaydalarını pozması müəyyən edildiyinə görə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası IXM-in) 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 100 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim X2) Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət təmin edilməmiş, səlahiyyətli orqanın qəbul etdiyi ## ### 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərardan şikayət verən orqan (şəxs) həmin məhkəmə qərarından şikayət verib, onun ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Qərardan şikayət verən orqan (şəxs) şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə səlahiyyətli orqanın inzibati xəta kimi qiymətləndirdiyi hadisə zamanı onun əməlində Azərbaycan Respublikası IXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətinin yaranmadığını hesab edir. Bu səbəbdən iş üzrə səlahiyyətli orqanın və birinci instansiya məhkəməsinin qəbul etdikləri qərarları qanunsuz və əsassız hesab edir. Apellyasiya məhkəməsi iclasında Qərardan şikayət verən orqan (şəxs) şikayətinin məzmununa uyğun izahat verib, onun təmin edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasına səlahiyyətli orqanın nümayəndəsi vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Buna görə də məhkəmə şikayətə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Işin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası IXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası IXM-in: - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar, həmçinin maddi sübutlarla müəyyən edilir. - 77.1-ci maddəsinə əsasən üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. - 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. - 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə bir yüz manat məbləğində cərimə tətbiq edilir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, səlahiyyətli orqanın təqdim etdiyi, iş materiallarına əlavə edilmiş videogörüntüyə əsasən sürücü Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə, saat 11:28 radələrində "CHANGAN QIYUAN A05" markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ünvan 1ndə hərəkətdə olarkən Azərbaycan Respublikası IXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi, yəni öz hərəkət istiqamətini tənzimləyən svetoforun qadağanedici işarəsində davam etdirməsi nəticəsində Azərbaycan Respublikası IXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən edilir. Buna görə də iş üzrə səlahiyyətli orqanın əməkdaşının göstərilən faktı bilavasitə aşkar etdikdən sonra tərtib etdiyi ## #### 2026-cı il tarixli, IXP ******* nömrəli inzibati xəta haqqında protokol, qəbul etdiyi ## ### 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli qərar və birinci instansiya məhkəməsinin qəbul etdiyi qərar qanuni və əsaslıdır. Səlahiyyətli orqan Qərardan şikayət verən orqan (şəxs) inzibati cərimə tənbeh tədbirini Azərbaycan Respublikası IXM-in 327.2-ci maddəsinin sanksiyası həddində tətbiq etmişdir. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Apellyasiya instansiyası məhkəməsi göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət təmin edilməməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası IXM-in 131, 133, 134.1.1, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1811/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1811/2026
22.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver